NDU Biotexnologiya

NDU Biotexnologiya Biotexnologiya və in vitro hüceyrə kulturaları üzrə iş. Texniki avadanlıqlar. Müasir cihazlar.

Şəkildə in vitro kultivasiya olunmuş bitkilərin subkulturadan ayrılması və akklimatizasiyaya hazırlanması mərhələləri tə...
30/03/2026

Şəkildə in vitro kultivasiya olunmuş bitkilərin subkulturadan ayrılması və akklimatizasiyaya hazırlanması mərhələləri təqdim olunur. Mikrobitkilər steril şəraitdə qida mühitindən çıxarılmış, kök formalaşması vizual olaraq qiymətləndirilmiş və ex vitro adaptasiya mərhələsinə yönləndirilmişdir. Bu mərhələ bitkilərin laboratoriya şəraitindən təbii mühitə uğurlu keçidi üçün kritik əhəmiyyət daşıyır.

13/03/2026

Laboratoriyamızda tələbələrin iştirakı ilə həyata keçirilən praktiki məşğələlər zamanı in vitro bitki yetişdirilməsi prosesləri tətbiq olunmuş, steril şəraitdə işləmə qaydaları və müasir biotexnoloji üsullar praktiki şəkildə öyrənilmişdir.

06/03/2026

27/02/2026
Biotexnologiya laboratoriyasında in vitro bitki kulturasında mikroçoğaltma mərhələsi.Steril şəraitdə eksplantların qida ...
25/02/2026

Biotexnologiya laboratoriyasında in vitro bitki kulturasında mikroçoğaltma mərhələsi.
Steril şəraitdə eksplantların qida mühitinə köçürülməsi və regenerasiya prosesinin izlənilməsi.
Bitki biotexnologiyasında sürətli və sağlam çoxaltma üsulu.

Agdash Biotechnology LLC-də səmimi və yadda qalan görüş keçirilmişdir. İnvitro sahəsində aparılan işlərlə yaxından tanış...
22/02/2026

Agdash Biotechnology LLC-də səmimi və yadda qalan görüş keçirilmişdir. İnvitro sahəsində aparılan işlərlə yaxından tanışlıq təmin olunmuş və Naxçıvan Dövlət Universiteti Biotexnologiya Mərkəzinə dəstək məqsədilə calaqaltı sort nümunələri təqdim edilmişdir. Bu əməkdaşlıq gələcək elmi-tədqiqat fəaliyyətləri üçün mühüm töhfə hesab olunur.

Grand-Agro Invitro LLC-də baş tutan görüş zamanı Naxçıvan Dövlət Universiteti Biotexnologiya Mərkəzinin tədqiqat istiqam...
22/02/2026

Grand-Agro Invitro LLC-də baş tutan görüş zamanı Naxçıvan Dövlət Universiteti Biotexnologiya Mərkəzinin tədqiqat istiqamətləri və bitki çeşidliliyinin artırılması məqsədilə şirkət tərəfindən dəstək olaraq müxtəlif bitki nümunələri təqdim edilmişdir.

Eyni zamanda gələcəkdə universitetin Biotexnologiya Mərkəzi ilə birgə həyata keçirilə biləcək elmi-tədqiqat işləri barədə geniş və səmərəli müzakirələr aparılmış, Naxçıvan Muxtar Respublikasında biotexnologiya sahəsində perspektiv layihələr və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi edilmişdir.

Göstərilən dəstəyə görə Grandagro-İnvitro MMC-nin rəhbəri Ramil bəy başda olmaqla bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm.

Bu gün Bakı Dövlət Universitetində dəyərli alim Sahib müəllim tərəfindən təşkil olunan “Peptid təbiətli antibiotiklərin ...
22/02/2026

Bu gün Bakı Dövlət Universitetində dəyərli alim Sahib müəllim tərəfindən təşkil olunan “Peptid təbiətli antibiotiklərin tətbiq perspektivləri” mövzusunda elmi müzakirədə Naxçıvan Dövlət Universiteti Biotexnologiya Mərkəzinin rəhbəri qismində iştirak olunmuşdur. Dəvətə və səmimi, yüksək səviyyəli elmi müzakirələrə görə təşəkkür ifadə olunur.

