Şəki Dövlət Rəsm Qalereyası

Şəki Dövlət Rəsm Qalereyası Sheki Dovlet Resm Qalereyasi

Səmədov Asim Rəsul oğlu 03 mart 1955-ci ildə Şəki şəhərində anadan olub. İncəsənət olan marağı onu 1971-1975-ci illərdə ...
25/06/2026

Səmədov Asim Rəsul oğlu 03 mart 1955-ci ildə Şəki şəhərində anadan olub. İncəsənət olan marağı onu 1971-1975-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinə gətirib. 1975-1980-cı illərdə Belorusiyada Dövlət Teatr-İncəsənət İnstitutunun Monumental rəssamlıq şöbəsində ali təhsil alıb. 1978-ci ildən respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. 1984-cü ildən Rəssamlar İttifaqının üzvüdür. 1987-ci ildə Tokioda keçirilən müasir incəsənət mövzusunda sovet-yapon sərgisində Qızıl medala (məşhur “Böyük dəniz” əsəri ilə), 1988-ci ildə Moskvada gənc rəssamların beynəlxalq sərgisində Gümüş medala layiq görülüb. Onun ilk fərdi sərgisi 1991-ci ildə Parisdə “Aleksandr” qalereyasında böyük uğurla təşkil olunub. Bunun ardınca ABŞ, Danimarka, Almaniya, Belçika, Norveç və Türkiyədə fərdi sərgiləri keçirilib. 2016-cı ildə “Əməkdar rəssam” fəxri adı ilə təltif edilmişdir.
Asim Səmədovun müasir Azərbaycan təsviri sənətinin, xüsusilə monumental rəngarlıq məktəbinin görkəmli nümayəndəsidir. Onun yaradıcılığında abstrakt konteks, vizual mükəmməllik, dərin mifoloji motivlər və dinamika üstünlük təşkil edir. Əsərləri Moskvada Tretyakov Qalereyasında, Parisdə Aleksandr Qalereyasında, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində və Rəssamlar İttifaqında, eləcə də Türkiyənin mühüm qalereyalarında və bir çox ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. Rəssam uzun illərdir Türkiyədə yaşayır, Antalya Universitetinin müəllimi kimi gənc rəssamların yetişməsində böyük rol oynayır.

04/06/2026
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə ilə əlaqədar Elana Art.Nu və gənc rəsm kursunun kiçik rəssamlarının rəsmlər...
31/05/2026

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə ilə əlaqədar Elana Art.Nu və gənc rəsm kursunun kiçik rəssamlarının rəsmlərindən ibarət sərgiyə hər kəs dəvətlidir.

Məsimova Aynur Namiq qızı 1978-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. 1989-1994-cü illərdə Şəki Uşaq İncəs...
21/05/2026

Məsimova Aynur Namiq qızı 1978-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. 1989-1994-cü illərdə Şəki Uşaq İncəsənət məktəbinin rəssamlıq şöbəsində, 1994-1998-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət Şəki Dövlət Rəsm Qalereyasında elmi işçi vəzifəsində çalışmışdır. 1999-cu ildən indiyədək Şəki Uşaq İncəsənət məktəbində pedaqoji fəaliyyət göstərir. Aynur Məsimova müəllim kimi qazandığı təcrübəsini şagirdləri ilə bölüşür, onlarda təsviri sənətə maraq və peşəkar yanaşmanı formalaşdıraraq yaradıcılıq bacarıqlarının inkişafına töhfə verir. Rəssam yaradıcılıq fəaliyyəti dövründə bir sıra respublika əhəmiyyətli sərgilərdə iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür. “XX-XXI əsrin yaradıcı şəxsləri” kitabında rəssamın həyat və yaradıcılığı haqqında məqalə dərc olunmuşdur. Aynur Məsimova yaradıcılığında əsasən sulu boya texnikasına üstünlük verərək Şəkinin zəngin tarixi-mədəni irsini incə və poetik boyalarla canlandırır. Rəssamın yaradıcılığı yalnız təsviri sənətlə məhdudlaşmır, o, eyni zamanda poetik düşüncəyə sahib yaradıcı şəxs kimi şeirlərində də özünü ifadə edir. Onun qələmə aldığı şeirlər sanki çəkdiyi tabloların sözlə ifadə olunmuş davamıdır. Rənglərin dili ilə söyləyə bilmədiyi duyğularını sözlərin ahəngi ilə qələmə alan müəllif yaradıcılığında rəng və sözün vəhdətini yaradır.

🎨🖌️

16/05/2026

Əfəndiyev Fuad Nurməmməd oğlu 1963-cü il martın 20-də Şəki şəhərində anadan olub. 1969-1977-ci illərdə orta məktəbdə, 19...
04/05/2026

