Yardımlı rayonu Dəlləkli kənd ümumi orta ümumtəhsil məktəbi

Yardımlı rayonu Dəlləkli kənd ümumi orta ümumtəhsil məktəbi Yardımlı rayonu Dəlləkli kənd ümumi orta ümumtəhsil məktəbi

Bu gün ən müasir hərbi texnika ilə təchizat, komando qüvvələrinin yaradılması və hərbi potensialın davamlı şəkildə artır...
14/08/2026

Bu gün ən müasir hərbi texnika ilə təchizat, komando qüvvələrinin yaradılması və hərbi potensialın davamlı şəkildə artırılması Naxçıvanın təhlükəsizlik təminatının möhkəmləndirilməsinə yönəlmiş tədbirlərdir. Bu məqam həm də Azərbaycanın son illərdə formalaşdırdığı müdafiə konsepsiyasının Naxçıvanda da ardıcıl tətbiq olunduğunu göstərir. Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri isə ölkənin hərbi gücünün regional təhlükəsizliyə təsir imkanlarının artdığını ifadə edir.
Naxçıvanın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi xüsusi yer tutur. Bu baxımdan səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması mühüm hadisədir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Naxçıvan Sənaye Parkı ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Bu, sadəcə yeni sənaye obyektinin yaradılması deyil. Bu layihə Naxçıvan iqtisadiyyatının istehsal yönümlü inkişafına, yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb olunmasına və məşğulluğun artırılmasına hesablanıb.
İllər ərzində Naxçıvan iqtisadiyyatında müəyyən irəliləyişlər əldə olunsa da, qarşıdakı mərhələnin əsas fərqi sənayeləşmənin daha sistemli xarakter almasıdır. Sənaye Parkının yaradılması yerli xammal və resurslardan istifadə etməklə yeni istehsal sahələrinin formalaşmasına, məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yarada bilər. Burada əsas məqsəd yalnız yeni müəssisələrin sayını artırmaq deyil. Əsas hədəf iqtisadi fəallığın yüksəldilməsi, özəl sektorun imkanlarının genişləndirilməsi və Naxçıvanın özünü təmin edən, eyni zamanda ixrac potensialına malik iqtisadi məkana çevrilməsidir.
Prezidentin qeyd etdiyi kimi, regionda enerji böhranları və müxtəlif risklər artır. Müharibələr, enerji daşıyıcılarının nəqli ilə bağlı problemlər və nəqliyyat zəncirlərinin pozulması enerji təhlükəsizliyini getdikcə daha mühüm məsələyə çevirir. Belə bir şəraitdə Azərbaycanın enerji potensialının artırılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi strateji əhəmiyyət daşıyır. Naxçıvanın qazla 100 faiz təmin olunması da bu strategiyanın mühüm hissəsidir. İranla qaz mübadiləsi mexanizminin yaradılması nəticəsində muxtar respublikanın qaz təminatının sabitliyi təmin edilib. Lakin Azərbaycanın baxışı artıq bununla kifayətlənmir. Bu gün Azərbaycanda Naxçıvan – yaşıl enerjinin yeni mərkəzi yaradılır. Naxçıvanın Günəş və su ehtiyatları onun bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir. Prezidentin müsahibəsində bu potensiala xüsusi diqqət yetirilməsi təsadüfi deyil.
Naxçıvanda Günəş elektrik stansiyalarının yaradılması, bərpaolunan enerji layihələrinə özəl sektorun cəlb edilməsi və enerji saxlanc sistemlərinin formalaşdırılması muxtar respublikanın gələcək enerji modelinin əsas elementlərindəndir. Bu istiqamət həm Azərbaycanın “yaşıl enerji” strategiyasına, həm də dünya enerji bazarında gedən dəyişikliklərə uyğundur. Beləliklə, Naxçıvan gələcəkdə yalnız öz enerji tələbatını ödəyən region kimi deyil, həm də enerji istehsal və ixrac edən mərkəz kimi formalaşa bilər. Bu, Naxçıvanın iqtisadi coğrafiyasında çox ciddi dəyişiklik deməkdir.

06/08/2026
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizli...
31/07/2026

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.
Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.
Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.

151 il şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin maraqlarının müdafiəsində, cəmiyyətimiz...
21/07/2026

