Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Lerik
  • Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi

Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi, Public School, Lerik Lüləkəran kəndi, Lerik.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbinin rəsmi səhifəsidir.

📚 Astara və Lerikdə təhsil işçilərinin konfranslarının ikinci günü panel müzakirələri ilə davam edib.
01/09/2026

📚 Astara və Lerikdə təhsil işçilərinin konfranslarının ikinci günü panel müzakirələri ilə davam edib.

Lerik və Astara rayonlarında təhsil işçilərinin konfransları keçirilib.
31/08/2026

Lerik və Astara rayonlarında təhsil işçilərinin konfransları keçirilib.

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ...
28/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivdir.

Hazırda proses 2–11-ci sinif şagirdlərini əhatə edir.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzr...
17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbimizin dəyərli məzunu Mirzəzadə Bəylər İsrafil oğlu 628 bal toplayaraq, Daxili İşlər Nazirliyinin Polis Akademiyas...
14/08/2026

Məktəbimizin dəyərli məzunu Mirzəzadə Bəylər İsrafil oğlu 628 bal toplayaraq, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olunmuşdur. Bu münasibətlə Bəyləri, onun valideynlərini və müəllimlərini ürəkdən təbrik edir, gələcək təhsil və peşə fəaliyyətində uğurlar arzulayırıq!


📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur🎓 2025–2026-cı tədris ilindən etibarən ümum...
11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

Hörmətli valideynlər, əziz şagirdlər!Məlumat üçün bildiririk ki, məktəbimizdə ötən tədris ilində olduğu kimi, 2026-2027-...
07/08/2026

Hörmətli valideynlər, əziz şagirdlər!
Məlumat üçün bildiririk ki, məktəbimizdə ötən tədris ilində olduğu kimi, 2026-2027-ci tədris ilində də "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nə 2 nömrəli əlavədə nəzərdə tutulmuş məktəbli formasından istifadə olunacaq.
"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsil alan övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) müəyyən edilmiş geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etmək valideynlərin (qanuni nümayəndələrin) vəzifəsidir.
Məktəbimizdə nizam-intizamın və vahid məktəb mühitinin qorunması naminə hər birinizdən bu məsələyə həssaslıqla yanaşmağınızı xahiş edirik.

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini...
01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

📰 22 iyul Milli Mətbuat Günüdür.“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür...
22/07/2026

📰 22 iyul Milli Mətbuat Günüdür.

“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Bu əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
21/07/2026

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üzrə məktəb seçiminə başlanılır. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir və 14 sentyabr saat 18:00-dək davam edəcək.
📌 Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Address

Lerik Lüləkəran Kəndi
Lerik

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category