YAP Tovuz Rayon Təşkilatı

YAP Tovuz Rayon Təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır! YAP Tovuz Rayon Təşkilatı 25 iyul 1993-cü ildə təsis edilib

YAP Tovuz rayon təşkilatı "Qaradaş kənd" Ərazi Partiya Təşkilatının sədri Qeyis ƏkbərovAzərbaycan Prezidenti İlham Əliye...
03/06/2026

YAP Tovuz rayon təşkilatı "Qaradaş kənd" Ərazi Partiya Təşkilatının sədri Qeyis Əkbərov

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizdə aqrar sahənin inkişafına dövlət səviyyəsində verilən önəmin növbəti dəfə aydın ifadəsi oldu.

Dövlətimizin başçısı çıxışında kənd təsərrüfatının sosial sabitlik, ərzaq təhlükəsizliyi və regionların davamlı inkişafı baxımından strateji sahə olduğunu xüsusi vurğuladı.

Son 20 ildən artıq dövrdə həyata keçirilən Regional İnkişaf Proqramlarının nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, kəndlərin sosial siması dəyişib, məşğulluq imkanları artıb, insanların yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu gün regionlarda qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu və su təminatı sahəsində əldə olunan nailiyyətlər məhz məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Müşavirədə kənd təsərrüfatının inkişafı istiqamətində subsidiyaların, güzəştli kreditlərin, aqroparkların yaradılmasının və fermerlərə göstərilən dövlət dəstəyinin əhəmiyyəti geniş şəkildə diqqətə çatdırılıb. Eyni zamanda, pambıqçılıq, baramaçılıq, fındıqçılıq və digər ənənəvi sahələrin yenidən dirçəldilməsi aqrar sahədə həyata keçirilən islahatların uğurlu nəticəsi kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin kənd təsərrüfatında mövcud dinamikanın daha da sürətləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar qarşıdakı dövr üçün mühüm yol xəritəsi müəyyən edir. Xüsusilə 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması aqrar sahədə məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan başqa, Azərbaycan kənd təsərrüfatında illərdir yığılıb qalan problemlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə gündəmə gətirildi. Azərbaycan neft ölkəsi olmaqla yanaşı, tarixi boyu həm də aqrar ölkə olub. Təəssüf ki, bu illər ərzində dövlət dəstəyinə, yeni kadrların təyinatına baxmayaraq, kənd təsərrüfatı sahəsində struktur problemlər qalmaqdadır. Orta statistik vətəndaş orta keyfiyyətli məhsulu yüksək qiymətə alır. Cənab Prezident açıq şəkildə tapşırıq verdi ki, daxili tələbat, xüsusilə ət və süd məhsulları tamamilə yerli istehsal hesabına ödənilməlidir. Bunun üçün mövcud qurumların fəaliyyəti yenidən təşkil olunmalı, xroniki problemlər aradan qaldırılmalıdır. Fermerlər subsidiya kartlarına çıxışda, rəsmi prosedurlarda, məhsul planlaşdırılmasında dəstək görmürlər. Bir il soğan bahalaşır, növbəti il hamı soğan əkir. Bu, dövlət tərəfindən düzgün yönləndirilməlidir. Torpaq, örüş yerləri, texnika, yerli idarəetmə və məhsulların bazara çıxarılması sahəsində də problemlər mövcuddur. Gəlinən nəticələrdən biri də odur ki, dünya praktikasında uğurlu mexanizmlər var, onları Azərbaycana uyğunlaşdırmaq lazımdır.

Ən əsası, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə dair keçirdiyi son müşavirə həm yerli sahibkarlara, həm də xarici investorlara yönəlmiş çox güclü mesaj oldu. Dövlətimizin başçısı ötən 22 illik nəhəng infrastruktur yoluna nəzər salmaqla yanaşı, qarşıdakı 4 il yarım üçün qarşıya konkret hədəflər qoydu. Ölkəmizin qlobal miqyasda “orta güc” kimi qəbul olunduğu bir dövrdə aqrar sahəyə ümumilikdə 5 milyard manatdan çox vəsaitin cəlb edilməsi hədəfi Azərbaycanın iqtisadi müstəqilliyinin nə dərəcədə sarsılmaz olduğunu bir daha sübuta yetirir.

