Qəbələ rayon MKS-nin Şəhər iki saylı kitabxana filialı

Qəbələ rayon MKS-nin Şəhər iki saylı kitabxana filialı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qəbələ rayon MKS-nin Şəhər iki saylı kitabxana filialı, Library, Heydər Əliyev prospekti 38, Qabala.

09/06/2026

🎭 Pərdəarxasında nələr baş verir?

Səhnədə gördüyümüz hər tamaşanın arxasında böyük zəhmət, həyəcan və yaradıcılıq prosesi dayanır.

Azərbaycan Dövlət Kukla Teatrının səhnəarxası həyatına nəzər salın — aktyorların hazırlığı, son məşqlər, dekorların qurulması və tamaşa öncəsi yaşanan unudulmaz anlar…

Pərdə qalxmazdan əvvəlki bu canlı və səmimi dünyanı Mədəniyyət Nazirliyinin təqdimatında izləyin.



09/06/2026

💃 Qazaxı rəqsi – çevikliyin, gücün və məharətin təcəssümü

📍 Qazax Azərbaycanın qədim və zəngin folklor ənənələrinə malik bölgələrindən biridir.

🎭 Qazaxı rəqsi gənclərin çeviklik və ustalıq yarışını səhnəyə gətirir. Rəqsin əsas motivlərindən biri xalq oyunlarımızdan olan “Dəsmal götürdü” oyununa əsaslanır.

🧣 İştirakçılar yerdəki dəsmalı ən mürəkkəb, ən cəld və ən məharətli şəkildə götürmək üçün yarışırlar. Bu rəngarəng səhnə xalqımızın dözümlülüyünü, çevikliyini və igidlik ruhunu əks etdirir.

✨ Qazaxı rəqsi təkcə bir oyun deyil, həm də milli xarakterimizi və folklor irsimizi yaşadan dəyərli mədəniyyət nümunəsidir.

🎶 Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında diqqətinizə təqdim edirik.

04/05/2026
06/04/2026

Azərbaycan Respublikasında mədəni siyasətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizin

06/04/2026

Azərbaycan Respublikasında mədəni siyasətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizin ideoloji, sosial və intellektual gələcəyinə yönəlm...

19/03/2026

Qastrol proqramı çərçivəsində Gəncədə “Çanaqqala-1915” oratoriyası təqdim olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən qastrol proqramı çərçivəsində martın 19-da saat 20:00-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert təşkil olunacaq.

Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyası təqdim ediləcək. Eyni zamanda konsertdə Azərbaycan Dövlət Xor Kapellası və Xalq artisti, baş xormeyster Gülbacı İmanova da iştirak edəcək.

Qeyd edək ki, bu monumental əsər I Dünya müharibəsi zamanı Çanaqqalada Osmanlı ordusunun ingilis-fransız qoşunları üzərində qazandığı şanlı Zəfərə həsr olunub. Oratoriya qəhrəmanlıq, vətənpərvərlik və tarixi yaddaş mövzularını dərin və təsirli musiqi dili ilə dinləyicilərə çatdırır, keçmişin qəhrəmanlıq salnaməsini yenidən canlandırır.

Qastrol konsertində tanınmış vokalçılar – Samir Cəfərov, Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak edəcəklər.

Xatırladaq ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi həyata keçirilir.

Address

Heydər Əliyev Prospekti 38
Qabala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qəbələ rayon MKS-nin Şəhər iki saylı kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category