Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Gəncə şəhər Mərkəzi Kitabxanası 1934-cü ildən şəhər maarif şöbəsi tərəfindən təşkil edilib.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı...
26/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı 26.08.2026- cı il tarixdə Laçın şəhəri günü ilə əlaqədar " Laçın şəhəri tarixin və zəfərin izi ilə " başlıqlı tədbir keçirdi.
Tədbirdə Laçının keçdiyi tarixi yol, mədəni irsi və işğaldan azad edildikdən sonra bölgədə həyata keçirilən yenidənqurma işləri haqqında ətraflı məlumat verildi. Vurğulandı ki, Laçın bu gün həm öz tarixi keçmişini yaşadır, həm də yeni həyatını quraraq Azərbaycanın möhtəşəm dirçəlişinin simvoluna çevrilir.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialında 24.08...
25/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialında 24.08.2026-cı il tarixində oxucuları yeni nəşrlərlə tanış etmək məqsədilə “Fonda daxil olan yeni kitablar” adlı sərgi təşkil edilib.
Sərgidə müxtəlif mövzularda, müxtəlif janrlarda və fərqli oxucu qruplarının marağına uyğun kitablar nümayiş etdirilib. Sərgidə ümumilikdə 25 adda 32 nüsxə kitab nümayiş olunub.

[email protected]
📍Nizami 81

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin  Gəncə-Daşkəsən Regional nümayəndəliyi və Gən...
24/08/2026

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional nümayəndəliyi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Kitabxananın əməkdaşı tədbir iştirakçılarına "Şəhərsalma və Memarlıq ili" mahiyyəti haqqında məlumat verib.
Bildirib ki, Azərbaycanın çoxəsrlik şəhərsalma mədəniyyətinin yaşadılması və müasir mütərəqqi yanaşmaların tətbiqi məqsədilə həyata keçirilən layihələr nəzərdə tutulub. Çıxış edənlər vurğulayıblar ki, həyata keçirilən layihələr nəticəsində şəhərlərimiz daha gözəl, müasir, yaşıl və insanların rahat yaşayacağı məkanlara çevriləcək.
Azərbaycanın işğal altında qalmış ərazilərində uzun illər ərzində şəhər və kəndlərimizə, tarixi-mədəni abidələrimizə, dini və memarlıq irsimizə böyük ziyan vurulmuşdur. Qarabağ və Şərqi Zəngəzurda yerləşən bir çox yaşayış məntəqələri dağıdılmış, evlər, məktəblər, xəstəxanalar, kitabxanalar və digər sosial obyektlər məhv edilmişdir.
Bu baxımdan "Şəhərsalma və Memarlıq İli" həm də dağıntıların yerində müasir, təhlükəsiz və dayanıqlı yaşayış məkanlarının yaradılması istiqamətində görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı 13.08.2026...
13/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı 13.08.2026-cı il tarixində Vətən müharibəsi şəhidi Ceyhun İfrayıl oğlu Hacızadənin xatirəsi ilə əlaqədar “Şəhidlərimiz ən ali qürur mənbəyimizdir” adlı tədbir təşkil edib. Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən 2 saylı kitabxana filialının müdiri çıxış edərək bildirdi ki, Vətən müharibəsi şəhidi Ceyhun İfrayıl oğlu Hacızadə 1992-ci il avqust ayının 16-da Tərtər rayonunun Evoğlu kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində könüllü iştirak edərək Murovdağ, həmçinin Suqovuşan və Talış istiqamətində gedən ağır döyüşlərdə şücaət göstərib, 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ceyhun İfrayıl oğlu Hacızadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra , "Vətən uğrunda" medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı , 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Tədbirdə şəhidlərin şəkillərindən ibarət fotostendə baxış təşkil edildi.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı...
12/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı açıq havada 12.08.2026-cı il tarixdə Diyarşünaslığın təbliği ilə əlaqədar “Qələm sahiblərinin xəzinəsi”başlıqlı sərgi təşkil edib.
Sərgidə doğma diyarımızın tarixi, mədəniyyəti, adət- ənənələri, görkəmli şəxsiyyətlər, tarixi abidələr haqqında məlumat verən kitablar nümayiş etdirilmişdir. Diyarşünaslıq xalqımızın keçmişini öyrənmək, milli- mədəni irsimizi qorumaq və gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin  7 nömrəli kitabxana fil...
12/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli kitabxana filialında 12. 08.2026- cı il tarixdə “İnsan qəlbini əsərlərində işıqlandıran, sevilən nasir Ələviyyə Babayeva”adlı ədəbiyyat saatı keçirilib.
Aparıcı ilk öncə tədbirə toplaşanları salamlayıb qeyd etdi ki,gəlin bu gün bir daha”Ədəbiyyatımızın Pərvanəsi” olan Ələviyyə xanımın həyat və yaradıcılığına nəzər salaq, onun dərin məzmunlu,kamil üslubla yazılmış əsərləri ilə tanış olaq, bir daha əmin olaq ki, onun qələmindən çıxmış hər bir əsər dəyərli və qiymətlidir. Aparıcı bildirib ki, yazıçı 1921-ci il avqustun 12- də Bakıda anadan olub, sonra Tibb İnstitununa daxil olub, III kursda anlayıb ki, onun gələcək həyatı ədəbiyyatla bağlıdır və ADU- nun filalogiya fakultəsinə üz tutub. Yazıçı ədəbi fəaliyyətə 1936-cı ildə “İki həyat” adlı hekayəsi ilə başlayıb, sonra bir- birinin ardınca işıqüzü görən əsərləri “Səni axtarıram”, “Adamlar və talelər”, “Gölgə”və.s Ələviyyə xanıma oxucu rəğbəti və məhəbbəti qazandırıb.Aparıcı qeyd edib ki, yazıçının əsərləri Rusiyada,Çində, Fransada, Türkiyədə, İranda və. b ölkələrdə kitab kimi çap edilib. Ələviyyə Babayeva 1914 – cü il 23 sentyabrda Bakida vəfat etmişdir. Tədbirin sonunda aparıcı vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,əməkdar mədəniyyət işçisi Ələviyyə Babayeva artıq aramızda yoxdur,lakin yazıçının hekayələrindən tutmuş romanlarına qədər bütün əsərləri bu gün də sevilə - sevilə oxunur.

