16/07/2026
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxış etmişdir.
İyulun 13-də Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində lV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilmişdir. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır. Bu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir. Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir. Bilirsiniz, biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir. Bəli, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq. Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq. Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq.
Ölkə başçısı Türkiyə və Azərbaycan arasında münasibətlərdən söhbət açaraq bildirdi ki, hər iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız. Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı.
Bu gün Avropa təsisatları, o cümlədən Avropa Komissiyası və Avropa Şurasının Parlament Assambleyası ilə münasibətlərimizdə bir sıra vacib məqamları qeyd etdiniz. Bildiyiniz kimi, onlarla münasibətlərdə böyük fərq var. Avropa Komissiyası ilə əvvəlki Komissiya zamanı, xüsusən də Avropa diplomatiyasının əvvəlki rəhbəri cənab Borrelin dağıdıcı rolu səbəbindən asan vaxtlarımız olmayıb. O, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustlaqlığında olan rus-erməni oliqarxından gəlirdi. Bu, Avropa Komissiyasında mövcud olmuş anti-Azərbaycan qrupunun uzun zənciridir. Yaxşı haldır ki, cənab Borrel hazırda siyasətdə deyil. Ümid edirik, əbədi gedib. Bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər. Onların və mənim ictimaiyyətə açıqlamalarımızda hər kəs iki tərəfin əməkdaşlıq səviyyəsindən razı qaldıqlarını görə bilər. Təsvir etdiyiniz tərəfdaşlıq sahələri, əlbəttə, nəinki ikitərəfli, o cümlədən daha geniş çərçivə üçün vacibdir. Avropa Şurasının Parlament Assambleyasına gəldikdə isə əfsuslar ki, biz tamamilə başqa mənzərəni görürük və mən şəxsən təəssüf edirəm. Çünki mən 2001-ci ildə Parlament üzvü olanda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olmuşam və iki il orada işləmişəm. Bildiyiniz kimi, il ərzində orada dörd sessiya olur. Qeyd etmək lazımdır ki, Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. Bir sözlə, yaranmış vəziyyət mənim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?Biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq. Lakin Avropa Şurasının Baş katibi cənab Alen Berse mənə yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın və mən bunu hələlik dayandırdım. Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir. AŞPA-nın Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır. Amma bir daha deyirəm ki, bu, bizim seçimimiz olmayıb. Biz Avropa Şurasına 2001-ci ildə könüllü şəkildə qoşulmuşuq. O vaxtlar həmin təşkilat fərqli idi və ümumiyyətlə, Avropa başqa idi. Biz Avropaya o istəklə və ümidlə daxil olurduq ki, üzvlük bizə əsas məsələnin - Qarabağ münaqişəsinin həllində, suverenliyimizin bərpasında kömək edəcək. Bir daha hesab edirəm ki, həmin məsələ ilə bağlı auditoriyanın çox vaxtını almaq istəmirəm.
Azərbaycan bütün ölkələrlə sülh və dostluq əlaqələri yaratmaqda maraqlıdır. Bizim İordaniyanın Əlahəzrət Kral ilə qardaşlıq münasibətlərimiz var və ölkələrimiz arasında əlaqələr də çox sıxdır. Yəqin bilirsiniz ki, bir neçə gün öncə mən İordaniyanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul etdim. O, öz həmkarı ilə ətraflı danışıqlar apardı, daha sonra isə mənimlə görüşdə əlaqələrimizin gələcək inkişafı, regional təhlükəsizlik və regional çağırışlarla bağlı fikir mübadiləmiz oldu. Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək, çünki artıq böyük iş həcmi görülüb. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq. Bu gün COP29-un irsi gələcək bütün COP konfransları və qlobal yaşıl gündəlik üçün mühüm əhəmiyyət kəsb edir. Sammitədək olan dövrdə və sammit zamanı malik olduğumuz bütün imkanları və potensialı bu məqsədlərə nail olmaq üçün səfərbər edəcəyik. Biz həmrəylik nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik. Nə qədər uğurlu olacağımızı demək çətindir. Həm də gələn ilin yayına dünyada və regionumuzda vəziyyət necə olacaq? Bunu söyləmək də çətindir. Lakin ümid edirəm ki, İordaniya, Azərbaycan və sülhü, sabitliyi, təhlükəsizliyi öz gündəliyinin əsas prioriteti hesab edən həmfikir ölkələr səylərini birləşdirərək müsbət nəticələrə nail olacaqlar.
