Salyan Dövlət Rəsm Qalereyası

Salyan Dövlət Rəsm Qalereyası Salyan Dövlət Rəsm Qalereyasının rəsmi facebook səhifəsi

Rəssam, heykəltaraş Nəriman Məmmədov 70 yaşını qeyd edir.Nəriman Məmmədov 1956-cı ildə Salyan rayonunda doğulub. Azərbay...
27/06/2026

Rəssam, heykəltaraş Nəriman Məmmədov 70 yaşını qeyd edir.

Nəriman Məmmədov 1956-cı ildə Salyan rayonunda doğulub. Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Tərəqqi" medallı sənətkar beynəlxalq simpoziumlarda, eləcə də müxtəlif sərgilərdə iştirak edərək Azərbaycanı ləyaqətlə təmsil edib. Onun əsərləri Meksika, Türkiyə, Polşa, Fransa, İsrail və digər ölkələrdə nümayiş olunmaqla müxtəlif qalereyalarda saxlanılır. Sənətkar bir çox görkəmli şəxslərin heykəllərini və büstlərini hazırlayıb. Nəriman Məmmədovun yaratdığı möhtəşəm monumental abidələrdən Sumqayıt, Xırdalan, Göygöl şəhərlərində, həmçinin Bakıxanov qəsəbəsində ulu öndər Heydər Əliyevin heykəllərini misal çəkmək olar. Görkəmli heykəltaraş doğma Salyanda da bir çox əsərlər yaradıb. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin monumental abidəsi, eləcə də Xəlil Rza Ulutürkün, Əliağa Kürçaylının, Aşıq Pənahın, Əlövsət Quliyevin abidələri, tanınmış din xadimi Ağa Mirbağır Ağazadənin barelyefi bu gün şəhərin ümumi incəsənət ansamblında xüsusi yer tutur. Azərbaycan Milli İncəsənət Muzeyində onun "Qarabağ süitası" adlı əsəri nümayiş etdirilir.

Salyan Dövlət Rəsm Qalereyasının yaradıcı kollektivi görkəmli rəssam, heykəltaraş Nəriman Məmmədovu yubiley yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır.

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
25/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Salyan Dövlət Rəsm Qalereyasında "Əsgərə salam!" adlı sərgi açılıb.26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan sərgini...
24/06/2026

Salyan Dövlət Rəsm Qalereyasında "Əsgərə salam!" adlı sərgi açılıb.

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan sərgini 28 iyun tarixinədək ziyarət edə bilərsiniz.

15/06/2026

15 İyun - Milli Qurtuluş Günüdür

Salyan Dövlət Rəsm Qalereyasında "Milli Qurtuluşdan böyük Zəfərə" adlı sərgi açılıb. 15 İyun - Milli Qurtuluş Günü münas...
13/06/2026

Salyan Dövlət Rəsm Qalereyasında "Milli Qurtuluşdan böyük Zəfərə" adlı sərgi açılıb.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə açılan sərgini 16 iyun tarixinədək izləyə bilərsiniz.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Memarl...
12/06/2026

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Memarlıq və müasir şəhərsalma: dayanıqlı gələcəyə doğru" adlı tədbir keçirilib.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Salyan Dövlət Kukla Teatrında baş tutan tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Orxan Həsənzadə, mədəniyyət müəssisələrinin rəhbərləri və nümayəndələri, ziyalılar, ağsaqqallar və partiya fəalları və ictimaiyyət iştirak edib. Tədbir iştirakçıları əvvəlcə teatrın həyətində Salyan Dövlət Rəsm Qalereysı, Salyan Tarix-Diyarşünaslıq Muzeyi və Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanın memarlıq irsini, şəhərsalma ənənələrini və ölkəmizdə həyata keçirilən müasir quruculuq proseslərini əks etdirən kitablar, rəsm əsərləri, fotoşəkillər və digər eksponatlar nümayiş olunub.

Tədbir sonra teatrın tamaşa salonunda davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan videoçarx nümayiş etdirilib. Çıxış edənlər prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu qərar milli memarlıq irsinin qorunması, şəhərsalma sahəsində müasir yanaşmaların təşviqi və gələcək nəsillərdə bu sahəyə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışlarda həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin Azərbaycanın müasir şəhərsalma siyasətinin parlaq nümunəsi olduğu vurğulanıb.

Tədbir Salyan rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət Məktəbinin xanəndə və musiqiçilərinin təqdim etdikləri bədii proqramla davam edib.

Salyan Dövlət Rəsm Qalereyasının sərgi salonunda "İnsan hüquqları və sənət" adlı sərgi açılıb. "İnsan Hüquqları Aylığı" ...
08/06/2026

Salyan Dövlət Rəsm Qalereyasının sərgi salonunda "İnsan hüquqları və sənət" adlı sərgi açılıb.

"İnsan Hüquqları Aylığı" çərçivəsində təşkil olunan sərgi 18 iyun tarixinədək ziyarətçilər üçün açıqdır.

