Sabirabad STEAM Mərkəzi

Sabirabad STEAM Mərkəzi Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin Sabirabad STEAM Mərkəzi

📢 Sabirabad STEAM Mərkəzində müxtəlif kateqoriyalar üzrə təlimlər davam edir. 🚀STEAM Azerbaijan
18/06/2026

📢 Sabirabad STEAM Mərkəzində müxtəlif kateqoriyalar üzrə təlimlər davam edir. 🚀

STEAM Azerbaijan

🏆 Kiçik mühəndislərimizin növbəti uğuru!10 iyun 2026-cı il tarixində STEAM İnnovasiya Mərkəzində keçirilən “FIRST LEGO L...
12/06/2026

🏆 Kiçik mühəndislərimizin növbəti uğuru!

10 iyun 2026-cı il tarixində STEAM İnnovasiya Mərkəzində keçirilən “FIRST LEGO League Explore” Respublika turnirində komandalarımız uğurla iştirak edərək yüksək nəticələr əldə etdilər.

🔍 “Dino dedektivlər” komandası
🏅 "Core Values Excellence Award"

Şagirdlər: Nərgiz Alışova və Miray Musayeva

🔍 “Möcüzə ovçuları” komandası
🏅 "Outstanding Research Award"

Şagirdlər: Mehriban Hüseynli və Aysun Nuriyeva

Komandalarımızı ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq! 🚀💙

📢 Sabirabad STEAM Mərkəzində müxtəlif kateqoriyalar üzrə təlimlər davam edir. 🚀Şagirdlərimiz mexatronika və robototexnik...
09/06/2026

📢 Sabirabad STEAM Mərkəzində müxtəlif kateqoriyalar üzrə təlimlər davam edir. 🚀

Şagirdlərimiz mexatronika və robototexnika, proqramlaşdırma, süni intellekt, dron texnologiyaları kodlaşdırma və digər STEAM istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirərək gələcəyə inamla addımlayırlar. 😊

STEAM Azerbaijan

📢 Sabirabad STEAM Mərkəzində müxtəlif kateqoriyalar üzrə təlimlər davam edir. 🚀Şagirdlərimiz mexatronika və robototexnik...
01/06/2026

📢 Sabirabad STEAM Mərkəzində müxtəlif kateqoriyalar üzrə təlimlər davam edir. 🚀

Şagirdlərimiz mexatronika və robototexnika, proqramlaşdırma, süni intellekt, dron texnologiyaları kodlaşdırma və digər STEAM istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirərək gələcəyə inamla addımlayırlar.

STEAM Azerbaijan

🔊 Yenidən sizinləyik!Sabirabad STEAM Mərkəzinin yeni Instagram səhifəsi artıq aktivdir.🚀 Yeniliklər, layihələr, tədbirlə...
25/05/2026

🔊 Yenidən sizinləyik!

Sabirabad STEAM Mərkəzinin yeni Instagram səhifəsi artıq aktivdir.

🚀 Yeniliklər, layihələr, tədbirlər və daha çoxu üçün bizi izləməyi unutmayın!

💡 Fikirləriniz və təklifləriniz bizim üçün dəyərlidir.

https://www.instagram.com/steamsabirabad?igsh=MTBxdHAxYnJtOXB6Ng==

14 may 2026-cı il tarixində Bakı Kristal Zalda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasın...
15/05/2026

14 may 2026-cı il tarixində Bakı Kristal Zalda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq innovasiya və mühəndislik yarışı olan “H2 Grand Prix (Hidrogen enerjisi ilə işləyən avtomobillərin yarışı)” Azərbaycan turniri keçirilib.

Sabirabad STEAM Mərkəzi -nin şagirdləri respublika turnirində "STEAM Award" kubokuna laiq görülüb.

Turnirdə ölkənin 15 regionundan ümumilikdə 15 komanda olmaqla 69 iştirakçı yarışıb. Yarış çərçivəsində iştirakçılar hidrogen enerjisi ilə çalışan avtomobillərin hazırlanması və idarə olunması üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi gənclər arasında alternativ enerji texnologiyalarına marağın artırılması, STEAM təhsilinin təşviqi və innovativ düşüncənin inkişafına töhfə vermək olub.

“H2 Grand Prix” Azərbaycan turniri zamanı iştirakçılar komandalar şəklində çalışaraq hidrogen texnologiyası əsaslı avtomobillərlə uzunmüddətli və dayanıqlı performans nümayiş etdirmək uğrunda mübarizə aparıblar. Yarış boyunca komandalar həm mühəndislik, həm proqramlaşdırma, həm də strateji düşünmə bacarıqlarını tətbiq ediblər.

Sabirabad STEAM Mərkəzinin və İmişli regional "ASAN" xidmət mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad STEAM Mərkəzin...
08/05/2026

Sabirabad STEAM Mərkəzinin və İmişli regional "ASAN" xidmət mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad STEAM Mərkəzində maraqlı və innovativ tədbir həyata keçirilib. 🚀

Tədbir çərçivəsində şagirdlərin hazırladıqları robototexnika, proqramlaşdırma, mühəndislik və yaradıcı texnologiya layihələrindən ibarət sərgi nümayiş olunub.

Tədbirin ikinci hissəsində İmişli regional "ASAN" xidmət mərkəzinin əməkdaşları və könüllüləri üçün maarifləndirici və inkişafyönümlü təlim baş tutub. Təlim zamanı müasir bacarıqlar, innovativ yanaşmalar, texnalogiyanın xüsusi inkişafı, komanda işi və gənclərlə effektiv ünsiyyət mövzuları ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi texnologiyaya marağının artırılması, innovativ düşüncənin formalaşdırılmasıdır. 💡🤝

Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən “Azer...
08/05/2026

Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən “Azerbaijan ROV Challenge 2026 (Məsafədən idarəolunan sualtı dron və suüstü gəmi)” Respublika turnirinin ilk günü uğurla başa çatıb.

Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirdə ölkənin müxtəlif regionlarını təmsil edən ümumilikdə 42 iştirakçı öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Turnirin əsas məqsədi yeniyetmə və gənclərdə mühəndislik, robototexnika, proqramlaşdırma və innovativ texnologiyalar sahələrinə marağın artırılması, həmçinin onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.

İlk yarış günündə iştirakçılar hazırladıqları sualtı dron vasitəsilə texniki tapşırıqları yerinə yetirərək komanda işi, problem həll etmə və mühəndislik bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları həm nəzəri, həm də praktiki mərhələlərdə öz innovativ yanaşmaları ilə seçiliblər.

08/05/2026

Address

Sabirabad

Website

Alerts

Be the first to know and let us send you an email when Sabirabad STEAM Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share