Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Agdam
  • Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi

Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi Azərbaycan Respublikasının Ağdam rayonunda ümumi təhsil müəssisəsi

29/08/2026
06/07/2026

📌 Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

📅 2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

🎯 Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

🇦🇿 28 May – Respublika Günümüzün qüruru!          26 may tarixində Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhs...
15/06/2026

🇦🇿 28 May – Respublika Günümüzün qüruru!

26 may tarixində Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə şagirdlərimiz və müəllimlərimiz bu əlamətdar günü böyük sevinc və vətənpərvərlik ruhu ilə qeyd etmiş, Cümhuriyyətin tarixi və milli dəyərlərimiz haqqında çıxışlar etmişlər.

Şagirdlər tərəfindən vətənə həsr olunmuş şeirlər, mahnılar və ədəbi kompozisiyalar səsləndirilmiş, “28 May – Respublika Günü” mövzusunda əl işləri və plakatlar nümayiş olunmuşdur.

Bu tədbir bir daha göstərdi ki, azadlıq və müstəqillik idealları hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır.
Yaşasın Azərbaycan! Yaşasın Respublika Günü!

📌 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi12 iyun tarixində məktəbimizdə 15 İyun – Milli Qurtuluş G...
15/06/2026

📌 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
12 iyun tarixində məktəbimizdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin ictimai-siyasi sabitliyinin təmin olunması və müstəqilliyimizin qorunub saxlanılması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edilmişdir. Şagirdlər tərəfindən Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında məruzələr təqdim olunmuş, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması, onların Azərbaycan tarixinin mühüm mərhələləri barədə məlumatlandırılması olmuşdur.
Sonda Milli Qurtuluş Gününün xalqımızın taleyində mühüm dönüş nöqtəsi olduğu bir daha vurğulanmışdır.

📌11iyun 2026 -cı il tarixində məktəbimizdə “Memarlıq və Şəhərsalma İli” ilə əlaqədar maarifləndirici tədbir və şagirdlər...
15/06/2026

📌11iyun 2026 -cı il tarixində
məktəbimizdə “Memarlıq və Şəhərsalma İli” ilə əlaqədar maarifləndirici tədbir və şagirdlərin yaradıcılıq işlərindən ibarət sərgi təşkil edilmişdir.
Tədbir çərçivəsində şagirdlər tərəfindən hazırlanmış memarlıq maketləri, şəhərsalma mövzusunu əks etdirən əl işləri, rəsmlər və digər yaradıcılıq nümunələri nümayiş etdirilmişdir. Sərgidə təqdim olunan işlər şagirdlərin memarlıq sənətinə marağını, yaradıcı təfəkkürünü, estetik zövqünü və praktiki bacarıqlarını nümayiş etdirmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə memarlıq və şəhərsalma sahələrinə marağın artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və milli-mədəni irsimizə hörmət hissinin aşılanması olmuşdur.
Nümayiş etdirilən əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, şagirdlərin zəhməti və yaradıcılığı yüksək qiymətləndirilmişdir.

13 iyun 2026-cı il tarixində məktəbimizdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq təlimatlarına uyğun...
15/06/2026

13 iyun 2026-cı il tarixində məktəbimizdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq təlimatlarına uyğun olaraq “Son Zəng” tədbiri təntənəli şəkildə keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər,Ağdam rayonu İHB -nın ərazi icra nümayəndələri, məzun şagirdlər və birinci sinif şagirdləri iştirak etdilər. Birinci sinif şagirdlərinin hazırladıqları şeirlər, təbrik çıxışları və xoş arzular tədbirə xüsusi rəng qatdı, məzunlarla onların simvolik görüşü duyğulu anlarla yadda qaldı.
Çıxışlarda məzunlara gələcək həyat və təhsil yollarında uğurlar arzulanmış, onların məktəb həyatında qazandıqları nailiyyətlər vurğulanmışdır. Tədbir bədii kompozisiyalar, musiqi nömrələri və şagirdlərin hazırladıqları çıxışlarla davam etmişdir.
Sonda məzunlar üçün son zəng səslənmiş, onlara müstəqil həyat yollarında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulanmışdır.
Əziz məzunlar, məktəb illərinin ən yaddaqalan günlərindən biri olan bu gündə sizə uğurlu gələcək, yüksək nəticələr və həyatınızın hər mərhələsində müvəffəqiyyətlər arzulayırıq! 🎓🔔

https://www.facebook.com/share/p/1bbpbha2SX/
21/05/2026

https://www.facebook.com/share/p/1bbpbha2SX/

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli Respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq oldu. Qısa vaxt ərzində AXC hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdı. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.
Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında", avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı.
Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.
Xalq Cümhuriyyəti dövründə qısa zaman kəsiyində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirilmişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.
Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun milli atributlarını – bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini yüksək qiymətləndirərək demişdir:
«Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır».
Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyi keçirilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanmış və bu tarixi hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir.
Bu gün xalqımız Müstəqillik Gününü bir başqa ovqatda, fərqli hisslərlə - qalib ölkənin vətəndaşları kimi qeyd edir. Rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirlərində öz şücaətini bütün dünyaya nümayiş etdirdi. Parlaq Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan əzəli torpaqlarımızı mənfur düşmənin azad etdi. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Şanlı Ordumuzun, Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş ərazilərdə qaldırdığı üçrəngli bayrağımız tarixi və əzəli torpaqlarımızda qürurla dalğalanır.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmuşdur. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Mil...
20/05/2026

Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 20may 2026-cı il tarixində məktəbimizdə pedaqoji və xidməti işçilər arasında maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, şəffaflığın təmin olunması, etik davranış qaydalarına əməl edilməsi, qanunvericiliyin tələbləri və gənclər arasında hüquqi maarifləndirmənin gücləndirilməsi mövzularında çıxışlar edilmişdir. İştirakçılara korrupsiyanın cəmiyyətə vurduğu mənfi təsirlər barədə ətraflı məlumat verilmiş, onların hüquqi bilik və vətəndaş məsuliyyətinin artırılmasının vacibliyi vurğulanmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Məktəbimizdə gələcəkdə də bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Address

Dörd Yol-1 Qəsəbəsi
Agdam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share