151 il şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin maraqlarının müdafiəsində, cəmiyyətimizin maarifləndirilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsində öz tarixi missiyasını layiqincə davam etdirəcək. Azərbaycan milli mətbuatının tarixi xalqımızın milli oyanış, azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. Bu fikir Azərbaycan mətbuatının keçdiyi şərəfli yolun mahiyyətini və cəmiyyət həyatındakı rolunu dolğun şəkildə ifadə edir.Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Ana dilində çap edilən ilk qəzet olan “Əkinçi” xalqın maariflənməsi, milli özünüdərkin formalaşması və müasir dünyagörüşünün inkişafı istiqamətində mühüm missiya yerinə yetirmişdir.
Cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan mətbuatının inkişafında silinməz iz qoymuş, sonrakı nəsil jurnalistlər və ziyalılar üçün əsl məktəb rolunu oynamışdır.Əkinçi”dən sonra yaranan “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” və digər qəzet və jurnallar milli mətbuat ənənələrinin davam etdirilməsində mühüm rol oynadılar. Bu nəşrlər xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına, cəhalətə və geriliyə qarşı mübarizəyə xidmət edirdi. Xüsusilə “Molla Nəsrəddin” jurnalı satirik yazıları ilə ictimai problemləri qabardır, insanların diqqətini sosial ədalətsizliklərə yönəldirdi.XX əsrin əvvəllərində milli mətbuat Azərbaycanın ictimai-siyasi həyatında daha fəal mövqe tutmağa başladı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə mətbuatın inkişafı üçün yeni imkanlar açıldı. Bu dövrdə mətbuat milli dövlətçilik ideyalarının təbliğində, demokratik dəyərlərin yayılmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynadı. Mətbuat xalqın milli maraqlarını müdafiə edən əsas tribunaya çevrildi.Sovet hakimiyyəti illərində mətbuat müəyyən ideoloji çərçivələr daxilində fəaliyyət göstərsə də, Azərbaycan dilinin qorunması, milli-mədəni dəyərlərin yaşadılması və maarifçilik işinin davam etdirilməsi istiqamətində öz rolunu müəyyən qədər saxladı. Bununla yanaşı, söz və fikir azadlığı ciddi məhdudiyyətlərlə üzləşirdi.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi milli mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Müstəqil Azərbaycan dövləti söz və mətbuat azadlığının təmin olunmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, 2023-cü ilin sentyabr ayında  bir günlük antiterror tədbirlər...
15/07/2026

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirlərinin nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan, qürurverici hadisələrimizdən biri təbii ki, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi, siyasi, humatitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olması, müxtəlif sahələr üzrə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsidir.
Bu məqamı da xüsusi vurğulamaq lazımdır ki, bir çox hallarda tədbirlərin keçirilməsi üçün paytaxt Bakı şəhəri nəzərdə tutulsa da iştirakçıların azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir, onlar bu torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar. Prezident İlham Əliyevin mütəmadi olaraq Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərlə yaxından tanış olmaq məqsədilə bu torpaqlara səfərləri, həmçinin bu və ya digər ölkənin dövlət başçılarını azad Qarabağda və azad Şərqi Zəngəzurda qarşılaması, onlarla birgə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, bu ərazilərin müasir şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim etməsini izləmələri və sair kimi biri-birindən qürurverici hadisələr hər birimizi sevindirir. Atılan bu kimi addımlar şanlı Qələbəmizin dünyaya təqdimatı və təsdiqidir.
Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşa artıq qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilib. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu beynəlxalq səviyyədə informasiya məkanında baş verən dəyişikliklərin, medianın qarşısında duran yeni çağırışların, qarşılıqlı əməkdaşlıq imkanlarının və dünya gündəminin digər aktual mövzularının müzakirəsi üçün nüfuzlu platforma kimi qəbul olunur.
Hər il ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumunun mövzularına diqqət yetirdikdə hər dövrün çağırışlarını özündə ehtiva etdiyi daha aydın görünür. Belə ki, ötən il Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirildi. 2024-cü ildə keçirilən 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunu əhatə etdi. 2023-cü ildə birinci Şuşa Qlobal Media Forumu isə “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunu müzakirə etdi. Şuşa Qlobal Media forumları mövzuları ilə yanaşı, iştirakçıların sayı ilə də diqqətdədir. İldən-ilə artan iştirakçı sayı həm tədbirin əhəmiyyətini, həm də müzakirəyə çıxarılan mövzuların aktuallığını təsdiqləyir.
Qeyd edək ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox nüfuzlu media qurumu, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunur. Bu statistika öz növbəsində Forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir. Forum çərçivəsində panel iclasları, interaktiv sessiyalar və ikitərəfli görüşlər təşkil olunur. Müzakirələrin əsas mövzuları sırasında medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, informasiya təhlükəsizliyi və yeni media texnologiyalarının inkişaf perspektivləri əsas yer tutur.

03/07/2026
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi təsadü...
03/07/2026

