Şəmkir 57

Şəmkir 57 🪧Şəmkir rayonu
🗺 Ərazisi 1660.00 km²
👨‍👩‍👧‍👦 Əhalisi 232000 nəfər Qədim və müasir Şəmkir'i görmək istəyənlər üçün əvəzolunmaz məkan...�

📢 Şəmkir Futboluna olan "sevgi"niz bu idi?Bu gün səhifəmiz vasitəsilə Azərbaycan İkinci Liqasında yeni mövsümün Şamaxıda...
01/09/2026

📢 Şəmkir Futboluna olan "sevgi"niz bu idi?

Bu gün səhifəmiz vasitəsilə Azərbaycan İkinci Liqasında yeni mövsümün Şamaxıda keçiriləcək ilk oyununa gedəcək azarkeşlərimiz üçün ödənişsiz avtobus ayrıldığını elan etmişdik. Məqsədimiz stadionumuzun vəziyyətinə və məsafəyə baxmayaraq, Şəmkir adını layiqincə qorumaq və futbolçularımızı tək qoymamaq idi. Lakin böyük təəssüf və məyusluq hissi ilə bildiririk ki, edilən çağırışlara, yaradılan bütün şəraitə baxmayaraq, Şəmki̇rdən Şamaxıya oyuna baxmağa cəmi 3-5 nəfər yollanmaq istədi.

Sosial şəbəkələrdə, şərhlərdə "Şəmkir" deyib bağıran, komandaya böyük sevgisindən dəm vuran yüzlərlə insandan cəmi bir neçə nəfər ortaya çıxdı. Bu gün komandanın ən çətin, ən köməksiz anında onun yanında olmayanların, sabah uğurlar və qələbələr gələndə fəxrlə Şəmkir adından danışmağa mənəvi haqqı yoxdur!

01/09/2026

📢 Qədim Şəmkir torpağından keçən Qədimqala-Xuluf yolu

"Qədim Şəmkir Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yerləşdiyi Qədimqala kəndindən başlayan və Xuluf kəndinə doğru uzanan avtomobil yolu, regionun həm turizm, həm də daxili nəqliyyat potensialını nümayiş etdirir. Dövlət vəsaiti hesabına əsaslı şəkildə təmir olunan Qədimqala–Miskinli–Keçili–Xuluf marşrutu kəndlər arasındakı illərlə yığılıb qalan gediş-gəliş problemini kökündən həll edib, sakinlərin həyat şəraitini maksimum dərəcədə rahatlaşdırıb. Bu yol həm də Şəmkirin qədim İpək Yolu üzərində yerləşən tarixi abidələrinə səyahət edən turistlər üçün təhlükəsiz və rahat gediş-gəliş imkanı yaradır.

Regionun həm iqtisadi, həm də turizm potensialını canlandıran yolun yenilənmiş mənzərəsini təqdim edirik. 📹⤵️

🇦🇿 Bu gün qəhrəmanımız, Aprel Zəfərində Vətən uğrunda canından, qanından keçən şəhidimiz Altun Dəmirlinin doğum günüdür....
01/09/2026

🇦🇿 Bu gün qəhrəmanımız, Aprel Zəfərində Vətən uğrunda canından, qanından keçən şəhidimiz Altun Dəmirlinin doğum günüdür. Yaşasaydı 29 yaşı olacaqdı...

Dəmirli Altun Fərman oğlu 1997-ci il sentyabrın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.

Əsgər Altun Dəmirli 2016-cı ilin (18 yaşında) aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində, Dağlıq Qarabağ istiqamətində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə Altun Dəmirli, doğulduğu Şəmkir rayonunun Düyərli kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldıqdan sonra əsgər Altun Dəmirli uğrunda şəhid olduğu Vətən torpağına tapşırılıb.

Altun Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Subay idi.

Qürurla yad edirik. Ruhu şad olsun! 🥀🙏🏻

📢 Şəmkir FK azarkeşlərinin diqqətinə!Azərbaycan İkinci Liqasında yeni mövsümə start verilir. Turnirin ilk turu çərçivəsi...
01/09/2026

📢 Şəmkir FK azarkeşlərinin diqqətinə!

Azərbaycan İkinci Liqasında yeni mövsümə start verilir. Turnirin ilk turu çərçivəsində Şəmkir PFK 02 sentyabr 2026-cı il tarixində, saat 17:00-da Sabirabadın "Marafon İK" komandası ilə qarşılaşacaq. Amma təəssüf ki, Şəmkir Şəhər Stadionunun ot örtüyü hazırda yararsız vəziyyətdə olduğuna görə, komandamız ev oyununu məcburi olaraq Şamaxı OİK Stadionunda keçirəcək.

