02/09/2026
🏆 Beyləqanda Şəhidlərin əziz xatirəsinə həsr olunmuş mini-futbol turniri yekunlaşdı ⚽️
Rayon gənclərinin təşəbbüsü, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Beyləqan Olimpiya İdman Kompleksinin dəstəyi ilə keçirilən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş həvəskarlar arasında mini-futbol üzrə rayon turnirinə 1 sentyabr 2026-cı il tarixində yekun vurulub.
Ümumilikdə 16 həvəskar komandanın iştirak etdiyi turnir gərgin, maraqlı və əzmkar idman mübarizəsi şəraitində baş tutub.
🎯 Turnirin keçirilməsində əsas məqsəd Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu yüksəltmək, kütləvi idmanı təbliğ etmək və onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarət olub.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi adından turnirin qalibi olan “Mil Beyləqan” FK komandasını səmimi qəlbdən təbrik edir, turnirdə iştirak edən bütün komandalara və gənclərimizə gələcək yarışlarda uğurlar arzulayırıq! 👏