Siyəzən RİHB-nın Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Siyəzən RİHB-nın Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər yalnız ikitərəfli münasibətlərin deyil,...
25/08/2026

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər yalnız ikitərəfli münasibətlərin deyil, həm də daha geniş regional proseslərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının Mərkəzi Asiya ilə Azərbaycanı böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi son illərdə bölgədə baş verən dəyişikliklərin mahiyyətini dəqiq ifadə edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin intensivləşməsi yeni regional əməkdaşlıq modelinin formalaşmasına şərait yaradıb. Bu modelin əsas xüsusiyyəti Azərbaycanın yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirici rol oynayan mühüm dövlət kimi çıxış etməsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizinki imkanları, nəqliyyat infrastrukturu və logistika layihələri Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında mühüm rol oynayır. Mərkəzi Asiyanın zəngin resursları və iqtisadi potensialı isə Azərbaycan üçün yeni əməkdaşlıq istiqamətləri yaradır. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın sürətli inkişafı və xarici iqtisadi əlaqələrinin genişlənməsi iki ölkə arasında əməkdaşlıqda yeni imkanlar açır. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması bu prosesdə mühüm mərhələ olub. Özbəkistanın göstərdiyi siyasi dəstək isə iki ölkənin regional baxışlarının bir çox məsələdə üst-üstə düşdüyünü nümayiş etdirir. Bu gün nəqliyyat əlaqələrinin inkişafı xüsusi aktuallıq daşıyır. Orta Dəhliz Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit mərkəzlərindən birinə çevirir. Azərbaycan-Özbəkistan əməkdaşlığının nəqliyyat və logistika sahəsində gücləndirilməsi həm iki ölkənin, həm də daha geniş regionun iqtisadi maraqlarına cavab verir. Energetika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, sənaye, turizm, investisiya və humanitar sahələrdə əlaqələrin genişlənməsi regional iqtisadi məkanın formalaşmasına xidmət edir.
Qarabağın bərpasında Azərbaycan-Özbəkistanın əməkdaşlığı da bu regional yanaşmanın mühüm nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə həyata keçirilən investisiya layihələri iki ölkə arasındakı siyasi həmrəyliyin iqtisadi və sosial təşəbbüslərdə təcəssümüdür. Qarabağda reallaşdırılan bu layihələr Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli xarakter daşımadığını, eyni zamanda, Türk dünyası ölkələrinin respublikamızın ərazi bütövlüyünün bərpasından sonra regionun inkişafında fəal iştirak etdiyini göstərir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi də mühüm istiqamətdir. Ortaq tarix, mədəniyyət və dil amili siyasi və iqtisadi əlaqələrin daha geniş platformada inkişafına imkan yaradır. Bu proses perspektivdə Mərkəzi Asiya ilə Azərbaycan arasında daha sıx iqtisadi və siyasi əlaqələrin formalaşmasına xidmət edə bilər.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “vahid geosiyasi və geoiqtisadi region” yanaşması da məhz bu reallığı ifadə edir. Burada söhbət coğrafi sərhədlərin dəyişdirilməsindən deyil, qarşılıqlı iqtisadi maraqlar, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı və siyasi həmrəylik əsasında yeni regional əməkdaşlıq məkanının formalaşmasından gedir. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı iki qardaş dövlət üçün olduğu qədər, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz üçün də strateji əhəmiyyət daşıyır. İki ölkənin artan iqtisadi potensialı, siyasi iradəsi və qarşılıqlı etimadı daha geniş regional inteqrasiya proseslərinə mühüm təkan verir. Bu əlaqələr Türk dünyasında yeni əməkdaşlıq imkanlarının, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx inteqrasiyanın mühüm göstəricilərindən biridir.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, c...
25/08/2026

