Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi

Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi, Government Organization, 475 km Bakı-Ələt-Qazax-Gürcüstan, Qazax 3500 (Qazax Olimpiya İdman Kompleksi), Qazakh.

Gədəbəydə güllə atıcılığı üzrə turnir keçirilib.İyulun 31-də Gədəbəy şəhər stadionunda Gədəbəy rayonu üzrə gənclər və id...
02/08/2026

Gədəbəydə güllə atıcılığı üzrə turnir keçirilib.

İyulun 31-də Gədəbəy şəhər stadionunda Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında güllə atıcılığı üzrə rayon turniri keçirilib.

Turnirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları barədə məlumat verilib.

19 idmançının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçib.

Sonda qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

̇N

01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

31/07/2026
Qazaxda üzgüçülük üzrə turnir keçirilibİyulun 30-da Qazax Olimpiya İdman Kompleksində “Qazax-İdman Paytaxtı 2026” layihə...
30/07/2026

Qazaxda üzgüçülük üzrə turnir keçirilib

İyulun 30-da Qazax Olimpiya İdman Kompleksində “Qazax-İdman Paytaxtı 2026” layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə turnir keçirilib.

Yarışda həvəskar və idmançılar olmaqla 46 iştirakçı mübarizə aparıb.

Turnirin məqsədi üzgüçülüyün təbliği, uşaqlar və yeniyetmələr arasında idmana marağın artırılması və perspektivli idmançıların müəyyənləşdirilməsi olub.

Sonda qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

̇N

🌿 Qazaxda ekoloji təmizlik aksiyası keçirilibİyulun 30-da Qazax Olimpiya İdman Kompleksinin ərazisində ətraf mühitin qor...
30/07/2026

🌿 Qazaxda ekoloji təmizlik aksiyası keçirilib

İyulun 30-da Qazax Olimpiya İdman Kompleksinin ərazisində ətraf mühitin qorunması və sağlam ekoloji mühitin təşviqi məqsədilə genişmiqyaslı təmizlik və abadlıq aksiyası keçirilib.

Aksiya çərçivəsində kompleksin ərazisi məişət tullantılarından təmizlənib, yaşıllıq sahələrində səliqə-sahman işləri aparılıb və ərazinin daha baxımlı, təmiz və sağlam mühitə çevrilməsinə töhfə verilib.
Aksiyada 40 nəfər iştirak edib.

🌳 Təmiz və sağlam gələcək öz əlimizdədir! Təbiətimizi və idman məkanlarımızı birlikdə qoruyaq! 💚🇦🇿

̇N


Ağstafada “Gənclərin ictimai həyatda rolu” mövzusunda tədbir keçirilib İyulun 29-da Ağstafa rayon “Yazıçılar evi”ndə “Şə...
29/07/2026

Ağstafada “Gənclərin ictimai həyatda rolu” mövzusunda tədbir keçirilib

İyulun 29-da Ağstafa rayon “Yazıçılar evi”ndə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağstafa rayonu üzrə gənclər və idman sektoru və Ağstafa Rayon Ağsaqqallar Şurası tərəfindən “Gənclərin ictimai həyatda rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda dövlət gənclər siyasəti, gənclərin ictimai fəallığı və vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən bəhs olunub.

Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiri Turan Hüseynov, Şura üzvləri Gülgün Kərimov, Məmməd Məmmədov və Saqif Babayev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Əliyev Məcid Əli oğlunun 75, Hacıyev Mirzahid Miri oğlunun 65 illik yubileyləri, eləcə də ictimai fəaliyyətləri ilə fərqlənən Hüseynov Turan Biləndər oğlu, Mürüdov Asim Elşən oğlu və Abbaslı Rəşad İlham oğlu Ağstafa Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif olunublar.
Şuraya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.

Sonda xatirə fotosu çəkdirilib.

̇N

Şəmkirdə futbol üzrə nümunəvi çıxışlar keçirilibİyulun 29-da Şəmkir Olimpiya İdman Kompleksində idmançıların iştirakı il...
29/07/2026

Şəmkirdə futbol üzrə nümunəvi çıxışlar keçirilib

İyulun 29-da Şəmkir Olimpiya İdman Kompleksində idmançıların iştirakı ilə futbol üzrə nümunəvi çıxışlar keçirilib.

Nümunəvi çıxışlar zamanı iştirakçılar futbol üzrə bacarıqlarını nümayiş etdirərək idmanın sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunu və fiziki aktivliyin əhəmiyyətini təbliğ ediblər.

Tədbirdə ümumilikdə 35 nəfər iştirak edib.




29/07/2026


̇N

Tovuzda təmizlik aksiyası və səhər gimnastikası keçirilib.İyulun 29-da Tovuz rayonunda yeniyetmə və gənc idmançıların iş...
29/07/2026

Tovuzda təmizlik aksiyası və səhər gimnastikası keçirilib.

İyulun 29-da Tovuz rayonunda yeniyetmə və gənc idmançıların iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində təmizlik aksiyası və səhər gimnastikası keçirilib.

İştirakçılar əvvəlcə parkın ərazində iməcilik işləri apararaq təmizlik aksiyasını həyata keçiriblər.

Sonra Turan Voleybol Akademiyasının məşqçisi Sadıq Hümmətovun təlimatları əsasında səhər gimnastikası keçirilib.

Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması, gənclərin idmana cəlb olunması və ekoloji aksiyanın həyata keçirilməsidir.

̇N

Address

475 Km Bakı-Ələt-Qazax-Gürcüstan, Qazax 3500 (Qazax Olimpiya İdman Kompleksi)
Qazakh

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222955401

Website

Alerts

Be the first to know and let us send you an email when Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi:

Shortcuts

Share