Şəmkir rayonu Dəllər qəsəbəsi İcra Nümayəndəliyi

  • Home
  • Şəmkir rayonu Dəllər qəsəbəsi İcra Nümayəndəliyi

Şəmkir rayonu Dəllər qəsəbəsi İcra Nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şəmkir rayonu Dəllər qəsəbəsi İcra Nümayəndəliyi, Government Organization, .Şəmkir rayonu Dəllər qəsəbəsi, .

𝐏𝐫𝐞𝐳𝐢𝐝𝐞𝐧𝐭 İ𝐥𝐡𝐚𝐦 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 “𝐄𝐮𝐫𝐨𝐧𝐞𝐰𝐬”𝐚 𝐦𝐮̈𝐬𝐚𝐡𝐢𝐛ə𝐬𝐢 𝐫ə𝐬𝐦𝐢 𝐁𝐚𝐤ı𝐧ı𝐧 𝐛𝐞𝐲𝐧ə𝐥𝐱𝐚𝐥𝐪 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐥ə𝐫 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐢𝐧ə 𝐛𝐚𝐱ı𝐬̧ı𝐧ı 𝐨𝐫𝐭𝐚𝐲𝐚 𝐪𝐨𝐲𝐝𝐮...
22/01/2026

𝐏𝐫𝐞𝐳𝐢𝐝𝐞𝐧𝐭 İ𝐥𝐡𝐚𝐦 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 “𝐄𝐮𝐫𝐨𝐧𝐞𝐰𝐬”𝐚 𝐦𝐮̈𝐬𝐚𝐡𝐢𝐛ə𝐬𝐢 𝐫ə𝐬𝐦𝐢 𝐁𝐚𝐤ı𝐧ı𝐧 𝐛𝐞𝐲𝐧ə𝐥𝐱𝐚𝐥𝐪 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐥ə𝐫 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐢𝐧ə 𝐛𝐚𝐱ı𝐬̧ı𝐧ı 𝐨𝐫𝐭𝐚𝐲𝐚 𝐪𝐨𝐲𝐝𝐮

Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın xarici siyasət prioritetlərini aydın göstərməklə yanaşı, rəsmi Bakının formalaşmaqda olan yeni beynəlxalq münasibətlər sisteminə baxışını da ortaya qoydu. Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan qlobal prosesləri, sadəcə, kənardan izləyən deyil, dəyişən dünya reallıqlarında öz maraqlarını qorumağı bacaran fəal dövlətdir.

Prezidentin toxunduğu əsas məqamlardan biri beynəlxalq hüququn əvvəlki universallığını itirməsi ilə bağlı idi. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, müasir dünyada münasibətlər getdikcə hüquqdan daha çox güc amili üzərində qurulur. Bu reallıq fonunda Azərbaycanın seçdiyi yol isə hər kəsə aydındır: milli maraqlara əsaslanan, lakin beynəlxalq hüququ tamamilə kənara qoymayan praqmatik siyasət. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu yanaşmanın real nəticəsi kimi qiymətləndirilə bilər.

Bu gün Azərbaycan regionda qısamüddətli razılaşmalardan daha çox, konkret addımlara və beynəlxalq səviyyədə tanınan sülh təşəbbüslərinə əsaslanan uzunmüddətli sabitlik və əməkdaşlıq xətti yürüdür.

Müsahibədə Cənubi Qafqazda yaranmış yeni vəziyyətə də xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev Ermənistanla sülh prosesinin artıq konkret nəticələr verdiyini və regionun tarixində nadir rast gəlinən bir mərhələyə qədəm qoyulduğunu vurğuladı. Yükdaşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji təchizatının bərpası və əlaqələrin tədricən normallaşması regional inteqrasiyanın ilkin, lakin mühüm addımlarıdır. Prezidentin “əbədi sülh” ifadəsi isə Azərbaycanın qısamüddətli razılaşmalarla deyil, uzunmüddətli sabitliklə maraqlandığını göstərir.

