Gədəbəy rayon Uşaq Gənclər İnkişaf Mərkəzi

Gədəbəy rayon Uşaq Gənclər İnkişaf Mərkəzi Gədəbəy rayonu Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsmi Facebook hesabı

01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

03/07/2026
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 🇦🇿

Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

13/06/2026

🏫 🔔 Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır.

Əziz məzunlar, sizi təbrik edirik!

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Gədəbəy rayonu Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfin...
05/06/2026

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Gədəbəy rayonu Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən “Memarlığın Rəngləri, Şəhərlərin Nəfəsi” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Sərgidə mərkəzin dərnək üzvlərinin şəhərsalma, memarlıq, tarixi abidələr, müasir tikililər və Azərbaycanın memarlıq irsini əks etdirən rəsm və əl işləri nümayiş etdirilmişdir.

Gənc istedadların yaradıcılıq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların bədii təxəyyülü və estetik baxışları yüksək qiymətləndirilmişdir.

Sərginin keçirilməsində məqsəd uşaqlarda memarlıq sənətinə marağın artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və milli-mədəni irsimizin təbliğ olunmasıdır.


1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə mərkəzimizdə tədb...
01/06/2026

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə mərkəzimizdə tədbir təşkil olunmuşdur. Tədbirdə dərnək üzvləri mahnılar, şeirlər və maraqlı çıxışlarla iştirak edərək bayram ab-havası yaratmış, uşaqların sevinc və xoşbəxtlik dolu anları yaşanmışdır.

Uşaqların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi, onların hüquqlarının qorunması və hərtərəfli inkişafı cəmiyyətimizin əsas prioritetlərindəndir. Bu əlamətdar gün münasibətilə uşaqlara daim sevgi, diqqət və qayğı göstərməyin vacibliyi bir daha vurğulanmışdır.

Tədbirin sonunda çıxış edən mərkəzimizin dərnək üzvləri fəal iştiraklarına və nümayiş etdirdikləri bacarıqlara görə sertifikatlarla təltif olunmuşlar.

Bütün uşaqları 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!


01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

28/05/2026

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.

Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!

Müstəqillik Gününüz mübarək!

28/05/2026

Address

Gədəbəy Rayonu
Kedabek

Website

Alerts

Be the first to know and let us send you an email when Gədəbəy rayon Uşaq Gənclər İnkişaf Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share