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.
Əvvəllər Abdallar adlanan Laçın inzibati ərazi vahidi, 1924-cü ildən şəhər statusu alaraq 1930-cu ildən rayonun inzibati mərkəzinə çevrilmişdir. XX əsrin tanınmış Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adı şəhərə verilmişdirki, burada “Laçın” sözü “məğrurluq” mənasındadır.
Heç təsadüfi deyildir ki, böyük strateji əhəmiyyətə malik bir rayon kimi tarix boyu torpağımıza göz dikənlər üçün Laçın “Qarabağn qara qapısı” , düşmənə göz dağı olub.
Ulu Öndərimiz Heydər Əliyev bu ərazinin tarixi, strateji əhəmiyyətini belə dəyərləndirirdi: “Azərbaycanın müstəqilliyi, ərazisinin qorunması nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir”.
Xüsusilə o da qeyd olunmalıdır ki, Ümummilli Liderimiz Heydər Əliyev 1969-cu ildə Respublikaya rəhbərliyə gələndən sonra Laçın rayonunun iqtisadi-sosial inkişafı diqqət mərkəzinə gətirilərək 1971-ci ildə “Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında” , eləcə də “Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” respublika hökumətinin qəbul etdiyi qərarlar Laçın şəhərinin və kəndlərinin inkişafına böyük təkan verdi. Tezliklə Laçın şəhəri təbii qaz yanacağı ilə təchiz edildi ki, bu da Laçının nadir meşə ehtiyatlarının qorunmasında əvəzsiz rol oynadı. Ən qıssa müddət ərzzində ucqar dağ kəndlərinə rahat yol çəkildi, rayon mərkəzi ilə kəndləri arasında bütün istiqamətlərdə avtobus marşrutları açıldı. Şəhərdə müasir tipli kino-teatr, orta məktəb, avtovağzal, yaşayış evləri tikilib istifadəyə verildi. Rayonda geniş təhsil və səhiyyə şəbəkəsi yaradıldı.
Eyni zamanda Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ilin avqust ayının 6-da Azəırbaycan KPMK bürosu “Laçın şəhərinin 50 illiyi haqqında” qərar qəbul edilməsi isə laçınlılar tərəfindən bu gün də böyük iftixar hissi ilə xatırlanır.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonun əhalisi etnik təmizləməyə məruz qalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşmüş, işğal nəticəsində ərazidə aparılmış talan-qarətlə yanaşı 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Uzun illər aparılmış məqsəyönlü siyasətin nəticəsi olaraq 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülməklə otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə başladı. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin Laçın rayonuna mütəmadi səfərləri zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyulmuşdur. Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilməklə yanaşı ərazidə çoxmənzilli binaların tikilməsi, şəhərə xüsusi gözəllik verir.
2023-cü il Mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 552 ailəyə,Zabux kəndi 217 ailəyə, Sus kəndi isə 59 ailəyə qucaq açaraq cəmi 3069 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi ölkə başçısı cənab İlham Əliyevə minnətdalıq hisiilə qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərinə qayıdışdan qürur və sevinc hissi keçirirlər.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə veribPrezident İlham Əliyevin Özbəkista...
22/08/2026

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə həm də türk dünyasının gələcəyinə yönəlik yol xəritəsidir. Çünki müsahibədə səsləndirilən fikirlər Azərbaycanla Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında yüksələn əməkdaşlığın miqyasını və dərinliyini açıq şəkildə ortaya qoyur. Müsahibə zamanı bir çox məsələlərə toxunan cənab Prezident qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin formalaşdırdığı tarixi, mədəni və geosiyasi məkan bu gün yeni reallıqların, yüksələn əməkdaşlıq dinamikasının təməlində dayanır. Xəzər dənizi isə bu böyük coğrafiyanın yalnız xəritədəki sərhədlərini deyil, xalqların strateji birliyini, iqtisadi gücünü və ortaq tarixini birləşdirən müqəddəs bir körpü rolunu oynayır. Prezident vurğulayıb ki, onu Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə etdiyi səfərlər Azərbaycanla region ölkələri arasında dərinləşən əməkdaşlığın simvoludur.

