YAP Şəmkir rayon təşkilatı

YAP Şəmkir rayon təşkilatı YAP Şəmkir rayon təşkilatı

Şəmkirdə yüksək nəticə göstərərk tələbə adını qazanan məzunlarla görüş keçirilib.Şəmkir Rayon İcra Hakimiyyətinin başçıs...
05/09/2026

Şəmkirdə yüksək nəticə göstərərk tələbə adını qazanan məzunlarla görüş keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirib.

Şəmkir rayonunun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, məktəb direktorları, yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Rəşad Tağıyev tələbə adını qazanan məzunları yüksək nəticə münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, hər bir gəncin yüksək nəticə göstərərək ali məktəbə qəbul olması yalnız onun şəxsi uğuru deyil, eyni zamanda ailələrinin və müəllimlərinin böyük əməyinin nəticəsidir.

Rəşad Tağıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin inkişafında təhsilin və savadlı gənc nəslin xüsusi əhəmiyyət daşıdığını daim vurğulayıb. Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və gənclərin geniş təhsil imkanları ilə təmin olunması istiqamətində mühüm layihələr həyata keçirilir.

Rəşad Tağıyev Birinci vitse-prezident Mehriban Əliyevanın da təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayaraq bildirib ki, dövlət başçımızın və Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən müxtəlif layihələr, xüsusilə təhsil müəssisələrinin yenilənməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər gənc nəslin daha yaxşı şəraitdə təhsil almasına mühüm töhfə verir.

YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxışında bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.

Dövlətimizin gələcəyinin savadlı, vətənpərvər və peşəkar gənclərdən asılı olduğunu bildirən rayon təşkilatının sədri tələbə adını qazanan gənclərin gələcəkdə öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına töhfə verəcəklərinə, dövlətimizə və xalqımıza layiqli mütəxəssislər kimi xidmət göstərəcəklərinə əminliyini ifadə edib.

Çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də yüksək nəticə göstərən gənclərlə belə bir görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara göstərilən etimadı doğrultmaq üçün bundan sonra da həvəslə çalışacaqlarını, seçdikləri ixtisaslar üzrə yüksək biliklərə yiyələnərək dövlətimizə layiqli vətəndaş kimi xidmət edəcəklərini qeyd ediblər.

Sonda qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar YAP Şəmkir rayon təşkilatının, Şəmkir Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələrilə mükafatlandırılıb və Fəxri Fərmanı ilə təltif olunublar

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunubYeni Azərbaycan Partiyası ...
01/09/2026

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunub

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunmuşdur.

Səfərdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, rayon təşkilatı aparatının əməkdaşları, ƏPT sədrləri, partiya fəalları iştirak etdilər.

Səfər iştirakçıları Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, Qarabağ Universitetini, Zəfər Parkını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin Məqbərəsini və İsa bulağını ziyarət etmişlər.
İşğaldan azad olunmuş torpaqlarımıza səfər etmək hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət hissidir. Vətənin bütövlüyü bir xalqın qürurunun, bir millətin isə sarsılmaz gücünün rəmzidir. Qarabağa səfər etmək illərlə hər birimizin ürəyində yaşatdığı ən böyük arzulardan biri idi. Müqəddəs torpaqlarda olmaq, Zəfərin ruhunu hiss etmək, qəhrəman şəhidlərimizin və rəşadətli ordumuzun bizə əmanət etdiyi gözəllikləri görmək sonsuz qürur hissi yaşadır.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində xalqımız tarixi Zəfərə imza atmışdır. Bu gün Qarabağda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. İştirakçılar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda, o cümlədən Ağdamda aparılan yenidənqurma layihələri, Xankəndidə formalaşan yeni inkişaf mühiti və Şuşanın tarixi-mədəni simasının bərpası prosesindəki quruculuq işlərinin sürətlə həyata keçirildiyinin bir daha şahidi oldular.

Bu səfər iştirakçılarda vətənpərvərlik ruhunun daha da güclənməsinə, milli birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermiş və unudulmaz təəssüratlarla yadda qalmışdır.

İştirakçılar bu əlamətdar səfəri onlara bəxş etdiyi üçün partiya rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Şəmkir Mənzil İstismarı Kontoru idarəsinin müdiri, partiya fəalı: Aslanalı HüseynovBakı ilə Daşkənd arasında qarşılıqlı ...
30/08/2026

Şəmkir Mənzil İstismarı Kontoru idarəsinin müdiri, partiya fəalı: Aslanalı Hüseynov

Bakı ilə Daşkənd arasında qarşılıqlı etimadın artması siyasi münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradıb. İki ölkənin dövlət başçıları arasında formalaşmış dostluq münasibətləri bu prosesə mühüm dinamizm verir. Səmimi siyasi dialoq müxtəlif istiqamətlərdə yeni təşəbbüslərin meydana çıxmasına şərait yaradır. Beləliklə, Azərbaycan–Özbəkistan əlaqələri qardaşlıq anlayışını real dövlət siyasətinə çevirən mühüm model kimi diqqət çəkir.

