Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi

Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək  İctimai Birliyi Support Youth Development and Progress Public Union

10/04/2026
“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvanda tədbirlər keçirilib
12/03/2026

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvanda tədbirlər keçirilib

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvanda tədbirlər keçirilib

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabulda seminar keçirilibAzərbaycan Respu...
05/03/2026

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabulda seminar keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının tərəfdaşlığı ilə “Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” adlı layihə çərçivəsində Hacıqabul rayonunda seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənclər arasında təbliği, onun Vətənə və xalqa xidmət prinsiplərinin gənc nəslə çatdırılması, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsidir.

Layihə çərçivəsində təşkil olunan seminarda 50 nəfərdən çox gənc iştirak edib. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və ölkənin inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən və onun zəngin siyasi irsindən bəhs ediblər.

Seminar zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və onların ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçılar üçün çay-kofe fasiləsi təşkil olunub, qeyri-rəsmi mühitdə müzakirələr davam etdirilib və xatirə şəkilləri çəkdirilib.

Address

Adshikabul

Alerts

Be the first to know and let us send you an email when Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi:

Shortcuts

Share