Müsahibədə Prezident son illər ərzində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yüksək səviyyəli səfərlərin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, təkcə son üç ildə qardaş ölkələrin liderlərinin Azərbaycana 30 səfər etməsi və dövlət başçımızın həmin ölkələrə 13 rəsmi səfəri münasibətlərin sürətlə genişləndiyini nümayiş etdirir. Orta Dəhlizin aktuallığı artdıqca, bu əməkdaşlıq yeni iqtisadi və nəqliyyat imkanları yaradır və regionun qlobal əhəmiyyətini daha da gücləndirir. Bu kontekstdə Özbəkistan xüsusi yer tutur. Azərbaycan üçün qardaş ölkə olan Özbəkistanla münasibətlər bu gün ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Prezident İlham Əliyev dövlət başçısı Şavkat Mirziyoyevlə səmimi dostluq münasibətlərinin ölkələr arasında strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib və bildirib ki, son bir il yarımda baş tutan beş yüksək səviyyəli səfər münasibətlərimizin səviyyəsinin sübutudur. Həmçinin Daşkənd və Bakı şəhərlərində keçirilən Ali Dövlətlərarası Şuranın iclasları iki ölkə münasibətlərinin inkişafında mühüm mərhələdir. İmzalanan sənədlər arasında Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik barədə Müqavilə, 2025–2029-cu illəri əhatə edən Yol Xəritəsi Azərbaycan–Özbəkistan əlaqələrinin sistemli, uzunmüddətli və dayanıqlı inkişafına zəmin yaradır.

Cənab Prezident qeyd edib ki, “Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəyişməz dəstək, Qarabağın bərpasına verdiyi töhfə, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi – qardaşlıq münasibətlərinin sarsılmaz nümunəsidir. Bu, sadəcə bir tikili deyil, xalqlarımız arasındakı sevgi və hörmətin canlı rəmzidir.”

Ölkə başçısı bildirib ki, “İqtisadi-ticari əməkdaşlıq sahəsində əldə olunan nəticələr xüsusi diqqət çəkir. 2024-cü ildə 252 milyon dollar olan ticarət dövriyyəsinin 2025-ci ildə 87,5 faiz artaraq 319 milyon dollara çatması dinamikanın sürətini göstərir. Bu sahədə qarşılıqlı sərmayələr də genişlənir. Artıq Azərbaycanda 120-dən çox özbək şirkəti fəaliyyət göstərir, iki ölkə arasında yaradılan 500 milyon dollarlıq investisiya şirkəti isə gələcək iri layihələr üçün möhkəm bazadır. Həmçinin Xankəndidə açılan birgə tikiş fabriki həm iqtisadi, həm də mədəni baxımdan yeni əməkdaşlıq mərhələsini simvolizə edir. Əlavə olaraq, nəqliyyat-logistika sahəsində əməkdaşlıq iki ölkəni Avrasiya məkanında mühüm tərəfdaş edir. Orta Dəhliz çərçivəsində Azərbaycan Özbəkistan üçün əsas tranzit ölkəyə çevrilib. 2024-cü ildə daşımaların həcminin 18 faiz artaraq 1,3 milyon tona çatması bu potensialı aydın göstərir. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş ticarət donanması və 9 beynəlxalq hava limanı Azərbaycanın bu rolunu daha da möhkəmləndirir. Zəngəzur dəhlizinin açılması isə bütün Mərkəzi Asiya regionu üçün yeni nəfəs olacaq. Hətta hava əlaqələrinin genişləndirilməsi – Bakı-Daşkənd, Bakı-Səmərqənd, Bakı-Ürgənc və Daşkənd-Bakı arasında müntəzəm reyslər – xalqlarımızı daha da yaxınlaşdıran mühüm addımlardır.”

Cənab Prezident vurğulayıb ki, “Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk. Belə ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir. Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir. Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti olan obyektlərdir: Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub. Fürsətdən istifadə edərək, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.”

Siyəzən Rayon Beşdam kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunubSiyəzən Rayon İcra Hakimiyyəti başçısının ...
21/08/2026

Siyəzən Rayon Beşdam kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə 21 avqust 2026-cı il tarixində Siyəzən rayon Beşdam kəndində Vətən müharibəsi şəhidi Qurbanov Röyal Ziyad oğlunun doğum günündə ailəsi ziyarət olunub.
Şəhidimiz Röyal Qurbanov Vətən uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib.
Ziyarətin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək, onların şərəfli döyüş yolunu gənc nəslə tanıtmaq və şəhid ailələrinə mənəvi dəstək göstərmək olub.

