Embassy of the Republic of Azerbaijan to the Czech Republic

  • Home
  • Embassy of the Republic of Azerbaijan to the Czech Republic

Embassy of the Republic of Azerbaijan to the Czech Republic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Embassy of the Republic of Azerbaijan to the Czech Republic, Government Organization, Na Zátorce 783/17, .

Ambassador A.Mammadov recieved courtesy call from the newly appointed Ambassador of   to   H.E. Mr. Hayder Shiya Albarra...
04/10/2024

Ambassador A.Mammadov recieved courtesy call from the newly appointed Ambassador of to H.E. Mr. Hayder Shiya Albarrak. Sides exchanged views on regional developments and explored new avenues for cooperation between our two embassies. 🇦🇿🇮🇶

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspo...
22/05/2024

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçiriləcək.

Düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o cümlədən azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.

Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini yay düşərgəsində iştirak etməyə dəvət edirik.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil olunmuş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Düşərgədə iştirak xərcləri tam şəkildə qarşılanacaq.

Düşərgədə iştirak etmək üçün gənclər 30 iyun 2024-cü il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün əlaqə vasitələrini təqdim edirik:

Tel.: +99412 4931054

Mob.: WhatsApp: +99450 7622595

E-mail: [email protected]

https://chat.whatsapp.com/CsvRm7B4SW1AfvBy4y69G6

03/05/2024

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə 10 may 2024-cü il tarixində, saat 11.00-14.00 arası Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində tədbir keçiriləcək.
Çexiyada yaşayan azərbaycanlılar bu tədbirə dəvət olunurlar.

23/04/2024
23/04/2024

Happening now: Tête-à-tête meeting has just started between the Foreign Minister Jeyhun Bayramov of Azerbaijan and the Foreign Minister Jan Lipavsky of Czechia.

23/04/2024

Xarici işlər naziri Ceyhun Bayramovun Çex Respublikasına rəsmi səfərinə dair mətbuat məlumatı

mfa.gov.az/az/news/no17824

22 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Çex Respublikasının xarici işlər naziri Yan Lipavski və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

19/03/2024

Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri

Bildiririk ki, Novruz bayramı ilə əlaqədar Səfirlikdə 20-26 mart 2024-cü il tarixlərində qeyri-iş günləridir.

Bu tarixlərdə səfirlik və səfirliyin konsulluq şöbəsi fəaliyyət göstərməyəcəkdir.

31/01/2024
15/01/2024

Hörmətli həmvətənlər!

20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar 19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində saat 14.00-dan etibarən anım mərasimi keçiriləcəkdir. Bütün soydaşlar anım mərasimdə iştirak etməyə dəvət olunur.

Address

Na Zátorce 783/17

160 00

Alerts

Be the first to know and let us send you an email when Embassy of the Republic of Azerbaijan to the Czech Republic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Embassy of the Republic of Azerbaijan to the Czech Republic:

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share