Eyni zamanda bildirilmək istər ki, hazırda Naxçıvan Dövlət Universitetin Biotexnologiya Mərkəzinin laboratoriya müdiri Kərimova Telli tərəfindən “Yenidoğulmuş uşaqların rezident mikroflorasından proteolitik süd turşusu bakteriyalarının ayrılması və xarakterizə edilməsi” mövzusu üzrə magistr tədqiqatı müdafiə olunmuş və elmi araşdırmalar mərkəzdə davam etdirilməkdədir.

Naxçıvan Dövlət Universitetinin Biotexnologiya Mərkəzinin müdiri Əli müəllim işgüzar səfər çərçivəsində Gəncə şəhərində ...
22/02/2026

Naxçıvan Dövlət Universitetinin Biotexnologiya Mərkəzinin müdiri Əli müəllim işgüzar səfər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya və Molekulyar Diaqnostika Laboratoriyasının rəhbəri, hörmətli Vuqar Nabiyev ilə gələcək perspektiv əməkdaşlıq istiqamətləri üzrə geniş və məzmunlu elmi müzakirələr aparmışdır.

Görüş zamanı birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, molekulyar diaqnostika və bitki biotexnologiyası sahələrində innovativ metodların tətbiqi, eləcə də elmi kadr hazırlığı və təcrübə mübadiləsinin təşkili məsələləri ətraflı şəkildə müzakirə olunmuşdur. Aparılan müzakirələr qarşılıqlı elmi əməkdaşlığın inkişafı, institusional tərəfdaşlığın möhkəmləndirilməsi və biotexnologiya sahəsində ortaq tədqiqat platformasının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Dövlət Universiteti - Azərbaycan Dövlət Aqrar Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsi...
22/02/2026

Naxçıvan Dövlət Universiteti - Azərbaycan Dövlət Aqrar Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində NDU-nun Biotexnologiya Mərkəzinin rəhbəri Əli Quliyev ortaq elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi məqsədilə ADAU-da işgüzar səfərdə olmuşdur.

Səfər zamanı hər iki universitetin Biotexnologiya mərkəzləri arasında perspektiv əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilmiş, birgə elmi layihələrin icrası, innovativ biotexnoloji yanaşmaların tətbiqi, həmçinin bitki materialları və kimyəvi reagentlərin qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunmuşdur. Bu əməkdaşlıq mövcud elmi potensialın birləşdirilməsi, təcrübə və bilik mübadiləsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Universitetlərarası elmi əlaqələrin möhkəmləndirilməsinə və belə bir əməkdaşlıq mühitinin yaradılmasına göstərilən yüksək diqqət və dəstəyə görə Naxçıvan Dövlət Universitetinin rektoru, hörmətli Elbrus Isayev müəllimə və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, hörmətli Zəfər Qurbanov müəllimə dərin minnətdarlığımı bildirirəm.







Müasir beynəlxalq standartlara cavab verən Biotexnologiya Mərkəzinin yaradılması və burada əldə olunan elmi nəticələrin ...
22/02/2026

Müasir beynəlxalq standartlara cavab verən Biotexnologiya Mərkəzinin yaradılması və burada əldə olunan elmi nəticələrin yüksək səviyyəsi təsadüfi xarakter daşımır. Bu nailiyyət, Naxçıvan Dövlət Universitetində elmə göstərilən xüsusi diqqətin, güclü maddi-texniki bazanın formalaşdırılmasının və məqsədyönlü idarəetmə siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Biotexnologiya Mərkəzində qurulmuş müasir laboratoriya infrastrukturu, tətbiq olunan innovativ tədqiqat metodologiyaları və gənc tədqiqatçıların fəal elmi iştirakı aparılan tədqiqatların səmərəliliyini və nəticəyönümlülüyünü əhəmiyyətli dərəcədə artırmışdır. UNEC nümayəndə heyətinin səfəri çərçivəsində mərkəzdə həyata keçirilən elmi fəaliyyətə verilən yüksək qiymət yaradılmış elmi mühitin və seçilmiş inkişaf strategiyasının elmi əsaslılığını bir daha təsdiq etmişdir.

Qeyd olunan model yanaşma universitetlərarası elmi əməkdaşlığın genişlənməsinə, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılmasına və ölkədə biotexnologiya sahəsinin dayanıqlı inkişafına mühüm töhfə verən institusional platforma kimi çıxış edir.

Address

Naxçıvan Dövlət Universiteti
Nakhchivan

Website

Alerts

Be the first to know and let us send you an email when NDU Biotexnologiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share