İlk oyunda futbolçularımızı tək qoymamaq və Şəmkir adını layiqincə qorumaq üçün "Ultras 57" müstəqil azarkeş qrupu tərəfindən Şamaxı səfərinə xüsusi avtobus ayrılıb. Bu vacib qarşılaşmada böyük dəstəyə ehtiyac var! Oyunu stadiondan canlı izləmək və doğma komandamıza dəstək olmaq istəyənlər bu axşam saat 23:00-dək aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.

Gəlin, komandamıza birlikdə dəstək olaq!

Doğma komandamıza və azarkeşlərə bol-bol qələbə sevinci arzusu ilə... ⚽️🙏🏻

📌 Qeydiyyat üçün:
📲 +994 99 8999112 (WhatsApp)

Xoş gəldin, Sentyabr! 💖Gəlişinlə məktəbə getməyimiz yadımıza düşdü. Bir vaxtlar dərslər sentyabrın 1-də başlayardı...İns...
01/09/2026

Xoş gəldin, Sentyabr! 💖

Gəlişinlə məktəbə getməyimiz yadımıza düşdü. Bir vaxtlar dərslər sentyabrın 1-də başlayardı...

İnsan həyatının ən gözəl dövrü olan məktəb illərindəki xatirələr yaddaşımızda həmişəlik qalır. Hər il sentyabr ayının 1-i gələndə isə çoxlarımız nostalji hisslərə qapılırıq. Bu tarix həmin dövrün məktəblilərinin yaddaşına elə həkk olunub ki, bu gün də onları ilk dəfə məktəbə aparan yaxınları, çantalarının və ayaqqabılarının rəngi, ilk parta yoldaşları, dərsdə əzbərlədikləri ilk şeir hamının yadındadır. İllər keçsə də şirin bir xatirə kimi yada salırıq.

Kimlər xatırlayır? 1 sentyabrda məktəbə gedənlər, gəlin rəylərdə məktəb xatirələrinizi bizimlə də bölüşün.✍️🏻⤵️

31/08/2026

📢 Narınqala ərazisində yeni arxeoloji tapıntılar aşkarlanıb

"Qədim Şəmkir Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində aparılan növbəti arxeoloji qazıntılar və elmi tədqiqatlar barədə AZTV genişmiqyaslı reportaj hazırlayıb. Süjetdə bildirilir ki, Narınqala ərazisində aparılan intensiv axtarışlar zamanı orta əsrlər dövrünə aid mühüm tikili qalıqları, qədim təndirxana, mətbəx və anbar kimi istifadə olunduğu ehtimal edilən xüsusi otaqlar aşkarlanıb. Tapıntılar qədim Şəmkir şəhərinin sosial-iqtisadi quruluşunu, şəhərsalma arxitekturasını və dövrün məişət mədəniyyətini fundamental şəkildə öyrənmək üçün böyük elmi əhəmiyyət kəsb edir.

Mədəni irsimizin tədqiqi və geniş ictimaiyyətə tanıdılması istiqamətində əhəmiyyətli media dəstəyinə görə AZTV Xəbər komandasına təşəkkürümüzü bildirir, sözügedən reportajı izləyicilərimizə təqdim edirik. 📺⤵️

📢 Şəmkir PFK yeni mövsüm üçün rəsmi forma sponsorunu elan etdi!Region futbolununun iddialı təmsilçisi Şəmkir Peşəkar Fut...
30/08/2026

📢 Şəmkir PFK yeni mövsüm üçün rəsmi forma sponsorunu elan etdi!

Region futbolununun iddialı təmsilçisi Şəmkir Peşəkar Futbol Klubu növbəti mövsüm üçün mühüm tərəfdaşlıq müqaviləsinə imza atıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandamız ölkənin qabaqcıl logistika şirkətlərindən olan "HYDEX Logistics" ilə rəsmi forma sponsorluğu müqaviləsi bağlayıb.

Tərəflər arasında imzalanan müqavilə 1 il müddətinə nəzərdə tutulub. Yeni razılaşmaya əsasən, Şəmkir təmsilçisi mövsüm boyu keçiriləcək rəsmi qarşılaşmalarda meydana "HYDEX Logistics" loqolu formalarla çıxacaq. İmzalanma mərasimində şirkətin rəhbəri Hidayət Həsənov və Şəmkir PFK-nın vitse-prezidenti Əli Qədimov iştirak ediblər.

Klub rəhbərliyi komandamıza göstərdiyi dəyərli dəstəyə görə "HYDEX Logistics" rəhbərliyinə və bu uğurlu əməkdaşlığın qurulmasında və sponsorun tapılmasında böyük əməyi olan KOBİA-nın Şəmkir nümayəndəsi Elçin Qurbanlıya xüsusi minnətdarlığını bildirir.

Məlumat üçün bildirək ki, komandamızın yeni forma sponsoru beynəlxalq və ölkədaxili yükdaşımalar, multimodal logistika və gömrük rəsmiləşdirilməsi sahəsində ixtisaslaşmış, ölkənin qabaqcıl və etibarlı logistika şirkətlərindən biridir. "HYDEX Logistics" ilə birlikdə bu mövsüm Şəmkir futbolununun böyük qələbələr qazanacağına inanırıq.

Xeyirli-uğurlu olsun! ⚽️🙏🏻

📢 Şəmkir ictimaiyyətinə ağır itki üz verib! 🥀Böyük kədər və təəssüf hissi ilə bildiririk ki, 45 ildən artıq əmək fəaliyy...
30/08/2026

📢 Şəmkir ictimaiyyətinə ağır itki üz verib! 🥀

Böyük kədər və təəssüf hissi ilə bildiririk ki, 45 ildən artıq əmək fəaliyyəti ilə daim Şəmkir səhiyyəsinə öz töhfələrini verən həkim-revmatoloq Əhməd Əliyev vəfat edib. Mərhum bu gün Morul kənd qəbirstanlığında torpağa tapşırılıb.

"Şəmkir 57" səhifəsi olaraq Əhməd həkimin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Onun xatirəsi daim ehtiramla yad ediləcək!

Allah rəhmət eləsin!🥀🙏🏻

📢 Bu gün “Şəmkir 57” səhifəsini oxumağınızın 14 ili tamam olur!Rayonumuzun ən çox oxunan, ən çox izlənilən səhifəsi olar...
28/08/2026

📢 Bu gün “Şəmkir 57” səhifəsini oxumağınızın 14 ili tamam olur!

Rayonumuzun ən çox oxunan, ən çox izlənilən səhifəsi olaraq, yarandığı ilk gündən bu günə qədər hər zaman sizlər üçün faydalı olmağa, əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bu illər ərzində əsas məqsədimiz doğma Şəmkirimizi layiqincə tanıtmaq, həmişə doğru məlumatlar paylaşmaq və cəmiyyətə faydalı ola bilmək olub.

Ötən 14 ildə Sizlərə Şəmkirimizin tarixi, mədəniyyəti, gözəl təbiəti, görkəmli ictimai-siyasi, incəsənət və elm xadimləri, Vətən uğrunda canından keçən qəhrəmanlarımız, idmançılarımız haqqında paylaşdıq. Təkcə görkəmli və tanınmış şəxslər haqqında yazmaqla da kifayətlənmədik, "Şəmkirlimizi tanıyaq" rubrikası vasitəsilə həm də rayonumuzda yaşayan dəyərli insanları, öz sahəsində fərqlənən şəxsləri də sizlərə təqdim etdik. Bu rubrika vasitəsilə onları da birlikdə tanıdıq.

Hazırda fəaliyyətini operativ olaraq davam etdirən "Şəmkir 57" hər zaman dürüstlük, şəffaflıq və qərəzsizlik prinsipinə əsaslanaraq idarə olunur. Səhifəmizdə əsasən rayonumuz haqqında olmaqla, həm də ölkənin əsas xəbərləri dəqiqləşdirilib izləyicilərin ixtiyarına verilir. Bununla yanaşı, sakinlərin mesaj bölməsinə göndərdikləri hər bir müraciəti də araşdırır, paylaşaraq onların problemlərinin həllinə də çalışırıq. Oxucularımız bizi təkcə "Facebook" deyil, həm “Instagram" və “TikTok”, həm də "WhatsApp" kanalımız vasitəsilə də izləyərək ən son yeniliklərdən anında məlumatlı olurlar.

Bundan sonra da zövqünüzü oxşayacaq paylaşımlarla görüşünüzə gəlməkdə davam edəcəyik. Səhifəmizi izləyən, rəylərdə dəyərli fikirlərini bizimlə bölüşən bütün izləyicilərimizə minnətdarlığımızı bildirir, 14 ildə bizə qoşulan hər kəsə göstərdiyi dəstəyə və diqqətə görə təşəkkür edirik!

Hörmətlə,
14 ildir sizinlə, Sizin "Şəmkir 57"!

Sarı-Lacivert  18 İl Sonra Yenidən Avropanın Zirvəsində!Çempionlar Liqasına Xoş Gəldin, Fenerbahçe
26/08/2026

Sarı-Lacivert 18 İl Sonra Yenidən Avropanın Zirvəsində!

Çempionlar Liqasına Xoş Gəldin, Fenerbahçe

Address

Shamkhor

Alerts

Be the first to know and let us send you an email when Şəmkir 57 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəmkir 57:

Shortcuts

Share

Category