Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi Facebook səhifəsi

3 Sentyabr – Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildiyi tarixi gündür.B...
03/09/2026

3 Sentyabr – Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildiyi tarixi gündür.
Bu əlamətdar tarix xalqımızın dövlətçilik salnaməsində mühüm yer tutur. 🇦🇿

01/09/2026

Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinin personalı üçün təhlükəsizlik və vəzifə öhdəliklərinə dair təlim keçirilib

1 sentyabr 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası Xəstəxanasının akt zalında “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” PHŞ-nin personalı üçün maarifləndirici təlim keçirilib.
​Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi muxtar respublikada təcili tibbi yardım xidmətində fəaliyyət göstərən personalın vəzifə və funksiyaları, xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına riayət olunması, iş prosesinin düzgün və təhlükəsiz təşkili ilə bağlı biliklərinin təkmilləşdirilməsi və mövcud tələblərin bir daha diqqətə çatdırılması olub.
​Təlim zamanı təcili tibbi yardım personalının vəzifə təlimatlarında nəzərdə tutulan öhdəliklər, çağırışların qəbulu və icrası zamanı əməl edilməli əsas qaydalar, tibbi yardım göstərilərkən təhlükəsizlik tədbirlərinin təmin olunması, əməkdaşların özlərinin və pasiyentlərin təhlükəsizliyinin qorunması, həmçinin xidməti fəaliyyət zamanı qarşıya çıxa biləcək müxtəlif hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib.
​Maarifləndirici tədbirdə, həmçinin təcili tibbi yardım personalının gündəlik fəaliyyətində qarşılaşa biləcəyi məsələlər müzakirə olunub, onların vəzifə öhdəlikləri və təhlükəsizlik qaydaları ilə bağlı yaranan suallar ətraflı cavablandırılıb, iştirakçıları maraqlandıran məsələlərə dair müvafiq izahlar verilib.
​Təlimin keçirilməsi zamanı əməkdaşların praktiki fəaliyyətində rast gəlinə biləcək şərait diqqətə çatdırılıb, xidmətin təşkilində vahid yanaşmanın formalaşdırılması, vəzifə öhdəliklərinin düzgün icrası və təhlükəsizlik tələblərinə ciddi riayət olunmasının əhəmiyyəti vurğulanıb.
​Bu istiqamətdə maarifləndirici və təlim xarakterli tədbirlərin mütəmadi keçirilməsi təcili tibbi yardım personalının peşəkar hazırlığının artırılması, xidməti fəaliyyət zamanı təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

26/08/2026

Babək rayonunda tibbi müayinə aksiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Babək rayonunun “Aşağı Buzqov Kənd Tibb Məntəqəsi”ndə tibbi müayinə aksiyası keçirilib.
Aksiya zamanı sakinlər ginekoloq, pediatr və USM üzrə ixtisaslı mütəxəssislər tərəfindən müayinə olunublar. Ümumilikdə 10 nəfər ginekoloji, 6 nəfər pediatrik və 9 nəfər USM müayinəsindən keçirilib.
Bu cür tibbi aksiyaların təşkili əhalinin yaşadığı ərazilərdə keyfiyyətli və ixtisaslı tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə, xəstəliklərin erkən aşkarlanmasına və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.

26 Avqust – Laçın şəhəri günü! 🇦🇿Dağları, təbiəti və zəngin tarixi ilə Azərbaycanın incilərindən olan Laçın bu gün yenil...
26/08/2026

26 Avqust – Laçın şəhəri günü! 🇦🇿
Dağları, təbiəti və zəngin tarixi ilə Azərbaycanın incilərindən olan Laçın bu gün yenilənən siması ilə gələcəyə inamla addımlayır.

25/08/2026

23/08/2026

2026-2027-ci tədris ili üzrə Naxcıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəss...
21/08/2026

2026-2027-ci tədris ili üzrə Naxcıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində rezidenturaya qəbul olunmuş ixtisaslar üzrə həkim-rezidentlərin mülki müqavilə bağlaması məqsədilə aşağıda göstərilən tarixlərdə saat 11:00-dan 16:00-dək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə müraciət etmələri tələb olunur.
Cədvəl üzrə müraciət etməli olan tibb müəssisələri:

❗️25 avqust 2026-cı il
●Perinatal Mərkəz
●Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri
●Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanseri

❗️26 avqust 2026-cı il
●Naxçıvan Muxtar Respublikası Xəstəxanası
● Ağız və Diş Sağlamlığı Mərkəzi
●Naxçivan Muxtar Respublikası ictimai Səhiyyə Xidməti
●Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyi

❗️27 avqust 2026-cı il
●Naxçıvan Sağlamlıq Mərkəzi
●Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi
●Naxçıvan Muxtar Respublikasının Onkoloji Mərkəz
●Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası

❗️31 avqust 2026-cı il
●Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsi

Qeyd: Hər bir rezident yalnız özünün təyin olunduğu tibb müəssisəsinə uyğun olaraq müvafiq tarixdə müraciət etməlidir.

Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Ali tibb təhsili haqqında diplom və surəti (cari ilin məzunları arayış)
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Şəxsiyyət vəsiqəsi məlumatları (mygov)
4. Yaşayış yeri haqqında arayış
5. Rezidenturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri
6. Hərbi biletin surəti (mövcud olduğu halda).
7. Əlaqə məlumatları

Address

Əziz Əliyev, 120
Nakhchivan
AZ7000

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share