YAP Quba rayon təşkilatı.

4 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatı...
04/09/2026

4 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsinin şəhidi Nuran Mirzəyevin anası Təranə Mirzəyevanın 55 illik yubileyi münasibətilə evində ziyarət ediblər. Sədr şəhid anasını təbrik edib, xoş arzularını çatdırıb, möhkəm can sağlığı və uzun ömür arzulayıb.
Fidan Hüseynova torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən Nuran Mirzəyev kimi qəhrəman bir övlad böyütdüyü üçün anaya sonsuz ehtiramını bildirib. Vətən naminə canını fəda edən şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların ailələrinin isə hər zaman diqqət və qayğı mərkəzində saxlanılacağı xüsusi vurğulanıb.
Şəhid anası Təranə Mirzəyeva göstərilən bu diqqət, hörmət və qayğıya görə təşkilatın rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. O, övladının xatirəsinin uca tutulmasının və bu cür əlamətdar günlərdə şəhid ailələrinin yad edilməsinin onlar üçün ən böyük mənəvi təsəlli olduğunu qeyd edib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ziyarət xoş və səmimi söhbət ab-havasında başa çatıb.

3 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatı...
03/09/2026

3 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsinin şəhidi Salayev Əfsanın anası Lüdmila Salayevanı 45 illik yubileyi münasibətilə evində ziyarət ediblər
Sədr şəhid anasını təbrik edib, xoş arzularını çatdırıb, möhkəm can sağlığı və uzun ömür arzulayıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

3 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Quba şəhəri, Lütfi Zadə küçəsi 6...
03/09/2026

3 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Quba şəhəri, Lütfi Zadə küçəsi 6. (Quba RİHB-nın Quba şəhəri İƏD) ərazi partiya təşkilatında Şəhərsalma və Memarlıq İli” çərçivəsində “3 sentyabr 1991-ci il -Ulu Öndər Heydər Əliyevin Naxçıvanda yandırdığı dövlətçilik məşəli bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq işıq saçır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Çünki o illərdə dövlətçiliyin təməli sarsılmış, hakimiyyət böhranı dərinləşmiş, torpaqlarımız düşmən işğalı ilə üz-üzə qalmışdı. Belə bir anda Heydər Əliyevin siyasi səhnəyə qayıdışı xalqın ruhunu dirçəltdi, dövlətçiliyi məhv olmaqdan xilas etdi.
Fidan Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlanan qüdrətli Azərbaycan missiyası hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Möhtərəm İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir. Möhtərəm Prezident Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilib.
Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsi Rüstəm Məmmədov çıxış bildirdi ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsini nəinki Naxçıvanın, eləcə də bütövlükdə Azərbaycanın taleyində dönüş nöqtəsi olduğunu vurğulayıblar.
Sonda təşkilati məsələyə baxılıb. Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsi Rüstəm Məmmədov Quba şəhəri, Lütfi Zadə küçəsi 6. (Quba RİHB-nın Quba şəhəri İƏD) ərazi partiya təşkilatının sədri seçilib. Yığcam Göstər

ADPU-nun Quba filialında “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib31 avqust 2026-cı il tarixində...
01/09/2026

ADPU-nun Quba filialında “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib
31 avqust 2026-cı il tarixində Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatinın dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Əməkdar həkim Cabir Məmmədovun mənalı həyat yoluna və əziz xatirəsinə həsr olunmu “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova da iştirak edib. Çıxış edən Fidan Hüseynova Əməkdar həkim Cabir Məmmədovun uzun illər ərzində səhiyyə sahəsində göstərdiyi xidmətlərdən, peşə fəaliyyətindən, insanlara olan diqqət və qayğısından danışıb. Bildirib ki, Cabir Məmmədov öz fəaliyyəti ilə təkcə həkim kimi deyil, yüksək mənəvi keyfiyyətləri, insanpərvərliyi və ziyalılığı ilə də seçilib. Onun zəngin həyat və əmək yolunun, gənc nəslə örnək olan insani xüsusiyyətlərinin belə bir kitab vasitəsilə gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Fidan Hüseynova qeyd edib ki, görkəmli şəxsiyyətlərin, elm, təhsil, səhiyyə və digər sahələrdə xidmətləri ilə seçilən insanların həyat və fəaliyyətinin öyrənilməsi, onların xatirəsinin əbədiləşdirilməsi milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Tədbirin sonunda kitabın müəllifləri Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu çıxış edərək nəşrin ərsəyə gəlməsi prosesindən, Cabir Məmmədovun həyat yolunun öyrənilməsi və kitablaşdırılması ilə bağlı məqamlarından bəhs edib, tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər.

