Qubadlı rayonu üzrə gənclər və idman sektoru

Qubadlı rayonu üzrə gənclər və idman sektoru Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
Qubadlı rayonu üzrə gənclər və idman sektoru

04/08/2026
📸 Qubadlı rayonu üzrə gənclər və idman və təhsil sektorlarının birgə təşkilatçılığı ilə 17-21 iyul tarixlərdə keçirilən ...
29/07/2026

📸 Qubadlı rayonu üzrə gənclər və idman və təhsil sektorlarının birgə təşkilatçılığı ilə 17-21 iyul tarixlərdə keçirilən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Təbiət mənzərələri və memarlıq abidələri" adlı foto müsabiqənin qalibləri mükafatlandırılıb.

İyulun 29-da Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Türkan Həsənova, Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev mükafatçılarla görüşərək onları təbrik ediblər.

✨️Qaliblər Regional İdarənin diplomları ilə təltif olunublar.





Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasından 32 il ötür.
26/07/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasından 32 il ötür.

18/07/2026

⚽ 26 İyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan yeniyetmələr arasında minifutbol üzrə Qubadlı rayon turniri təşkil olunub.





⚽ 26 İyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan yeniyetmələr arasınd...
18/07/2026

⚽ 26 İyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan yeniyetmələr arasında minifutbol üzrə Qubadlı rayon turniri təşkil olunub.

Turnir Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Qubadlı rayon sektoru və Qubadlı rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri, "Spartak" İdman Sağlamlıq Mərkəzində keçirilib.

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov yarış iştirakçılarını salamlayaraq, uğurlar arzu edib.

Yarışın yekun nəticəsinə əsasən;
🥇1-ci yer – Qubadlı UGİŞM-1 komandası
🥈2-ci yer – "Həkəri" Futbol Klubunun komandası
🥉3-cü yer – "Zəfər" Futbol Klubunun komandası

Qaliblər Regional İdarənin diplom və medalları ilə təltif olunublar.





🤩 Əziz yeniyetmə və gənclər!"Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Təbiət mənzərələri və memarlıq abidələri" adlı fo...
17/07/2026

🤩 Əziz yeniyetmə və gənclər!

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Təbiət mənzərələri və memarlıq abidələri" adlı foto müsabiqə elan edirik.

📸 Siz də Azərbaycanın füsunkar təbiətini, memarlıq nümunələrini əks etdirən maraqlı fotolarla istedadınızı nümayiş etdirmək və qalib olmaq istəyirsinizsə, sizi bu müsabiqədə iştirak etməyə dəvət edirik.

Foto müsabiqənin şərtləri belədir:
• Müsabiqədə 10-13 yaşlı yeniyetmələr və 14-29 yaşlı gənclər iştirak edə bilər;
• Müsabiqədə iştirak etmək üçün fotoşəkillər 21 iyul 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir;
• Fotoları göndərərkən iştirakçının ad, soyad və əlaqə nömrəsi mütləq qeyd edilməlidir;
• Müsabiqədə iştirak edəcək fotoların təsviri: tarixi və müasir memarlıq abidələri, meşə, dağ, dəniz, çay, göl, şəlalə və sair ilə bağlı olmalıdır;
• Fotolar Azərbaycan təbiətinə, memarlığına məxsus olmalı, çəkilən ərazinin adı email-də qeyd olunmalıdır;
• Müsabiqəyə hər bir iştirakçı yalnız bir fotoşəkil təqdim edə bilər;
• Təqdim olunan foto müəllif tərəfindən şəxsən çəkilməli, daha əvvəl heç bir müsabiqədə iştirak etməmiş, orijinal olmalıdır;
• Fotoşəklin plagiat olduğu müəyyən olunduğu təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq;
• Fotoşəkillərin üzərində heç bir ad, simvol, loqo istifadə edilməməli, kompüter proqramları və digər texnoloji vasitələr ilə dəyişikliklər edilməməlidir;
• Fotoşəkillər rəngli, aydın və keyfiyyətli formatda telefonla çəkilməlidir;
• Fotoları göndərərkən iştirakçı yaşının dəqiqləşdirilməsi üçün şəxsiyyət vəsiqəsinin fotoşəklini də göndərməlidir.

✨Fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, hər iki yaş qrupu və nominasiyalar üzrə 1-ci, 2-ci və 3-cü yerin qalibləri diplomla təltif ediləcək.

🤩 Əziz yeniyetmə və gənclər, maraqlı fotolarınızı gözləyirik!



♟️26 İyul - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan dövlət qurumlarının ...
14/07/2026

♟️26 İyul - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında şahmat üzrə Qubadlı rayon turniri təşkil olunub.

Turnir iyulun 14-də Qubadlı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Sumqayıt şəhəri, "28 May" Diyarşünaslıq evində keçirilib.

Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev yarışı açıq elan edərək iştirakçılara uğurlar arzu edib.

Yarışın yekun nəticəsinə əsasən;

🥇1-ci yer - Samir Ağamalıyev (Polis Şöbəsi)
🥈2-ci yer - Hüseyn Səmədli (Təhsil sektoru)
🥉3-cü yer - Anar Təhməzov (Statistika İdarəsi)

👏Qaliblər Regional İdarənin diplom və medalları ilə təltif olunublar.





Sumqayıt şəhəri, 17-ci mikrorayonda Qubadlı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün”...
13/07/2026

Sumqayıt şəhəri, 17-ci mikrorayonda Qubadlı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində "Cüdo hamı üçün" təşkil olunub.




Address

Inshaatcilar Qesebesi
Sumqayıt
5003

Alerts

Be the first to know and let us send you an email when Qubadlı rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qubadlı rayonu üzrə gənclər və idman sektoru:

Shortcuts

Share