[email protected]
📍Nizami 81

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət Şöbəsi 12.08.2026...
12/08/2026

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət Şöbəsi 12.08.2026-cı il tarixdə Azərbaycanın xalq şairi Qabil İmamverdiyevin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edib. Xidmət şöbəsinin biblioqrafı tədbir iştirakçılarına şairin həyat və yaradıcılığı haqqında məlumat verdi.Həmçinin qeyd etdi ki, onun poetik təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinin axıcılığı, rəvanlığı və milli koloriti ilə seçilir. Qabilin xalqımızın keçmişindən, bugünündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən və ciddi ictimai əxlaqi problemlər qaldıran yaradıcılığı insanlarımıza vətəndaşlıq hislərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmişdir. Şairin əsərləri bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanmışdır.Sərgidə iştirak edən şöbənin fəal oxucuları şairin həyat və yaradıcılığını əks etdirən sərgi ilə yaxından tanış oldular.

[email protected]
📍Nizami 81

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzlədirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın Uşaq şöb...
12/08/2026

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzlədirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın Uşaq şöbəsi 12.08.2026-ci il tarixində “Dünyaya səyahət"adlı kitabın təqdimatını keçirib. Bu kitab 2017-ci ildə “TEAS Pres Nəşriyyat evi” tərəfindən nəşr olunub.Kitabın müəllifi Sonya Barettidir. Kitab azyaşlı tədqiqatçılar üçün rəngbərəng illustrasiyalar və maraqlı sürprizlərlə zəngin olan uşaq ensiklopedik kitabdır. Bu kitab uşaqlara planetimizi sadə və maraqlı şəkildə kəşf etməyə kömək edir.Tədbir şagirdlərlə diskussiya şəklində davam edib və onların mövzu ilə əlaqədar fikirləri dinlənilib.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filia...
12/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 12.08.2026-cı il tarixdə çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq Şairi Qabil İmamverdiyevin 100 illik yubileyi ilə əlaqədar "Sözün yükünü daşıyan şair" başlığı altında ədəbiyyat saatı keçirib.
Kitabxananın əməkdaşı gənclərə şairin həyat və yaradıcılığı haqqında məlumat verərək xüsusi vurğulayıb ki, yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şair xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik həyat həqiqətlərinin, vətəndaşlıq hisslərinin, mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib.
Gənclər şairin şeirlərindən nümunələr gətirərək qeyd ediblər ki, daim qəlbində poetik duyğularla Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, gərgin zəhməti və həyat müşahidələri ilə xalqına xidmət edib.
Sonda tədbir iştirakçıları şairin "Səhv düşəndə yerimiz", “Mənim Azərbaycanım”,
“Vətən”, “Ömrün illəri” şeirlərini səsləndiriblər.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialında 10.08...
11/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialında 10.08.2026-cı il tarixdə diyarşünaslığın təbliği məqsədi ilə “Klassiklərin iz qoyduğu yollar” adlı sərgi təşkil edilib.
Sərgidə Gəncə və ümumilikdə Azərbaycanın zəngin ədəbi irsini formalaşdıran görkəmli klassiklərin həyat və yaradıcılığına həsr olunmuş nəşrlər yer alıb. Sərgidə 28 adda, 53 nüsxə kitab nümayiş olunaraq oxucuların istifadəsinə təqdim edilib.

[email protected]
📍Nizami 81

Address

Nizami 81
Nizami
2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994222563201

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Shortcuts

Share

Category