Qobustan RİH

Qobustan RİH Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qobustan RİH, Government Organization, Qobustan, Qobustan.

19.08.2026 - ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və YAP Qobustan Rayon Təşkilatının s...
19/08/2026

19.08.2026 - ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və YAP Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir.

Qobustan rayonu Ərəbşalbaş kəndində kənd sakinlərinin təşəbbüsü ilə Ərəbşalbaş kəndinin daxili yollarına 4 km asfalt örtüyünün çəkilişinə başlanmışdır.

Qobustan Rayonunda sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəh...
14/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
Avqustun 14-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Nabur kənd sakinləri ilə keçirmişdir. Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəh...
12/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
Avqustun 12-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Ərəbşahverdi kənd sakinləri ilə keçirmişdir. Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəh...
07/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
Avqustun 7-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Şıxzahırlı kənd sakinləri ilə keçirmişdir. Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəh...
05/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
Avqustun 5-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Təklə kənd sakinləri ilə keçirmişdir. Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

4 avqust 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop mad...
04/08/2026

4 avqust 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Təranə Güləliyeva, məktəb psixoloqları, təlim-tərbiyə üzrə müavinlər, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun nümayəndəsi Vasif Quliyev çıxışında narkomaniyaya qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən dövlət proqramları və profilaktik tədbirlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, narkotik vasitələrin sui-istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin genişləndirilməsi, xüsusilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təşviqi mühüm əhəmiyyət kəsb edir. Qeyd olundu ki, bu istiqamətdə dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyəti mühüm nəticələrin əldə edilməsinə xidmət edir. Nümayəndə narkomaniyanın yaratdığı sosial və hüquqi fəsadlardan bəhs edərək, bu problemlə mübarizədə hər bir vətəndaşın məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyini vurğuladı.

Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov narkotik vasitələrin sui-istifadəsinin müasir dövrün aktual problemlərindən biri olduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. O, cəmiyyətin sağlam gələcəyinin təmin olunması üçün belə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğuladı. Bildirildi ki, narkotik vasitələrdən istifadənin qarşısının alınması yalnız mübarizə tədbirləri ilə deyil, eyni zamanda gənc nəslin düzgün tərbiyəsi və sağlam dəyərlər əsasında formalaşdırılması ilə mümkündür. Qeyd edildi ki, bu kimi tədbirlər problemin mahiyyətinin daha geniş şəkildə izah olunmasına və ictimai məlumatlılığın artırılmasına xidmət edir.

Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Komissiyasının sədri Təranə Güləliyeva çıxışında narkomanlığın müasir dövrün ən ciddi sosial problemlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, narkomaniya insanların sağlamlığına, ailə institutuna, ictimai təhlükəsizliyə və cəmiyyətin inkişafına ciddi mənfi təsir göstərir. Xüsusilə gənclərin narkotik vasitələrin zərərli təsirlərindən qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar narkotik vasitələrin yaratdığı fəsadların qarşısının alınması istiqamətində aparılan maarifləndirmə işlərinin əhəmiyyətindən danışaraq, bu istiqamətdə birgə fəaliyyətin və davamlı profilaktik tədbirlərin vacibliyini diqqətə çatdırıblar.

Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Qobustan rayonu olub. Səyyar Gənclər Xidməti 3-...
04/08/2026

Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Qobustan rayonu olub.
Səyyar Gənclər Xidməti 3-7 avqust tarixlərində Qobustan gəncləri üçün xidmət göstərəcək.
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Qobustandakı açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində Qobustan Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı Əkbərli və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi Qobustan Korpusunun rəhbəri Elvin Balakişiyev iştirak ediblər. Rəsmi çıxışlar zamanı gənclərin şəxsi inkişafına, onların fəallığının artırılmasına və regionlarda gənclər üçün yaradılan imkanların əhəmiyyətinə toxunulub.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar və iştirakçılar xidmətin fəaliyyət sahəsi ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəh...
22/07/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
İyulun 22-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Qaracüzlü kənd sakinləri ilə keçirmişdir. Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

17 iyul 2026-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Parlayan ZİYA: təbliğat-təşviqat qru...
20/07/2026

