Şəmkir Heydər Əliyev Mərkəzi

Şəmkir Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şəmkir Heydər Əliyev Mərkəzi, Government Organization, Şəmkir. Heydər Əliyev. Pr 5, Shamkhor.

24.08.2026-cı il tarixdə Şəmkir rayon Heydər Əliyev Mərkəzinin və Şəmkir rayonu üzrə gənclər və idman sektorunun, “Şəmki...
25/08/2026

24.08.2026-cı il tarixdə Şəmkir rayon Heydər Əliyev Mərkəzinin və Şəmkir rayonu üzrə gənclər və idman sektorunun, “Şəmkir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Bəşəriyyətin sosial bəlası olan narkomaniya və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gəncləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ təsirlərdən qorumaq, sağlam həyat tərzinə, təhsilə, elmə və idmana yönləndirmək olub.
Çıxışlar zamanı narkomaniyanın yaratdığı sosial və sağlamlıq problemlərindən, onun fəsadlarından, eləcə də gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində görülən işlərdən bəhs edilib.

21.08.2026-cı il tarixdə Şəmkir rayonu üzrə gənclər və idman sektorunun, “Şəmkir Gənclər evi” sosial xidmət müəssisəsini...
25/08/2026

21.08.2026-cı il tarixdə Şəmkir rayonu üzrə gənclər və idman sektorunun, “Şəmkir Gənclər evi” sosial xidmət müəssisəsinin kollektivinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəmkir rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı iştirakçılara Mərkəzin fəaliyyəti, eksponatlar və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Günərzi Qayğı Mərkəzinin balaca fidanları Şəmkir ray...
03/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Günərzi Qayğı Mərkəzinin balaca fidanları Şəmkir rayon Heydər Əliyev Mərkəzinin kitabxanasını ziyarət edib. Ziyarət zamanı uşaqlar Azərbaycan əlifbası və ana dilimizin əhəmiyyəti haqqında məlumatlandırılıb, kitablarla yaxından tanış olub, mütaliəyə marağı artıran maarifləndirici söhbətlərdə iştirak ediblər.
Tədbir uşaqlarda ana dilinə sevgi, kitab oxuma vərdişi və milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılmasına xidmət edib.

01/08/2026
2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şəmkir rayon Heydər Əliyev Mərkəzində yerləşən Ulu ...
22/07/2026

2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şəmkir rayon Heydər Əliyev Mərkəzində yerləşən Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən muzey kompleksini ziyarət ediblər.

Ziyarət zamanı əməkdaşlar muzeydə nümayiş olunan eksponatlar, ümummilli lider Heydər Əliyevin zəngin irsi, eləcə də Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar.

Görüş iştirakçıları bu cür ziyarətlərin milli-mənəvi dəyərlərin təbliği, tarixi irsin öyrənilməsi və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

20 iyul 2026-cı il tarixində Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Qazax–Tovuz Regional Mədəniyyət İdarəs...
20/07/2026

20 iyul 2026-cı il tarixində Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.

Tədbirin bədii hissəsində Səməd Vurğunun həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilmiş, daha sonra Mədəniyyət Mərkəzinin musiqi və rəqs kollektivlərinin, solist müğənnilərin və aşıqların ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilmiş, müxtəlif musiqi və bədii kompozisiyalar təqdim edilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinin təbliği, gənc nəslə tanıdılması, milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan poeziyasına göstərdiyi misilsiz xidmətlərin bir daha ictimaiyyətin diqqətinə çatdırılması olmuşdur.

20/07/2026
14 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatın...
14/07/2026

14 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü ilə əlaqədar “Tərəqqi yolunun başlanğıcı müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin rəhbər şəxsləri iştirak etdilər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, sonra isə tədbirdə Ümumilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yeri var. Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva qeyd edib ki, bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Onun Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir. Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident cənab İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib.
Tədbirdə digər çıxış edənlərdən Şəmkir rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Arzu Həsənova, ərazi partiya təşkilat sədrləri və partiya fəalları, Aybəniz Nəsibova, Roza Orucova, Pərvin Gözəlov, Adil Mustafayev, şəhid anası Xanımzər Əhmədova və başqaları qeyd ediblər ki, Xalqımızın Ümummilli Lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Bütün ömrünü canından artıq sevdiyi xalqına, ölkəsinə həsr edən Ulu Öndər Heydər Əliyev tariximizdə müstəqilliyimizin Memarı və Qurucusu olaraq adını əbədiləşdirib. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

14 iyul — Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə N saylı Hərbi ...
14/07/2026

14 iyul — Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə N saylı Hərbi Polis hissəsinin şəxsi heyəti Şəmkir rayon Heydər Əliyev Mərkəzini ziyarət edib.

Ziyarət zamanı şəxsi heyət Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən muzey kompleksi ilə tanış olub, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ordu quruculuğu və milli-mənəvi dəyərlərin qorunması istiqamətində göstərdiyi misilsiz xidmətləri barədə ətraflı məlumat alıb.

Tədbirdə qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin inkişafına mühüm töhfələr verir.

Qonaqlar Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək, onun dövlətçilik irsinə sədaqətin Azərbaycan hərbçiləri üçün daim örnək olduğunu vurğulayıb.

Şəmkir rayon Heydər Əliyev Mərkəzinin elektrik-montyoru Gəncəli Əmiraslanovun 65 yaşının tamam olması ilə əlaqədar Azərb...
07/07/2026

Şəmkir rayon Heydər Əliyev Mərkəzinin elektrik-montyoru Gəncəli Əmiraslanovun 65 yaşının tamam olması ilə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bu münasibətlə Mərkəzdə təşkil olunan tədbirdə Gəncəli Əmiraslanovun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyəti, məsuliyyətli əməyi və kollektivdə qazandığı hörmət yüksək qiymətləndirilib. Mərkəzin rəhbərliyi tərəfindən ona təşəkkür ifadə olunaraq fəxri fərman təqdim edilib.
Tədbir çərçivəsində Gəncəli Əmiraslanovun 65 illik yubileyi münasibətilə tort kəsilib, çay süfrəsi ətrafında səmimi görüş təşkil olunub. Kollektiv üzvləri ona gələcək həyatında möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulayıblar.

Address

Şəmkir. Heydər Əliyev. Pr 5
Shamkhor
AZ5700

Alerts

Be the first to know and let us send you an email when Şəmkir Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəmkir Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share