Lənkəran Şəhər İcra Hakimiyyəti

Lənkəran Şəhər İcra Hakimiyyəti Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır.

Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. 2026-ci il yanvarın 1-ə olan məlumata görə, əhalisi 228500 nəfərdir. Ərazisi 1539 km2-dir, 66700 hektarını quru sahə təşkil edir.

17/08/2026
Lənkəranda payız-qış mövsümünə hazırlıq çərçivəsində suötürücü kanalların təmizlənməsinə başlanmışdırLənkəran Şəhər İcra...
12/08/2026

Lənkəranda payız-qış mövsümünə hazırlıq çərçivəsində suötürücü kanalların təmizlənməsinə başlanmışdır

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) payız-qış mövsümünün gəlişi ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayon ərazisində abadlıq və təmizlik işlərini davam etdirir.Artıq bir neçə gündür Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə suaxar kanalların, habelə magistral yollar boyunca yerləşən drenaj sistemlərinin lil, çöküntü və müxtəlif alaq otlarından təmizlənməsi işləri qrafikə uyğun olaraq davam etdirilir. Həyata keçirilən tədbirlərin əsas məqsədi yağıntılı günlərdə suötürücü sistemlərin normal fəaliyyətini təmin etmək, ərazilərdə su basmalarının qarşısını almaqdan ötrü qabağlayıcı tədbirlər görülməkdədir.

Taleh Qaraşov Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib   Avqustun 5-də Lən...
06/08/2026

Taleh Qaraşov Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib

Avqustun 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Gərmətük qəsəbə və Velədi kəndinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf məmur-vətəndaş münasibətləri və regionda aqrar sahənin inkişafı əsas müzakirə mövzusu olub.
Görüşün əvvəlində sakinlərə ötən səyyar qəbulda qaldırılan müraciətlərin icra vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, yerli icra strukturunun səlahiyyətləri daxilində olan və obyektiv qaldırılan məsələlər öz müsbət həllini tapıb, digər müraciətlərin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb. “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq, hər bir vətəndaşın müraciətinin ciddi şəkildə araşdırıldığı və qanunamüvafiq müddətdə cavablandırıldığı vurğulanıb.
Açıq dialoq və qarşılıqlı etimad şəraitində keçən qəbulda dövlət başçısının kənd təsərrüfatının inkişafına dair keçirdiyi respublika müşavirəsində səsləndirdiyi fikirlər və qəbul olunmuş Dövlət Proqramından irəli gələn mühüm vəzifələrə də toxunulub. Lənkəran rayonunun zəngin aqrar potensialı, xüsusilə çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin dirçəldilməsi istiqamətində qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. Müşavirədə səsləndirilən tapşırıqlara uyğun olaraq, Lənkəranda müasir suvarma sistemlərinin tətbiqi, su resurslarından səmərəli istifadə və torpaqların münbitliyinin artırılması sahəsində görülən işlər qeyd olunub. Eyni zamanda, fermerlərin subsidiyalar, güzəştli kreditlər, gübrə və müasir texnika ilə təminatının asanlaşdırılması, aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət dəstəyinin davam etdirildiyi vurğulanıb.
Görüş zamanı fikir və istəklərini sərbəst şəkildə rayon rəhbərliyinə çatdıran Gərmətük qəsəbə və Velədi kəndinin sakinləri, müraciətlərə göstərilən həssas yanaşmaya və yaradılan şəffaf mühitə görə razılıqlarını ifadə ediblər. Sakinlər regionların sosial-iqtisadi tərəqqisinə, aqrar sektorun inkişafına və əhalinin rifahının yüksəldilməsinə göstərdikləri yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb    Lənkəran rayonunun ən ciddi problemlərindən biri –...
05/08/2026