28 avqust 2026-cı il tarixdə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşki...
28/08/2026

28 avqust 2026-cı il tarixdə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Lütfizadə küçəsi 21 (Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzi ) ərazi partiya təşkilatında “ Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nifuzu getdikcə artır” mövzusunda tədbir keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Tahir Nuriyev bildirib ki, Azərbaycanın həyata keçirdiyi müstəqil və məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, regional və qlobal problemlərin həllində rolu və nüfuzu getdikcə artıb. O, Azərbaycanın sülhün, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın təmin olunmasına mühüm töhfələr verdiyini, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb.
Daha sonra həkim-epidemioloq Xanım Məmmədova və həkim-epidemioloq köməkçisi, ərazi partiya təşkilatının sədr müavini Gülnaz Abdullayeva çıxış edərək Azərbaycanın son illərdə beynəlxalq aləmdə artan nüfuzundan, ölkəmizin regional və qlobal problemlərin həllində oynadığı mühüm roldan bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, beynəlxalq səviyyədə söz sahibi olan və etibarlı tərəfdaş kimi tanınan ölkə mövqeyini daha da möhkəmləndirib. Çıxış edənlər Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən beynəlxalq layihələrin regional əməkdaşlığın, sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyini vurğulayıblar.

28/08/2026

Laçın – Zəfərdən dirçəlişə uzanan yol

Laçın – Zəfərdən dirçəlişə uzanan yol26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpas...
27/08/2026

Laçın – Zəfərdən dirçəlişə uzanan yol

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, Zəfəri və doğma torpaqlara Böyük Qayıdışın təntənəsini özündə birləşdirən əlamətdar gündür. Bu tarix Laçının yalnız azad edildiyi günü deyil, onun yenidən qurulduğu, dirçəldiyi və gələcəyə inamla addımladığı yeni dövrün başlanğıcını ifadə edir.

Laçın əsrlər boyu Azərbaycanın zəngin təbiəti, qədim tarixi və mədəni irsi ilə seçilən torpaqlarından biri olub. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun yaradılması bu ərazinin inzibati və ictimai həyatında mühüm mərhələlərdən olub. Dağları, meşələri, çayları və yaylaqları ilə seçilən Laçın həm də Azərbaycanın strateji baxımdan mühüm bölgələrindən biridir.

Lakin 1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması xalqımızın yaddaşında ağır faciə kimi qaldı. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salındı, yüzlərlə hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun sosial, iqtisadi və mədəni infrastrukturu dağıdıldı, tarixi abidələr vandalizmə məruz qaldı. Laçının işğalı həm də Qarabağ ətrafında baş verən sonrakı faciələrin dərinləşməsinə yol açan strateji itkilərdən biri idi.

Uzun illər ərzində Azərbaycan dövləti işğal faktının aradan qaldırılması və ərazi bütövlüyünün bərpası istiqamətində məqsədyönlü siyasət həyata keçirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolun əsas mərhələsini təşkil etdi. Üçtərəfli bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.

Məhz buna görə 26 Avqust Azərbaycan xalqı üçün xüsusi məna daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi müəyyənləşdirildi. Bu tarix artıq hər il Laçının azadlığının, milli iradənin və doğma torpaqlara qayıdışın rəmzi kimi qeyd olunur.

Zəfərdən quruculuğa

Laçının azad edilməsi ilə Azərbaycanın qarşısında yeni vəzifə – bu ərazilərin bərpası və insanların öz doğma yurdlarına qaytarılması vəzifəsi dayanırdı. Azərbaycan dövləti bu istiqamətdə böyükmiqyaslı layihələr həyata keçirir.

Bu gün Laçın sürətlə dəyişir. Yeni yaşayış evləri, məktəblər, sosial obyektlər, yollar, istehsal müəssisələri və turizm infrastrukturu yaradılır. Laçın şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planın təsdiq olunması şəhərin gələcək inkişafının sistemli şəkildə həyata keçirildiyini göstərir. Plan çərçivəsində təhsil, səhiyyə, mədəniyyət və turizm infrastrukturlarının yaradılması, şəhər mühitinin müasir prinsiplər əsasında formalaşdırılması nəzərdə tutulur.

Laçında artıq 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Şəhərdə yeni məktəblər, sosial obyektlər və yaşayış məhəllələri yaradılır. Zabux, Sus və Bəylik kəndlərində də genişmiqyaslı quruculuq işləri aparılır, sakinlərin rahat yaşayışı üçün zəruri sosial infrastruktur formalaşdırılır.

Laçının inkişafında yaşıl enerji xüsusi yer tutur. Rayonun su ehtiyatlarından səmərəli istifadə etməklə yeni su elektrik stansiyaları yaradılır. 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində yeni su elektrik stansiyalarının istifadəyə verilməsi ilə Laçının elektrik tələbatının yaşıl enerji hesabına qarşılanması istiqamətində mühüm nəticə əldə edilib.

Laçının nəqliyyat imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolu, çoxsaylı tunel və körpülər bölgənin nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına xidmət edir. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın ən yüksəkdə yerləşən aeroportu kimi regionun strateji və turizm əhəmiyyətini daha da artırır.

Laçınlıların doğma yurda qayıdışı

Laçının dirçəlişinin ən böyük göstəricilərindən biri uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıtmasıdır. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların öz doğma torpaqlarına qayıdışına start verilib.

Böyük Qayıdış proqramı çərçivəsində artıq Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailənin köçürülməsi təmin edilib. İnsanların öz doğma torpaqlarında yeni evlərində yaşaması, övladlarının burada təhsil alması və gələcəklərini Laçında qurması Zəfərin ən böyük mənəvi nəticələrindəndir.

Bu qayıdış sadəcə coğrafi köç deyil. Bu, illərlə həsrətində olduğumuz doğma torpaqlara həyatın qayıdışıdır. Laçının küçələrində uşaqların səsi, məktəblərin fəaliyyəti, yeni iş yerlərinin yaradılması və sosial həyatın canlanması Azərbaycan dövlətinin Zəfəri quruculuqla tamamladığının ən aydın göstəricilərindəndir.

Laçın – Azərbaycanın gələcəyə baxan şəhəri

Bu gün Laçın təkcə keçmişin ağrısını və Zəfərin sevincini özündə yaşadan şəhər deyil. O, Azərbaycanın müasir inkişaf modelinin, yaşıl enerji siyasətinin, müasir şəhərsalma yanaşmasının və Böyük Qayıdış strategiyasının mühüm mərkəzlərindən birinə çevrilir.

Laçında turizm infrastrukturu genişləndirilir, yeni istirahət məkanları yaradılır, sənaye və aqro-sənaye müəssisələri fəaliyyətə başlayır. “Laçın” İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, mebel fabriki, tikiş və ayaqqabı müəssisələri, aqro-sənaye parkı və digər layihələr şəhərin iqtisadi potensialının bərpasına və əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir.

Laçının mədəni potensialı da diqqət mərkəzindədir. Şəhərin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Laçının regionda mədəni və humanitar əhəmiyyətinin artmasının göstəricilərindən biri olub.

Laçın Zəfərin və Böyük Qayıdışın rəmzidir

Laçın tariximizin ağrılı səhifələrindən keçərək bu gün yeni həyat mərhələsinə qədəm qoyub. Bir vaxtlar işğal nəticəsində dağıdılan şəhər indi yenidən qurulur, abadlaşır və sakinlərini qoynuna alır.

Prezident İlham Əliyevin Laçının gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər bu yeni dövrün mahiyyətini aydın ifadə edir: Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi məqsədi artıq real layihələr, yeni şəhərlər, yollar, məktəblər, müəssisələr və yaşayış məhəllələri ilə öz təcəssümünü tapır.

26 Avqust – Laçın Şəhəri Günü həm keçmişi xatırlamaq, həm Zəfəri qeyd etmək, həm də gələcəyə baxmaq günüdür. Bu gün Laçın Azərbaycanın ərazi bütövlüyünün, dövlət gücünün, milli iradənin və tarixi ədalətin bərpasının canlı simvollarından biridir.

Laçının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu torpaqları öz qanı və canı bahasına azad edən qəhrəman Vətən övladlarının fədakarlığı heç vaxt unudulmayacaq. Laçında ucalan hər yeni bina, açılan hər məktəb, salınan hər yol və burada qurulan hər yeni həyat həmin böyük Zəfərin davamıdır.

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Laçın azaddır, Laçın dirçəlir, Laçın yaşayır və gələcəyə inamla addımlayır!

Fidan Hüseynova,
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri

https://ondertv.org/gundem/8209-lachin-zeferden-dirchelishe-uzanan-yol.html
27/08/2026

https://ondertv.org/gundem/8209-lachin-zeferden-dirchelishe-uzanan-yol.html

ONDERTV.ORG​​​​26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, Zəfəri və doğma torpaqlara Böyük Qayıdışın təntənəsini özündə birləşdirən əlamətdar gündür. Bu tarix Laçının yalnız azad edildiyi günü deyil,...

https://44gun.org/gundem/14889-lachin-zeferden-dirchelishe-uzanan-yol.html
27/08/2026

https://44gun.org/gundem/14889-lachin-zeferden-dirchelishe-uzanan-yol.html

44GUN.ORG​​​​26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, Zəfəri və doğma torpaqlara Böyük Qayıdışın təntənəsini özündə birləşdirən əlamətdar gündür. Bu tarix Laçının yalnız azad edildiyi günü deyil, o...

Address

Quba
Quba
4000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233356186

Website

Alerts

Be the first to know and let us send you an email when YAP Quba rayon təşkilatı. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to YAP Quba rayon təşkilatı.:

Shortcuts

Share