17 iyul 2026-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi üzrə Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində əhali ilə növbəti görüş keçirilib.
Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ailə institutunun möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin sağlam mühitdə formalaşdırılmasının cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dövlət tərəfindən uşaqların hüquqlarının müdafiəsi və rifahının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilsə də, müasir dövrün yaratdığı sosial çağırışların aradan qaldırılmasında maarifləndirmə işinin gücləndirilməsi, ziyalıların, elm və mədəniyyət nümayəndələrinin, ağsaqqalların ictimai proseslərdə fəal iştirakı xüsusi önəm kəsb edir.
Adil Məmmədov "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsinin bu istiqamətdə səmərəli platforma olduğunu qeyd edərək, layihənin ailə dəyərlərinin təbliği, gənclərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə sağlam ictimai mühitin formalaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsi cəmiyyətdə mövcud sosial problemlərin həllinə ziyalıların, elm və mədəniyyət nümayəndələrinin fəal cəlb olunmasını, əhali ilə davamlı dialoqun qurulmasını və maarifləndirmə işinin sistemli şəkildə həyata keçirilməsini hədəfləyir. O qeyd edib ki, Qobustan rayonunda yaradılan əlaqələndirici qrup bu istiqamətdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyətin əlaqələndirilməsində mühüm rol oynayacaq.
Sədr müavini vurğulayıb ki, dövlət tərəfindən ailənin, qadınların və uşaqların müdafiəsi, gənclərin sağlam inkişafı və sosial rifahının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması, erkən evliliklərin və ailə münaqişələrinin qarşısının alınmasında, eləcə də sağlam ailə münasibətlərinin təşviqində hər bir vətəndaşın fəal mövqeyi və ziyalıların maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Sədaqət Qəhrəmanova milli-mənəvi dəyərlərin qorunmasının, vətənpərvər, məsuliyyətli və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinin dövlətin qarşısında duran əsas prioritetlərdən biri olduğunu qeyd edib.
Çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor və aktyor Əbdül Mahmudov milli-mənəvi dəyərlərin, ailə institutunun və mədəni irsin qorunmasının cəmiyyətin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, milli kinomuz və mədəniyyətimiz hər zaman bu dəyərlərin təbliğinə xidmət edib və müasir dövrdə rəqəmsal mühitin yaratdığı çağırışlar fonunda gənc nəslin milli kimlik, mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi daha da aktuallaşıb. Ə. Mahmudov bu istiqamətdə maarifləndirmə fəaliyyətinin genişləndirilməsinin, ziyalıların cəmiyyətlə birbaşa ünsiyyətinin və milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi üçün birgə səylərin vacibliyini qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov çıxış edərək, milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb. Z. Şabanov çıxışında ailə institutunun möhkəmləndirilməsinin, qadınların təhsil və inkişaf imkanlarının genişləndirilməsinin, gender bərabərliyinin təşviqinin və zorakılığın bütün formalarının qarşısının alınmasının sağlam və dayanıqlı cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirib. O, milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, gənc nəslin bu dəyərlər əsasında tərbiyə olunmasının cəmiyyətin gələcək inkişafı üçün vacib olduğunu diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən ziyalılar layihənin cəmiyyət üçün aktuallığını vurğulayaraq, ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin milli-mənəvi ruhda tərbiyəsi və maarifləndirmə fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 17 i...
20/07/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 17 iyul 2026-cı il tarixində Qobustan rayonunda “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində ziyalılarla dəyirmi masa keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir Fəlsəfə problemləri şöbəsinin aparıcı elmi işçisi Zeynəddin Şabanov, Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor, aktyor Əbdül Mahmudov və rayon ziyalıları iştirak ediblər.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tədbir iştirakçılarını salamlayaraq “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsinin Qobustanda keçirilməsini və rayonun Dağlıq Şirvan iqtisadi rayonu üzrə əlaqələndirici mərkəz kimi müəyyənləşdirilməsini yüksək qiymətləndirib. O, rayonda yaşayan ziyalıların, ağsaqqalların və ictimai nüfuz sahibi olan şəxslərin cəmiyyətin maarifləndirilməsi və sağlam dəyərlərin təbliğində mühüm rol oynayacağını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, erkən evlilik, məişət zorakılığı və digər sosial problemlərin qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, ictimaiyyətin və ziyalıların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, ailə sağlam cəmiyyətin əsasını təşkil edir və milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin düzgün tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi zəruridir. Adil Məmmədov Qobustan rayonunun bu təşəbbüsün həyata keçirilməsində fəal iştirak etməyə hazır olduğunu bildirərək, layihənin regionda müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətdə mövcud olan sosial problemlərin yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, ziyalıların, ağsaqqal və ağbirçəklərin, ictimai fəalların birgə səyləri ilə daha effektiv həll oluna biləcəyini vurğulayıb. O bildirib ki, maarifləndirici tədbirlərin davamlı və sistemli xarakter alması məqsədilə rayonlarda nüfuzlu ziyalılardan ibarət əlaqələndirici şuraların yaradılması nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Qobustan rayonunda formalaşdırılan şura gələcəkdə Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan digər rayonlarda da maarifləndirici görüşlərin və ictimai müzakirələrin təşkilində fəal iştirak edəcək.
Sədr müavini qeyd edib ki, layihənin əsas məqsədi ailə dəyərlərinin möhkəmləndirilməsi, dövlətçilik və vətənpərvərlik ruhunun gücləndirilməsi, erkən evlilik, məişət zorakılığı, narkomaniya, təhsildən yayınma kimi sosial problemlərin qarşısının alınması istiqamətində ictimai həmrəyliyi artırmaq və ziyalıların həyat təcrübəsini gənc nəslə çatdırmaqdır. O, bu istiqamətdə tanınmış elm, mədəniyyət və incəsənət nümayəndələrinin də regionlarda keçirilən görüşlərə cəlb olunduğunu, layihənin mərhələli şəkildə ölkənin digər iqtisadi rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Qobustan şəhəri 3 saylı tam orta məktəbin müəllimi Sədaqət Məhərrəmova və digər ziyalılar layihənin cəmiyyətə, xüsusilə gənclərə verəcəyi töhfələri vurğulayıblar, milli-mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi və onların sağlam düşüncə tərzində formalaşmasının vacibliyini qeyd ediblər.
Tədbirin davamında Qobustanda elm, mədəniyyət, idman və din xadimlərindən ibarət tərkibdə yerli əlaqələndirici şura yaradılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək vermək, cəmiyyətdə ideoloji işi gücləndirməkdir.

Address

Qobustan
Qobustan
3700

Alerts

Be the first to know and let us send you an email when Qobustan RİH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qobustan RİH:

Shortcuts

Share