Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi

  • Home
  • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Government Organization, Adil Babayev 5, .

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə   “N” ...
24/06/2023

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə “N” saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirildi. Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin bayram ərəfəsində əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd etmişlər. Sonra hərbi xidmətdə fərqlənmiş 10 nəfər əsgər və zabit heyəti fəxri fərmanla təltif olunmuşlar.

Sonda incəsənət nümayəndələri konsert proqramı ilə çıxış etmişlər. Vətənpərvərlik mahnılarının sədaları altında əsgərlər rəqs etmişlər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş etmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  bir qrup fəal gəncin iştirakı ilə Şamaxı rayonuna növbəti ekskursiya...
24/06/2023

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir qrup fəal gəncin iştirakı ilə Şamaxı rayonuna növbəti ekskursiya təşkil edilmişdir. Ekskursiyada Şamaxı rayonu ilə tanışlıq, intellektual oyunlar, nahar və şam yeməkləri təşkil olunmuşdur.

Ekskursiyanın təşkilində məqsəd tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.

Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi gənclər üçün maraqlı və yadda qalan olduğunu vurğulamışlar.

22/06/2023

🥇İlk qızıl medal!!!

🇦🇿 Azərbaycan karateçisi Tural Ağalarzadə (67 kq) Polşada keçirilən III Avropa Oyunlarının qalibi oldu.
Təbriklər!👏🏻

Polşanın Krakov şəhərində III Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbir Krakovdakı “Henik Reyman” s...
22/06/2023

Polşanın Krakov şəhərində III Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbir Krakovdakı “Henik Reyman” stadionunda təşkil olunub.
Açılış mərasimində Avropa Olimpiya komitələri, təşkilatçı ölkə Polşanın rəhbər şəxsləri, həmçinin digər ölkələrdən olan qonaqlar, o cümlədən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və ölkəmizin Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova da iştirak ediblər.
Açılışda idmançıların paradı da olub. Paradda Azərbaycan bayrağını qılıncoynadan Barat Quliyev və oxatan Yaylagül Ramazanova daşıyıblar.
Azərbaycan idmançıları üçüncü Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.
Mərasimdə yarışın məşəli də alovlandırılıb. Krakovdakı stadionda bu vəzifəni üç yerli atlet yerinə yetirib. Sonda möhtəşəm atəşfəşanlıq olub.

20/06/2023

Azərbaycan idmançıları lll Avropa Oyunlarına yola düşürlər. Uğurlar!

KARYERANA yay məktəbində BAŞLA! 💼İyulun 2-dən 7-dək Daşkəsən rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətənda...
19/06/2023

KARYERANA yay məktəbində BAŞLA! 💼

İyulun 2-dən 7-dək Daşkəsən rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə "Karyerana başla" yay məktəbi keçiriləcək.

🎯 Düşərgənin məqsədi gənclərin “Karyerama haradan? Necə başlayım?” suallarına cavab tapmağa imkan yaratmaq, onların karyera planlamasına istiqamət vermək, peşə seçimində dəstək olmaqla inkişaflarına töhfə verməkdir.

🔗 Qeydiyyat üçün link: https://forms.gle/Gch4EhAkVtkAHq3n6

⏳ Son qeydiyyat tarixi: 23 iyun, saat 23:00-dək

📍 Məkan: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi

19/06/2023

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.
Sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si mükafatçılar siyahısında yer alıb.
4 qızıl🥇və 3 bürünc🥉medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb.
Millimiz xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yeri tutub.
Komandamızın medal qazanan idmançıları:
🥇Cəfər Cəfərov (45 kq)
🥇Hacı Kərimov (55 kq)
🥇Camal Abbasov (60 kq)
🥇Yusif Dursunov (110 kq)
🥉Seyhun Əlizadə (51 kq)
🥉Mirzəağa Axundov (65 kq)
🥉İsmayıl Rəhimli (71 kq)

14/06/2023
14 İyun – Ümumdünya Qan Donoru Günüdür!KÖNÜLLÜ DONOR OLAQ VƏ HƏYAT XİLAS EDƏK!❤
14/06/2023

14 İyun – Ümumdünya Qan Donoru Günüdür!

KÖNÜLLÜ DONOR OLAQ VƏ HƏYAT XİLAS EDƏK!❤

Şuşa 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir. Bu gün yarışdan öncə maraqlı qarşıla...
13/06/2023

Şuşa 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir. Bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil edilib. Belə ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib. Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin komandası qalib gəlib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Qusar ...
12/06/2023

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Qusar rayonuna ekskursiya təşkil edilib.

Ekskursiya iştirakçıları ilk öncə Qusar Şəhidlər Xiyabanına gələrək qəhrəman vətən övladlarının məzarlarını ziyarət edərək, əziz xatirələrini yad ediblər.

Sonra onlar üçün ayrılmış istirahət mərkəzinə yollanıblar. Burada ekskursiya iştirakçıları üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, idman oyunları təşkil edilmişdir.

Ekskursiyada iştirak edən uşaqlar yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi onlar üçün maraqlı və yadda qalan olduğunu vurğulamışlar.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi və kollekti...
11/06/2023

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi və kollektivi Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayevin vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Yasamal Rayon Gənclər və İdman İdarəsi Səbail rayon Gənclər və İdman İdarəsi Nizami rayon Gənclər və İdman İdarəsi Nərimanov Rayon Gənclər və İdman İdarəsi Xətai rayon Gənclər və İdman İdarəsi Qaradağ Rayon Gii Nəsimi rayon Gənclər və İdman İdarəsi Suraxanı Rayon Gənclər və İdman İdarəsi Xəzər Rayon Gənclər Və Idman Idarəsi Binəqədi Rayon Gənclər və İdman İdarəsi

Address

Adil Babayev 5

1001

Telephone

+994124973203

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi:

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share