İran ətrafında baş verən proseslərə toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın əsas marağı regionda sabitliyin qorunmasıdır. Müharibənin və işğalın ağır nəticələrini yaşamış bir ölkə üçün sülh alternativsiz seçimdir. Dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də bu siyasi xəttin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərən mühüm məqamdır. Dövlətimizin başçısının bu mükafatı şəxsi uğur kimi deyil, Azərbaycanın regionda sülhə verdiyi töhfəyə qiymət kimi dəyərləndirməsi rəsmi Bakının sülh quruculuğu mövqeyini daha da gücləndirir.

Enerji məsələləri ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş olaraq mövqeyini qoruduğunu göstərir. Neft qiymətlərinin stabil qalması və qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin strateji əhəmiyyətini daha da artırır.

Avropa İttifaqı (Aİ) ilə enerji əməkdaşlığı müsahibədə xüsusi yer tutdu. Azərbaycanın hazırda 16 ölkəyə, o cümlədən Aİ-yə üzv 10 dövlətə qaz ixrac etməsi enerji diplomatiyasının miqyasını açıq şəkildə ortaya qoyur. Prezidentin qeyd etdiyi kimi, boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünya miqyasında öncül mövqedə olması təsadüfi deyil. Bu, ölkəmizin illər ərzində apardığı ardıcıl siyasətin nəticəsidir.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycan üçün əsas olan Avropa Komissiyası ilə qurulan real və qarşılıqlı faydalı əməkdaşlıqdır. İdeoloji və qərəzli yanaşmalar ölkənin müstəqil siyasi xəttinə təsir göstərmir.

Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə ümumilikdə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyən etdiyini göstərir. Gücə əsaslanan beynəlxalq münasibətlər sistemində, Azərbaycan gücü diplomatiya, hüquq və iqtisadi potensialla balanslaşdıran ölkələrdən biri kimi çıxış edir. Əminliklə demək olar ki, bu müsahibə həm region, həm də qlobal aktorlar üçün aydın mesaj oldu. Azərbaycan dəyişən dünyada sabitlik, əməkdaşlıq və milli maraqlara əsaslanan siyasətini dəyişmədən davam etdirəcək.

🥀𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟐𝟎 𝐘𝐚𝐧𝐯𝐚𝐫 𝐟𝐚𝐜𝐢ə𝐬𝐢 𝐪𝐮𝐫𝐛𝐚𝐧𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐱𝐚𝐭𝐢𝐫ə𝐬𝐢 𝐚𝐧ı𝐥𝐝ıRayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafiz...
20/01/2026

🥀𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟐𝟎 𝐘𝐚𝐧𝐯𝐚𝐫 𝐟𝐚𝐜𝐢ə𝐬𝐢 𝐪𝐮𝐫𝐛𝐚𝐧𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐱𝐚𝐭𝐢𝐫ə𝐬𝐢 𝐚𝐧ı𝐥𝐝ı

Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyəti əvvəlcə Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoydular.

Matəm əlaməti olaraq rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirildi, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.

Daha sonra tədbir iştirakçıları Şəmkir Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərimizin əziz xatirəsini yad etdilər.

Anım tədbirində çıxış edən RİH başçısı Rəşad Tağıyev bildirildi ki, 20 Yanvar qanlı faciəsindən artıq 36 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələrdə qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verənlərdir.

İcra başçısı qeyd etdi ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildi: “Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsi kimi səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub”.

Anım tədbiri çərçivəsində Şəhid ailələri ilə də görüşən Rəşad Tağıyev bildirib ki, Qanlı yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb: “Əminliklə deyə bilərik ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur”.

Onu da bildirək ki, Şəmkir rayonunda ümumrayon tədbiri ilə yanaşı müxtəlif təşkilatlarda, o cümlədən rayon ərazisində yerləşən faciə qurbanlarının xatirəsinə ucaldılmış bütün abidələrdə anım tədbirləri keçirilib.