Azərbaycan Respublikasının prezidentdi İlham Əliyev 11 avqust 2026-cı ildə Naxçıvana səfər etmişdir. Naxçıvana səfəri mu...
14/08/2026

Azərbaycan Respublikasının prezidentdi İlham Əliyev 11 avqust 2026-cı ildə Naxçıvana səfər etmişdir.

Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi həyatında, bütövlükdə Azərbaycanın inkişaf strategiyasında mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Dövlət başçısının səfəri zamanı səsləndirdiyi mesajlar göstərdi ki, Naxçıvanın gələcək inkişafı yalnız muxtar respublikanın sosial-iqtisadi potensialı çərçivəsində deyil, Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya strategiyasının mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir. Xüsusilə TRIPP marşrutunun reallaşdırılması istiqamətində atılan addımlar Naxçıvanın uzun illər davam edən blokada vəziyyətindən çıxarılması, yeni bağlantıların yaradılması və onun geostrateji əhəmiyyətinin daha da artırılması baxımından yeni mərhələ açır.

Naxçıvanla bağlı həyata keçirilən bağlantı layihələri artıq Aİ-də diqqətini cəlb edir.” Aİ-nin Naxçıvanda yaradılacaq konsorsiumda iştirak etmək arzusunu ifadə etməsi məsələnin regional çərçivədən çıxaraq qlobal əhəmiyyət kəsb etdiyini göstərir. TRIPP marşrutunun əhəmiyyəti geniş nəqliyyat-logistika sisteminin bir hissəsi olması ilə bağlıdır. Marşrutun bir ucu Çinə, daha sonra Türküstan coğrafiyasında yerləşən türk dövlətlərinə, digər istiqaməti isə Türkiyə və Avropaya qədər uzanır. Belə geniş coğrafiyanı birləşdirən nəqliyyat bağlantılarının formalaşması Azərbaycanın və xüsusilə Naxçıvanın beynəlxalq tranzit sistemindəki rolunu əhəmiyyətli dərəcədə artıracaq. Yeni bağlantılar Naxçıvan əhalisinin rifahına birbaşa təsir göstərəcək. Naxçıvan Sənaye Parkının yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi, muxtar respublikanın yaşıl enerji istehsalı mərkəzlərindən birinə çevrilməsi istiqamətində görülən işlər iqtisadi fəallığın artmasına, yeni investisiyaların cəlb olunmasına və əhalinin gəlirlərinin yüksəlməsinə imkan verəcək. Bu prosesə artıq həyata keçirilmiş layihələr kontekstində yanaşmaq lazımdır. Naxçıvanın Azərbaycan qazı ilə təminatının həyata keçirilməsi, Türkiyə üzərindən qaz nəqlinin təmin olunması mühüm addımlar idi. Digər tərəfdən, İğdır–Dilucu–Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasına başlanılması Naxçıvanın Türkiyə və daha geniş mənada Avropa nəqliyyat sisteminə çıxış imkanlarını genişləndirəcək”.

