Yardımlı Rayon Heydər Əliyev Mərkəzi

Yardımlı Rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yardımlı Rayon Heydər Əliyev Mərkəzi, Government Organization, Yardımlı Heydər Əliyev Mərkəzi, Yardımlı.

“Qərbi Azərbaycan – tarixi irsimizin izləri”Avqustun 28-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Yardımlı R...
29/08/2026

“Qərbi Azərbaycan – tarixi irsimizin izləri”

Avqustun 28-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Yardımlı Rayon Heydər Əliyev Mərkəzi və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qərbi Azərbaycan – tarixi irsimizin izləri” mövzusunda görüş keçirilib.

Tədbirdə fəal gənclər, müxtəlif təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə sektorunun müdiri, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək, Qərbi Azərbaycanın tarixən azərbaycanlıların sıx məskunlaşdığı, zəngin maddi-mədəni irs yaratdığı qədim Azərbaycan torpaqları ilə bağlı tarixi-mədəni irsinə diqqət çəkiblər. İndiki Ermənistan ərazisini əhatə edən bu regionda tariximizin izlərinin maddi-mədəniyyət abidələrində, qədim yaşayış məskənlərində və toponimlərdə öz əksini tapdığı vurğulanıb.
Həmçinin müxtəlif dövrlərdə bölgədə inşa edilmiş tarixi-memarlıq abidələrinin fotoşəkilləri nümayiş etdirilib onların tarixi və memarlıq xüsusiyyətləri barədə gənclərə ətraflı məlumat verilib.

Tədbirdə Qərbi Azərbaycan irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də bu zəngin irsin gənclərə tanıdılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüş gənclərin tarixi-mədəni irsimizə dair biliklərinin artırılması və milli yaddaşın qorunması baxımından əhəmiyyətli olub.

26/08/2026

Bu gün Laçın Şəhəri Günüdür

Yardımlıda Laçın Şəhəri Günü münasibətilə tədbir keçirilibAvqustun 25-də Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı ra...
25/08/2026

Yardımlıda Laçın Şəhəri Günü münasibətilə tədbir keçirilib

Avqustun 25-də Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin Yardımlı rayon sektorunun birgə təşkilatçılığı ilə Laçın Şəhəri Gününə həsr olunmuş "Zəfərin Laçın Səhifəsi: Doğma Yurda Böyük Qayıdış" adlı tədbir keçirilib.

Tədbirdə şəhid ataları, təşkilatçı qurumların nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışlarda Laçının Azərbaycanın qədim və tarixi şəhərlərindən biri olduğu, işğaldan azad edilməsinin xalqımızın milli qürur və Zəfər salnaməsində mühüm yer tutduğu vurğulanıb. Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhid və qazilərimizin misilsiz xidmətlərindən, Zəfər tariximizin ayrılmaz hissəsi olan Laçında aparılan abadlıq-quruculuq işlərindən, ordumuzun qüdrətindən söz açılıb.

Tədbirin sonunda iştirakçılar Mərkəzin ekzpozisiya zalında nümayiş olunan, ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

22/08/2026
Yardımlıda Ulu Öndər Heydər Əliyevin irsinə və vətənpərvərliyin təbliğinə həsr olunmuş  səyyar sərgi keçirilibAvqustun 2...
21/08/2026

Yardımlıda Ulu Öndər Heydər Əliyevin irsinə və vətənpərvərliyin təbliğinə həsr olunmuş səyyar sərgi keçirilib

Avqustun 21-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Ərus kənd tam orta məktəbinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin zəngin irsinin tanıdılması və ictimaiyyət arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə "Vətənə Həsr Olunmuş Ömür: Heydər Əliyev" adlı səyyar sərgi təşkil olunub.
Sərgidə Ümummilli Liderin ömür yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini və müxtəlif illəri əhatə edən tarixi fotolar nümayiş etdirilib. Tədbir iştirakçıları fotostendlərlə yaxından tanış olaraq dahi rəhbərin Azərbaycanın tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlər barədə məlumatlandırılıblar.

Sonda mərkəz tərəfindən şəhid atası Ədalət Qarayevə xatirə albomu təqdim olunub, həmçinin sərgiyə göstərdiyi dəstəyə və tərəfdaşlığa görə məktəbin direktoruna təşəkkürnamə verilib.

Şəhidlərimizin məzarları ziyarət edilibAvqustun 21-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətənimizin büt...
21/08/2026

Şəhidlərimizin məzarları ziyarət edilib

Avqustun 21-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad edib.

Ziyarət çərçivəsində Ərus kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, şəhid Amal Ədalət oğlu Qarayevin və Mirimli kəndindən olan hərbi həkim, şəhid Zeynalov Cavid Vaqif oğlunun məzarları önünə güllər düzülüb, ruhlarına dualar oxunub.

Ziyarət zamanı şəhid hərbi həkim Cavid Zeynalovun anası ilə görüşülüb. Mərkəzin kollektivi tərəfindən şəhid anasına ehtiram rəmzi olaraq xatirə fotosu təqdim edilib.

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq! Məkanları cənnət olsun!

14/08/2026

Texnologiyanın sürətli inkişafı, informasiya resurslarının çoxalması və biliyə çıxış imkanlarının genişlənməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur.

Avqustun 11-də "12 Avqust – Beynəlxalq Gənclər Günü" münasibətilə  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin ...
12/08/2026

Avqustun 11-də "12 Avqust – Beynəlxalq Gənclər Günü" münasibətilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayon sektorunun rəhbərliyi, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndələri və orta məktəb şagirdlərinin iştirakı ilə Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində iştirakçılar Mərkəzin ekspozisiyası ilə tanış olub, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın dövlətçilik tarixindəki mühüm xidmətləri haqqında ətraflı məlumat əldə ediblər.

Gənclərin tarixi irsimizin, milli-mənəvi dəyərlərimizin və dövlətçilik ənənələrimizin daha yaxından öyrənməsinə xidmət edən ekskursiya qarşılıqlı fikir mübadiləsi və maraqlı təəssüratlarla yadda qalıb.

11/08/2026

Mədəniyyət naziri Adil Kərimli Laçında vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il avqustun 27-də, saat 10:00 da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il avqustun 21-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Address

Yardımlı Heydər Əliyev Mərkəzi
Yardımlı

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı Rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yardımlı Rayon Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share