12/01/2026

𝐄𝐧𝐞𝐫𝐣𝐢 𝐥𝐚𝐲𝐢𝐡ə𝐥ə𝐫𝐢 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧ı𝐧 𝐪𝐥𝐨𝐛𝐚𝐥 𝐦𝐢𝐪𝐲𝐚𝐬𝐝𝐚 𝐦𝐨̈𝐯𝐪𝐞𝐲𝐢𝐧𝐢 𝐝𝐚𝐡𝐚 𝐝𝐚 𝐦𝐨̈𝐡𝐤ə𝐦𝐥ə𝐧𝐝𝐢𝐫𝐢𝐫

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla, ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 meqavat olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb.

Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Azərbaycan böyük bərpaolunan enerji potensialına malik ölkədir. Tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycanla həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır.

2030-cu ilədək respublikamızın yaşıl artım ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir.

Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilən ərazilərdə açılışı nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Son beş il ərzində yaşıl enerji zonası elan edilən Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib.

Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və həmin bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşa edilməsi nəzərdə tutulur. Bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağda və Şərqi Zəngəzurda 10 giqavat, Naxçıvanda isə 5 giqavat həcmində qiymətləndirilir.

Azərbaycanın bu gün böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Lider Heydər Əliyev bildirib ki, ölkəmizin qapısı buraya xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Azərbaycana böyük uğurlar qazandıran bu siyasət uğurla davam etdirilir.

Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabitlik olan yerlərə sərmayə qoyurlar. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirilib, həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək.

26/12/2025
26/12/2025
24/12/2025

Möhtərəm cənab Prezident!

Sizi bütün şəmkirlilər adından doğum gününüz münasibətilə təbrik edir, müstəqil ölkəmizin inkişafı və xalqımızın rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirik!



𝐐𝐮̈𝐝𝐫ə𝐭𝐥𝐢, 𝐪ə𝐭𝐢𝐲𝐲ə𝐭𝐥𝐢, 𝐪𝐮𝐫𝐮𝐜𝐮 𝐋İ𝐃𝐄𝐑Azərbaycan xalqı çoxəsrlik tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. İki yüz ill...
23/12/2025

𝐐𝐮̈𝐝𝐫ə𝐭𝐥𝐢, 𝐪ə𝐭𝐢𝐲𝐲ə𝐭𝐥𝐢, 𝐪𝐮𝐫𝐮𝐜𝐮 𝐋İ𝐃𝐄𝐑

Azərbaycan xalqı çoxəsrlik tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. İki yüz illik münaqişəyə, otuz illik müharibəyə son qoyan İkinci Qarabağ savaşında qazandığımız Zəfərimizin ikinci ilini başımız dik, alnımız açıq, məğrur xalq kimi qeyd etməkdəyik.

Bu Zəfərin memarı isə Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkləşdirən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab Prezident İlham Əliyevdir.

Ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı, tanınmış siyasi və dövlət xadimi İlham Əliyev müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu müddətdə onun dövlət başçısı kimi həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm ölkəmizdə, həm də xaricdə daim yüksək qiymətləndirilir.

Təsadüfi deyildir ki, dünyanın bir sıra dövlət və siyasət adamları, elm və mədəniyyət xadimləri, görkəmli şəxsiyyətlər İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər. Azərbaycan rəhbərini “Enerjili, təşəbbüskar, uzaqgörən, çox savadlı və müdrik insan” (Lütfi Zadə), “Bütün türk dünyasının rəğbətlə qəbul etdiyi güvənli lider, siyasət aləminin yeni məfkurəli dövlət xadimi” (Akkan Suver), “Zəmanəmizin ən uğurlu liderlərindən biri” (Salome Zurabişvili), “Ölkəsinin maraqları naminə müdrik və uzaqgörən siyasət həyata keçirən lider” (Mixail Urqumov), “Müstəqil düşünən, olduqca savadlı, fiziki və mənəvi cəhətdən sağlam olan müstəqil və dünya miqyaslı dövlət xadimi” (Dmitri Kiselyov), “Regional və iqtisadi siyasət meydanında öz xalqına başçılıq edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirən rəhbər, nümunə olan bir lider” (Teresa Marqolis) kimi dəyərləndirmiş və müxtəlif sahələrdə fəaliyyətinə yüksək qiymət vermişlər.

