Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi Naxçıvan Fövqəladə Hallar Nazirliyinin rəsmi facebook səhifəsi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  ...
04/09/2026

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şərur rayonu ərazisində yanğın hadisələrinin baş vermə səbəbləri və yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyinin, eləcə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilən tədbirdə rayonun aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd rayon ərazisində baş verən yanğın hadisələrinin səbəblərinin araşdırılması və təhlili, yanğınların qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin müzakirəsi edilməsi olub.

Tədbirdə çıxış edənlər yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, baş verən yanğın hadisələrinin əsas səbəbləri, fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tələbləri, kənd təsərrüfatı və digər açıq ərazilərdə, meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat veriblər.

Həmçinin qurumlararası əməkdaşlığın gücləndirilməsi, əhali arasında mütəmadi maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, əhalinin yanğın zamanı davranış qaydaları barədə məlumatlandırılması, təhlükəsizlik vərdişlərinin formalaşdırılması yanğınların və onların ağır nəticələrinin minimuma endirilməsinə mühüm töhfə verir.

İnteraktiv formada keçirilən tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbir çərçivəsində videoçarxlar nümayiş etdirilib, slayd təqdimatları göstərilib.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və icl...
03/09/2026

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçilib.

01/09/2026

FHN tərəfindən birgə qərargah məşqi keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin aparatının və struktur qurumlarının idarə edilməsi üzrə əməliyyat qruplarının və qərargahların işinin təşkili” mövzusunda birgə qərargah məşqi keçirilib.

Nazirliyin aparatı və struktur qurumları ilə birgə keçirilən qərargah məşqinin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının müəyyən edilməsi, onların hazırlıq səviyyəsi, qarşılıqlı fəaliyyət və idarəetmə sisteminin, baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsi olub.

Planına uyğun olaraq ilk öncə əməliyyat qruplarına müvafiq tapşırıqlar verilib və şərti baş verən fövqəladə rayonlara cəlb edilib.

Məşq zamanı ərazilərdə baş verən şərti fövqəladə hadisə nəticəsində yaranan şərait, cəlb olunan qüvvə və vasitələr barədə qərargaha əməliyyat məlumatları çatdırılıb. Şərti olaraq fövqəladə hal baş verən ərazilərdəki və obyektlərdəki ümumi vəziyyət öyrənilib, kəşfiyyat məlumatları toplanılıb, təhlili və vəziyyətin qiymətləndirilməsi aparılıb. Həmçinin, keçirilən məşqdə yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, əhalinin köçürülməsi, zərərçəkmiş insanların həyat təminatının bərpası və digər zəruri məsələlərlə bağlı simulyasiya xarakterli tədbirlər görülüb.

Aparılan işlər barədə 7 qərargahdan ibarət əməliyyat qruplarından verilən məlumatlar ümumiləşdirilib və qurum rəhbərlərinin məruzələri dinlənilib.

Məşqin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib, suallar cavablandırılıb.

31/08/2026

FHN Mətbuat xidmətinin məlumatı (video)

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış binasının 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 29,5kv.m. olan mənzilin mətbəx hissəsində quraşdırılan suqızdırıcı və paltaryuyan maşını yanıb. Mənzil digər əşyaları ilə birlikdə yanğından mühafizə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbər...
28/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqust 2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin binasında Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbulunu keçirib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən Kəlbəcər və Laçın rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

27/08/2026

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhər ərazisində yerləşən SOCAR Petroleum QSC-nin 23 saylı Naxçıvan Neft Baza Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid strateji əhəmiyyət kəsb edən obyektdə yanğın və digər fövqəladə hadisə baş verdikdə əraziyə cəlb olunan xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin işçi heyətinin yanğınlar və digər hadisələr zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Məşq zamanı 23 saylı Naxçıvan Neft Baza Sahəsində mülki müdafiə işinin təşkili vəziyyətinin və qüvvələrin hаzırlığı yохlаnılıb, idarəetmə, qarşılıqlı fəaliyyət təşkil olunub. Plana uyğun olaraq yanacaq çənlərində və yanacaq daşıyan avtomobillərdə, inzibati binada və digər tikililərdə baş vermiş “yanğınlar” söndürülüb və nəticələri aradan qaldırılıb. Uçqunlar, dağıntılar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılıb, obyektin şərti xəsarət alan əməkdaşlarına ilk tibbi yardım göstərilib və “təhlükəli ərazidən” təxliyə ediliblər.

Məşqə Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin, Təcili Tibbi Yardım Xidmətinin və 23 saylı Naxçıvan Neft Baza Sahəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri cəlb olunub.

Uğurla keçirilən məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

26/08/2026
26/08/2026

Mülki müdafiə üzrə tədris-metodiki toplanış keçirilibNaxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki mü...
25/08/2026

Mülki müdafiə üzrə tədris-metodiki toplanış keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən “Dinc və müharibə dövrlərində ehtimal olunan fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkili üzrə tədbirlərin həyata keçirilməsində inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin rolu” mövzusunda mülki müdafiə üzrə tədris-metodiki toplanış keçirilib.

Tədris-metodiki toplanış Kəngərli, Şahbuz, Ordubad və Culfa rayon İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, videoçarxlar nümayiş etdirilib, slayd təqdimatları göstərilib.

25/08/2026

Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkın Şahbuz rayonu ərazisində “İrimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili” mövzunda yanğın-taktiki təlim keçirilib.

Təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər, Şahbuz, Babək rayon Dövlət Yanğından Mühafizə hissələrinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin Şahbuz rayon xilasetmə bölməsinin qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd irimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı qarşılıqlı əlaqənin təşkili, çətin relyefli ərazilərdə ən ekstremal vəziyyətdə yanğınsöndürənlərin, xilasedicilərin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlimin nəzəri hissəsində məşğələ keçirilib, plan barədə məlumat verilib.

Praktiki hissəsində ilkin olaraq ərazidə hidrometeoroloji və yanğın kəşfiyyatı aparılıb, idarəetmə və qarşılıqlı əlaqə təşkil olunub. Baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib. Yanğının yayılmasının qarşısının alınması üçün minerallaşdırılmış zolaqlar yaradılıb.

Uğurla keçən təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Address

Azerbaijan Nakhchivan
Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share