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi təsadüfi deyildi. Çünki son bir neçə ay ərzində Avropa İttifaqının ən yüksək səviyyəli rəsmilərinin ardıcıl şəkildə Bakıya səfərləri göstərir ki, Brüssel Azərbaycanla münasibətlərə əvvəlkindən daha fərqli prizmadan baxmağa başlayıb. Müasir beynəlxalq münasibətlər sistemində enerji artıq təkcə iqtisadi resurs deyil, siyasi təsir vasitəsidir. Avropa Rusiyadan enerji asılılığını minimuma endirməyə çalışdığı bir vaxtda Azərbaycan etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin açıqladığı rəqəmlər bunu bir daha təsdiqləyir. Son dörd ildə Avropa İttifaqına Azərbaycan qazının ixracı təxminən 65 faiz artıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və bu coğrafiyanın genişləndirilməsi planlaşdırılır. Bu fakt Azərbaycanın enerji strategiyasının uğurunu nümayiş etdirir. Uzun illər ərzində həyata keçirilən düşünülmüş enerji siyasəti, milyardlarla dollar həcmində infrastruktur investisiyaları və Cənub Qaz Dəhlizinin reallaşdırılması bu gün öz bəhrəsini verir.
Əslində Avropa artıq Azərbaycanı alternativ yox, əsas enerji tərəfdaşlarından biri kimi qəbul edir. Yaşıl enerji əməkdaşlığı yeni iqtisadi model formalaşdırır. Bəyanatda diqqət çəkən digər mühüm məqam bərpaolunan enerji sahəsində əməkdaşlığın sürətlə genişlənməsidir. Azərbaycan yaxın 5-6 il ərzində 8 giqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırır. Bu isə ölkənin təkcə neft və qaz ixracatçısı deyil, gələcəyin yaşıl enerji ixracatçısına çevrilməsi deməkdir. Qlobal enerji keçidi fonunda bu istiqamət Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Avropa üçün isə Xəzər regionu gələcəyin təmiz enerji mənbələrindən biri hesab olunur. Azərbaycan artıq nəqliyyat qovşağıdır. Məhz buna görə Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də beynəlxalq nəqliyyat dəhlizləri oldu. Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mərkəzində yerləşən Azərbaycan son illər logistika infrastrukturuna milyardlarla manat investisiya yatırıb. Hazırda dünyada geosiyasi böhranlar, dəniz marşrutlarında yaranan risklər və beynəlxalq ticarətin dəyişən xəritəsi fonunda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Bu prosesdə Azərbaycanın rolu daha da güclənir.
Artıq Bakı yalnız enerji ixrac edən ölkə deyil, Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Ermənistanla münasibətlərin normallaşdırılmasına həsr olundu. Azərbaycanın sülh sazişi istiqamətində atdığı addımlar, tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana enerji məhsullarının ixracına başlanılması regionda tamamilə yeni reallığın formalaşdığını göstərir. Bu addımlar həm də Azərbaycanın qalib dövlət kimi revanşizm yox, uzunmüddətli sabitlik strategiyasını seçdiyini nümayiş etdirir.
Avropa Komissiyasının bu prosesə dəstək verməsi isə Cənubi Qafqazda sülhün beynəlxalq legitimliyini daha da gücləndirə bilər.

Vətən müharibəsinə kimi ötən müddətdə ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüdü, silahlı qüvvələrimiz...
25/06/2026

Vətən müharibəsinə kimi ötən müddətdə ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüdü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu, eləcə də lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.
Bu gün Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edir. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu prosesi hər zaman milli mövcudluğun, suverenliyin və ərazi bütövlüyünün ən mühüm təminatçısı qismində çıxış etmişdir. Hər il iyunun 26-da böyük qürur və coşqu ilə qeyd olunan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yaradılması Günü sadəcə təqvim bayramı deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin hərbi-strateji qüdrətinin və rəşadətli tariximizin hesabat günüdür. Bu şanlı tarix müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və ordu quruculuğu sahəsində atdığı fundamental addımlarla birbaşa bağlıdır. Ulu öndərin əsasını qoyduğu və milli maraqlara söykənən hərbi strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ən uca zirvəyə çatdırılmışdır. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ardıcıl, məqsədyönlü və modern islahatlar nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü və mütəşəkkil orduları sırasında öz layiqli yerini möhkəmləndirmişdir.
Son illər ərzində əldə olunmuş misilsiz nailiyyətlər, xüsusilə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi, habelə 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində uğurla tamamlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi potensialının real qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi zəfərlər nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edilmiş, respublikamızın ərazi bütövlüyü tam şəkildə bərpa olunmuş və dövlət suverenliyimiz ölkənin bütün coğrafiyasında qətiyyətlə təmin edilmişdir. Füzulidən Şuşaya, Xocalıdan Xankəndiyə qədər ucalan üçrəngli müqəddəs bayrağımız bu gün hər birimizə qalib xalqın nümayəndəsi olmaq xoşbəxtliyini və rəşadətini yaşatmaqdadır.

Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi As...
23/06/2026

Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir. Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Qeyd edilməlidir ki, ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq bu ölkələri birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd təkcə iqtisadi deyil, həm də siyasi güvənin simvoludur.
Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.
Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-loqistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Belə ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artaraq 2,344 tona çatıb.
Nəqliyyat sektorunda bu aktivlik fonunda ticari əlaqələr də öz dinamikasını qoruyur. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon dollar olaraq qeydə alınıb. Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.
Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür.
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Səfər günlərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.

Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai...
13/06/2026

Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Address

Yardımlı
6500

Telephone

+994506287340

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı rayonu Dəlləkli kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yardımlı rayonu Dəlləkli kənd ümumi orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category