Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəsmi səhifəsi

📢 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri İsmayıllı rayonu və Lahıc qəsəbəsinin turizm imkanları ilə tanış olubl...
13/08/2026

📢 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri İsmayıllı rayonu və Lahıc qəsəbəsinin turizm imkanları ilə tanış olublar.

🗺️ İsmayıllı Regional Turizm İdarəsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı ilə tələbələr üçün İsmayıllı rayonu və rayonun Lahıc qəsəbəsinin turizm imkanları ilə tanışlıq məqsədilə infotur təşkil olunub.

🏡 İnfortur çərçivəsində tələbələr İsmayıllıda fəaliyyət göstərən kənd qonaq evləri, onların təqdim etdiyi xidmətlər və turistlərin yerləşdirilməsi imkanları ilə tanış olublar. Həmçinin İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək rayonun zəngin tarixi və mədəni irsi haqqında məlumat əldə ediblər.

🏛️ Səfərin növbəti ünvanı İsmayıllı rayonunun Lahıc qəsəbəsi olub. Tələbələr burada Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu ziyarət edərək qəsəbənin tarixi, memarlıq xüsusiyyətləri, qədim sənətkarlıq ənənələri və turizm potensialı ilə yaxından tanış olublar. Qoruq ərazisində yerləşən tarixi-mədəni abidələr və yerli sənətkarlıq nümunələri də tələbələrin diqqətinə çatdırılıb.

✅İnfortur tələbələrin turizm sahəsində praktiki biliklərinin artırılmasına, regionun turizm potensialını yerində öyrənmələrinə və gələcək peşə fəaliyyətləri üçün real turizm mühiti ilə tanış olmalarına şərait yaradıb.

Turizm

İsmayıllı Regional Turizm İdarəsinin təşkilatçılığı ilə rayonun turizm potensialının inkişafına və yerli insan resurslar...
23/07/2026

İsmayıllı Regional Turizm İdarəsinin təşkilatçılığı ilə rayonun turizm potensialının inkişafına və yerli insan resurslarının gücləndirilməsinə yönəlmiş növbəti təlimlər keçirilib.

3 iyul tarixlərində Lahıc qəsəbəsində təşkil olunan "Turizm bələdçiliyi" mövzusunda təlimdə iştirakçılar peşəkar bələdçilik fəaliyyətinin əsas prinsipləri, turistlərlə effektiv ünsiyyət, marşrutların hazırlanması, regionun tarixi-mədəni irsinin təqdimatı və xidmət keyfiyyətinin artırılması istiqamətində praktiki biliklər əldə ediblər.

21 iyul tarixində Lahıc qəsəbəsində keçirilən "Aqroturizm potensialının inkişafı" mövzusunda təlimdə isə aqroturizmin inkişaf perspektivləri, yerli təsərrüfatların turizm məhsuluna çevrilməsi, kənd həyatının turizm təcrübəsi kimi təqdimatı, qonaqpərvərlik standartları və dayanıqlı turizm yanaşmaları barədə müzakirələr aparılıb.
Keçirilən təlimlərin əsas məqsədi regionda turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yerli icmaların turizm sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də İsmayıllının turizm imkanlarının daha səmərəli dəyərləndirilməsinə töhfə verməkdir.

Dövlət Tarix Mədəniyyət qoruğu # İsmayıllıRegionalTurizmİdarəsi TurizmBələdçiliyi Aqroturizm DayanıqlıTurizm DaxiliTurizm

15/06/2026
18 May Beynəlxalq Muzeylər günü münasibətilə keçirilən tədbirdən . Qoruq və muzey əməkdaşları, qəsəbə ağsaqqalları, İƏB ...
18/05/2026

18 May Beynəlxalq Muzeylər günü münasibətilə keçirilən tədbirdən . Qoruq və muzey əməkdaşları, qəsəbə ağsaqqalları, İƏB nümayəndəliyi.




Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçiril...
15/04/2026

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

06-10 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarının beşinci tematik qrupu - “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan xalq sənətkarlığının mühüm istiqamətləri - Lahıc misgərlik sənəti, sədəf sənətkarlığı, miniatür sənəti və illüminasiya sənəti (təzhib) üzrə nəzəri biliklər əldə etməklə yanaşı, praktiki məşğələlər vasitəsilə bu sənət növlərinin texniki və estetik xüsusiyyətlərini mənimsəyiblər.
Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının sənətkarlıq kontekstində dərindən mənimsənilməsi, Azərbaycan xalq sənətkarlığının tarixi və estetik xüsusiyyətlərinin öyrənilməsi, ənənəvi sənət növlərinin texniki və bədii prinsiplərinin tətbiqi şəkildə təqdim olunması, bu irsin qorunması və ötürülməsi mexanizmlərinin təhlili olub. Təlimin əsas tədqiqat sualı isə “Azərbaycan xalq sənətkarlığı nümunələri qeyri-maddi mədəni irs kontekstində müasir dövrdə necə qoruna və davam etdirilə bilər?” kimi müəyyən edilib.
Proqramın ilk günü - 06 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) “Qeyri-maddi mədəni irs anlayışı” mövzusunda məruzə ilə çıxış edib. Günün əsas mövzusu olan Lahıc misgərlik sənəti Nəzər Əliyev (“Lahıc” Dövlət Tarix və Mədəniyyət Qoruğu) tərəfindən təqdim olunub və mis üzərində işləmə texnikaları üzrə ustad dərsi keçirilib.
07 aprel tarixində keçirilən ik

27/03/2026
21.03.2026 "Lahıc" Dövlət Tarix-Mədəniyyət ərazisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilm...
23/03/2026

21.03.2026
"Lahıc" Dövlət Tarix-Mədəniyyət ərazisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqədə qalib olan "Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin "Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği" layihəsi çərçivəsində İsmayıllı rayonuna ekskursiya təşkil edilib.

Ekskursiya zamanı Bakıdan layihə iştirakçıları ilə birlikdə İsmayıllı rayonunun zəngin mədəni və tarixi irsə malik iki qəsəbəsinə – Basqal və Lahıca səfər təşkil olunub . Səfərin məqsədi iştirakçıların milli-mənəvi dəyərlər və yerli mədəni irs haqqında biliklərini artırmaq, onları bu irsi qorumağa və təbliğ etməyə təşviq etmək idi.
Səfər zamanı iştirakçılar ilə Lahıcın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer alan misgərlik sənəti ilə yaxından tanışlıq edilib, sənətkar emalatxanalarına baxış keçirilib və qədim məhəllələrin mədəni atmosferi müşahidə olunub

21.03.2026 "Lahıc" Dövlət Tarix-Mədəniyyət ərazisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilm...
23/03/2026

21.03.2026
"Lahıc" Dövlət Tarix-Mədəniyyət ərazisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqədə qalib olan "Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin "Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği" layihəsi çərçivəsində İsmayıllı rayonuna ekskursiya təşkil edilib.

Ekskursiya zamanı Bakıdan layihə iştirakçıları ilə birlikdə İsmayıllı rayonunun zəngin mədəni və tarixi irsə malik iki qəsəbəsinə – Basqal və Lahıca səfər təşkil olunub . Səfərin məqsədi iştirakçıların milli-mənəvi dəyərlər və yerli mədəni irs haqqında biliklərini artırmaq, onları bu irsi qorumağa və təbliğ etməyə təşviq etmək idi.
Səfər zamanı iştirakçılar ilə Lahıcın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer alan misgərlik sənəti ilə yaxından tanışlıq edilib, sənətkar emalatxanalarına baxış keçirilib və qədim məhəllələrin mədəni atmosferi müşahidə olunub.

22.04.2026
22/03/2026

22.04.2026

Address

Azerbaijan, Ismailli, Lahij Village
Lahıc
AZ3123

Alerts

Be the first to know and let us send you an email when Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu:

Shortcuts

Share