Eyni zamanda, ortaya qoyulan rəsmi faktlara əsasən, hazırda taxılçılıqda hər hektardan 3,2 ton məhsul yığılır və əsas hədəf bu göstəricini 5 tona çatdırmaqdır. Pambıqçılıqda isə görülən işlər nəticəsində istehsal 360 min tona, məhsuldarlıq isə hektara 3,6 tona yüksəlib. Lakin növbəti mərhələdə məqsəd hektardan minimum 5 ton məhsul götürməklə ümumi pambıq istehsalını 500 min tona çatdırmaq və xaricə mahlıc deyil, birbaşa hazır sənaye məhsulu ixrac etməkdir. Bu inkişafı təmin etmək üçün hazırda 130 min hektarda tətbiq olunan müasir suvarma sistemlərinin sahəsi 300 min hektara qaldırılacaq. Paralel olaraq, intensiv bağçılıq üzrə 20 min hektar yeni bağ sahəsi salınacaq, istixanaların ərazisi isə artırılacaq. Digər mühüm fəaliyyət istiqaməti məhsulların itkisiz saxlanması və heyvandarlıq sahəsidir. Bu məqsədlə mövcud 400 min tonluq soyuducu anbar infrastrukturunun tutumu daha 100 min ton artırılaraq 500 min tona çatdırılacaq. Eyni zamanda, mal ətində 84 faiz, quş ətində 82 faiz və qoyun ətində 94 faiz olan yerli təminat səviyyəsinin qısa müddətdə 100 faizə çatdırılması tələb olunur. Kənd təsərrüfatında müşahidə olunan durğunluğu tamamilə aradan qaldıracaq bu yeni Dövlət Proqramı 2026-2030-cu illəri əhatə edəcək. Bu qısamüddətli, lakin genişmiqyaslı proqramın icrası üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox olmaqla, ümumilikdə 5 milyard manat vəsaitin inve

Dövlətimizin başçısının kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış prosesinin təşviq olunması ilə bağlı səsləndirdiyi yanaşma xüsusi diqqət çəkir. Bu yanaşma regionlarda sosial rifahın yüksəldilməsi, kənd həyatının daha cəlbedici hala gətirilməsi və insanların doğma torpaqlara bağlılığının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Müşavirədə su təminatı, müasir suvarma sistemlərinin genişləndirilməsi, torpaqdan səmərəli istifadə, intensiv bağçılığın inkişafı, istixana komplekslərinin artırılması və aqrar sahədə innovativ texnologiyaların tətbiqi kimi məsələlərin ön plana çıxarılması Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

YAP Tovuz rayon təşkilatı "Tovuz şəhər A.Qasımov adına məktəb" Ərazi Partiya Təşkilatının sədri İlhamə ZeynalovaAzərbayc...
02/06/2026

YAP Tovuz rayon təşkilatı "Tovuz şəhər A.Qasımov adına məktəb" Ərazi Partiya Təşkilatının sədri İlhamə Zeynalova
Azərbaycan da zəngin torpaq və iqlim resurslarına malik ölkələrdən biri kimi kənd təsərrüfatının inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkəmizdə taxılçılıq, pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı həm daxili tələbatın ödənilməsinə, həm də ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Aqrar sahənin inkişafı regionlarda yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yüksəlməsinə və kənd yaşayış məntəqələrinin sosial-iqtisadi dirçəlişinə xidmət edir.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının modernləşdirilməsi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, meliorasiya və suvarma infrastrukturunun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu siyasətin nəticəsi olaraq aqrar sektorda məhsuldarlıq yüksəlib, müasir texnologiyaların tətbiqi genişlənib və kənd təsərrüfatının ümumi iqtisadiyyatdakı payı artıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkənin aqrar inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, kənd təsərrüfatının gələcək inkişaf perspektivlərinə dair mühüm mesajlar ehtiva edir. Dövlət başçımızın çıxışında aqrar sahənin qarşısında duran vəzifələr, əldə olunan nailiyyətlər və gələcək hədəflər ətraflı şəkildə təhlil olunaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının daha yüksək inkişaf mərhələsinə yüksəldilməsi üçün prioritet istiqamətlər müəyyən edilib.

YAP Tovuz rayon təşkilatı "Əyyublu kənd" Ərazi Partiya Təşkilatının sədri Nəsrəddin AslanovAzərbaycan Prezidenti cənab İ...
01/06/2026

YAP Tovuz rayon təşkilatı "Əyyublu kənd" Ərazi Partiya Təşkilatının sədri Nəsrəddin Aslanov

Azərbaycan Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkənin aqrar siyasətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət başçısının çıxışı yalnız mövcud vəziyyətin statistik təhlili ilə məhdudlaşmır, eyni zamanda kənd təsərrüfatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji proqram xarakteri daşıyır. Çıxışda regional inkişaf, ərzaq təhlükəsizliyi, texnoloji modernləşmə, su təminatı, subsidiya siyasəti və kənddən şəhərə miqrasiyanın qarşısının alınması kimi mühüm məsələlər kompleks şəkildə təhlil edilir.
Prezident İlham Əliyev öz nitqində xüsusilə vurğulayır ki, kənd təsərrüfatının tərəqqisi Azərbaycanda regional inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısı 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının nəticələrini xatırladaraq bildirir ki, həmin proqramlar bölgələrin sosial-iqtisadi dirçəlişində mühüm rol oynayıb. Həqiqətən də, son iyirmi ildən artıq müddətdə bölgələrdə qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu, su anbarlarının tikintisi və sosial obyektlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün fundamental baza formalaşdırmışdır. Bu gün ölkədə qazlaşdırmanın 96 faizə çatdırılması, kənd yollarının yenidən qurulması və müasir suvarma layihələrinin həyata keçirilməsi aqrar sektorun davamlı inkişafına mühüm təkan verir.
Çıxışın diqqət çəkən əsas məqamlarından biri Prezidentin kənd təsərrüfatında müşahidə olunan durğunluqla bağlı açıq və prinsipial mövqeyi oldu. Dövlət başçısı son illərdə aqrar istehsalda dinamikanın onu qane etmədiyini bildirməklə mövcud problemlərin təhlil edilməsi və onların həlli üçün yeni yanaşmaların vacibliyini ön plana çəkdi. Bu baxımdan hazırlanacaq yeni Dövlət Proqramı kənd təsərrüfatının modernləşdirilməsi və məhsuldarlığın artırılması istiqamətində mühüm strateji sənəd kimi qiymətləndirilə bilər.
Müşavirədə Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Müasir dünyada müharibələr, geosiyasi qarşıdurmalar, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri bir çox ölkələrin ərzaq təminatında ciddi problemlər yaratmışdır. Dövlət başçısının vurğuladığı kimi, bu şəraitdə hər bir ölkə daxili istehsal imkanlarını gücləndirməli və strateji məhsullar üzrə özünü təminetmə səviyyəsini artırmalıdır. Xüsusilə buğda istehsalı ilə bağlı səsləndirilən rəqəmlər mövcud problemləri aydın şəkildə ortaya qoyur. Hazırda Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsinin 55 faiz olması ərzaq təhlükəsizliyi baxımından ciddi çağırış kimi qiymətləndirilir. Prezidentin bu vəziyyəti “qəbuledilməz” adlandırması aqrar siyasətdə yeni və daha sərt idarəetmə mexanizmlərinin tətbiq olunacağını göstərir.Çıxışda aqrar sektorun inkişafında texnologiyanın və innovativ yanaşmaların rolu da xüsusi qeyd edilir. Dövlət başçısı torpaq sahələrinin elektron xəritələrinin hazırlanması, süni intellekt və peyk texnologiyalarından istifadə olunması barədə danışaraq aqrar idarəetmədə rəqəmsallaşmanın vacibliyini ön plana çıxardı. Bu yanaşma müasir dünya təcrübəsinə tam uyğundur. Çünki inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında məhsuldarlığın artırılması artıq yalnız ənənəvi üsullarla deyil, yüksək texnologiyaların tətbiqi ilə mümkün olur. Azərbaycanda da torpaqların “pasportlaşdırılması”, yəni hər ərazi üzrə optimal məhsul növlərinin müəyyənləşdirilməsi gələcəkdə daha səmərəli istehsal modelinin formalaşmasına imkan yaradacaq.
Prezident İlham Əliyevin nitqində su təhlükəsizliyi və suvarma məsələlərinə geniş yer ayrılması strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı Taxtakörpü, Şəmkirçay, Suqovuşan, Sərsəng və digər su anbarlarının əhəmiyyətini qeyd etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni layihələrin regionun kənd təsərrüfatı potensialını artıracağını vurğuladı. Xüsusilə Şirvan və Qarabağ kanallarının yenidən qurulması nəticəsində yüz minlərlə hektar torpağın su ilə təmin ediləcəyi gözlənilir. Bu isə kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və yeni əkin sahələrinin istifadəyə verilməsinə ciddi təsir göstərəcək.
Çıxışın mühüm istiqamətlərindən biri də özəl sektorun və xarici investorların aqrar sahəyə cəlb olunması ilə bağlı idi. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, dövlət dəstəyi ilə yanaşı, sahibkarların da məsuliyyəti artmalıdır. Bu yanaşma dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının səsləndirdiyi statistik göstəricilər investorlar üçün konkret iqtisadi siqnal xarakteri daşıyır. İdxaldan asılı olan məhsulların ölkə daxilində istehsalının artırılması həm iqtisadi təhlükəsizliyi gücləndirəcək, həm də yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Prezidentin kənddən şəhərə miqrasiyanın qarşısının alınması ilə bağlı fikirləri də xüsusi diqqətə layiqdir. Dövlət başçısı qeyd etdi ki, məqsəd yalnız kəndlərdə infrastruktur yaratmaq deyil, eyni zamanda insanları doğma torpaqlarında yaşamağa həvəsləndirməkdir. Bunun üçün kəndlərdə sosial xidmətlərin, səhiyyənin, təhsilin və məşğulluğun yüksək səviyyədə təşkil olunması vacibdir. Əslində bu yanaşma kənd təsərrüfatını yalnız iqtisadi deyil, həm də sosial inkişaf modeli kimi təqdim edir.

