04/08/2026
📍“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları yay düşərgəsində
🔰“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə təşkil olunan yay düşərgəsində iştirak edirlər.
⛺Düşərgənin ilk günü uşaqlar üçün maraqlı, əyləncəli və unudulmaz anlarla yadda qalıb. Onlar düşərgə mühiti və qaydaları ilə tanış olub, yeni dostlar qazanıb, müxtəlif tanışlıq oyunlarında, yaradıcı və inkişafetdirici fəaliyyətlərdə böyük həvəslə iştirak ediblər. Səmimi atmosfer və zəngin proqram uşaqların düşərgəyə tez uyğunlaşmasına və ilk gündən xoş təəssüratlar qazanmasına şərait yaradıb.
🔰Düşərgə müddətində uşaqların qidalanması, istirahəti və təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bir həftə davam edəcək proqram çərçivəsində onların asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişafı, dünyagörüşünün genişlənməsi, komanda ruhunun formalaşması və yeni təcrübələr qazanması üçün müxtəlif maarifləndirici və əyləncəli tədbirlər həyata keçiriləcək.
Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzi