Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran inzibati rayonlarını əhatə edir.

07/08/2026
06 avqust 2026-cı il tarixində Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üz...
06/08/2026

06 avqust 2026-cı il tarixində Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində dama idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.
İdman tədbirinin keçirilməsində əsas məqsəd dama idman növünün yeniyetmə və gənclər arasında təbliğ olunması və təşviq edilməsi, Siyəzən rayonunda idmanın kütləviliyinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğ olunması, həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.
Kütləvi idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Cavidan Hüseynov, yeniyetmə və gənclər iştirak etmişdir. Sonda xatirə şəkili çəkdirilmişdir.
̇mi̇bi̇rli̇kdə

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının dördüncü günü yarış iştirakçıları arasında maraqlı və...
06/08/2026

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının dördüncü günü yarış iştirakçıları arasında maraqlı və gərgin şahmat qarşılaşmaları baş tutub.

̇dman

Qubada gənclər üçün “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici görüş keçirilib05 avqust 2026-cı il tarixində Quba-X...
06/08/2026

Qubada gənclər üçün “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici görüş keçirilib

05 avqust 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Quba Olimpiya İdman, İstirahət, Təlim və Tədris Kompleksində gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması və bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici görüş keçirilib.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev çıxış edərək narkomaniyanın ümumbəşəri bəla olduğunu, insanın sağlamlığına, mənəviyyatına və gələcəyinə ciddi zərər vurduğunu bildirib. Həmçinin narkomaniyanın cəmiyyətə və gənclərin sağlam həyat tərzinə mənfi təsirlərindən ətraflı bəhs edib.

Görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrdən uzaq durmağın, sağlam həyat tərzinin və düzgün həyat mövqeyinin əhəmiyyəti diqqətə çatdırılıb.

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası davam edir05 avqust 2026-cı il tarixində Qusar Olimpiya ...
06/08/2026

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası davam edir

05 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası üçüncü gündür ki, uğurla davam edir.

Yarışda respublikanın müxtəlif bölgələrindən olan gənc şahmatçılar iştirak edərək öz bacarıq və biliklərini nümayiş etdirirlər.

Bütün iştirakçılara yarışlarda uğurlar arzulayırıq! ♟️🏆

🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi- Taekvondo üzrə nümunəvi çıxışlar - 4 avqust, saat 10:00 (Xaçmaz şəhəri ...
05/08/2026

🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- Taekvondo üzrə nümunəvi çıxışlar - 4 avqust, saat 10:00 (Xaçmaz şəhəri Şəxsiyyətlər muzeyi);
- Beynəlxalq Gənclər Gününə həsr olunmuş 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Siyəzən rayon turniri - 7 avqust, saat 10:00 (Siyəzən şəhər stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 7 avqust, saat 10:00 (Şabran şəhər Heydər Əliyev parkı);
- Mas-reslinq idman növü üzrə nümunəvi çıxışlar – 7 avqust, saat 17:00 (Quba şəhəri, Nizami parkı);
- Voleybol üzrə Qusar rayon turniri - 8 avqust, saat 10:00 (Qusar rayon İmamqulukənd kənd voleybol meydançası).

05 avqust 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şa...
05/08/2026

05 avqust 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru, Şabran rayon Heydər Əliyev Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şabran rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilmişdir.
Sosial media platformalarında qarşılaşa biləcək risklər, dini radikal ideologiyaların sosial şəbəkələr üzərindən təbliğatının qarşısının alınması, gənclərin şəxsi məlumatlarını qorumaları və rəqəmsal mühitdən səmərəli istifadə etmələri məqsədilə keçirilmiş tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elmir Şəfiyev, Dini Qurumlarla İş üzrə Dövlət Kommitəsinin Şabran rayonu üzrə nümayəndəsi Elxan Əskərov, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxış edərək dini radikalizm və ekstremizm barədə və onların cəmiyyətə və dövlətə vurduğu zərərlər haqqında məlumat vermiş, yeniyetmə və gəncləri sosial şəbəkələrdə bu kimi fəaliyyətlərdən uzaq durmağa çağırmışlar. Sonda mövzu ətrafında interaktiv müzakirələr aparılmış, gənclər tərəfindən verilən suallar cavablandırılmışdır.

04 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Ba...
05/08/2026

04 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Sumqayıt Regional Voleybol Klubunun prezidenti Tariyel Alverdiyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədovanın iştirakı ilə gənc voleybolçular, onların valideynləri və məşqçilər ilə görüş keçirilib.

Görüşdə ölkədə voleybolun inkişafı, regionlarda bu idman növünün kütləviliyinin artırılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, məşq prosesinin təkmilləşdirilməsi və perspektivli idmançıların dəstəklənməsi, dövlətin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq, gənclərin sağlam həyat tərzinin formalaşdırılmasında idmanın rolundan bəhs edilib.

04/08/2026

04 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat O...
04/08/2026

04 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası uğurla davam edir.

Olimpiadanın keçirilməsində əsas məqsəd yeniyetmələr arasında şahmat idman növünün inkişaf etdirilməsi, istedadlı idmançıların üzə çıxarılması və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.

Address

Quba-Bakı Magistralı, 4-cü Km
Quba
AZ4000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share