Salyan Rayon Nəsimi Xəlilov Adına Qarabağlı-1 Kənd Tam Orta Məktəbi

  • Home
  • Azerbaijan
  • Salyan
  • Salyan Rayon Nəsimi Xəlilov Adına Qarabağlı-1 Kənd Tam Orta Məktəbi

Salyan Rayon Nəsimi Xəlilov Adına Qarabağlı-1 Kənd Tam Orta Məktəbi Təhsil Gələcəyimizin İnkişafıdır.

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin ba...
10/08/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin başlanması ilə əlaqədar valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, məktəbdə geyim forması " Geyim formalarının təsvirləri "-nə 2 nömrəli əlavə geyim forması olacaq.
Şəkildə göstərilən qızlar və oğlanlar üçün olan 2 nömrəli formadır.

Həmçinin 1-ci siniflərə və məktəbəhazırlıq qruplarına qəbul bağlı qeydiyyat artıq icra edilir.
Bunun üçün valideynlər məktəbə və ya Asan Xidmət Mərkəzlərinə müraciət edə bilərlər.
1-ci sinfə 6 yaşı tamam olmuş uşaqlar, hazırlıq qrupuna isə 5 yaşı tamam olmuş uşaqlar qəbul edilir.
Aşağıdakı sənədlər təqdim edilməlidir.
1.Şagirdin sağlamlığı haqqında tibbi arayış ( forma 26 U )-Salyan rayon Mərkəzi Xəstəxanasından alınacaq.
2.Şagirdin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti
3.Valideynlərin hər ikisinin şəxsiyyət vəsiqəsinin surəti
4.Şagirdin 3x4 2 ədəd fotoşəkli
5.Məktəbəqəbulla bağlı Elektron ərizə
Qeyd: Qeydiyyat məktəbdə olacaqsa məktəb özü valideyn səhifəsindən elektron ərizəni çıxardıb verəcək,əgər qeydiyyat Asan Xidmət Mərkəzində olubsa və ya valideyn özü qeydiyyatdan keçiribsə elektron ərizəni təqdim etməlidir.
6.Məktəb rəhbərliyinin adına yazılı ərizə.

Bu sənədlər həm 1-ci sinfə qəbulla bağlı,həm də məktəbəhazırlığa qəbul üçün təqdim olunmalıdır.

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Ca...
16/07/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Cavadova Vüsalə Zaur qızı MİQ imtahanında 90 bal yığaraq yüksək nəticə göstərmişdir.
Müəlimimizi təbrik edirik və uğurlar arzulayırıq.
Xeyirli -uğurlu olsun!

25/06/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin aşağıda adları göstərilən müəllimləri 25.06.2026-cı il tarixində keçirilmiş təhsilverənlərin sertifikasiya imtahanında yüksək nəticə göstərmişlər.
Müəllimlərimizi təbrik edirik.
Uğurlarınız davamlı olsun!

1.Qəhrəmanov Murad Mahir oğlu - fiziki tərbiyə fənni üzrə 56 bal
2.Əhmədzadə Ayşən Kazım qızı -texnologiya fənni üzrə 56 bal

Uğurlar.

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 11 b sinif şagirdi Fərəcov İs...
25/06/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 11 b sinif şagirdi Fərəcov İsmayıl Tural oğlu ümumi 639 bal toplamışdır.
Buraxılış üzrə- 254 bal
Blok üzrə- 385 bal
Bu münasibətlə şagirdimizi,onun valideynlərini və müəllimlərini təbrik edirik.
Şagirdimizə gələcək təhsilində müvəffəqiyyətlər arzulayırıq.
Uğurların davamlı olsun!

15 iyun- Qurtuluşumuzun və Birliyimizin Günü!Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik.Mil...
14/06/2026

15 iyun- Qurtuluşumuzun və Birliyimizin Günü!
Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik.

Milli Qurtuluş Günümüz mübarək!

01/06/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Səfərli Tunar İbrahim oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan şəhər İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil olunmuş bayram tədbirində məktəbimizi və Salyan rayon təhsil sektorunu öz gözəl ifası ilə təmsil etmişdir.
Şagirdimizə uğurlar arzulayırıq.
Uğurların davamlı olsun.
Səsin həmişə zirvələrdən gəlsin.
Uğurlar!

27/05/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin aşağıda adları göstərilən 9-cu sinif şagirdlərinin 26.04.2026-cı il tarixində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanında göstərdikləri nəticələri haqqında məlumat.
Şagirdlərimiz buraxılış imtahanı üzrə maksimum 300 baldan 150 və daha artıq bal toplamışlar.
Şagirdlərimizi təbrik edirik.
Tələbə adını qazanmağı arzulayırıq.

1.Qubadov Əliağa Xəyal oğlu-260 bal
2.Həsənzadə Fatimə Xalid qızı- 248 bal
3.Naqdaliyev Cümşüd Rəşid oğlu -245 bal
4.Heydərli Məlahət Səttar qızı -235 bal
5.Əzizli Ceyhun Cəlal oğlu -225 bal
6.Xankişi Məhəmmədhüseyn Səməndar oğlu -191 bal
7.Rüstəmova Aytac Anar qızı -191 bal
8.Əzizova Rəhimə İlham qızı -179 bal
9.Əzizova Südabə Əmin qızı -153 bal

Hər birinizə gələcək təhsilinizdə uğurlar arzulayırıq.

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2c sinfində "28 May Müstəqill...
26/05/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2c sinfində "28 May Müstəqillik Günü" münasibətilə sinif rəhbəri tərəfindən tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Himnimiz səsləndirilmiş və Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə şagirdlər şeirlər söyləmiş və müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.
Sonda şagirdlər videorolikə baxmışdırlar.
Müstəqillik Günümüz mübarək olsun!

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "28 May Müstəqillik Günü"  mü...
25/05/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "28 May Müstəqillik Günü" münasibətilə 6a sinfində sinif rəhbəri tərəfindən tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Himnimiz səsləndirilmiş və Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.Şagirdlər tərəfindən şeirlər səsləndirmiş və müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.
Müstəqillik Günü münasibətilə Sizləri,Sizlərin timsalında bütün Azərbaycan Xalqını təbrik edirik.
Bayramımız mübarək olsun!

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü və 5-ci siniflərində "28...
22/05/2026

Salyan rayon Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü və 5-ci siniflərində "28 May Müstəqillik Günü"-dür mövzusunda sinif rəhbərləri tərəfindən tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Himnimiz səsləndirilmiş və Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.
Şagirdlər şeirlər söylədilər və müxtəlif kompozisiyalar göstərdilər.
Sonda Müstəqillik Günü ilə bağlı videorolik nümayiş etdirilmişdir.
28 May Müstəqillik Günümüz mübarək olsun!

Address

Salyan

Alerts

Be the first to know and let us send you an email when Salyan Rayon Nəsimi Xəlilov Adına Qarabağlı-1 Kənd Tam Orta Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category