YAP Tovuz rayon təşkilatı "Ağdam kənd" Ərazi Partiya Təşkilatının sədri Elman SadıqovPrezident İlham Əliyev kənd təsərrü...
01/06/2026

YAP Tovuz rayon təşkilatı "Ağdam kənd" Ərazi Partiya Təşkilatının sədri
Elman Sadıqov

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı ölkənin aqrar sektorunun inkişafı üzrə əldə olunan nəticələri təhlil etməklə yanaşı, qarşıdakı illər üçün yeni strateji prioritetləri də müəyyənləşdirdi. Dövlət başçısının çıxışı göstərir ki, kənd təsərrüfatı sosial məşğulluq sahəsi olmaqla yanaşı, həm də milli təhlükəsizliyin, iqtisadi şaxələndirmənin və regional inkişafın əsas sütunlarından biridir. Prezident İlham Əliyev vurğuladı ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün zəruri infrastruktur bazasını formalaşdırıb. Qazlaşdırma, elektrik enerjisi təminatı, yol şəbəkələrinin yenilənməsi, su təchizatı sistemlərinin qurulması və sosial infrastrukturun inkişafı kənd yerlərində iqtisadi fəallığın artmasına şərait yaradıb. Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri kənd təsərrüfatı məhsullarının emal sənayesinin inkişafı məsələsi oldu. Xüsusilə pambıqçılıq nümunəsində qeyd edildi ki, məqsəd yalnız xammal ixracı deyil, hazır məhsul istehsalının artırılmasıdır. Pambıq mahlıcının ixracından tekstil və hazır geyim məhsullarının istehsalına keçid əlavə dəyərin ölkə daxilində formalaşdırılmasına xidmət edir. Bu yanaşma Azərbaycanın aqrar-sənaye kompleksinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir.

