Xaçmaz Dövlət Rəsm Qalereyası

Xaçmaz Dövlət Rəsm Qalereyası Xaçmaz Dövlət Rəsm Qalereyası 2007 ci ildə təsis edilib.

Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilibXaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində baharı...
18/03/2026

Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində baharın gəlişinin carçısı olan Novruz bayramı münasibətilə şənlik təşkil olunub.

Tədbir Xaçmaz şəhərindəki Şəxsiyyətlər Parkında keçirilib.Şənlikdə qonaqları Bahar qızı və Dədə Qorqud qarşılayıb. Ardınca ənənəvi bayram tonqalı alovlandırılıb. Milli geyimli qızlar və oğlanlar tonqal ətrafında dövrə vuraraq yallı gediblər. Tədbirdə milli adət-ənənələrimiz geniş təbliğ olunub, bayram xonçaları nümayiş etdirilib. Kosa və Keçəl personajları iştirakçılarla yumurta döyüşdürüb, uşaqlara bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri bayram münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və rifah arzulayıb.

El şənliyində bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş stendlər nümayiş etdirilib. İctimaiyyət nümayəndələri rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrində milli mətbəximizin ləziz təamlarından dadıblar.

Parkda idmançıların və pəhləvanların nümunəvi çıxışları maraqla qarşılanıb. Yerli mədəniyyət işçiləri tərəfindən hazırlanan geniş konsert proqramında xalq mahnıları, rəqslər və folklor nümunələri səsləndirilib.

Tədbirdə əsl bayram ab-havası yaşanıb, xaçmazlılar yüksək əhval-ruhiyyə ilə Novruzun gəlişini qeyd ediblər.

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcəkBu aydan eti...
12/03/2026

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025-ci ilin sonundan başlanıb.

Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilmiş nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qastrol səfərlərinin Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə etməsi planlaşdırılır.

Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının formalaşmasına da töhfə verəcək. Eyni zamanda proqram tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək.

Qeyd edək ki, bu təşəbbüs “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilibXaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil idarələ...
21/02/2026

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil idarələrinin və Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.

İştirakçılar əvvəlcə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən və bu günün əhəmiyyətindən danışıb. Ana dilimizin qədimliyindən və zənginliyindən söz açıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin misilsiz xidmətlərindən, ölkəmizdə dil quruculuğu sahəsində qəbul edilən fərman və sərəncamların əhəmiyyətindən bəhs edib.

Digər çıxış edənlər də Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə nəzər salıb, onun zənginliyindən danışıblar. Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasının vacibliyini vurğulayıblar.

Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam edib.

24/01/2026
24/01/2026
Xaçmaz Dövlət Rəsm Qalereyasında gənc fotoqraf Səid Əlirzayevin fərdi sərgisindən.
17/07/2025

Xaçmaz Dövlət Rəsm Qalereyasında gənc fotoqraf Səid Əlirzayevin fərdi sərgisindən.

Niyazoba kəndində Yel çərşənbəsi qeyd olunub.
11/03/2025

Niyazoba kəndində Yel çərşənbəsi qeyd olunub.

Şəhidlərimizi hörmətlə anırıq!
27/09/2024

Şəhidlərimizi hörmətlə anırıq!





Xaçmaz Reabilitasiya Mərkəzi qalereyamızın qonağı olub.
17/09/2024

Xaçmaz Reabilitasiya Mərkəzi qalereyamızın qonağı olub.

Xaçmaz Dövlət Rəsm Qalereyasının növbəti qonaqları Nabran istirahət zonasının "Xəzər" istirahət mərkəzində dincələn turi...
06/08/2024

Xaçmaz Dövlət Rəsm Qalereyasının növbəti qonaqları Nabran istirahət zonasının "Xəzər" istirahət mərkəzində dincələn turistlər oldu.

Balacalar qalereyamızın qonağı olub.
15/07/2024

Balacalar qalereyamızın qonağı olub.

Məktəblilər qalereyamızın qonağı olub.
16/05/2024

Məktəblilər qalereyamızın qonağı olub.

Address

Şəxsiyyətlər Parkı
Xaçmaz
2700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994552725351

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz Dövlət Rəsm Qalereyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share