Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Kənd sakinlərinə səyyar kitabxana xidməti göstərilib Yay günlərində Oğuz rayon MKS-nin Sincan kənd kitabxanası Sincan kə...
26/08/2026

Kənd sakinlərinə səyyar kitabxana xidməti göstərilib

Yay günlərində Oğuz rayon MKS-nin Sincan kənd kitabxanası Sincan kənd sakinləri-təqaüdçü Hacıalıyeva Rahilə Baba qızına və dializ xəstəsi Şəmsəddinova Nərmin İrfan qızına səyyar kitabxana xidməti göstərib. Kitabxananın daimi oxucuları hal hazırda yaşı və səhhəti ilə əlaqədar kitabxanaya gələ bilmədiklərinə görə kitabxana müdiri onların görüşünə gedib, kitabxanaya yeni daxil olan, onların maraq dairəsinə uyğun kitablar aparıb. Rahilə xanım oxumaq üçün Ə.Seyidovun "Gürzə", A.Kappın "İçkini atmağın asan üsulları", R.Şərifin "Yazılmamış tarix" və "Dağlarda qalmış yuxular" adlı kitablarını götürüb.
Nərmin xanım isə E.Rəşadın "Sülh", R. Şərifin "Sincan" və S.Saatovanın " Yaralı dünyam "kitablarını seçib. Hər iki oxucu bu xidmətdən razı qalıb, Sincan kənd kitabxanasına minnətdarlıq edib.

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyi ilə əlaqədar tədbir keçirilib Avqustun 25-də Oğuz rayon MKS-nin 13 nömr...
25/08/2026

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Avqustun 25-də Oğuz rayon MKS-nin 13 nömrəli Kərimli kənd kitabxana filialında Xaqani Şirvaninin 900 illik yubileyi ilə əlaqədar "Xaqani Şirvani söz xəzinəmizdir" başlıqlı dəyirmi masa keçirilib.
Tədbiri açıq elan edən filialın müdiri qeyd edib ki, Xaqani Şirvani XII əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli söz ustalarından biridir. Onun yaradıcılığı Azərbaycan poeziyasının inkişafında mühüm mərhələ təşkil edib. Şair öz əsərlərində insanın mənəvi dünyasını, elm və biliyin əhəmiyyətini, ədalət və azadlıq arzularını böyük sənətkarlıqla ifadə edib. Şair insanı elmə, biliyə, kamilliyə və mənəvi zənginliyə səsləyir.
Xaqani Şirvaninin söz xəzinəsində hər bir oxucu üçün dəyərli bir fikir, düşündürücü bir məqam tapmaq mümkündür. Onun yaradıcılığı bizə göstərir ki, söz böyük mənəvi gücə malikdir və əsrlər keçsə də, həqiqi sənət öz dəyərini itirmir.
Kitabxananın fəal üzvləri Həsrətli Elvina, Rüstəmli Əminə, Məmmədli Rasim şairin həyat və yaradıcılığına həsr olunmuş məlumatları və şeirlərini səsləndiriblər.

Kitabxanada mütaliə saatı keçirilibAvqust ayının 22-də Oğuz rayon MKS-nin 6 nömrəli Bayan kənd kitabxana filialında məkt...
22/08/2026

Kitabxanada mütaliə saatı keçirilib

Avqust ayının 22-də Oğuz rayon MKS-nin 6 nömrəli Bayan kənd kitabxana filialında məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə yay tətili günlərində "Kim daha çox kitab oxuyub?" adlı mütaliə saatı keçirilib.
Kitabxanaçı iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verib. O, "Biz nə öyrəndik - kitablardan öyrəndik" mövzusunda çıxış edərək kitab oxumağın insan həyatındakı rolundan danışıb. Daha sonra yay tətilində kimlərin daha çox kitab oxuduğu, oxunan kitabların hansılarının daha çox xoşuna gəldiyi və həmin əsərlərin qısa məzmunu barədə söhbət aparıb.
Sonra söz oxuculara verilib. Onlar yay aylarında oxuduqları kitabların sayını, ən çox təsirləndikləri əsərlərin adını və məzmununu qısa şəkildə təqdim ediblər.