Daha bir mühüm fakt ondan ibarətdir ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik. Bu, son deyil, qarşıda əlavə imkanlar var. Hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni qaz tədarükünə başlamaq, həm də mövcud tədarük həcmlərinin artırılması istiqamətində danışıqlar aparırıq. Beləliklə, bizə hər iki istiqamətdə müraciətlər var. Bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Bizim hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialımız var. Cəmi bir neçə ay əvvəl AÇG-nin dərin qaz yatağından – bizim “ACG Deep Gas” adlandırdığımız layihə çərçivəsində hasilata başladıq. Eyni zamanda, təsdiq edilmiş iş proqramı və investisiya portfeli əsasında mövcud yataqlarda da hasilat artacaq. Bundan baçqa, Bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Çünki 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Beləliklə, həmin qaz həcmləri də istehlakçılar üçün əlçatan olacaq. Yəni biz iki mühüm amilə malikik: artan qaz hasilatı və ixrac potensialı, həmçinin bu qaz üçün mövcud bazar. Buna görə də aradakı boşluğu aradan qaldırmalı, xüsusilə də nəqliyyat infrastrukturunu genişləndirib modernləşdirməliyik.Qaz nəqli infrastrukturumuz 2022-ci ildə başlayan Rusiya–Ukrayna müharibəsindən əvvəl mövcud olan şərait nəzərə alınmaqla layihələndirilmiş və inşa edilmişdi. Boru kəmərlərinin ötürmə qabiliyyəti hasilat proqnozlarımıza və qaz yataqlarının işlənməsi sürəti üzrə strategiyamıza uyğun müəyyən edilmişdi. Çünki qaz ehtiyatlarını istər 10 il, istərsə də 100 il ərzində hasil etmək mümkündür. Burada əsas məsələ ondan ibarətdir ki, bizim üçün hansı yanaşma daha məqsədəuyğundur: hasilatı onilliklər ərzində sabit səviyyədə saxlamaq, yoxsa daha böyük sərmayələr yatıraraq hasilatı qısa müddətdə əhəmiyyətli dərəcədə artırmaqdır. Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına tələbat kəskin şəkildə artdı. Avropa Komissiyası bizə müraciət edərək hasilatı mümkün qədər tez artırmaq üçün əlimizdən gələni etməyimizi xahiş etdi və biz bunu etdik. Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidentinin Azərbaycana son səfəri zamanı da qeyd olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz tədarükümüzü 65 faiz artırmışıq və bu göstərici gələcəkdə də artacaq.
Bundan əlavə, Əvvəllər heç nəzərdə tutmadığımız bir bazara - Suriyaya qaz ixracına başlamışıq və buradan yüksək tələbatın mövcud olduğu qonşu bazarlara çıxış imkanlarımız da var. Ona görə də Avropadakı tərəfdaşlarımızla münasibətlərdə bizim üçün iki məsələ xüsusi əhəmiyyət kəsb edir: uzunmüddətli müqavilələrin bağlanması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət. Hazırda Avropa Komissiyası ilə münasibətlərin mövcud səviyyəsindən çox məmnunuq. Hesab edirəm ki, Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələrinin və Avropa Komissiyası rəhbərliyinin Azərbaycana səfərlərinin intensivliyi də misli görünməmiş xarakter daşıyır. Çünki bu ilin mart ayından iyul ayınadək ölkəmizə Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi səfər ediblər. Bütün bu səfərlər son dərəcə uğurlu keçdi, çox müsbət nəticələr oldu və həm ikitərəfli münasibətlərimiz, həm də qlobal gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Prezident Tramp sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Bəli, Prezident Trampın bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi. Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu. Prezident Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı. Onlar sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə anlayırdılar. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər. Nəticədə, Ağ Evdə Ermənistanın Baş naziri, Prezident Tramp və mənim iştirakımla keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Qeyd etdiyim kimi, Prezident Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı. Eyni zamanda, altı ay ərzində Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması məqsədilə Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutan sənədi də imzaladıq. Məhz altı ay ərzində bu iş başa çatdırıldı. Mənim təcrübəmdə ilk dəfə idi ki, ABŞ rəsmiləri verdikləri sözə bu qədər dəqiqliklə əməl edirdilər. Beləliklə, avqust ayından fevral ayınadək bütün proses uğurla tamamlandı və daha sonra Vitse-prezident Vens Bakıya səfər etdi. Həmin səfər zamanı biz Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bu, həqiqətən də heyrətamiz idi. Buna inanmaq çətin idi. Bu, uzun illər yalnız arzulaya biləcəyimiz bir hadisə idi. Biz hər zaman Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətlər qurmaq istəmişik. Lakin erməni lobbisinin təsiri, mövcud stereotiplər, Azərbaycan barədə yanlış təsəvvürlər və ölkəmizin imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi buna mane olurdu. Prezident Bayden senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün müəlliflərindən biri idi və onun regiona baxışı da məhz belə idi. Onun yanaşmasına görə, region parçalanmış, münaqişələr və qarşıdurmalar şəraitində qalmalı idi. Belə vəziyyətdə məqsədlərinə nail olmaq daha asan olurdu. Prezident Tramp isə tamamilə fərqli şəxsdir və fərqli baxışlara malikdir. O, sülhü arzulayır və sülhü yeni imkanlar yaradan bir amil kimi görür. Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq. TRIPP layihəsi regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Bizim buna böyük ehtiyacımız var. Eyni zamanda, bu, Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək. Şəxsən Prezident Trampa və onun komandasına dərin minnətdarlığımızı bildiririk. Xüsusilə Stiv Uitkoffun və Arye Laytstounun adlarını qeyd etmək istərdim. Onlar Prezident Tramp ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında həlledici rol oynayıblar.
Bundan başqa, Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır. Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq. Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bizim bərpaolunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə, elektrik enerjisinin Avropa bazarına ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var və bizim əlavə imkanlarımız var. Əlbəttə, gündəlik fəaliyyətimizin mühüm istiqamətlərindən biri də ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu işi fasiləsiz şəkildə davam etdirməli, qazandığımız nailiyyətləri, qarşımızda duran çağırışları və həyata keçirdiyimiz işləri dünya ictimaiyyətinə təqdim etməliyik.Mövcud şəraitdə isə yəqin ki, bir nömrəli prioritet təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. Çünki təhlükəsizlik məsələləri və təhdidlər bizim region üçün kitablardan oxuduğumuz anlayışlar deyil – biz bu reallıqla hər gün üz-üzəyik. Beləliklə, gündəliyimiz kifayət qədər genişdir. Bunu bir cümlə ilə ifadə etməli olsam, deyərdim ki, əsas məqsədimiz müdafiə potensialımızı gücləndirmək, milli maraqlarımızı qorumaq və mümkün qədər çox ölkə ilə praktik və səmərəli əməkdaşlıq münasibətləri qurmaqdır. Biz hazırda müharibələrin əhatəsində yerləşən bir bölgədəyik. Şimalımızda müharibə vəziyyətində olan bir qonşumuz, cənubumuzda isə müharibə aparan digər qonşumuz var. Biz isə onların arasında yerləşirik. Əlbəttə ki, belə bir şəraitdə ölkəmizi qorumaq və eyni zamanda, imkan daxilində, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək bizim üçün böyük əhəmiyyət kəsb edir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Hesab edirəm ki, bunu təkcə biz deyil, həm də bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün əllərindən gələni edən vasitəçi ölkələr də düşünürlər. Xüsusilə Pakistanı, əziz dostum Baş nazir Şahbaz Şərifi və Feldmarşal Asim Muniri qeyd etmək istərdim. Onlar Amerika Birləşmiş Ştatları ilə İran arasında vasitəçilik səylərində həqiqətən böyük iş gördülər və mühüm uğur qazandılar. Təəssüf ki, bu, uzun sürmədi. Lakin ümid edirəm ki, hazırkı münaqişənin alovlanması da uzun sürməyəcək. Ona görə də mən əminəm ki, sülh mümkündür. Əks təqdirdə, buna inanmadan yaşamaq çox çətin olar. Düşünürəm ki, əsas məsələ sülh əldə edildikdən sonra regionun necə görünəcəyi olacaq. Bu baxımdan müxtəlif ssenarilər və müxtəlif variantlar mövcuddur. Təbii ki, bir çox ölkələr öz strateji baxışlarına uyğun siyasət yürüdürlər. Azərbaycana gəldikdə isə, bizim yeganə istəyimiz sərhədlərimiz boyu sülhün hökm sürməsidir. Çünki ölkə daxilində sülh şəraitində yaşadığınız halda sərhədləriniz boyunca döyüşlər gedirsə, siz heç vaxt özünüzü təhlükəsiz hiss etmirsiniz. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Azərbaycanda cəmi bir ildən az müddətdir ki, sülh şəraitində yaşayırıq. Biz 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi oldu, sonra atəşkəs dövründə müxtəlif qarşıdurmalar yaşandı, ardınca müxtəlif gərginliklər baş verdi və nəhayət, İkinci Qarabağ müharibəsi oldu. Beləliklə, biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var. Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. Biz özümüzü müdafiə edirdik.1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu və bundan sonra biz münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq. Lakin bu, mümkün olmadı. Biz suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Biz buna nail olduq və daha irəli getmədik. Biz dayandıq və bu, çox vacib idi. Düşünürəm ki, silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır. Bu, asan deyil və biz bunu yaxşı anlayırıq. Biz 30 il qəlbimizdə bu yara ilə yaşamışıq. Lakin dayanmalı olduğumuz anda dayandıq. Biz müharibəni sonsuz etməmək üçün dayandıq. Başqa seçimlərimiz də ola bilərdi. Lakin məsuliyyət və müdriklik tələb edirdi ki, biz dayanaq. Çünki dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Bəlkə də, aşağı intensivliklə davam edən bir müharibəyə çevriləcəkdi. Müəyyən vaxtdan sonra yenidən alovlanacaq, sonra yenidən səngiyəcəkdi və insanlar həlak olacaqdılar. Ona görə də Yaxın Şərqdə də silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər və İran dayanmalıdırlar. Əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların şəhərlərimizi necə dağıtdıqlarını, günahsız qadınları və uşaqları necə qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmayacağıq.
Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq. Bu mövzuda çox danışmaq istəmirəm. Biz bunu sadəcə danışmaq üçün etmirik. Bu, sadəcə, ürəkdən gəlir. Bu, dövlətlərə və yeri gəlmişkən, təkcə onlara deyil, adi insanlara, kommersiya şirkətlərinə də aiddir. Yəni bu, ağır vəziyyətdə olanlara, əziyyət çəkənlərə, ərazi bütövlüyü pozulanlara yardım etmək və əlimizdən gələn hər cür köməyi göstərmək üçün vahid səydir.
