Kəngərli Rayon İcra Hakimiyyəti

Kəngərli Rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kəngərli Rayon İcra Hakimiyyəti, Government Organization, Kəngərli Rayon İcra Hakimiyyəti, Nakhchivan.

Kəngərli rayonu 2004-cü il martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması" haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə yaradılıb.

01/09/2026
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tərəfindən sentyabr ayı ərzində keçiriləcək səyyar vətəndaş q...
31/08/2026

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tərəfindən sentyabr ayı ərzində keçiriləcək səyyar vətəndaş qəbulunun qrafiki

31/08/2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub Avqustun 28-də Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı ...
29/08/2026

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Avqustun 28-də Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxışında 30 avqust – Zəfər bayramının tarixi əhəmiyyətindən danışıb, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz qardaşlıq bağları üzərində qurulduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı Türkiyənin İstiqlal mübarizəsi dövründə də qardaş ölkənin yanında olub. Tarixin sınaqlarından keçən bu münasibətlər bu gün strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində uğurla inkişaf edir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə xalqını Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.
Ceyhun Cəlilov Zəfər bayramının türk xalqının azadlıq və istiqlal mübarizəsinin şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, 1922-ci ildə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan Böyük Zəfər Türkiyənin istiqlal mübarizəsində həlledici mərhələ olub və müasir Türkiyə dövlətinin qurulmasına gedən yolu açıb.
Çıxışda Azərbaycan-Türkiyə münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlərə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərin yeni siyasi və hüquqi məzmun qazandığı diqqətə çatdırılıb. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli siyasi, mənəvi və diplomatik dəstəyin qardaşlığın sarsılmazlığını bir daha nümayiş etdirdiyi bildirilib. Həmçinin Azərbaycanın 8 Noyabr – Zəfər Günü ilə Türkiyənin 30 avqust – Zəfər bayramının mahiyyətində milli birlik, Vətən sevgisi və haqq uğrunda mübarizə əzminin dayandığı qeyd olunub.
Naxçıvanın Azərbaycan-Türkiyə qardaşlığının tarixən formalaşmış mühüm körpülərindən biri olduğu vurğulanıb, Naxçıvanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.​
Sonda Türkiyə xalqına möhkəm cansağlığı, firavanlıq və yeni zəfərlər, Azərbaycan və Türkiyə xalqlarına sülh, əmin-amanlıq və rifah arzulanıb.
Tədbir rəsmi ziyafətlə davam edib.

Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən K...
26/08/2026

Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir.

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsi...
26/08/2026

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə paylaşım edilib.

Paylaşımda deyilir:

"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

"Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!"

Address

Kəngərli Rayon İcra Hakimiyyəti
Nakhchivan
7400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365480005

Alerts

Be the first to know and let us send you an email when Kəngərli Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kəngərli Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share