Mir Cəlal Paşayev ev Muzeyi

Mir Cəlal Paşayev ev Muzeyi Mir Cəlal Paşayev Ev Muzeyi

“İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində ziyalılarla görüş keçirilibAzərbaycan Bəstəkarlar İttifaqının və...
02/07/2026

“İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində ziyalılarla görüş keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Mir Cəlal Paşayev Ev Muzeyində ziyalılarla görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mir Cəlal Paşayev Ev Muzeyində nümayiş olunan eksponatlarla tanış olublar. Çıxışlarda “İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalının mədəniyyətlərarası dialoqun inkişafına, milli musiqi irsinin təbliğinə və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsinə verdiyi töhfədən bəhs olunub.

Görüş bədii hissə ilə davam edib, gənc ifaçıların təqdimatında musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, “İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı iyulun 3-dək müxtəlif məkanlarda konsert proqramları və mədəni tədbirlərlə davam edəcək.

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Mir Cəlal Paşayev Ev Muzeyində Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin iştirakı...
09/06/2026

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Mir Cəlal Paşayev Ev Muzeyində Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin iştirakı ilə tədbir təşkil olunub.

Tədbir çərçivəsində məktəbin fortepiano müəllimi Vüsalə Şərifovanın sinfi maraqlı və rəngarəng konsert proqramı ilə çıxış edib. Şagirdlərin ifasında səsləndirilən musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramının sonunda müəllim və şagirdlər göstərdikləri fəallığa və uğurlu çıxışlarına görə Təşəkkürnamələrlə təltif olunublar.

Tədbirdə çıxış edən məktəbin direktoru Qahirə Məmmədova tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, həmçinin tədbirə ev sahibliyi etdiyinə görə Ülviyyə Babayevaya minnətdarlığını ifadə edib.

Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və Milli Qurtuluş Gününün əhəmiyyətinin gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

25 may 2026-cı il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəb...
25/05/2026

25 may 2026-cı il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Mir Cəlal Paşayev Ev Muzeyinin təşkilatçılığı və Gəncə Uşaq İncəsənət Məktəbinin iştirakı ilə Azərbaycanın müstəqilliyinin 108 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhərin ziyalıları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması və inkişafındakı mühüm rolundan bəhs ediblər, milli istiqlal tariximizin əhəmiyyətini vurğulayıblar.
Bədii hissə Gəncə Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdlərinin rəngarəng çıxışları ilə davam edib. Təqdim olunan ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə müstəqillik tariximizin təbliği, vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması olub.

22 may 2026-cı il tarixində Gəncə şəhər 37 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Mir Cəlal Paşayev Ev M...
22/05/2026

22 may 2026-cı il tarixində Gəncə şəhər 37 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Mir Cəlal Paşayev Ev Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı muzeyin əməkdaşı tərəfindən şagirdlərə görkəmli ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmişdir. Şagirdlər muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olmuş, yazıçının zəngin ədəbi irsi və elmi fəaliyyəti barədə maraqlı bilgilər əldə etmişlər.
Ziyarət iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, şagirdlər üçün həm maarifləndirici, həm də yaddaqalan olmuşdur. Belə ekskursiyalar məktəblilərin milli-mədəni irsimizə marağının artırılması və onların dünyagörüşünün genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Mir Cəlal Paşayev Ev...
05/05/2026

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Mir Cəlal Paşayev Ev Muzeyi Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə 05.05.2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş, “Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova ulu öndərin keçdiyi çətin və şərəfli ömür yolundan, ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi böyük qayğıdan geniş və hərtərəfli məlumat verdi. Onun Azərbaycan mədəniyyətinə, ədəbiyyatına verdiyi qiymət heç vaxt unudulmayıb, daim xatirələrdə yaşayır.
Mir Cəlal Paşayev ev muzeyinin bələdçisi Heydər Əliyevin yaradıcı insanlara hörmət və sevgisinə misal olaraq, Heydər Əliyev ənənəsinə sadiqliyini Prezident İlham Əliyevin sərəncamı ilə şair Zülfiyyə Yaqub, Zahir Şirani 2026-cı ilin Prezident təqaüdünə layiq görülməkləri Gəncə Ədəbi mühütində böyük sevinclə qarşılanmasını qeyd etdi.
Şair və yazıçılardan Səadət Qərib, Salman Qaralar, Saleh Qurbanov, Bəxtiyar Muradov, Almaz Yusifqızı, Şahin Bəndə, Zülfiyyə Yaqub, Anar Sadıllı, Zəfər Abbasov, Səlbi Baxış,Vüsal Hicran, Gülnarə Sadiq, Zahir Şirani Ulu öndərə həsr etdikləri şeirlərini səsləndirdilər.

