Xudat Bələdiyyəsi

Xudat Bələdiyyəsi Azərbaycan

31/07/2026

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinin təmin edilməsi istiqamətində metodoloji dəstəyin gücləndirilməsi məqsədilə növbəti tədbir həyata keçirilib.

Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə uyğun olaraq bələdiyyələrə metodoloji yardım göstərilməsi çərçivəsində "Bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət" adlı metodik vəsait hazırlanıb.

Metodik vəsaitdə bələdiyyələrin yerli özünüidarəetmə institutu kimi hüquqi statusu və fəaliyyət istiqamətləri, bu sahəni tənzimləyən normativ hüquqi baza, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin hüquqi əsasları və həyata keçirilməsi qaydaları ətraflı izah olunub.

Ətraflı: https://justice.gov.az/az/news/belediyyeler-ucun-novbeti-metodik-vesait-hazirlanib

Diqqət!Xudat Bələdiyyəsi tərəfindən Digah Oba kəndi ərazisində qanunvericiliyin tələblərinə uyğun olaraq qanunsuz zəbt e...
31/07/2026

Diqqət!

Xudat Bələdiyyəsi tərəfindən Digah Oba kəndi ərazisində qanunvericiliyin tələblərinə uyğun olaraq qanunsuz zəbt edilərək istifadə olunan torpaq sahələrinin aşkarlanması məqsədilə reydlərə başlanılmışdır.

Vətəndaşların nəzərinə çatdırırıq ki, torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) qanunvericiliyə ziddir və hüquqi məsuliyyət yaradır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutma və ya həmin torpaq sahəsini qanunsuz istifadə etmə qanunla nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb olur.

Xudat Bələdiyyəsi vətəndaşları torpaqdan yalnız qanunvericiliyin tələblərinə uyğun istifadə etməyə çağırır. Qanunsuz zəbt olunmuş torpaq sahələri ilə bağlı aşkar edilmiş faktlar qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti qurumlara təqdim ediləcəkdir.

Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma

188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –

səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə -

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

188.4.1. təkrar törədildikdə;

188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xudat Bələdiyyəsinin Köhnə Xudat kəndində içməli su xətlərinin çəkilişi uğurla başa çatdırılmışdır. Görülən işlər nəticə...
31/07/2026

Xudat Bələdiyyəsinin Köhnə Xudat kəndində içməli su xətlərinin çəkilişi uğurla başa çatdırılmışdır. Görülən işlər nəticəsində 200-dən artıq ev içməli su ilə təmin olunmuşdur.

Bu mühüm layihənin həyata keçirilməsində əməyi və zəhməti olan hər kəsə Xudat Bələdiyyəsi adından səmimi təşəkkürümüzü bildiririk.

Köhnə Xudat kəndində içməli su xətlərinin çəkilişi davam edir.Sakinlərin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşd...
13/07/2026

Köhnə Xudat kəndində içməli su xətlərinin çəkilişi davam edir.

Sakinlərin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə ərazidə yeni su xətlərinin çəkilməsi işləri aparılır.

Xudat Bələdiyyəsi

Xudat Bələdiyyəsi tərəfindən H. Əliyev parkının ərazisində yaşıllıqların mühafizəsi və inkişafı məqsədilə suvarma işləri...
19/06/2026

Xudat Bələdiyyəsi tərəfindən H. Əliyev parkının ərazisində yaşıllıqların mühafizəsi və inkişafı məqsədilə suvarma işləri həyata keçirilmişdir.

Şəhər ərazisində yaşıllıqlara qulluq və abadlıq işləri mütəmadi olaraq davam etdirilir.

Xudat Bələdiyyəsi tərəfindən şəhərdə yerləşən xristian qəbiristanlığının hasarlarında əsaslı təmir işləri həyata keçiril...
19/06/2026

Xudat Bələdiyyəsi tərəfindən şəhərdə yerləşən xristian qəbiristanlığının hasarlarında əsaslı təmir işləri həyata keçirilmişdir.

Görülən işlər nəticəsində hasarlar bərpa olunaraq möhkəmləndirilmiş, ərazinin ümumi görünüşü daha da yaxşılaşdırılmışdır.

Xudat Bələdiyyəsi tərəfindən şəhər ərazisində abadlıq-quruculuq işləri və ictimai əhəmiyyətli obyektlərin saxlanılması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.

12/06/2026
12/06/2026
09/06/2026

Address

Azərbaycan
Xudat
2717

Website

Alerts

Be the first to know and let us send you an email when Xudat Bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category