Bədii oyma ustası, rəssam Rauf İbrahimov doğum gününü qeyd edir.Rauf İbrahimov Salyan şəhərində dünyaya göz açıb. Sənətə...
03/06/2026

Bədii oyma ustası, rəssam Rauf İbrahimov doğum gününü qeyd edir.

Rauf İbrahimov Salyan şəhərində dünyaya göz açıb. Sənətə marağı uşaq yaşlarından başlayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsini bitirib. O, dekorativ-tətbiqi sənətin ağac üzərində oyma növü ilə məşhurlaşsa da rəssam və heykəltəraş kimi bir neçə əsər yaradıb. "Dəmir Yumruq", "Xəlil Rza Ulutürk", "Bəhram Gur", "Aşıq Ələsgər", "Yük", "Nizami kompozisiyası", "Naməlum skripkaçı", "İspan döyüşü", "Morj", "Ov" və başqa əsərləri bu gün də izləyicilərin diqqət mərkəzindədir. Onun əsərləri respublika səviyyəli tədbir və sərgilərdə nümayiş olunur, şəxsi kolleksiyalarda saxlanılır. O, həm də müəllim kimi bədii oyma sənətini şagirdlərə aşılayır.

Salyan Dövlət Rəsm Qalereyasının yaradıcı kollektivi bədii oyma ustası Rauf İbrahimovu təbrik edir, yaradıcılıq zirvələri diləyir.

Rəssam, heykəltəraş Əliyusif Pənahovun doğum günüdür.Əliyusif Pənahov Şamaxının Poladlı kəndində anadan olub. Uşaq yaşla...
02/06/2026

Rəssam, heykəltəraş Əliyusif Pənahovun doğum günüdür.

Əliyusif Pənahov Şamaxının Poladlı kəndində anadan olub. Uşaq yaşlarından ailəsi ilə birgə Salyanın İkinci Varlı kəndinə köçüb. Sənətin incəliklərini rəssam və heykəltəraş olan atası Şiraz Pənahovdan öyrənib. O, ilk əsərini 10 yaşında yaradıb. 17 yaşında Sankt Peterburq Rəssamlıq Akademiyasına qəbul olsa da o dövrdə Azərbaycandakı mövcud vəziyyətə görə təhsil almağa gedə bilmir və bir il sonra hərbi xidmətə yollanır. Əsasən Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edərək, yaralanır. Əliyusif Pənahov hərbi xidmətdən sonra Hacıqabuldakı "N" saylı hərbi hissələrin birində hərbi rəssam kimi çalışmağa başlayır. Məhz bu səbəblərdən onun yaratdığı tablolarda müharibə mövzusu aktualdır. Rəssamın dediyinə görə bu rəsmlər təxəyyül məhsulu yox, yaşadıqlarıdır. Əsasən batal, portret, peyzaj və digər janrlarda əsərlər yaradan rəssamın "Xilaskar", "Əliyar Əliyev", "Albert Aqarunov", "Çingiz Mustafayev", "Qəhrəmanın məzarı", "Qarabağda döyüş", "Babək Xürrəmi", "Mahatma Qandi", "Anamla mən", "Qoca ovçu", "Kənddə qış", "Anaların söhbəti", "Şəhidlərə abidə" və digər əsərləri tamaşaçı rəğbəti qazanıb. Rəssamın qızı Yaqut Pənahova da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirərək, atasının yolunu davam etdirir. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Əliyusif Pənahov bir neçə dəfə dövlət səviyyəli sərgilərdə iştirak edib.

Salyan Dövlət Rəsm Qalereyasının yaradıcı kollektivi rəssam Əliyusif Pənahovu doğum günü münasibətilə təbrik edir, ona yaradıcılıq zirvələri diləyir.

Neftçala rəssamlıq məktəbinin yetirməsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fikrət İbrahimli doğum gününü qeyd edir. ...
02/06/2026

Neftçala rəssamlıq məktəbinin yetirməsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fikrət İbrahimli doğum gününü qeyd edir.

Rəssam Fikrət İbrahimli 1955-ci ildə Neftçala rayonunda doğulub. O, görkəmli rəssam Adil Hacıyevdən rəssamlıq sənətinin sirlərini öyrəndikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, oxuduğu illər ərzində Xalq rəssamları Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyovun tələbəsi olub. 1978-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

Fikrət İbrahimlinin uğurlu yaradıcılıq nümunələrindən “Dəniz, günəbaxanlar”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Van Qoq günəbaxanları", “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy", “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı” ilə yanaşı çoxsaylı portret, avtoportret və natürmortların adlarını qeyd etmək olar. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır, respublikamızdan başqa Rusiya, Gürcüstan, Almaniya, Çexiya, Türkiyə və digər dövlətlərdə nümayiş etdirilir.

Salyan Dövlət Rəsm Qalereyasının yaradıcı kollektivi rəssam Fikrət İbrahimlini doğum günü münasibətilə təbrik edir, sənətkara yaradıcılıq uğurları arzulayır.

Address

Heydər Əliyev 125
Ssaljany

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 10:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Salyan Dövlət Rəsm Qalereyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share