26/08/2026
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə “Heydər Əliyev” ordenini təqdim etməsi Azərbaycan-Özbəkistan münasibətlərinin xüsusi əhəmiyyətini nümayiş etdirən mühüm hadisədir. Bu yüksək dövlət təltifi Özbəkistan Prezidentinin iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi xidmətlərin yüksək qiymətləndirilməsinin ifadəsidir. Son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Bu prosesdə hər iki dövlət başçısının siyasi iradəsi, qarşılıqlı etimadı və şəxsi münasibətləri mühüm rol oynayır. “Heydər Əliyev” ordeninin təqdim edilməsi həm də Azərbaycan xalqının Ümummilli Liderinin dövlətlərarası dostluğa verdiyi böyük əhəmiyyətin simvolik ifadəsidir. Bu gün Azərbaycan və Özbəkistan arasında qurulan münasibətlər məhz qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə əsaslanır. Təltif mərasimi həmin münasibətlərin gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə dair mühüm mesaj oldu.