ABŞ Konqresinin nümayəndə heyəti İlham Əliyevlə görüşərkən konqresmen Kurt Ueldon isə demişdir: “Həqiqətən, 5 dildə təmiz danışan və dünya siyasətində xüsusi çəkisi olan Sizin kimi liderlə ilk dəfədir ki, görüşürəm. Beləliklə, həqiqətən, böyük şərəf duyuram ki, dünya miqyaslı liderlə görüşürəm”. Bu orijinal qiymətlər bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya miqyaslı siyasətçi və mahir dövlət xadimidir. Xalqımız bu dəyərdən hədsiz qürur duyur və çox böyük fərəh hissi keçirir.

Ulu öndər Heydər Əliyevin həyatının son illərində Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi və beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, Ümummilli liderin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü.

Bu barədə düşünəndə hamının ağlına Ulu öndərin ən yaxın silahdaşı və ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi. Bu isə təsadüfi deyildi. Çünki, bu təkcə İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, İlham Əliyev yeni tipli gənc lider kimi XX əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkədə və ondan kənarda kifayət qədər tanınır və dəyərləndirilirdi.

İlham Əliyevin yüksək nüfuz qazanması bir sıra amillərlə bağlı idi. O, ilk növbədə, Heydər Əliyev kimi nadir şəxsiyyətin genetik keyfiyyətlərini daşıyırdı, ictimai fəaliyyət meydanına onun siyasət və idarəetmə məktəbindən keçib gəlmişdi. Bu gənc lider yaxşı təhsil almış, xarici dillərdə sərbəst danışmağı, beynəlxalq səviyyəli siyasi və dövlət xadimləri ilə təmasa girmək bacarığını dərindən mənimsəmişdi. Bir sözlə, Ulu öndərin siyasi varisi dünyanın müasir siyasi düşüncə texnologiyalarına yiyələnmişdi.

İlham Əliyevin 1994–2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti kimi fəaliyyəti ölkəmizin iqtisadi dirçəlişində mühüm rol oynamışdır.
Heydər Əliyevin böyük müdrikliklə hazırladığı neft strategiyasının gerçəkləşməsində fəal iştirak edərək “Əsrin müqaviləsi”nin ərsəyə gətirilib həyata keçirilməsində müstəsna xidmətlər göstərmişdi.

İlham Əliyevin iki dəfə (1995 və 2000-ci illərdə) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi onun siyasi fəaliyyət dairəsini daha genişləndirmişdi. Xüsusilə onun Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı kimi Azərbaycanın mənafelərinin müdafiəsinə yönəlmiş fəaliyyətini nəinki xalqımız, eləcə də bu beynəlxalq təşkilat yüksək qiymətləndirirdi. Elə bunun nəticəsi idi ki, cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilmişdi.

Siyasi varisin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə Olimpiya hərəkatının görünməmiş miqyasda vüsət almasına təkan vermiş fəaliyyəti xüsusilə qeyd edilməlidir.
Ölkəmizdə idmanın və Olimpiya hərəkatının sürətlə inkişafı məhz İlham Əliyevin yüksək təşkilatçılıq və məqsədyönlü bacarığı sayəsində mümkün olmuşdu.

2003-cü il avqustun 4-də İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin olundu. Bu vəzifədə az müddət ərzində işləsə də, qəbul etdiyi qərarlarla, həyata keçirməyə başladığı işlərlə ölkəyə rəhbərlik etmək bacarığına və səriştəsinə malik olduğunu bir daha sübut etdi. Bu da təsadüfi deyildir ki, həmin ilin prezident seçkilərində Ulu öndər Heydər Əliyevin xalqa müraciətində seçkilərdə onun siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırdı.

