Siyəzən Rayonu

Siyəzən Rayonu Siyəzən rayonu Gelin bir olaq guc birlikdedir.

13/08/2024
65 yaşın mübarək olsun! Allah can sağlığı versin!
14/03/2024

65 yaşın mübarək olsun! Allah can sağlığı versin!

03/05/2023
12/02/2023

Allah ailələrinə səbr versin😢

Siyəzəndə 3 məktəbli yol qəzasında öldü

Fevralın 11-də Siyəzən Rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata əsasən, yük maşını ilə minik maşını toqquşub.

Belə ki, siyəzən rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlunun idarə etdiyi “Audi” markalı 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində "Audi"nin sürücüsü Məmmədov Nicat Kamran oğlu, həmçinin, Siyəzən şəhər Siyəzən şəhər M. Müşfiq adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olan
Abasov Rəvan Malik oğlu,
Abasov Nihat Babək oğlu və 10-cu sinif şagirdi Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib.

2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıblar.

InfoAzerbaijan

20/01/2023

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin ,xalqının azadlığını ,şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Vətən uğrunda şəhidlik əsl qeyrət ,hünər,şərəf və ləyaqət zirvəsidir.
20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün ,Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bu günki nəsli də ,gələcək nəsilləri də bu bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər.
MIlli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanini ziyarət edir və qəhrəmanlarımızın xatirəsini amırlar.Böyük itgilərlə ,günahsız insanların ölümü ilə nəticələnən 20 Yanvar faciəsiMixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən ,öz azadlığına ,müstəqilliyinə can atan xalqımızın mübarizliyini ,əyilməzliyini ,məğrurluğunu nümayiş etdirdi.20 Yanvar hadisəlırinə ilk dəfə siyasi qiymət Ulu ÖNdər Heydər Əliyev tərəfinən verilmişdir.Ulu öndərin 21 noyabr 1990 il tarixli ilk qərarı Naxçıvan Muxtar Respublika sının Ali Məclsi qəbul etmişdir.
Ulu öndər dövrun mürəkkəbliyinə və görülən işlərin çoxluğuna baxmayaraq ,tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarlarını araşdırmaqla məşğul olurdu.1994 cü il martın 29 da parlament "1990, 20 yanvarda törədilmiş faciəvi hadisələr haqqında "qərar qəbul etdi.
Ulu öndər Heydər Əliyevn fərmanı ilə "20 Yanvar Şəhidi "fəxri adı təsis edilmişdir.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə bağlı əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşmışdır.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərimizin xatirəsini daim əziz tutur .Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident Ilham Əliyev də şəhidlərimizin xatirəsinin uca tutulmasına ,şəhid ailələrinə xüsusi diqqət göstərir ,hər il Yanvarın 20 də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl "abidə kompleksinin önünə əklil qoyur.
Xalqımız milli azadlıq ,müstəqillik yolunda daim vətənpərvərlik nümayiş etdirir.Şəhidlərimiz bizim üçün nə qədər ağır itgidirsə ,o qədər xalqımız üçün qəhrəmanlıq nümunəsi ,milli iftixarımızdırlar.
Xalqımızın üzərinə düşən əsas öhdəlik şəhidlərimizi ,qəhrəmanlarımızı daima ehtiramla yad etmək ,xalqımıza qarşı törədilən faciələri ,soyqırımları unutmamaq və hər zaman Vətən yolunda canından keçməyə hazır olan bir xalqın övladları olmağımızı dərk etməkdir.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil ,Azərbaycanın istiqlal yolunun ilk zirvəsi ,milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı ,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi bir tarixdir
Məhz bu tarix bizi vətənpərvər ,mərd yetişdirdi. Biz birinci Qarabağ müharibəsində amansız faciələrə məruz qaldıq.Yenidən küllərimizdən alovlandıq.
44 günlük Vətən müharibəsində bu xalq nə qədər əzmkar və vətənpərvər olduğunu bütün dünyaya nümayiş etdirdi.
Meydanlarda qazandığı azadlıq hissini ,vətənpərvərliyini göstərdi böyük Zəfərə imza atdı.
Səadət Əsədullayeva- Siyəzən şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi

Əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər.       Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “Milli Qurt...
16/06/2022

Əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “Milli Qurtuluş Günü”ndə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyənnaməsinin 1 ili tamam olur. Tarixi qardaşlıq telləri ilə bir-birinə sıx bağlı olan iki dövlət arasında imzalanmış bu Bəyənnamə olduqca böyük tarixi əhəmiyyətə malikdir. Vətən müharibəsi başladığı gündən etibarən qardaş Türkiyə Respublikasının Azərbaycanın haqq davasında hər zaman yanında olduğunu bəyan etməsi əslində düşmənlə yanaşı, bütün dünyaya açıq mesaj idi. Məhz Vətən müharibəsində əldə edilən şanlı qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi ordumuzun rəşadəti və xalqımızın birliyi ilə yanaşı, dost və qardaş Türkiyənin hərtərəfli dəstəyinin də çox böyük rolu olmuşdur.
Postmüharibə dövründə də Azərbaycan və Türkiyə dövlətləri arasında mövcud əlaqələr daha da inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. İki dövlət arasında imzalanmış Şuşa Bəyənnaməsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik və qardaşlıq səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynadı. Şuşa Bəyənnaməsi iki dövlət arasında hərbi, iqtisadi-ticari və digər istiqamətlərdə əməkdaşlığını daha da inkişaf etməsinə təkan verəcəkdir. Hazırda qardaş Türkiyə Respublikası ilə mövcud olan münasibətlər bütün sahələri əhatə etməkdədir. Xüsusilə Qarabağ torpaqlarının işğaldan azad edilməsində öz mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövləti işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında da yaxından iştirak etməkdədir. “Böyük Qayıdış”ın reallığa çevrilməsi istiqamətində Azərbaycan dövləti hazırda çox böyük miqyaslı layihələr həyata keçirməkdədir. Sevindirici haldır ki, bu layihələrin icra edilməsində Türkiyə Respublikasının şirkətləri də yaxından iştirak edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulmasında, hava limanlarının və yeni tunellərin tikilməsində, həmçinin “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icasında türk şirkətləri aparıcı rol oynamaqdadır. Bu əməkdaşlıq nəticəsində sürətlə həyata keçirilən layihələr bizə deməyə əsas verir ki, tezliklə Azərbaycan xalqının ən böyük arzusu olan əzəli torpaqlarımıza “Böyük Qayıdış” reallığa çevriləcəkdir.
Qeyd etməliyik ki, Şuşa Bəyənnaməsində xüsusilə qədim türk torpağı olan Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanmışdır ki, bu da öz növbəsində tarixi gerçəkliyin və gələcək hədəflərin müəyyən edilməsində olduqca əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması iki dövlət arasında tranzit nəqliyyat potensialının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır. Bununla yanaşı Bəyənnamədə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da artırılması məqsədilə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili məsələləri də öz əksini tapmışdır.
Beləliklə 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış və bölgənin geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişə bilmiş Şuşa Bəyənnaməsi Azərbaycan və Türkiyə dövlətlərinin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyənnamə Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıqla yanaşı bütün sahələrdə inteqrasının nümunəsi və ən əsası isə region üçün yeni bir tarixi gerçəklik deməkdir. İnanırıq ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri dönməz və əbədi olacaqdır.
Rəşad Rəhmanov – Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru.

05/06/2022

Siyəzəndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin anadan olmasının 114-cü ildönümü münasibətilə ədəbi-bədii kompozisiya təqdim olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhər Mikay...

04/06/2022

Azərbaycan zəruri infrastruktura malikdir

Address

Azərbaycan
Kisil-Burun
5300

Website

Alerts

Be the first to know and let us send you an email when Siyəzən Rayonu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share