Kitabxana

Kitabxana En maraqli yazilar,hekayeler, psixologiya,islam dini ve s bolmeler.

01/04/2023
Qarışqaların maraqlı mikrob təmizləmə üsuluElm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etd...
05/07/2020

Qarışqaların maraqlı mikrob təmizləmə üsulu

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkar etmişlər. İsveçli tədqiqatçılar müəyyən etmişlər ki,tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru Michel Chapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test etmiş, qatran olan və olmayan yuvalarda müşahidələr aparmışlar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilmişdir.

Bildiyimiz kimi, qarışqaların bədəni çox kiçikdir və onlar sadə bir orqanizmə sahibdirlər. Xəstəlik, mikrob və antibiotik arasındakı əlaqəni təhlil etmək isə olduqca kompleks davranışdır. Əlbəttə ki, qarışqalar xəstəlik yaradan bakteriya və ya mikroblardan xəbərdar ola bilməzlər. Elm adamları xüsusi mikroskoblar sayəsində bunları araşdıra bilirlər.
Qarışqaların qatranın xəstəliyin qarşısını alacağını bilmələri heyrətamizdir.

Onların ətrafında çox sayda bitki olmasına baxmayaraq, məhz qozalı ağaclarını seçmələri şüurlu hərəkətdir. Qarışqalar sanki hansı xəstəliyə qarşı hansı dərmanı verəcəklərini bilirmiş kimi davranırlar. Ayrıca, qarışqaların qatran toplayarkən birlikdə çalışması yuvanın ümumi sağlamlığını düşündüklərini də ortaya qoyur. Bu ağıllı davranışlar Allahın qarışqalara ilhamı ilə reallaşır. Xəstəlikləri yuvalarından uzaq tutmaq üçün qatran yığan hər bir qarışqa uca Allahın nəzarəti altındadır.

Necə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Bu xüsusiyyət sa...
21/06/2020

Necə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.

Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bundan əlavə, atların ayaqlarında sürətləndikcə sərf etdikləri gücü azaldan, bunun əvəzində hərəkət qabiliyyətlərini artıran sümük-əzələ mexanizmi var. Bu mexanizmin işləməsini avtomobillərdəki ötürücü mühərrikə bənzədə bilərik. Sürətini artıran avtomobilin sürət qutusunda növbəti sürət çarxına keçməsi kimi, atlar da sürətlərini artırdıqca bir növ növbəti sürət çarxına keçirlər. Bu yolla itələməyə sərf edilən güc azaldılır, hərəkət qabiliyyəti artır.

Bəs atların bədənləri nə üçün çox ağır yükləri daşımaq və sürətlə qaçmaq üçün dizayn edilmişdir? Ağır yük daşımaq və sürətlə qaçmaq ata fayda verən xüsusiyyətlər deyil. Elə isə bəs nə üçün atlar bu xüsusiyyətlərə malikdirlər? Cavab çox sadədir: atlara bu qabiliyyətlər özləri üçün deyil, insanlara faydalı olmaları üçün verilmişdir. Yəni atları Allah bu xüsusiyyətləri ilə insanlara xidmət etmək üçün yaratmışdır.

IMZAMIZ VE XARAKTERIMIZ İmzadan xarakter oxuma elmi - Qrafologiya, Avropa və Amerikada tez-tez müraciət edilən bir elm b...
21/06/2020

IMZAMIZ VE XARAKTERIMIZ

İmzadan xarakter oxuma elmi - Qrafologiya, Avropa və Amerikada tez-tez müraciət edilən bir elm budağdır.

Kəşfiyyat təşkilatları hadisələri təhlil etmək, böyük şirkətlər işçi almaqda məqsədəuyğun qərar vermək, pedaqoqlar şagirdlərini daha yaxşı tanıya bilmək üçün imza və yazıdan xarakter təhlili etməyə tez-tez müraciət edirlər. Bizlərdə elə də çox çox tətbiq olunmayan bu sahə, ümumiyyətlə saxtaçılıq hadisələrini təhlil etməkdə istifadə edilir.