Gəncə şəhərində Mir Cəlal Paşayevin 118-ci ildönümünə həsr olunmuş tədbir keçirilibGəncə-Daşkəsən Regional Mədəniyyət İd...
25/04/2026

Gəncə şəhərində Mir Cəlal Paşayevin 118-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 118-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ziyalılar, məktəblilər, müəllimlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində əvvəlcə Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib.
Rəsmi hissədə çıxış edənlər Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, zəngin elmi-pedaqoji fəaliyyətindən, əsərlərinin bu gün də aktuallığını qoruyub saxlamasından bəhs ediblər.
Daha sonra tədbirin bədii hissəsində məktəblilərin və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında Mir Cəlal Paşayevə həsr olunmuş ədəbi-bədii proqram təqdim olunub. Səsləndirilən şeirlər, musiqi nömrələri və səhnə kompozisiyaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Keçirilən tədbir görkəmli şəxsiyyətlərin irsinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və ədəbi irsimizin yaşadılması baxımından əhəmiyyətli olub.

🎭 Regionlarda mədəni qastrol proqramı – mart 2026Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəb...
13/03/2026

🎭 Regionlarda mədəni qastrol proqramı – mart 2026

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

📍 Mart ayında qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edir.

🎶 Mart ayı konsert proqramı

📍 16 mart – Ağdam şəhəri
📌 Ağdam Muğam Mərkəzi | 🕔 17:00
🎼 Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

📍 17 mart – Laçın şəhəri
📌 “LaCinema” kinoteatrı | 🕐 13:00
🎼 Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

📍 19 mart – Gəncə şəhəri
📌 F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası | 🕗 20:00
🎻 M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası

📍 28 mart – Mingəçevir şəhəri
📌 Mingəçevir Dövlət Dram Teatrı | 🕕 18:00

📍 29 mart – Mingəçevir şəhəri
📌 Heydər Əliyev Mərkəzi | 🕕 18:00
🎭 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri və xor kollektivi

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcəkBu aydan eti...
12/03/2026

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025-ci ilin sonundan başlanıb.
Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.
Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.
Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.
Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilmiş nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı, Mir ...
06/03/2026

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı, Mir Cəlal Paşayev ev muzeyi, İsrafil Məmmədovun ev muzeyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Zərifliyin və gücün vəhdəti – Azərbaycan qadını" mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Mərkəzin, 16 nömrəli kitabxana filialının, muzeylərin direktor və əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd ediblər bu bayram dünyada qadınlara göstərilən hörmətin, sevginin və ehtiramın təcəssümüdür. Azərbaycan qadını isə tarix boyu həm zərifliyi, həm də gücü ilə seçilmişdir. Bu gün də Azərbaycan qadınları ölkəmizin ictimai, siyasi, mədəni və elmi həyatında böyük uğurlar qazanırlar. Onların əməyi, zəhməti və fədakarlığı cəmiyyətimizin inkişafına mühüm töhfə verir.

Bugün Mir Cəlal Paşayev Ev Muzeyini Samux rayon Yeni Kənd  Tam Orta məktəbin müəllim və şagirdləri  ziyarət etdi. Muzeyi...
05/03/2026

Bugün Mir Cəlal Paşayev Ev Muzeyini Samux rayon Yeni Kənd Tam Orta məktəbin müəllim və şagirdləri ziyarət etdi. Muzeyin elmi işçisi Tağıyeva Ellada qonaqlara ədibin həyat və yaradıcılığından geniş məlumat verdi .

Address

Bayan 83
Kirovabad

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994222549422

Website

Alerts

Be the first to know and let us send you an email when Mir Cəlal Paşayev ev Muzeyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mir Cəlal Paşayev ev Muzeyi:

Shortcuts

Share