Qusar rayon Heydər Əliyev Mərkəzi

Qusar rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qusar rayon Heydər Əliyev Mərkəzi, Government Organization, Qusar şəhəri M. Vəliyev küçəsi, küçəsi.

11.08.2026-cı il tarixində İSFA İdman Könüllüləri Qusar Rayon Heydər Əliyev Mərkəzinin muzeyini ziyarət ediblər.Ziyarət ...
11/08/2026

11.08.2026-cı il tarixində İSFA İdman Könüllüləri Qusar Rayon Heydər Əliyev Mərkəzinin muzeyini ziyarət ediblər.

Ziyarət zamanı könüllülərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar və tarixi materiallar haqqında ətraflı məlumat verilib.

Gənclərin tariximizin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə keçirilən bu cür ziyarətlər mühüm əhəmiyyət daşıyır.

Quba Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Qusar Rayon Heydər Əliyev Mərkəzini ziyarət edib.Ziyarət zamanı qonaq Mərkə...
10/08/2026

Quba Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Qusar Rayon Heydər Əliyev Mərkəzini ziyarət edib.

Ziyarət zamanı qonaq Mərkəzin muzey ekspozisiyası ilə tanış olub, burada nümayiş olunan tarixi və mədəni irs nümunələri haqqında məlumat əldə edib.

Görüş çərçivəsində muzey işi, eksponatların təqdimatı və təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qarşılıqlı belə səfərlər muzeylər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişafına töhfə verir.

🎨 Uşaqların asudə vaxtı maraqlı və yaradıcı keçdi!Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Əliyev Mərk...
10/08/2026

🎨 Uşaqların asudə vaxtı maraqlı və yaradıcı keçdi!

Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Əliyev Mərkəzində maraqlı və rəngarəng master-klass təşkil olunub.

Master-klass zamanı uşaqlar müxtəlif yaradıcılıq işlərində iştirak edib, öz bacarıqlarını nümayiş etdirib və rəngli əl işləri hazırlayıblar. 🖌️🎨

Belə tədbirlər uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına, asudə vaxtlarının faydalı və əyləncəli keçirilməsinə xidmət edir.

Qusarda keçirilən Respublika Şahmat Olimpiadasının iştirakçıları Qusar Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.Qon...
06/08/2026

Qusarda keçirilən Respublika Şahmat Olimpiadasının iştirakçıları Qusar Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Qonaqlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalar təqdim olunub, Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

İştirakçılara yarışlarda uğurlar arzulayırıq.

Dilimiz – milli kimliyimizin və mənəvi irsimizin aynası1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti...
06/08/2026

Dilimiz – milli kimliyimizin və mənəvi irsimizin aynası

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Qusar Rayon Heydər Əliyev Mərkəzi və kitabxana filiallarının birgə təşkilatçılığı ilə N. Nərimanov adına İstirahət Parkında “Dilimiz – milli kimliyimizin və mənəvi irsimizin aynası” adlı səyyar kitabxana tədbiri keçirilib.
Tədbir çərçivəsində ana dilimizin zənginliyini və milli-mənəvi dəyərlərimizi əks etdirən kitablar sərgilənərək parkda istirahət edən sakinlərə və oxuculara təqdim olunub.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayon icra aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, mədəniyyət müəssisələrinin əməkdaşları, ziyalılar, müəllimlər, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Proqramın maraqlı hissələrindən biri 4 nömrəli tam orta məktəbin müəlliminin rəhbərlik etdiyi “Kəpənək” kitab klubunun üzvlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya olub. Gənc kitabsevərlərin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və zəngin mədəni irsini yaşadan ən dəyərli mənəvi sərvətlərimizdəndir. Ana dilimizi sevmək, qorumaq və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir, ana dilimizin daim inkişaf etməsini, zənginləşməsini və əbədi yaşamasını arzulayırıq.

Dilimiz milli kimliyimizin təməlidir, onu qorumaq isə hər birimizin müqəddəs vəzifəsidir.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Dil xalqın yaddaşı, mədəniyyəti və kimliyidir. Onu yaşadan hər...
01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dil xalqın yaddaşı, mədəniyyəti və kimliyidir. Onu yaşadan hər gün doğma dildə sevə-sevə danışan insanlardır.

Bu gün Azərbaycan dili bayramını birlikdə qeyd edirik. Bayramınız mübarək!

Qusarda Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı: 14 iyul 1969-cu i...
15/07/2026

Qusarda Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı: 14 iyul 1969-cu il” adlı tədbir keçirilib

14 iyul tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” məşğələsinin iştirakçıları və bir qrup gənclərlə görüş keçirilib.
Görüş öncəsi Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə YAP Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova açaraq, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən, onun Azərbaycana ilk rəhbərliyi dövründə həyata keçirdiyi mühüm islahatlardan və bu siyasətin ölkəmizin inkişafındakı rolundan bəhs edib.Tədbirdə iştirak edən siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı Məmmədağa Sərdarov Heydər Əliyev haqqında canlı xatirələrini bölüşüb M.Sərdarov Ulu Öndərin uzaqgörənliyi, qətiyyəti və strateji düşüncə tərzinin Azərbaycanın bu günkü inkişafının əsasını təşkil etdiyini vurğulayıb.
Daha sonra Qusar Rayon İcra Hakimiyyəti Başçısı Apparatının ictimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Kamran Sədullayev, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, partiya fəalı Babacan Zəkiyev və Qusar şəhər 1 saylı tam orta məktəbin əlaçı şagirdi Elmir Ağamirzəyev çıxış edərək Heydər Əliyevin zəngin dövlətçilik irsindən, milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup üzvlərə vəsiqələr təqdim olunub və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Elmir Ağamirzəyev qiymətli hədiyyə ilə təltif olunub.

“Nitqin sənin imzandır” adlı natiqlik təlimi keçirilibİyulun 13-də Qusar Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respu...
15/07/2026

“Nitqin sənin imzandır” adlı natiqlik təlimi keçirilib

İyulun 13-də Qusar Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları MMC-nin tərəfdaşlığı ilə “Nitqin sənin imzandır” adlı natiqlik və ünsiyyət bacarıqları üzrə təlim keçirilib. Təlimdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları, eləcə də Qusar rayonunda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd iştirakçıların nitq mədəniyyətinin inkişaf etdirilməsi, ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi, auditoriya qarşısında sərbəst çıxış vərdişlərinin formalaşdırılması, təsirli nitq qurmaq bacarığının artırılması və peşəkar fəaliyyətdə effektiv kommunikasiya imkanlarının genişləndirilməsindən ibarət olub. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi hissədən əvvəl zəngin bədii proqram təqdim olunub. Qusar Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Şahnabat” xalq kollektivi, “İkram” ritm qrupu və “Şahzadə” folklor qrupunun təqdim etdiyi musiqi nömrələri tədbirə xüsusi ovqat qatıb. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva nitq mədəniyyətinin cəmiyyət həyatındakı əhəmiyyətindən, mədəniyyət işçilərinin peşəkar fəaliyyətində düzgün və təsirli ünsiyyət bacarıqlarının rolundan danışıb, bu istiqamətdə həyata keçirilən maarifləndirici layihələrin əhəmiyyətini vurğulayıb. O, təlimin 14 iyul – Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ərəfəsinə təsadüf etməsini, eləcə də Ulu Öndərin uzaqgörən dövlət xadimi və dahi siyasətçi olmaqla yanaşı, yüksək nitq mədəniyyətinə, müstəsna natiqlik məharətinə malik şəxsiyyət olmasını nəzərə alaraq, “Nitqin sənin imzandır” adlı təlimin onun əziz xatirəsinə ithaf olunması təşəbbüsü ilə çıxış edib. Tədbir iştirakçıları təşəbbüsü alqışlarla qarşılayaraq yekdilliklə dəstəkləyiblər. Ardınca natiqlik və ünsiyyət bacarıqları üzrə təlimçi, Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları MMC-nin rəhbəri Zaur Cahangirov tərəfindən keçirilən təlim zamanı nitqin insan həyatındakı rolu, ilk təəssüratın formalaşması, səs tonu və intonasiyanın təsiri, bədən dili, auditoriya ilə effektiv ünsiyyətin qurulması, hekayələşdirmə bacarıqları, həyəcanın idarə olunması, inandırıcı çıxışın əsas prinsipləri və yadda qalan nitqin formalaşdırılması kimi mövzular ətrafında ətraflı məlumat verilib.
İnteraktiv formatda, canlı dialoqlar, sual-cavab sessiyaları və praktiki nümunələr əsasında aparılan müzakirələr zamanı iştirakçılar müxtəlif praktik tapşırıqlara cəlb olunub, auditoriya qarşısında çıxış edərək nəzəri biliklərini praktik tətbiq etmək imkanı qazanıblar. Təlimin ikinci mərhələsində müxtəlif nitq situasiyaları təhlil olunub, auditoriya qarşısında çıxış zamanı rast gəlinən çətinliklər və onların aradan qaldırılması yolları əyani nümunələr əsasında izah edilib. Təlimin sonunda iştirakçılar belə maarifləndirici layihələrin peşəkar inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını, nitq mədəniyyətinin formalaşdırılmasına və ünsiyyət bacarıqlarının inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.

Mədəniyyət naziri Adil Kərimli Qusarda vətəndaşları qəbul edəcək. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə ...
07/07/2026

Mədəniyyət naziri Adil Kərimli Qusarda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il iyulun 31-də, saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, 5) Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il iyulun 27-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

2 iyul - Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Nazirliyi və bütün aidiyyəti orqanlarının heyətini təbrik edir...
02/07/2026

2 iyul - Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Nazirliyi və bütün aidiyyəti orqanlarının heyətini təbrik edir, məsuliyyətli və fədakar işlərində uğurlar arzu edirik.

Address

Qusar şəhəri M. Vəliyev Küçəsi
Küçəsi
AZ3800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233853601

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qusar rayon Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share