20 il əvvəl – 2003-cü il 15 oktyabr prezident seçkilərində isə İlham Əliyevin böyük əksəriyyətlə ölkə Prezidenti seçilməsi xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi. Məhz bu məqamlara söykənərək İlham Əliyev Prezident kimi mətbuata ilk müsahibəsində perspektivlərdən söz açarkən bildirmişdi: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam, hər bir azərbaycanlının Prezidenti olacağam”.

Doğrudan da, İlham Əliyev prezidentlik fəaliyyətində həmişə xalqla bir olmuş, xalqın inam və etimadını qazanmışdır. Xalqımız isə sevimli rəhbərinə öz dəstəyini həmişə göstərmişdir. “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsi-dir”– deyən cənab İlham Əliyevin 2008-ci il prezident seçkilərindən də qalib çıxmasını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. 2008-ci il seçkilərində 88,73 faiz səslə Prezident seçilən İlham Əliyev 2013-cü il seçkilərində 84,54 faiz, 2018-ci il seçkilərində isə 86,02 faiz səslə vətəndaşlarının yeganə inam mənbəyi olduğunu təsdiqləmişdir.

Zəfər seçkisi

2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Xalqımızın dəstəyini hər zaman yüksək dəyərləndirən İlham Əliyevin söylədiyi fikirlər bunu bir daha təsdiq edir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm... Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim”.

İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasını əsas götürərək bunları uğurla davam etdirmişdir. Bu səbəbdən də Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayır, ölkəmiz hərtərəfli səviyyədə inkişaf edir. İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin siması əsaslı şəkildə dəyişmiş, xalqımızın maddi-rifah halı yaxşılaşmışdır.

Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”kı fərmanı ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Ölkə rəhbəri İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulmasına səbəb olmuşdur.
Artıq sayı dördə çatmış bu dövlət proqramları çərçivəsində atılmış ardıcıl addımlar uzun illər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır.

Regional inkişaf proqramlarının əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diver-sifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu proqramların icrası sayəsində respublikada çoxsaylı yeni müəssisə istifadəyə verilmiş, yollar çəkilmiş, sosial obyektlər xalqın istifadəsinə verilmişdir.

Prezident İlham Əliyev Ulu öndərin müəllifi olduğu yeni neft strategiyasını da uğurla davam etdirmişdir. Qlobal neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə ölkə rəhbəri Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirmiş, regionun digər dövlətlərindən fərqli olaraq müstəqil xarici və iqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etmişdir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol kimi Bakı–Tbilisi–Qars yeni dəmiryolu xəttinin istifadəyə verilməsi artıq regionun lider dövlət olan Azərbaycanın xaricdən maddi və mənəvi dəstək almadan iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərmişdir.

Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz boru xəttinin istismara verilməsi isə gələcək layihələr üçün əsas olmuşdur. Dövlət başçısı Xəzərin neft yataqlarının mənimsənilməsi və istismarı haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin hazırlanmasına və həyata keçirilməsinə sanballı töhfə vermişdir. 1994-cü ildə bağlanmış bu müqavilədən 23 il sonra – 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri–Çıraq–Günəşli” yatağının işlənməsinin davam etdirilməsi barədə yeni “Əsrin müqaviləsi” imzalanmışdır. Prezident İlham Əliyevin sistemli, düşünülmüş və əsaslı fəaliyyətinin nəticəsi olaraq müqavilənin fəaliyyət müddəti 2050-ci ilə qədər uzadılmışdır.

Yeni müqavilədə Azərbaycanın iştirak payı artırılaraq 11,6 faizdən 25 faizə çatdırılmış, ölkəmizə çatacaq mənfəət neftinin payı 75 faizə qaldırılmışdır.
Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi uğurlar Avropanın enerji təhlükəsizliyi məsələsində də ciddi rol oynayır. Trans–Anadolu və Trans–Adriatik qaz kəmərlərinin çəkilməsinə nail olmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir.