Səfər zamanı Naxçıvanla İran arasında dəmir yolu bağlantısı məsələsinə diqqət yetirməsi xüsusi əhəmiyyət daşıyır. “Culfa–Culfa dəmir yolu bağlantısının bərpası Naxçıvanın yalnız Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqələndirilməsi üçün yeni imkanlar yarada bilər. Bütün bu layihələr Naxçıvanın Azərbaycanın regional nəqliyyat-logistika strategiyasındakı rolunu keyfiyyətcə dəyişəcək. Nəticə etibarilə Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birbaşa bağlantıya malik olmaqla yanaşı, Türküstan coğrafiyası, Türkiyə və Avropa istiqamətində mühüm logistika mərkəzinə çevrilə bilər. Naxçıvanın Ermənistan, Türkiyə və İranla həmsərhəd olması onun geostrateji əhəmiyyətini daha da artırır. Bu coğrafi mövqe Naxçıvanı müxtəlif regional nəqliyyat və iqtisadi sistemlərlə birləşdirən mühüm strateji qovşağa çevirir. Azərbaycanın regional güc mərkəzinə çevrilməsi ölkəyə əvvəllər reallaşdırılması çətin görünən strateji layihələri həyata keçirmək imkanları yaradıb. Vaxtilə gücümüz çatmayan bəzi layihələri və bağlantıları bu gün artıq həyata keçirmək imkanına malikik. Naxçıvanın yeni nəqliyyat imkanları Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyini və regional inteqrasiyasını da gücləndirəcək. Əgər əvvəlki mərhələdə bəzi yükdaşımalar üçün üçüncü ölkələrin nəqliyyat infrastrukturlarından istifadə zərurəti yaranırdısa, yeni bağlantıların formalaşması Azərbaycan ərazisindən Türkiyə və Avropa bazarlarına daha birbaşa çıxış imkanları yaradacaq”
Naxçıvan gələcəkdə daha geniş nəqliyyat şəbəkəsinin mühüm seqmentlərindən birinə çevrilə bilər.” TRIPP marşrutu bu sistemin əsas elementlərindən biri olmaqla yanaşı, Naxçıvanın Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqələndirilməsi də əlavə imkanlar yaradır. Naxçıvandan İran istiqamətində dəmir yolu bağlantısının inkişaf etdirilməsi gələcəkdə bu marşrutun daha geniş coğrafiyaya, o cümlədən Pakistan istiqamətinə qədər uzanmasına imkan verə bilər. İlk baxışdan Azərbaycandan uzaq coğrafiya kimi görünən ölkələrlə belə birbaşa iqtisadi və nəqliyyat əlaqələrinin formalaşması Azərbaycanın müəyyən etdiyi strateji xəttin nə qədər dərin və uzaqgörən olduğunu göstərir. Azərbaycan bir qonşu üzərindən İrana, oradan isə daha geniş Cənubi Asiya məkanına çıxış imkanları əldə edə bilər. Bu isə ölkəmizin nəqliyyat və logistika imkanlarını tamamilə yeni səviyyəyə yüksəldir. Həyata keçirilən bütün bağlantı layihələrinin məntiqi nəticəsi Azərbaycanın dövlətçilik tarixində yeni reallıqların formalaşması olacaq: “Bu proses, ilk növbədə, Azərbaycan xalqının rifahı və ölkəmizin sosial-iqtisadi inkişafı üçün yeni zəmin yaradır. Naxçıvanın blokadadan çıxarılması, onun Azərbaycanla birbaşa bağlantısının bərpası və beynəlxalq nəqliyyat-logistika sisteminə daha sıx inteqrasiyası həm muxtar respublikanın, həm də bütövlükdə Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq”

Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibli görüşlər, Azərbayca...
02/08/2026

Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibli görüşlər, Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası, imzalanan çoxsaylı sənədlər və əldə olunan razılaşmalar göstərdi ki, iki dövlət arasında əməkdaşlıq iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, humanitar əlaqələr və təhlükəsizlik sahələrini də əhatə edən hərtərəfli əməkdaşlıq mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatı səfərin əsas prioritetlərini və gələcək əməkdaşlığın istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev vurğuladı ki, hər iki ölkə bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm iqtisadi-ticari sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bundan sonra da bir-birini dəstəkləyəcək. Dövlətimizin başçısı qeyd etdi ki, imzalanan sənədlər paketi qarşılıqlı fəaliyyətin geniş spektrini nümayiş etdirir. Bu isə onu göstərir ki, rəsmi Bakı və Bişkek siyasi dialoqu praktik əməkdaşlıq layihələri ilə tamamlayaraq əlaqələri daha dayanıqlı və institusional əsaslar üzərində inkişaf etdirmək əzmindədir. Verilən bu mesajlar Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış yüksək etimad mühitini və ortaq siyasi iradəni bir daha təsdiqləyir. Eyni zamanda, göstərir ki, iki dövlət arasında formalaşmış qarşılıqlı etimad və ortaq siyasi iradə növbəti illərdə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
Səfərin ən mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində qəbul olunan qərarlar oldu. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığın əldə edildiyini açıqladı. Bu addım sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə yeni birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq. Qırğızıstanda həyata keçirilən konkret layihələr iqtisadi tərəfdaşlığın real nəticələrini nümayiş etdirir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə iştirakı ölkəmizin regionla münasibətlərə verdiyi strateji əhəmiyyəti bir daha təsdiqlədi və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafına verdiyi strateji önəmi bir daha nümayiş etdirdi. Bu iştirak Azərbaycanın regionun siyasi və iqtisadi proseslərində artan rolunun, eləcə də Mərkəzi Asiya ilə institusional əməkdaşlığının daha da möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində yeni inkişaf mərhələsinin başlanğıcını qoyan mühüm siyasi hadisə kimi tarixə düşəcək.
Səfər zamanı əldə olunan razılaşmalar, verilən siyasi mesajlar və imzalanan sənədlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq uzunmüddətli strateji maraqlara söykənir. Bu nəticələr həm də Türk dünyasında inteqrasiyanın dərinləşməsinə, Orta Dəhlizin inkişafına və Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qe...
31/07/2026

1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.” - Ulu Öndər Heydər Əliyev.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.
Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biridir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
· Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır;
· Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib;
· Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir;
· Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir;
· Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır (23.11.2024-cü il tarixinədək fəaliyyət göstərmişdir).
Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında:
· “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” - Bakı şəhərinin təhsil işçiləri ilə görüşdən (31 avqust 1994-cü il);
· “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” - Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqindən (Respublika Sarayı, 26 noyabr 1994-cü il);
· “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb.” - Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasından (Prezident Sarayı, 5 noyabr 1995-ci il);
· “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” - Azərbaycan Respublikası gənclərinin birinci forumunda nitqindən (Respublika Sarayı, 2 fevral 1996-cı il);
· “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik.” - Türk dünyası yazıçılarının III qurultayında nitqindən Azərbaycan Elmlər Akademiyası (6 noyabr 1996-cı il);
· “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.” - Türk dünyası yazıçılarının III qurultayında nitqindən Azərbaycan Elmlər Akademiyası (6 noyabr 1996-cı il);
· “Dil birliyimiz, türkdilli ölkələr, türk dövlətləri qrupuna daxil olmağımız üzərimizə çox vəzifələr qoyur.” - Azərbaycan Prezidenti adından Qırğızıstan Respublikasını Prezidenti Əsgər Akayevin şərəfinə verilmiş rəsmi ziyafətdə nitqindən ("Gülüstan " sarayı, 23 aprel 1997-ci il);
· “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” - Azərbaycan yazıçılarının X qurultayında nitqindən (Prezident sarayı, 30 oktyabr 1997-ci il);
· “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.” - Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşdə nitqindən London, Azərbaycan Respublikasının səfirliyi (22 iyul 1998-ci il);
· “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır.” - Respublika sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il);
· “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir.” - Yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə Bakının Nərimanov rayonunda yerləşən 82 saylı pilot orta məktəbdə keçirilən təntənəli toplantıda nitqindən (1 sentyabr 2000-ci il);
· “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” - Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən (29 dekabr 2000-ci il);
· “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.” – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından (18 iyun 2001-ci il);
· “Bizim Azərbaycan dili şeir dilidir.” - TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbulu zamanı çıxışından (6 fevral 2003-cü il);
· “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.” - TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbulu zamanı çıxışından (6 fevral 2003-cü il).
Prezident İlham Əliyev Azərbaycan dili haqqında:
· “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”;
· “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”;
· “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”;
· “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir”;
· “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.”

Address

Beşdam Kəndi
Siyəzən
AZE5300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994233066024

Alerts

Be the first to know and let us send you an email when Siyəzən RİHB-nın Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyəzən RİHB-nın Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi:

Shortcuts

Share