Eyni zamanda, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir. Əlbəttə, burada nəqliyyat, ticarət və humanitar əməkdaşlıq mühüm rol oynayır. Bu gün Cənubi Qafqaz dəyişib, həm də əsaslı surətdə. Rusiyanın Cənubi Qafqazdakı roluna gəldikdə, bu barədə danışmaq mənim üçün çətindir, çünki bu konsepsiya, əgər Rusiya tərəfindən hələ hazırlanmayıbsa, yəqin ki, işlənib hazırlanmalıdır. Cənubi Qafqaz dəyişib, həm də əsaslı surətdə. Bu halda, bəlkə də demək olar ki, həmin məsələdə təkanverici rol oynayan İkinci Qarabağ müharibəsi olub. Bu müharibə artıq mövcud və ətalətli hesab edilən bir çox layı yerindən tərpədib. Cənubi Qafqazda Azərbaycanın suverenliyinin tam bərpası, Ermənistanın Avropaya doğru səyləri və bu proseslə bağlı hər şeylə əlaqədar sonrakı inkişaflar - şübhəsiz ki, fikrimcə, bütün bunların bütövlükdə regiondakı analitiklər və hökumət rəsmiləri tərəfindən yenidən düşünülməsini zəruri edir. Əlaqələr olmadan, sanki nəbzi duymadan bunu etmək çox çətin olacaq. Çünki Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib. Başqa sözlə, bu, yeni mərkəzləri və bir daha fərqli istiqamətlərdə səyləri olan beş il əvvəlkindən tamamilə fərqli bir regiondur. Ola bilər ki, onlar indi əvvəlkindən daha aydın görünür, amma bu regionla məşğul olanlar şübhəsiz ki, həmin tendensiyaları görüblər. İstənilən xarici oyunçu üçün Cənubi Qafqazla bütövlükdə münasibətlər qurmaq çox çətin bir işdir. Çünki bu region konsolidasiya olunmayıb. O, siyasi, iqtisadi və ya nəqliyyat baxımından inteqrasiya olunmayıb. Biz belə bir başlanğıc mərhələdəyik. Həm də biz Qərb birliyi tərəfindən Ermənistana açıq meyletməni görəndə, həmin mesajları mən avropalı həmkarların da diqqətinə çatdırdım. Bu, bizim üçün suallar doğurdu, çünki biz coğrafiya, iqtisadi potensial və hər şey haqqında məlumatlıyıq və öz dəyərimizi də bilirik. Amma, belə deyək, Ermənistan praktik olaraq regionun əsas nəqliyyat mərkəzi kimi təqdim edildikdə, əlbəttə ki, böyük suallar yarandı, elə deyilmi? Tranzit ölkə kimi heç bir təcrübəsi olmayan bir ölkə, sən demə, birdən-birə əsas haba çevrilir. Sadəcə, oradan nəyin keçdiyi bəlli deyil. Bu, təhrifdir, başa düşürsünüz? Bu təhrif, təbii ki, siyasi hərəkətlərdən, öz tərəfinə cəlbetmə cəhdlərindən yaranıb. Bu, hər kəsin uzaqlaşmalı və Cənubi Qafqaza geosiyasi mübarizə meydanı kimi baxmamalı olduğu bir cəhətdir. Biz geosiyasi intriqalara cəlb olunmağa, heç bir xarici oyunçunun bizi öz məqsədləri üçün, istər başqasına, istərsə də bilmirəm, kimə qarşı istifadə etməsinə icazə verməmişik. İndi isə, inanıram ki, qonşularımız da sözdə deyil, əməldə eyni şeyi etməlidirlər. Bu regionda marağı olan, bölgədə sülhün və əməkdaşlığın olmasına maraq göstərən hər kəs Cənubi Qafqazın bütün ölkələri ilə fərdi əməkdaşlıq formatlarını inkişaf etdirməlidir. Ermənistanla münasibətlərin normallaşması prosesi başa çatdıqda, Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqələri başladıqda, - indiki kimi deyil, birbaşa, Zəngəzur dəhlizi və ya digər dəhlizlər vasitəsilə, - Cənubi Qafqaz siyasi cəhətdən hansısa üçtərəfli format yaratmağa hazır olduqda, onda vəziyyət fərqli olacaq. Düşünürəm ki, o vaxta qədər düzgün seçim edilməsi və sonradan məyusluq olmaması, yenə lazım olanı seçmədik deməyə ehtiyac yaranmaması üçün hər bir ölkənin potensialının, onun iqtisadi, siyasi, hərbi, demoqrafik və digər imkanlarının ayıq şəkildə qiymətləndirilməsi vacibdir. Ən əsası, əməkdaşlıq etmək istəyən hər kəs, ilk növbədə, bu regionun sülh, qarşılıqlı fəaliyyət və geosiyasi rəqabətdən tam azad bir bölgə olması lazım olduğu mövqeyindən çıxış etməlidir. Hər hansı bir regionun ondan azad ola biləcəyi qədər. Biz bütün regionun - Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycan – hamısının məsələləri ilə bərabər hüquqda məşğul olmalıyıq. Hadisələrin necə inkişaf etməsi və Cənubi Qafqaz ölkələri ilə alyansların dəyişməsi nəzərə alındıqda, bu əməkdaşlığın formatına dair qiymətləndirməmiz təbii olaraq dəyişdi. Yəni, düşünürəm ki, bu mərhələdə bunun tamhüquqlu altıtərəfli və ya beştərəfli əməkdaşlıq, - bilirik ki, Gürcüstan qoşulmayıb, - çox aydın gündəliyi olan beştərəfli əməkdaşlıq olması vacibdir. Bilirsiniz, bu, Azərbaycan və Ermənistan üçün çətir rolunu oynayacaq başqa bir Minsk qrupuna çevrilməsin. Xeyr. Biz bütün regionun - Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycan – hamısının məsələləri ilə bərabər hüquqda məşğul olmalıyıq. Bax, bu konsepsiya hazırda bizim tərəfimizdən əsas hesab olunur. Əgər eyni qavrayış digər paytaxtlarda da qəbul edilərsə, düşünürəm ki, ən azı xarici işlər nazirləri səviyyəsində beştərəfli görüşə tələbat yaranacaq.