Ölkə başçısının mütəmadi olaraq regionlara səfəri sürətli inkişafa səbəb olur, şəhər və rayonların sosial-iqtisadi inkişafı üçün əlavə maliyyə dəstəyi göstərilir. Nəticədə regionların sosial-iqtisadi inkişafı sürətlə davam edir, xalqın rifahı naminə ardıcıl və sistemli tədbirlər görülür. Son 20 ildə ölkəmizdə 2 milyondan artıq iş yeri yaradılmış, işsizlik 40 faizdən 5 faizə, yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Azərbaycan iqtisadiyyatı 4 dəfə artmışdır. Ümumi daxili məhsulun həcmi, təqribən, 80 milyard manata çatmışdır. Dövlət büdcəsi 1,2 milyard manatdan 36 milyarda yüksəlmişdir.
Ötən illərdə ölkə iqtisadiyyatına 275 milyard dollardan artıq investisiya qoyulmuş, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 60 milyard dollar həddinə çatmışdır. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75-80 faizi Azərbaycanın payına düşür. Son illərdə Azərbaycan qədər inkişaf edən ölkə demək olar ki, olmayıb.

2022-ci ildə gerçəkləşdirilən əsaslı sosial siyasət sahəsində çox böyük dəyişikliklər baş vermişdir. Sosial islahat paketləri 4,2 milyon nəfəri əhatə etmişdir. Bunlar isə ölkə Prezidentinə respublika əhalisinin inam və sevgisini, hörmət və dəstəyini qazandırmışdır. “Azərbaycanda yoxsul adam olmamalıdır” – prinsipi Prezident İlham Əliyevin fəaliyyətində önəmli yer tutur və bu istiqamətdə əhəmiyyətli addımlar atılır.
Prezident İlham Əliyev XXI əsrin başlanğıcından bütün sahələrdə inkişafı davam etdirmiş və Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin edib. Bu gün Prezident seçilməsinin 20-ci ildönümü tamam olan İlham Əliyevin rəhbərlik fəaliyyətini ümumilikdə 4 qrup üzrə təsnifatlaşdırmaq olar: 2003–2008-ci illər İlham Əliyevin Azərbaycan miqyasında birləşdirici liderə çevrilməsi; 2008–2013-cü illər – Cənubi Qafqazın alternativsiz, MDB-nin nüfuzlu lideri kimi qəbul olunmas; 2013–2018-ci illər dünya siyasi elitasında Azərbaycanın təmsilçisi olaraq, qlobal məkanın vacib siyasi aktorlarından biri kimi çıxış etməsi; 2018-ci ildən başlanan yeni mərhələdə isə İlham Əliyev dünya siyasətində müstəqil xarici siyasət yeridən yeni əsrin yeni lideri kimi tanınır.

Dövlət başçısı İlham Əliyevin başqa sahələrlə yanaşı elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətinə həyata keçirdiyi siyasət Ulu öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Bu sahələrdə qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, onların inkişafına diqqət və qayğı artırılmışdır. Təsadüfi deyildir ki, ölkə Prezidenti respublikanın zəngin iqtisadi potensialının insan kapitalı ilə əvəzlənməsini son dərəcə vacib sayaraq demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi po-tensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir”.

Azərbaycan 20 ilə yaxındır ki, Dünya Bankının bütün hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib, inkişaf modeli dünyaya nümunə göstərilib. Bu ilk növbədə cənab İlham Əliyevin yenilikçi, təkmil islahatlara meyilli olmasından irəli gəlir. İslahatların mərkəzində isə Azərbaycan vətəndaşı, onun qayğıları dayanır.

Həyatın bütün sahələrini əhatə edən, dünyada maraqla qarşılanan islahatların təşəbbüskarı ölkə Prezidentidir. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, ABAD, DOST layihələri də təşəbbüsdən reallığa çevrilmişdir.

Ölkəmiz artıq kosmik klubun azsaylı üzvlərindən biridir. 3 telekommunikasiya peykimiz orbitə çıxarılmışdır. Bu günlərdə Bakı şəhərində 74-cü Beynəlxalq Astrofizika Konqresinin keçirilməsi 50 il bundan əvvəlki ənənənin yenidən davam etdirilməsinə əyani nümunədir. 20 il ərzində ölkəmizdə beynəlxalq səviyyəli, müxtəlif xarakterli tədbirlər hazırlanıb və ən yüksək səviyyədə həyata keçirilib. “Evrovision”, BMT-nin İnternet İdarəçilik Forumu, Davos İqtisadi Forumu, I Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı, Dünya dini liderlərinin beynəlxalq tədbiri və onlarla digər mühüm beynəlxalq tədbirlərə evsahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. İqtisadçı alimlər müstəqil Azərbaycanın İlham Əliyev mərhələsini hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər.

Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsləri sırasındadır. Bunu dünyanın müxtəlif mərkəz və şirkətlərinin keçirdikləri ictimai rəy sorğusunun nəticələri təsdiq edir.

Prezident İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, nəyi nə vaxt və necə etmək bacarığı, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti ona imkan vermişdir ki, qarşıya qoyulan vəzifələrə nail olunsun. Bu keyfiyyətlər İlham Əliyevi yeni əsrin yeni liderinə yüksəltmişdir. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. İlham Əliyev dünya səviyyəli siyasi lider və inkişaf etmiş dövlətlərin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimidir.
İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi ona böyük nüfuz qazandırmışdır. İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Bir sıra dövlətlərin xalqları da öz prezidentlərində bu keyfiyyətlərin olmasını dilə gətirirlər.

Prezident İlham Əliyevin səmərəli fəaliyyətindən danışarkən, xarici siyasət kursunu ayrıca qeyd etməliyik. Çünki dövlət başçısı bu istiqamətdə çox böyük uğurlar əldə edib. Dövlət başçısı sürətlə dəyişən geosiyasi mühitdə ziddiyyətli və riskli dönəmdə xarici siyasəti səmərəli istiqamətdə inkişaf etdirir. Bunu həm Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar, həm də xarici siyasətin bütün prioritet istiqamətləri üzrə həyata keçirilən proqramlar sübut edir.

Dövlət başçısı Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı prinsipial mövqeni belə ifadə edib. “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”.

Prezident İlham Əliyevin prinsipial və qəti mövqeyi Vətən müharibəsində və antiterror əməliyyatlarının uğurla həyata keçirilməsində özünü göstərdi. Ermənistan silahlı qüvvələri məhv edildi və 2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. İkinci Qarabağ mü-haribəsi nəticəsində işğal edilmiş torpaqlarımız qaytarıldı, ərazi bütövlüyümüzün bərpası təmin edildi. Ötən aykı antiterror əməliyyatı isə suverenliyimizin bərpası ilə nəticələndi. Vətən müharibəsində və ondan sonrakı müddətdə qazandığımız bütün zəfərlərin müəllifi Azərbaycan Res¬publikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir!

Prezident İlham Əliyev diplomatik səyi ilə 2011-ci ilin iyun ayında Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Həmin il oktyabrın 24-də isə BMT TŞ-ya keçirilən seçkilərdə Qoşulmama Hərəkatı üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etdi.

Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurdu. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik” te-zisi dünənimizə və gələcəyə baxışdır.

Ölkəmizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə təsdiq edir.

Address

.Şəmkir Rayonu Dəllər Qəsəbəsi

5700

Alerts

Be the first to know and let us send you an email when Şəmkir rayonu Dəllər qəsəbəsi İcra Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəmkir rayonu Dəllər qəsəbəsi İcra Nümayəndəliyi:

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share