Oğuzda açıq kitabxana təşkil edilib19 avqustda Oğuz rayon MKS-nin Xalxal kənd kitabxana filialında yay məktəbinin təşkil...
19/08/2026

Oğuzda açıq kitabxana təşkil edilib

19 avqustda Oğuz rayon MKS-nin Xalxal kənd kitabxana filialında yay məktəbinin təşkili və məktəblilərin yay tətili günlərini səmərəli keçirmək məqsədilə "Əylənərək öyrən-öyrənərək inkişaf et" adlı açıq kitabxana təşkil edilib.
Açıq kitabxanada hər yaş qrupundan oxucular üçün maraqlı kitablar, həmçinin yeni kitablar da nümayiş olunub.
Kitab insanın ən yaxın dostu və bilik mənbəyidir. Müxtəlif mövzulu kitabların oxunması uşaqların və gənclərin dünyagörüşünü artırır, onların təfəkkürünü inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir və yaradıcılıq qabiliyyətlərini formalaşdırır. Oxuma prosesinin maraqlı və əyləncəli şəkildə təşkil olunması isə kitabxanaya marağı daha da artırır.
Açıq kitabxananın məqsədi oxucuları kitabxanaya daha çox cəlb etmek, kitabxananın zəngin nümunələrindən daha çox faydalanmalarını təmin etmək, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.

Sərhəd Qoşunları Günü ilə əlaqədar şəhid ailəsi ziyarət olunub18 avqust – Sərhəd Qoşunları Günü ilə əlaqədar Oğuz rayon ...
18/08/2026

Sərhəd Qoşunları Günü ilə əlaqədar şəhid ailəsi ziyarət olunub

18 avqust – Sərhəd Qoşunları Günü ilə əlaqədar Oğuz rayon MKS-nin 23 nömrəli Xaçmaz kənd kitabxana filialının əməkdaşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin ailəsini ziyarət edib.

Ziyarət zamanı Nail İbrahimlinin ailə üzvləri onun həyat yolu, Vətənə və xalqa bağlılığı, keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlıq haqqında xatirələrini bölüşüblər.
Şəhidimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Oğuzda “Kitab karvanı” adlı tədbir keçiriləcəkAvqustun 20-də  Oğuz rayonunda mütaliə mədəniyyətinin təbliği və gənclərin...
18/08/2026

Oğuzda “Kitab karvanı” adlı tədbir keçiriləcək

Avqustun 20-də Oğuz rayonunda mütaliə mədəniyyətinin təbliği və gənclərin kitaba marağının artırılması məqsədilə “Kitab karvanı Oğuza gəlir” adlı tədbir keçiriləcək.

Tədbir 11:00–14:00 aralığında Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunacaq.

Tədbirdə müxtəlif mövzularda kitablar nümayiş etdiriləcək, iştirakçılar Azərbaycan klassikləri, uşaq ədəbiyyatı, tarix, detektiv və müasir ədəbiyyat nümunələri ilə tanış olacaqlar.

Tədbirin əsas məqsədi gənclər və yeniyetmələr arasında mütaliə vərdişlərinin inkişafına və kitaba marağın artırılmasına töhfə verməkdir.

Tədbir Oğuz Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə həyata keçirilir.

Tədbirə kitabsevərlər, gənclər, yeniyetmələr və rayon sakinləri dəvət olunur.

Kitabxana tərəfindən səyyar kitabxana xidməti təşkil edilib    18 avqustda Oğuz rayon MKS-nin 8 nömrəli Xalxal Qışlaq kə...
18/08/2026

Kitabxana tərəfindən səyyar kitabxana xidməti təşkil edilib
18 avqustda Oğuz rayon MKS-nin 8 nömrəli Xalxal Qışlaq kənd kitabxanası kənd sakini, təqaüddə olan Ulubəyov İzzətə səyyar kitabxana xidməti göstərib.
Səyyar kitabxana zamanı kitabxanaçı Fikrət Qocanın, İsmayıl Şıxlının, Yusif Vəzir Çəmənzəminlinin, Cəlil Məmmədquluzadənin və Vaqif Bəhmənlinin kitablarını oxucuya təqdim edib.
Xidmətin əsas məqsədi kitabxanaya gələ bilməyən kənd sakininə xidmət göstərməkdir.
Oxucu mütaliə etmək üçün kitab götürüb və kitabxana əməkdaşına minnətdarlığını bildirib.