Azərbaycanın Yaponiya və Çin kimi inkişaf etmiş ölkələrlə arasında münasibətlər haqqında fikirlərini bildirən dövlət başçısı qeyd etdi ki, Bir çox yapon şirkəti Azərbaycanda iri sənaye sahələrdə podratçı kimi işləyib.Mən yapon şirkətlərinin podratçı qismində tikdiyi bəzi böyük enerji stansiyaların açılışında şəxsən iştirak etmişəm. Yaponiyadan bizə daha çox sərmayələr yatırılmır, lakin ola bilsin, bu, baş verəcək. Düşünürəm ki, biz kifayət qədər bir çox məsələlərdə - enerji, texnologiya, ekologiya sahələrində əməkdaşlıq edə bilərik. Potensial qaydada, müdafiə sənayesi sahəsində əməkdaşlıq edə bilərik, çünki bilirəm ki, Yaponiya öz müdafiə sənayesini inkişaf etdirir. Biz də bunu edirik və təcrübə mübadiləsini həyata keçirə və ola bilsin, bir sıra birgə istehsal sahələrini yarada bilərik. Yaponiya ilə ticari münasibətlərdə əvvəlki illərdə yaxşı təcrübəmiz olub. Bildirim ki, hazırda aramızda daha az layihə var. Ola bilsin, son beş-altı il ərzində, biz İkinci Qarabağ müharibəsindən sonra aramızda o qədər də böyük diplomatik fəaliyyəti görmürük. Lakin, düşünürəm ki, orada potensial var və əməkdaşlığın digər əlavə üstünlüklərini görmək üçün hökumət rəsmiləri, işgüzar dairələr, şirkətlər arasında daha çox görüşlər lazımdır. Bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Mənim keçən il Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin, - siyasi, iqtisadi, nəqliyyat, - hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub. Biz buna çox şadıq və böyük əhəmiyyət veririk. Bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Onlardan bəziləri artıq böyük investisiyalar qoyur, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir. Dövlət səfərim zamanı Çinin bir çox aparıcı şirkətinin rəhbərliyi ilə görüşdüm və məmnunam ki, onların Azərbaycandakı fəaliyyətləri artıq öz nəticələrini verir, həm də çox səmərəli, sürətli və çox yüksək keyfiyyətlə işləyir. Biz, qarşılıqlı fəaliyyətin yeni bir fəslini - müdafiə sahəsində əməkdaşlığı açdıq. Azərbaycan artıq müəyyən hərbi məhsullar əldə edib, onlardan bəziləri Qələbəmizin beşinci ildönümünə həsr olunmuş paradda nümayiş etdirilib, bəziləri hələ yoldadır, digərləri isə hələ də müzakirə mərhələsindədir. Buna görə də biz hərbi-texniki təminat sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq. Orta Dəhlizə gəldikdə, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən, Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur. Azərbaycanda Günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir. Bu o deməkdir ki, investordan asılı olmayaraq, Azərbaycanda gördüyünüz istənilən Günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək Günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir. İkitərəfli əməkdaşlığın ən son mühüm hadisələrindən biri kimi, hazırda şəhərdə gördüyümüz BYD elektrik avtobuslarının birgə istehsalını da qeyd edərdim. Bizdə avtobuslar üçün iki rəng var: elektrik avtobusları üçün yaşıl, ənənəvi avtobuslar üçün isə qırmızı. Nə qədər çox yaşıl avtobusumuz olsa, bir o qədər yaxşıdır. Beləliklə, çoxlu sayda layihə var. Münasibətlərimizin inkişaf istiqamətindən çox məmnunuq və həmçinin idarəetmə səviyyəsində siyasi qərarların qəbul edilməsindən tutmuş konkret layihələrin həyata keçirilməsinə qədər olan vaxtın çox qısa olmasına sevinirik. Belə olan halda, bu, Çin şirkətlərini bir çox digərlərindən fərqləndirir, bəziləri ilə aylarla, bəlkə də illərlə danışıqlar aparmalı oluruq və nəticədə istehsalın qurulması prosesi uzanır. Bu halda hər şey tam olaraq cədvələ uyğun gedir, ona görə də həm mən, həm də Çin şirkətləri ilə əməkdaşlıq edən bütün xidmətlər çox məmnunuq.
