27/08/2026
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən 21–22 oktyabr 2026-cı il tarixlərində “Yaşıl inkişaf naminə bitki genetik ehtiyatlarının qorunması, iqlim dəyişmələrinə davamlılığın və səmərəliliyin artırılması” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək.
Konfransın məqsədi aqrobiomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, iqlim dəyişmələrinin təsirinin azaldılmasına, yaşıl inkişaf prinsiplərinə uyğun tədqiqi, qiymətləndirilməsi, davamlı genotiplərin seçilməsi, dayanıqlı kənd təsərrüfatı və yaşıl iqtisadiyyat naminə səmərəli istifadə və mühafizə olunmasının bioinformatik, genomiks, rəqəmsal və digər innovativ texnologiyalarla idarə olunmasının müzakirəsindən ibarətdir.
Tədbirdə elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorantlar, gənc tədqiqatçılar və müvafiq sahələr üzrə mütəxəssislər iştirak edə bilərlər.
Konfransda iştirak etmək istəyən müəlliflərdən tezislərini müəyyən edilmiş tələblərə uyğun şəkildə təşkilat komitəsinə təqdim etmələri xahiş olunur. Tezislərin son qəbul tarixi 1 oktyabr 2026-cı ildir.
Konfransla bağlı ətraflı məlumat Genetik Ehtiyatlar İnstitutunun rəsmi saytı (genres.az) üzərindəki “Elanlar” bölməsində yerləşdirilib.