Oğuz rayonunda "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar bilik yarışı keçirilib17 avqustda  Oğuz rayon MKS-nin 23 nömrəl...
18/08/2026

Oğuz rayonunda "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar bilik yarışı keçirilib

17 avqustda Oğuz rayon MKS-nin 23 nömrəli Xaçmaz kənd kitabxana filialında 2026-ci ilin " Şəhərsalma və Memarlıq İli" elan olunması ilə əlaqədar kitabxanada "Ağıllı şəhər, ağıllı gənclər" adlı bilik yarışı keçirilib.
Bilik yarısında ümumi dünyagörüşünə aid suallar verilib. Tədbirdə Oğuz rayon Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdləri, Oğuz rayon Xaçmaz kənd Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbin şagirdləri və Xaçmaz kənd sakini iştirak edib.

Bilik yarışında Oğuz rayon Xaçmaz kənd Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Dadaşzadə Nuray qalıb gəlib. Ona həvəsləndirici hədiyyə təqdim edilib. Tədbir iştirakçıların çox xoşuna gəlib.


Oğuz rayonunda "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar tədbir keçirilib Avqustun 17-də Oğuz rayon MKS-nin 13 nömrəli K...
18/08/2026

Oğuz rayonunda
"Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar tədbir keçirilib

Avqustun 17-də Oğuz rayon MKS-nin 13 nömrəli Kərimli kənd kitabxanası "Şəhərsalma və Memarlıq İli" ilə çərçivəsində avqust ayında Oğuz şəhərinin yaranması ilə əlaqədar "Odlar diyarım Oğuz" başlıqlı ədəbi-bədii gecə keçirilib.
Filialın müdiri çıxışında bildirib ki, Oğuz – adı qədim tariximizi, zəngin keçmişimizi xatırladan doğma bir diyardır. Burada hər dağın, hər dərənin, hər bulağın özünəməxsus bir hekayəsi var. Yaşıl meşələri, uca dağları, saf havası və gözəl təbiəti Oğuzu Azərbaycanın ən füsunkar bölgələrindən birinə çevirib.
Bu torpağın insanları öz qonaqpərvərliyi, zəhmətsevərliyi və Vətənə bağlılığı ilə seçiliblər.
Ədəbi-bədii gecə ssenari əsasında davam etdirilib. Tədbir iştirakçıları Oğuz rayonuna həsr olunmuş şeir və mahnıları ifa ediblər.

Kitabxanada açıq kitabxana təşkil edilibAvqustun 14- də Oğuz rayon MKS-nin 3 nömrəli Muxas kənd kitabxana filialında Əfz...
14/08/2026

Kitabxanada açıq kitabxana təşkil edilib

Avqustun 14- də Oğuz rayon MKS-nin 3 nömrəli Muxas kənd kitabxana filialında Əfzələddin Xəqani Şirvaninin anadan olmasının 900 illik yubleyi ilə əlaqədar "Açıq kitabxana" təşkil olunub.
Kitabxana əməkdaşı şairin həyat və yaradıcılığı haqqında məlumat verib.Açıq kitabxananın təşkilində əsas məqsəd yay tətili günlərində oxucuların asudə vaxtlarının səmərəli təşkili, onlarda mütaliyəyə marağın artırılması olub.
Tədbir iştirakçıları sərgidə nümayiş etdirilən kitablarla tanış olub, maraq göstərdikləri nəşrlər haqqinda məlumat əldə ediblər.

Address

Vartashen

Alerts

Be the first to know and let us send you an email when Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share