Özbəkistan-Azərbaycan əlaqələrinə gəlincə bu münasibətlərin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır. Hörmətli Prezident Şavkat Miromonoviçlə bizim şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilmişdir və Şavkat Miromonoviçlə birlikdə biz o məktəbin açılışını qeyd etmişik. Yəni ondan sonra digər qardaş dövlətlər də bizə hədiyyələr etmişlər – Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib. Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Onu da bildirməliyəm ki, Özbəkistan öz qardaşlıq missiyasını təkcə məktəblə yekunlaşdırmayıb. Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi – tikiş fabriki yenə də Özbəkistan sərmayəsi hesabına açıldı və yenə də hörmətli Prezident Mirziyoyevlə birlikdə biz o fabriki ziyarət etmişik. Bir çox iqtisadi-sənaye layihələri icra edilir. Həm Azərbaycan investisiyaları, həm Özbəkistan investisiyaları qoyulur. Biz 500 milyon dollar dəyərində birgə sərmayə fondu yaratdıq. Bu sərmayə fondu həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bu gün Azərbaycanın neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə bir müjdə, xoş xəbər verəcəklər. Çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir və ümid edirəm ki, “Üstyurt” yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq. O ki qaldı, Azərbaycan-Mərkəzi Asiya formatına, burada da Prezident Mirziyoyevin müstəsna xidmətləri, xüsusi rolu var. Azərbaycan artıq tamhüquqlu üzv kimi bu Məşvərət Şurasına qoşuldu. Mən fəxri qonaq qismində iki dəfə Zirvə görüşlərinə dəvət edilmişdim, son dəfə isə artıq Azərbaycan-Mərkəzi Asiya vahid bir Məşvərət Şurası yaradılmışdır. Bu, bizi çox qürurlandırır, çox sevindirir. Bu, deyə bilərəm ki, nadir bir hadisədir. Çünki biz coğrafi nöqteyi-nəzərdən, təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər.Bu gün bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Çünki beləliklə, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda, bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Əlbəttə, deyə bilərəm ki, Prezident Şavkat Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol oynamışdır.
Bundan əlavə , Mixail Qusmanı tanımayanlar üçün qeyd edərdim: o, Azərbaycan xalqının layiqli oğludur. Özü də dediyi kimi, təxminən 40 il Rusiyada ezamiyyədə olub, amma Azərbaycanla əlaqəni heç vaxt kəsməyib, həmişə bizimlə birlikdə olub, daim uğurlarımıza sevinib və çətinliklərə şərik olub.O, İkinci Qarabağ müharibəsi zamanı praktik olaraq burada yaşayıb və cəbhə xəttindən reportajlar hazırlayıb ki, bu da onun xarakterini, xalqına, ölkəsinə münasibətini nümayiş etdirib, həm də bizə çox kömək edib... Zəhmət olmasa, əyləşin. Bizə informasiya blokadasını yarmağa kömək ediblər.Hazırkı vəziyyətdə o, burada zərərçəkənlər adından danışır. Bilməyənlər üçün deyim ki, keçən il məhz bu forumda mənə verilən bir suala görə, - düşünürəm ki, o, eyni yerdə oturmuşdu, - bəli, onilliklərini həsr etdiyi, əslində rəhbərlik etdiyi və TASS-ın beynəlxalq xəbər agentliyi kimi inkişafı üçün çox iş gördüyü təşkilatdakı vəzifəsindən uzaqlaşdırıldı.Keçən il Rusiyadan başqa zərərçəkənlərimiz də oldu, amma bu gün onu görmədim. Ola bilər ki, artıq həbs ediblər? Allah qorusun, əlbəttə ki, Allah ona cansağlığı qismət eləsin. Amma birini sadəcə Azərbaycan Prezidentinə müsbət sual verdiyinə görə vəzifəsindən azad ediblər, digəri isə sadəcə Azərbaycan haqqında müsbət fikirlər söylədiyi üçün xarici agent elan olunub. Ona görə də, Aleksey, ehtiyatlı ol. Amma bu, sanki bir müqəddimədir.