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Lənkəran rayonunun ən ciddi problemlərindən biri – kanalizasiya sisteminin yenilənməsi istiqamətində mühüm addımlar atılır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində işlərə artıq start verilib. Səttərxan, Tofiq Aslanov, H.Z.Tağıyev və Koroğlu küçələrindən start götürən layihə üzrə tikinti-quraşdırma işlərinin miqyası yaxın günlərdə daha da genişlənəcək. Məlumat üçün bildirək ki, layihə çərçivəsində asfalt örtüyünün kəsilərək tullantı poliqonuna daşınması, müxtəlif növ qruntların qazılması və yararsız torpağın kənarlaşdırılması, kommunikasiya xətlərinin köçürülməsi və bərpası, habelə təmir işləri aparılan yolların ərazisində işlər bitəndən dərhal sonra asfaltlanmanın aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Lənkəran şəhərinin kanalizasiya sistemi ötən əsrin 50–60-cı illərində cəmi 20 min nəfərin tələbatını ödəmək məqsədilə inşa edilib. Sonrakı dövrdə şəhər və ətraf yaşayış məntəqələrinin əhalisi üç dəfədən çox artdığı üçün köhnəlmiş sistem mövcud tələbatı qarşılaya bilmir.
Kanalizasiya sisteminin yenidən qurulması şəhər və ətraf ərazilərin inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşmasına, ətraf mühitin qorunmasına, sosial-iqtisadi tərəqqiyə və bu sahədə mövcud olan çatışmazlıqların birdəfəlik həllinə mühüm töhfə verəcək. Aparılan tikinti-quraşdırma işləri müəyyən müddət ərzində müvəqqəti narahatlıqlar yarada bilər ki, bu narahatlıqlar gələcəkdə şəhərin müasir və dayanıqlı kanalizasiya infrastrukturuna qovuşması, sakinlərin daha rahat və sağlam yaşayış şəraiti ilə təmin olunması naminə həyata keçirilir. Bu səbəbdən sakinlərimizdən görülən işlərə anlayışla və səbirli yanaşmaları xahiş olunur.
Kanalizasiya sisteminin yenidən qurulması Lənkəran sakinləri tərəfindən böyük məmnunluqla qarşılanır. Şəhər İcra Hakimiyyətinə ünvanlanan çoxsaylı müraciətlərdə vətəndaşlar bu mühüm layihəyə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

05.08.2026-cı il tarixdə saat 15:30-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun Gərmətük qəsəbəsində yerləşən “Şah” şadl...
04/08/2026

05.08.2026-cı il tarixdə saat 15:30-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun Gərmətük qəsəbəsində yerləşən “Şah” şadlıq sarayında Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş-qəbulu keçiriləcəkdir.

01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Lənkəranda aparılan abadlıq işlərinin miqyası günbəgün artır     Cənab Prezidentin tapşırığına uyğun olaraq Lənkəran şəh...
30/07/2026

Lənkəranda aparılan abadlıq işlərinin miqyası günbəgün artır

Cənab Prezidentin tapşırığına uyğun olaraq Lənkəran şəhərində infrastrukturun müasirləşdirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. “Şəhərsalma və memarlıq ili” çərçivəsində aparılan və Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov küçələrində, Həzi Aslanov parkı, Xocalı parkı, Əsgər Əliyev adına “Dostluq Parkı” və “Əfqanıstan Veteranları Parkı”ndan start götürən yenidənqurma işlərinin miqyası günbəgün artır. Artıq şəhərin əsas giriş qapıları sayılan Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi Dairəsi, Şəhidlər Xiyabanı, akademik Zərifə Əliyeva, Koroğlu və Fikrət Məmmədov küçələrində də abadlıq-quruculuq işlərinə başlanılıb. Sözügedən ərazilərdə piyada yolları yenidən qurulur, çoxmərtəbəli binaların fasadları təmir edilir, deformasiyaya uğramış səkilər tamamilə sökülərək müasir üslubda yenidən inşa olunur.
Qeyd edək ki, şəhərin tarixi memarlıq üslubunu qoruyan bu kompleks tədbirlər Lənkəranın turizm potensialını artırmaqla yanaşı, sakinlər üçün daha rahat yaşayış mühiti formalaşdırır.
Görülən işləri yüksək qiymətləndirən yerli sakinlər göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. 📌 Qəbul qaydaları:🔶 İlk və texniki peşə təhsili səviyyələri...
30/07/2026

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.

📌 Qəbul qaydaları:
🔶 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
🔶 Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Qəbul planı: https://shorturl.at/yWxTW
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1336/inner

Address

Lənkəran şəhər Ş. Axundov Küçəsi, 33
Lankaran
AZ4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252554961

Alerts

Be the first to know and let us send you an email when Lənkəran Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lənkəran Şəhər İcra Hakimiyyəti:

Shortcuts

Share