Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Government Organization, Kazım Talıblı 6, Nakhchivan.

03/09/2026
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyində maarifləndirici tədbir keçirilib.Naxçıvan Muxtar Respublik...
01/09/2026

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyində maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə “fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə yanğın təhlükəsizliyi qaydaları, yanğınların qarşısının alınması, dəm qazından zəhərlənmə və boğulma hallarından qorunma, fövqəladə vəziyyət zamanı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib.

Həmçinin baş vermiş hadisələrdən nümunələr diqqətə çatdırılıb, əməkdaşların sualları cavablandırılıb və təhlükəsizliklə bağlı faydalı tövsiyələr verilib.

“Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası”mövzusunda keçirilən təlimdə Agentlik və İnstitut əməkdaş...
21/08/2026

“Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası”mövzusunda keçirilən təlimdə Agentlik və İnstitut əməkdaşları tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərə məhsulların izlənilməsinə, qida subyektlərinin izləmə sistemlərinə və prosedurlarına dair tələblər barəsində məlumat verilmiş, suallar cavablandırılmışdır. Bu kimi təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.

Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin və İnstitut əməkdaşları tərəfindən Agentliyin sturkturuna daxil olan qurumla...
17/08/2026

Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin və İnstitut əməkdaşları tərəfindən Agentliyin sturkturuna daxil olan qurumlarda çalışan əməkdaşların nəzəri və praktiki biliklərinin gücləndirliməsi məqsədi ilə "Yoxlama zamanı məhsul nümunələrinin seçilməsi və laboratoriyaya çatdırılması" mövzusunda təlim keçirilmişdir. Təlimdə qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri zamanı məhsulun tədqiqinin aparılması ilə bağlı qərarın qəbul edilməsi, məhsul nümunələrinin seçilməsi, nümunə götürülməsi metodları barədə məlumat verilmiş, müzakirələr aparılmış və verilən suallar cavablandırılmışdır.

Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması və bazarlarda satışı həyata keçirilən məh...
28/07/2026

Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması və bazarlarda satışı həyata keçirilən məhsulların normativ tələblərə uyğun dövriyyəsinin təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində muxtar respublikada fəaliyyət göstərən bazar rəhbərləri ilə maarifləndirici görüş keçirilib.
Görüş zamanı bazarlarda fəaliyyətin təşkilinə dair mövcud qanunvericiliyin tələbləri, qida məhsullarının saxlanılması və satışı zamanı riayət edilməli olan sanitariya-gigiyena normaları, eləcə də bazar rəhbərlərinin məsuliyyət və öhdəlikləri iştirakçıların diqqətinə çatdırılıb.
Xüsusilə yüksək riskli qida məhsullarının, o cümlədən ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, quş əti, yumurta və digər tez xarab olan məhsulların satışı zamanı temperatur rejiminə əməl olunması və istehlak üçün təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Görüşdə iştirakçılar ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Bu kimi görüşlərin növbəti aylar ərzində də keçirilməsi nəzərdə tutulur.

"Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası" və “Qida sahəsində gigiyena tələbləri“ mövzularında keçi...
28/07/2026

"Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası" və “Qida sahəsində gigiyena tələbləri“ mövzularında keçirilən təlimdə Agentlik və İnstitut əməkdaşları tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərə məhsulların izlənilməsinə, qida subyektlərinin izləmə sistemlərinə və prosedurlarına dair həmçinin sanitar-gigiyenik tələblər barəsində məlumat verilmiş, suallar cavablandırılmışdır. Bu kimi təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.

Address

Kazım Talıblı 6
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365452883

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:

Shortcuts

Share