Əlbətdə, Müharibə özlüyündə böyük faciədir, lakin uzunsürən müharibə hərbi əməliyyatın özündən heç də az olmayan risklər daşıyır. Müharibədənsonrakı dövr, - ölkələrin bundan necə çıxması, nəticələri və fəsadları ilə necə mübarizə aparması, - əlbəttə ki, proqnozlaşdırılması və cavabı çətin olan sualdır. Bu gün bizim üçün yeganə risk Azərbaycanı hansısa avantüraya cəlb etmək cəhdləridir. Keçmişdə də belə cəhdlər olub, lakin onlar daha çox siyasi xarakter daşıyırdı. Biz onları həmişə uğurla dəf etmişik və praktik olaraq dayandırılıb. Bu gün onlar daha ciddi və daha təhlükəli xarakter alıb.Ona görə də, necə deyərlər, özümüzü müdafiə etmək bizə yad deyil, konsolidasiya olunmuş birlik ilə mübarizə aparmaq da. Təhlükəsizliyimizi, sərhədlərimizi, təhdidlərə qarşı mübarizə sistemlərimizi gücləndirmək - hər halda, 2003-cü ildən bəri məşğul olduğumuz bundan ibarətdir. Görünür, gücüm imkan verdiyi qədər bununla məşğul olmağa davam edəcəyəm.Bu proses heç vaxt bitməyəcək, bax, siz qeyd etdiniz, bir il əvvəl danışdığımızı. Bəli, bir az nəfəs ala bilərdik, amma bu şansımız olmayacaq. Hətta 2020-ci ildə, İkinci Qarabağ müharibəsində Qələbədən sonra bir saniyə belə nəfəsimizi dərmədik. Düzünü desək, bayram etmək üçün nə vaxt, nə də istək var idi. Çünki o qədər çox bayram etmək olar ki, hər şeyi gözdən qaçıra bilərsiniz. Biz dərhal sonrakı hazırlıqlara başladıq. 2023-cü ildən sonra, bu cür açıq təhdidlər və Azərbaycana qarşı sanksiya cəhdləri başlayanda, demək olar ki, bu günə qədər müqavimət göstərdik. İndiyə qədər. Həm də müxtəlif cəbhələrdə.
Hazırda Qarabağın bərpasında dost və qardaş ölkələrin böyük dəstəyi olduğunu diqqətə çatdıran ölkə başçısı qeyd etdi ki, göstərilən köməyə görə Qazaxıstan Prezidenti Tokayevə çox minnətdaram. Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Kasım-Jomart Kemeleviç və mən bu mərkəzi birlikdə açdıq və azad edilmiş ərazilərin bərpasında qardaş xalqımızın dəstəyinə görə çox minnətdarıq. Əlbəttə, Prezident Tokayev ilə şəxsi münasibətlərimiz ikitərəfli formatda və regional əməkdaşlıqda mühüm amildir. Bizim çox geniş gündəliyimiz var. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr olaraq sıx qarşılıqlı fəaliyyət göstəririk. Mahiyyət etibarilə, Qazaxıstan ilə Azərbaycan arasında fəal əməkdaşlıq olmadan regionumuzda, Xəzər bölgəsində hər hansı nəqliyyat layihəsi sadəcə mümkün deyil. Sevinirik ki, infrastrukturun yaradılması və genişləndirilməsi üzrə paralel işlər aparılır. Artıq Azərbaycandan bəhs etmişəm. Bilirəm ki, Qazaxıstan da liman infrastrukturunun genişləndirilməsi üçün çox iş görür. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə əməkdaşlıq formatı artıq mövcuddur. Tarif siyasəti, rəqəmsallaşdırma, gömrük administrasiyası prosedurlarının sadələşdirilməsi və bir çox digər mühüm məsələlər müzakirə edilir və həll olunur. 2024-cü ildə Qazaxıstan və Özbəkistan prezidentləri ilə Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair Bakıda müqavilə imzaladıq. Artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Bununla yanaşı, Qazaxıstanla Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik.Qazaxıstandan müəyyən həcmdə neft Azərbaycan ərazisindən nəql olunmağa başlayıb. Beləliklə, iki ölkə bu regionda sıx əməkdaşlıq edir. Əlbəttə ki, biz Prezidentin rəhbərliyi ilə Qazaxıstanın sürətli inkişafından məmnunuq.Bu yaxınlarda tarixi Türküstan şəhərinə səfər etdim və onun tarixi irsinin nə qədər diqqətlə qorunub saxlanması və ulu əcdadlarının xatirəsinin ehtiramla yad edilməsi məndə dərin təəssürat yaratdı. Beləliklə, münasibətlərimizin necə inkişaf etməsindən çox şadam və qardaş Qazaxıstan xalqına yeni uğurlar arzulayıram;
ŞBMT-də islahatlarla bağlı məsələyə gəlincə bu Təhlükəsizlik Şurasında vaxtaşırı müzakirə olunur. Lakin indiyədək hər hansı nəzərəçarpacaq irəliləyiş əldə edilməyib. Azərbaycanın bu məsələ ilə bağlı öz mövqeyi var və olub. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə biz Təhlükəsizlik Şurasında islahatlarla bağlı öz təklifimizi irəli sürmüşük. Çünki hesab edirik ki, bu islahat inklüziv və təmsilçilik prinsipinə əsaslanmalıdır. Bizim təklifimiz bundan ibarət idi ki, rotasiya prinsipi əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatına verilsin və məsələn, Hərəkata hazırda sədrlik edən ölkə veto hüququna malik daimi üzv kimi Təhlükəsizlik Şurasında təmsil olunsun. Eyni qaydada bir yer İslam Əməkdaşlıq Təşkilatına verilməlidir. Çünki müsəlman ölkələri də Təhlükəsizlik Şurasında təmsil olunmayıblar. Bu yer də rotasiya prinsipi əsasında müəyyənləşdirilməlidir. Həmçinin bir yer Afrika İttifaqına verilməli və hazırda Afrika İttifaqına sədrlik edən ölkə həmin yeri tutmalıdır. Hesab edirəm ki, bu, Təhlükəsizlik Şurasında daha ədalətli tarazlıq yaradardı.Biz bilirik ki, bəzi ölkələr Təhlükəsizlik