Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Government Organization, Heydər Əlyev 24, Kazi Mahomed.

Hacıqabul şəhidləri21 avqust 2026-cı il tarixində Hacıqabul Rayon Mərkəzi Kitabxanasında Mərkəzi kitabxananın, 4 və 2 sa...
24/08/2026

Hacıqabul şəhidləri

21 avqust 2026-cı il tarixində Hacıqabul Rayon Mərkəzi Kitabxanasında Mərkəzi kitabxananın, 4 və 2 saylı kitabxana filiallarının birgə təşkilatçılığı ilə “Hacıqabul şəhidləri” adlı sərgi təşkil edilib.
Sərgidə Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərmiş Hacıqabul şəhidlərinin əziz xatirəsi yad edilmiş, onların həyat və döyüş yollarını əks etdirən materiallar, fotoşəkillər və məlumatlar nümayiş etdirilmişdir.
Tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq nümunələrini gənc nəslə çatdırmaq, Vətənə, torpağa və milli dəyərlərə sevgi hissini daha da gücləndirməkdir.
Hacıqabul rayon Mərkəzi kitabxanasının şöbə müdiri Aytəkin Mirzəyeva şəhidlərimiz haqqında ətraflı məlumatlar təqdim etdi.
Şəhidlərimizin müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hacıqabul rayon MKS-nin Kürdçü kənd kitabxana filialı və Atbulaq Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Xalq şairi Q...
12/08/2026

Hacıqabul rayon MKS-nin Kürdçü kənd kitabxana filialı və Atbulaq Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Xalq şairi Qabil Allahverdi oğlu İmamverdiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

01/08/2026

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.
Nəriman Həsənzadə 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, “Azərbaycan–Ukrayna ədəbi əlaqələri” (1941-1945) mövzusunda namizdəlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.
O, müxtəlif illərdə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960–1970-ci illərdə nəşr olunan “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.
Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. “Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Kimin sualı var?”, “Seçilmiş əsərləri”, “Mənim nikahımı pozdu təbiət”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.
Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” (1981), “Xalq şairi” (2005) fəxri adlarına, “Şöhrət” (2001), “Şərəf” (2011), “İstiqlal” (2021), "Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin  Qarasu filialının təşkilatçılığı ilə " Azərbaycan Əlifbası və Azərba...
31/07/2026

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Qarasu filialının təşkilatçılığı ilə " Azərbaycan Əlifbası və Azərbaycan dili günü" ilə əlaqədar olaraq sərgi təşkil edilib.

31.07.2026 cı il tarixində Hacıqabul rayon MKS-nin Talış kənd kitabxana filialı, Talış kənd uşaq bağçasında 1 Avqust Azə...
31/07/2026

31.07.2026 cı il tarixində Hacıqabul rayon MKS-nin Talış kənd kitabxana filialı, Talış kənd uşaq bağçasında 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü ilə əlaqədar "Doğma Ana dilim"adlı tədbir keçirib.

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Kolanı kənd kitabxana filialında 01 avqust Azərbaycan Əlifbası və Azə...
31/07/2026

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Kolanı kənd kitabxana filialında 01 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq Kolanı kənd tam orta məktəbində "Yaşa Ana Dilim, Doğma Dilim." adlı tədbir keçirilib.

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Navahı kənd kitabxana filialı 1 Avqust Azərbaycan Əlifbası və Azərbay...
31/07/2026

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Navahı kənd kitabxana filialı 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü ilə əlaqədar olaraq " Ana dilim, doğma dilim" adlı sərgi təşkil edib.

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Şorbaçı kənd kitabxana filialında 1avqust Azərbaycan Əlifbası və Azər...
31/07/2026

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Şorbaçı kənd kitabxana filialında 1avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü ilə əlaqədar olaraq "Ana dilimiz milli kimliyimiz, Əlifbamız isə milli irsimizdir" mövzusunda dəyirmi masa təşkil edilib.

31.07.2026-cı il tarixində Heydər Əliyev Mərkəzində Hacıqabul rayon MKS-nın 2 saylı şəhər kitabxana filialı və Heydər Əl...
31/07/2026

31.07.2026-cı il tarixində Heydər Əliyev Mərkəzində Hacıqabul rayon MKS-nın 2 saylı şəhər kitabxana filialı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü" ilə əlaqədar sərgi təşkil edilib.

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Pirsaat qəsəbə kitabxana filialı  1Avqust Azərbaycan Əlifbası və Azər...
31/07/2026

31.07.2026-cı il tarixində Hacıqabul rayon MKS-nin Pirsaat qəsəbə kitabxana filialı 1Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq ,,Ana dilim, doğma dilim." adlı sərgi təşkil edib.

Address

Heydər Əlyev 24
Kazi Mahomed

Website

Alerts

Be the first to know and let us send you an email when Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share