Son illər həyata keçirilən regional inkişaf proqramları bölgələrin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. Yol, enerji, qaz, içməli su və digər infrastruktur layihələrinin icrası kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradıb. Bölgələrdə aqroparkların və emal müəssisələrinin yaradılması məhsul istehsalının artırılmasına, yeni iş yerlərinin açılmasına və kənd əhalisinin məşğulluğunun gücləndirilməsinə mühüm töhfə verib. Bu siyasətin nəticəsində regionların iqtisadi potensialı genişlənib və kənd təsərrüfatı daha müasir əsaslar üzərində inkişaf etməyə başlayıb. Kəndlərdə yaradılan yeni imkanlar aqrar fəaliyyətlə yanaşı, turizm, xidmət və kiçik sahibkarlıq sahələrinin də inkişafını sürətləndirir. Bu yanaşma regionların kompleks inkişafını təmin etməklə yanaşı, sosial rifahın yüksəlməsinə də xidmət edir. Müşavirədə səsləndirilən statistik göstəricilər aqrar sahədə əldə olunan uğurların miqyasını nümayiş etdirir. Tərəvəz və meyvə istehsalı üzrə daxili tələbatın tam ödənilməsi, yüksək ixrac göstəricilərinin əldə olunması aqrar potensialın genişlənməsindən xəbər verir. Xüsusilə fındıqçılıq, meyvəçilik və tərəvəzçilik sahələrində əldə olunan nəticələr ixrac imkanlarının artmasına və kənd təsərrüfatının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olub.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və məhsuldarlığın artırılmasıdır. Müasir çağırışlar kənd təsərrüfatında yeni idarəetmə modellərinin tətbiqini və daha çevik iqtisadi mexanizmlərin formalaşdırılmasını zəruri edir. Dövlət dəstəyi, sahibkar təşəbbüsü və investisiya imkanları bir araya gəldikdə aqrar sahənin gələcək inkişaf perspektivləri daha da genişlənəcək və kənd təsərrüfatı iqtisadiyyatın aparıcı istiqamətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.

YAP Tovuz rayon təşkilatı "Böyük Qışlaq kənd" Ərazi Partiya Təşkilatının sədri Hikmət Poladov1926-cı ildə Bakıda keçiril...
31/05/2026

YAP Tovuz rayon təşkilatı "Böyük Qışlaq kənd" Ərazi Partiya Təşkilatının sədri
Hikmət Poladov
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mühürm rol oynamış tarixi hadisələrdəndir. Bu unikal elmi tədbirdə türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, həmçinin latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu gün də həmin qurultay diqqət mərkəzindədir. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapmasını buna misal göstərmək olar. Həmin ayda Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da imzalayıb. Artıq bu Sərəncam əsasında bir sıra tədbirlər keçirilib. Hazırda da belə tədbirlər davam etdirilir. Bu tədbirlər türk birliyinin daha da gücləndirilməsinə sanballı töhfələr verir. Bu mənada demək olar ki, bu gün XXI əsrdə türk xalqlarının yeni müstəvidə birliyi, həmrəyliyi və inteqrasiyası istiqamətində atılan addımlarda Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər mühüm rol oynayır.