Şurasına üzv olmaq istəyirlər. Lakin əgər nə vaxtsa islahat həyata keçirilərsə, onda nə üçün digərinin deyil, məhz bu ölkənin üzv seçilməli olduğunu müəyyən edən meyarların tapılması olduqca çətin olacaq. Nə əhalinin sayı, nə də iqtisadi potensial belə meyar ola bilməz. Bizim təklifimiz, ilk növbədə, inklüzivlik prinsipinə əsaslanır. Bu, rotasiya prinsipi ilə həyata keçirilə bilər. Necə ki, hazırda Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti rotasiya prinsipi əsasında seçilir. Lakin bu halda həmin yer veto hüququna malik olmalıdır. Bu, mütləq baş verməlidir. Əks təqdirdə, Birləşmiş Millətlər Təşkilatı öz nüfuzunu, potensialını və təsir imkanlarını itirməkdə davam edəcək, münaqişələrin həlli və beynəlxalq münasibətlərin tənzimlənməsi sahəsində digər güc mərkəzlərinin kölgəsində qalacaq. Əlbəttə, hamımız sülh istəyirik. Afrikada sülhün bərqərar olması dünyanın hər hansı digər bölgəsində olduğu kimi, mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu gün də bəzi qaynar nöqtələrin mövcud olmasının əsas səbəblərindən biri kənar müdaxilələrdir. Əgər xarici müdaxilələr aradan qalxarsa, sülh çox tezliklə bərqərar ola bilər. Əlbəttə, burada həmin proseslərdə iştirak edən əsas tərəflərin məsuliyyəti də həlledici rol oynayacaq. Yeri gəlmişkən, Afrika İttifaqına üzv ölkələrlə münasibətlərimiz də getdikcə inkişaf edir. Biz Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə, xüsusilə COVID-19 pandemiyası zamanı 80 ölkəyə humanitar yardım göstərmişik. Həmin ölkələrin böyük əksəriyyəti Afrika qitəsini təmsil edirdi.
Bu gün Bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar mənim tərəfimdən. Bildiyiniz kimi, mən həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim, baxmayaraq ki, artıq 23 ilə yaxındır bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan haradan-haraya gəlib, indi xalqımız da yaxşı bilir. Mənimsə müraciətim ancaq Azərbaycan xalqına ola bilər. Azərbaycan xalqına bir çox müraciətlərim olub müxtəlif dövrlərdə. Həm işğal dövründə, həm müharibə dövründə, müharibədən sonra. Əlbəttə ki, bu müraciətlər də məzmunca fərqlənib, çünki fərqli bir situasiyada idik. İşğal dövründə müraciətim keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər. Onlar iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bu barədə bir neçə dəfə danışmışam, yenə də fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə görürdüm onların ümidləri yavaş-yavaş tükənir. İnsanların gözlərindəki o nisgil, o ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il, - bu, az müddət deyil, - 17 il gözləyirdilər, mənim sözlərimə inanırdılar və ümumiyyətlə, aparılan işlərə də həmişə dəstək olurdular.Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm. Müharibədən sonrakı dövr, bu, çox yəni çətin dövr idi. Müharibə qədər olmasa da, çox çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr, ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da ki, yenə Azərbaycanı asılı vəziyyətdə saxlamaq, yəni Azərbaycan ədalətin tam bərpasına nail olmasın deyə müxtəlif fitnələr təşkil etmək. Bütün bunları biz yaxşı xatırlayırıq. Mənim də müraciətlərim ondan ibarət idi ki, - mən bu barədə artıq dedim, - biz bu müharibədəki Qələbəni gəlin, indi qeyd eləməyək, gəlin, necə deyərlər, daha fəal olaq, çünki hələ görüləsi işlər çoxdur. Bir qrup keçmiş köçkün də bax bu sözlərə yenə də inanıb gözləyirdi ki, o gün gələcək, onlar da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Srağagün mən onların bir qrupu ilə görüşmüşdüm. Həm Qaladərəsi kəndində, həm də Güneyxırman və Quzeyxırman kəndlərində. Demişdim ki, 2020-ci ildə müharibə bitəndə, biz zəfər çalanda bu torpaqlar hələ işğal altında idi. Amma siz inanırdınız ki, gün gələcək, biz bu torpaqlara da qayıdacağıq və o gün gəldi, lazım olan vaxtda. Müraciətlərim məzmunca fərqli olsa da, deyə bilərəm, onların ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik. Bu gün mən artıq bu barədə dedim. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, daha uzun illərdən bəri onlardan heç biri, yəni sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında, o vaxt müstəqil olmayan Azərbaycan Respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə daha çox verirdik, nəinki alırdıq. Cəmi iki respublika var idi. Biz verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə çevrilmişdi. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmışdı, torpaqlarımız da əldən getmişdi. Ancaq özümüzə və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Nə üçün mən bunu deyirəm? Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq. Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün. Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun.
Mirzəyev Tofiq Ocaqqulu oğlu – Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini