17/04/2012
Xudu Məmmədov hər zaman Azərbaycanın azadlığı, bütövlüyü uğrunda savaşmış və MİLLİ AZADLIQ HƏRƏKATI-nın aparıcı simalarından biri olmuşdur! Hələ 1962-ci ildə gizli yığıncaqla "MİLLİ AZADLIQ QƏRARGAHI" yaradılmış, Oktay Rəfili onun sədri, Xudu Məmmədov isə onun müavini seçilmişdir!
Qərargahın məqsədi Azərbaycanda milli oyanışa nail olmaq və mühüm vəzifələrə azərbaycanlıları gətirmək idi. Bu fəaliyyətin nəticəsi olaraq bir neçə mühüm vəzifəyə azərbaycanlıların təyin olunmasına nail olunmuşdur!