Əfəndiyev Fuad Nurməmməd oğlu 1963-cü il martın 20-də Şəki şəhərində anadan olub. 1969-1977-ci illərdə orta məktəbdə, 1977-1981-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışdır. 1984-1991-ci illərdə Şəki Dövlət Dram Teatrında icraçı rəssam vəzifəsində çalışaraq teatr tamaşalarının bədii tərtibatında yaxından iştirak etmişdir. Sonrakı illərdə Şəki Uşaq İncəsənət məktəbində müəllim kimi fəaliyyət göstərmiş, gənc nəslin təsviri sənətə marağının formalaşmasına və yaradıcılıq bacarıqlarının inkişafına töhfə vermişdir. Hal-hazırda sərbəst rəssam kimi yaradıcılıq fəaliyyətini davam etdirir. Rəssam rəngarlıq sahəsində fəaliyyət göstərir. Onun yaradıcılığında Şəkinin füsunkar təbiəti, qədim tarixi-memarlıq abidələri və milli həyat tərzi bədii boyalarla canlandırılır. Fuad Əfəndiyev 2025-ci ildən Rəssamlar İttifaqının üzvüdür, bir sıra respublika əhəmiyyətli sərgilərdə iştirak etmiş, diplomlara və mükafatlara layiq görülmüşdür. Rəssamın müəllifi olduğu “Payız gecəsi” əsəri qalereyanın fondunda mühafizə olunur.

Məmmədov Asim Sabir oğlu 1952-ci il avqustun 14-də Şəkidə anadan olub. 1959-1968-ci illərdə orta məktəbdə, 1968-1972-ci ...
29/04/2026

Məmmədov Asim Sabir oğlu 1952-ci il avqustun 14-də Şəkidə anadan olub. 1959-1968-ci illərdə orta məktəbdə, 1968-1972-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbində oxuyub. 1980-1985-ci illərdə Leninqrad şəhərində L.V.Muxina adına Ali Rəssamlıq məktəbində təhsil alıb. Həmin dövrdə tələbəlik illərində Hindistanda keçirilən “Keramika” əsərlərinin sərgisində, Leninqradda “Payız sərgisində” iştirak edib. 1987-1993-cü illərdə Şəki şəhərində baş rəssam vəzifəsində, sonra Uşaq İncəsənət məktəbində müəllim kimi fəaliyyət göstərmiş, gənc nəslin estetik zövqünün formalaşmasına, yaradıcılıq bacarıqlarına yiyələnməsinə töhfə vermişdir. 1991-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Rəssamın yaradıcılığında doğma Şəkiyə həsr olunmuş mənzərə, natürmort və məişət janrında əsərlər xüsusi yer tutur. Rəssam əsasən rəngarlıq sahəsində fəaliyyət göstərir və əsərləri rəng koloritinin zənginliyi, prespektiv quruluşun dəqiqliyi və işıq-kölgə həllinin ifadəliliyi ilə seçilir. Asim Məmmədov bir sıra beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür.

Əsgər Şakir oğlu Kərimov 10 fevral 1941-ci ildə Şəki şəhərində anadan olub.1960–1965-ci illərdə Əzim Əzimzadə adına Rəss...
10/02/2026

Əsgər Şakir oğlu Kərimov 10 fevral 1941-ci ildə Şəki şəhərində anadan olub.1960–1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1969–1975-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. 1975–1982-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU), 1982-2000-ci illərdə Azərbaycanın bir sıra ali təhsil ocaqlarında rəsm, kompozisiya və heykəltaraşlıq fənlərindən dərs demiş, daha sonra Müstəqil Azərbaycan Universitenin professoru və dizayn kafedrasının müdiri olub. Əsgər Kərimov Tiflis Rəssamlıq Akademiyasında təhsil alarkən respublika, ümumittifaq və xarici sərgilərdə öz əsərlərini nümayiş etdirib. “Odlar yurdu” əsəri Drezden muzeyinin (Almaniya) daimi eksponatına çevrilib. Akademiyanı bitirərkən diplom işi Nizami Gəncəvinin “İskəndərnamə” əsəri əsasında yaratdığı üç hissədən ibarət “Odlar diyarı” barelyefi olub. 1979-cu ildə Azərbaycanın Xalq rəssamı Cəlal Qaryağdı ilə birlikdə Bərdədə II Dünya müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş kompleksi ərsəyə gətirib. Mirzə Fətəli Axundzadənin Şəki şəhərindəki tunc abidəsi (1982), Aşıq Molla Cümənin qranitdən (1990), İsmayıl bəy Qutqaşınlının məzarüstü abidələrinin (1983), Bakıda II Dünya müharibəsində həlak olanların xatirəsinə ucadılmış tuncdan hazırlanmış simvolik abidə və digər əsərlərin müəllifi olan Əsgər Kərimov 2000-ci ildən Türkiyənin İsparta şəhərində yaşayıb fəaliyyət göstərirdi. Onun hazırladığı abidələr ölkəmizin bir sıra şəhərləri ilə yanaşı, Ukrayna və Türkiyədə qoyulub. 1965-ci ildən Azərbaycan Bədii Fondunun, 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının, 1980-cı ildən isə SSRİ Bədii Fondunun üzvü olub. Əsgər Kərimov 29 noyabr 2024-cü il tarixində, 83 yaşında Türkiyənin İsparta şəhərində vəfat edib. Sənətkar İsparta şəhərində həyat yoldaşının məzarı yanında dəfn olunub.
Əsgər Kərimovun müəllifi olduğu “Fərhad” əsəri qalereyanın fondunda mühafizə olunur.

🎨🖌️

Address

"Yuxarı Baş" Tarixi Memarlıq Qoruğunun ərazisində Yerləşir
Sheki

Telephone

+994242444501

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki Dövlət Rəsm Qalereyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki Dövlət Rəsm Qalereyası:

Shortcuts

Share