İyun ayında Bakıda türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən daha bir tədbir - “Türk dünyası həftəsi” keçiriləcək. Bu barədə Prezident İlham Əliyev mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bildirib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Birinci Türkoloji Qurultayıb türk xalqlarının elmi və mədəni həmrəyliyinin möhkəmləndirilməsində mühüm platforma rolunu oynaması danılmazdır: “Qurultayın qəbul etdiyi qərarların sonrakı dövrlərdə türkologiya elminin inkişaf istiqamətlərinə ciddi təsir göstərdiyi də bunu təsdiq edir. Birinci Türkoloji Qurultayda təməli qoyulan elmi-mədəni bağlılıq hazırda yeni mərhələyə yüksəlmiş, bu əlaqə “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” söyləyən ölkə başçısı İlham Əliyevin dediyi kimi, türk xalqlarının hərtərəfli birliyinə töhfə verməkdədir. Artıq ortaq tarix və mədəniyyət məsələləri türk dünyasında reallaşmış və yeni məzmun-ideya kəsb etmişdir. Latın əlifbasına keçidlə əlaqədar bəzi Türk xalqlarında əngəllər aradan qaldırılmış, ortaq ədəbi dil və mədıni irsin tədqiqi gücləndirilmişdir. Hətta deyərdim ki, türk xalqlarının müasir dövrdəki birliyi və inteqrasiyası yeni mərhələyə qədəm qoymuşdur”.

Professorun sözlərinə görə, müasir mərhələdə elmi-mədəni əlaqələrin miqyası daha da genişlənmiş və instititusional səciyyə qazanmışdır: “Təhsil, elm, mədəniyyət, media sahələrində əlaqələr daha da möhkəmlənmiş, birgə elmi tədbirlər, eləcə də layihələr həyata keçirilməkdədir. Yeri gəlmişkən qeyd edim ki, bu yaxınlarda Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabı da nəşr olunub. Bu kitabda həmin günlərin nəfəsini, tribunadan səslənən hər bir fikri duymaq mümkündür”.

Müsahibimiz daha sonra dedi: “Bu gün vahid ümumtürk dilinin yaranmasına böyük ehtiyac var. Həmin məsələ elmi-mədəni mühitdə incəliklə və qayğıkeşliklə birdəfəlik qəbul edilməlidir. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi”nin iyun ayında Bakıda keçirilməsinə gəldikdə isə, bu tədbir dövlət başçısının bildirdiyi kimi, xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək. Şübhəsiz, həmin tədbirdə Birinci Türkoloji Qurultayla bağlı yeni fikirlər səslənəcək, onun əhəmiyyəti konkret detallarla bir daha dünyaya çatdırılacaq”.

28/05/2026
YAP Tovuz rayon təşkilatının inzibati binasında Fəriz Ələkbərov küçəsi Ərazi Partiya Təşkilatının fəalları ilə görüş keç...
26/05/2026

YAP Tovuz rayon təşkilatının inzibati binasında Fəriz Ələkbərov küçəsi Ərazi Partiya Təşkilatının fəalları ilə görüş keçirilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayonu üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov partiyanın təhsil sahəsində həyata keçirdiyi fəaliyyətlərdən, eləcə də təhsil ictimaiyyətinin partiya həyatındakı rolundan danışıb. O vurğulayıb ki, təhsil işçilərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması, milli-mənəvi dəyərlərin təbliği və sağlam əməkdaşlıq mühitinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bildirib ki, birgə fəaliyyətlərin genişləndirilməsi və gənc kadrların inkişafına dəstəyin davam etdirilməsi əsas prioritet istiqamətlərdəndir.

Yığıncağın gündəliyinə uyğun olaraq Ərazi Partiya Təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Fəalların göstərdiyi etimada əsasən Aysel Quliyeva Ərazi Partiya Təşkilatının sədri, Bəhman Qurbanov isə sədr müavini seçilib.

Nihad Pənahov yeni seçilmiş rəhbər heyətini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, göstərilən etimad təşkilat qarşısında duran vəzifələrin uğurla icrasında daha böyük məsuliyyət yaradır.

Rayon təşkilatının sədri partiya sıralarında birliyin və fəallığın gücləndirilməsinin, üzvlərin təşəbbüskarlığının dəstəklənməsinin və təşkilati işin daha səmərəli qurulmasının əsas məqsədlərdən biri olduğunu diqqətə çatdırıb.

Sonda digər təhsil müəssisələrinin rəhbərləri ilə bir sıra məsələlər müzakirə olunub, onların həlli istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Address

Tovuz
Tovuz
AZ6000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223150090

Website

Alerts

Be the first to know and let us send you an email when YAP Tovuz Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share