Şəmkir rayon Gigeyna və Epidomologiya mərkəzi Ərazi Partiya təşkilatının sədri Nailə Məmmədova:Azərbaycan və Özbəkistan ...
30/08/2026

Şəmkir rayon Gigeyna və Epidomologiya mərkəzi Ərazi Partiya təşkilatının sədri Nailə Məmmədova:

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında dövlətlərarası əməkdaşlığın ən diqqətçəkən nümunələrindən birinə çevrilib. Bu əlaqələrin möhkəm təməlində iki xalqı birləşdirən ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər dayanır. Prezident İlham Əliyev də bu yaxınlığın yalnız müasir siyasi münasibətlərdən qaynaqlanmadığını, əsrlər boyu formalaşan tarixi bağlara söykəndiyini xüsusi vurğulayır.

Şəmkir SES Ərazi Partiya təşkilatının sədri Ziyəddin Cəlilov:Səfər birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik...
30/08/2026

Şəmkir SES Ərazi Partiya təşkilatının sədri Ziyəddin Cəlilov:

Səfər birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Əlaqələrin bu inkişafı müttəfiqlik üçün səviyyəni formalaşdırıb. Müttəfiqlik səviyyəsindəki əlaqələr isə yeni imkanlar açır. Səfər zamanı liderlər tərəfindən Azərbaycan və Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması da münasibətlərimizin ən yüksək səviyyədə olduğunu təsdiqləyir.

Şəmkir rayonu Aşağı Seyfəli kənd Ərazi Partiya təşkilatının sədri Oruc Qarayev:Prezident İlham Əliyevin mətbuata bəyanat...
30/08/2026

Şəmkir rayonu Aşağı Seyfəli kənd Ərazi Partiya təşkilatının sədri Oruc Qarayev:

Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə -müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb. Dövlətimizin başçısının Özbəkistana budəfəki səfəri də iki ölkə arasında institusional əməkdaşlığın daha da genişləndirilməsində mühüm addımdır.

Şəmkir rayon Statistika, Dövlət Əmək Müfəttişliyi Ərazi Partiya təşkilatının sədri Şikar Həsənov:Bu prosesdə Azərbaycanı...
30/08/2026

Şəmkir rayon Statistika, Dövlət Əmək Müfəttişliyi Ərazi Partiya təşkilatının sədri Şikar Həsənov:

Bu prosesdə Azərbaycanın və Özbəkistanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Azərbaycan Xəzər və Cənubi Qafqaz istiqamətində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində mühüm dayaq nöqtələridir. İki ölkənin siyasi və iqtisadi yaxınlaşması bu coğrafiyaları bir-birinə daha sıx bağlayır.

Şəmkir rayon Könüllü kənd Ərazi Partiya təşkilatının sədri Məhəmməd Salahov:Azərbaycan və Özbəkistanın yaxınlaşmasını Tü...
30/08/2026

Şəmkir rayon Könüllü kənd Ərazi Partiya təşkilatının sədri Məhəmməd Salahov:

Azərbaycan və Özbəkistanın yaxınlaşmasını Türk Dövlətləri Təşkilatının inkişafından ayrı təsəvvür etmək mümkün deyil. Hər iki ölkə Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının fəal iştirakçısıdır. 2025-ci ilin oktyabrında TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev təşkilatın artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını bildirib.

Şəmkir rayon Xuluf kənd Ərazi Partiya təşkilatının sədri Könül Həsənova:Digər tərəfdən, təşkilat regional inteqrasiyanın...
30/08/2026

Şəmkir rayon Xuluf kənd Ərazi Partiya təşkilatının sədri Könül Həsənova:

Digər tərəfdən, təşkilat regional inteqrasiyanın, yeni əlaqələrin uzunmüddətli perspektivdə strateji gələcəyi formalaşdıran platforma kimi qiymətləndirilir. Bütün bunlar iki ölkənin TDT daxilindəki çoxtərəfli inteqrasiya proseslərini sürətləndirən əsas hərəkətverici qüvvə rolunu oynayır.

Şəmkir rayon Keçili  kənd Ərazi  Partiya təşkilatının sədri Mansur Quliyev:Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ...
30/08/2026

Şəmkir rayon Keçili kənd Ərazi Partiya təşkilatının sədri Mansur Quliyev:

Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə iki qardaş ölkəni logistika baxımından daha da birləşdirəcək. Prezident İlham Əliyev Azərbaycanla Özbəkistanın TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirdiklərini vurğulayıb. Bu o deməkdir ki, Bakı ilə Daşkənd TDT-yə ortaq tarixi-mədəni mirasa əsaslanan platforma kimi baxaraq yeni regional münasibətlər sisteminin formalaşmasında maraqlı tərəflər kimi çıxış edir.

Address

Nizami Küçəsi/110
Shamkhor
AZ5700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994502958299

Alerts

Be the first to know and let us send you an email when YAP Şəmkir rayon təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share