İmzadan xarakter oxuma elminin incəlikləri:
- İmza uzun olsa adam səbirlidir.
- İmza qısadırsa insan məntiqini yaxşı istifadə edər.
- İmza iti xəttlər təşkil edirsə sahibi iti fikirli, zarafatlı, iti məntiqli və dilini qılınc kimi istifadə edən və dediklərindən çox çəkəcək bir insandır.
- İmza düzdürsə insan düz xarakterli, etibarlı, yaxşı əxlaqlı, uyğundur.
- İmzada yumruluq varsa adamda lider xüsusiyyətləri vardır.
- İmzada 3 nöqtə varsa adam iti nişançı, ovçuluğa uyğun və son söz deməyi sevəndir.
- İmzada geri çevrilmələr varsa adamın yaddaşı qüvvətlidir.
- İmza bəzəkli xəttlər təşkil edirsə sahibi gözəl sənətlərə uyğundur.
- İmza qısa və anlaşılmayandırsa sahibi nəyisə önəmsəyən deyil.
- İmzanın başı böyük hərf və gözəgəlimli başlayırsa sahibi özünə inamlı, başlanğıcda özünü yaxşı, xarizmatik tanıdandır.
- İmzanın başı, ortası və sonu böyüksə müvafiq olaraq o əvvəldə, ortada və sonda özünü yaxşı təqdim edən və yaxşı iş təqibi olan biridir.
- İmzanın sonu böyük hərflə bitirsə başladığı işləri yaxşı bitirir deməkdir.
- İmzanın baş hərfindən sonra gələn qisim incə isə sahibi incə xarakterli və romantik, qalınsa adam kobuddur və romantik deyil.
- İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt varsa adamın hədəfi böyükdür. Aşağı doğru xətt varsa adam içinə bağlıdır. Pessimistdir.
- İmza sağa əyiləndirsə sahibi sosial, diplomat; geriyə əyilmişsə qeyri sosialdır.
- İmza necə gəldi çəkilmişsə sahibi də eyniylədir. Demək olar ki tüfeyli həyat tərzi yaşayanların imzasıdır.
- İmzada 3-4 fərqli xarakter varsa adam səhnəyə daha yaxın biridir.

Maşını idarə etmə üsulunuz- haqqınızda çoxlu məlumat verir Şəkildəki sükan tutuşunuzu seçib, özünüz haqqında maraqlı şey...
21/06/2020

Maşını idarə etmə üsulunuz- haqqınızda çoxlu məlumat verir

Şəkildəki sükan tutuşunuzu seçib, özünüz haqqında maraqlı şeylər öyrənin.

1. Minimalist

Həyatınızı mümkün olduğu qədər asanlaşdırmağa çalışırsız. Lazımsız əşyalardan və lazımsız insanlardan uzaq durursuz, ünsiyyət üçün ən doğru və ürəyiaçıq insanları seçirsiz. Sizin üçün yanınızda bir neçə yaxın dostun olması daha əhəmiyyətlidir, gələcəyi olmayan münasibətlərə vaxt sərf etmirsiz. Ancaq sizin minimalist olmağınız heç də darıxdırıcı insan olduğunuza dəlalət etmir! Ətrafdakilər zövqünüzü və həyata dramatizmdan arındırılmış baxışınızı bəyənir.

2. Zarafatçıl

Beyniniz davamlı olaraq müxtəlif dəli ideyalar yaradır. Siz hər bir vəziyyətdə gülməli bir şey tapırsız. Siz çox sevimli və enerji dolu insansız. Kreativliyiniz və artistizm qabiliyyətiniz ətrafınızda çoxlu dostları toplayır. Ancaq onlar yaxşı bilir ki, sizinlə hazırcavablıqda yarışmağa dəyməz. çünki bunda sizi keçə bilməyəcəklər.

3. Sülhpərəst

Konfliktlərdən, mübahisələrdən uzaqsızı, çünki onlar sizin mənəvi tarazlığınızı pozur. Səsinizi ucaltdığınız vaxtı, yaxınlarınız təəcüblənir və vəziyyətin ciddi olduğunu başa düşür. Davaları heç sevmirsiniz, buna görə də bütün sülhpərəst qabiliyyətinizi yaxınlarınızın arasında olan küskünlüyün aradan qaldırılmasına yönləndirirsiz.

4. Perfeksionist

Xırda detallara çox əhəmiyyət verirsiniz, hər şeyin, plana uyğun getməsini sevirsiniz. Tam əminsiniz ki, bir şeyi etdiyiniz zaman onu ideal olaraq yerinə yetirmək lazımdır. Siz hər zaman səliqəli və gözəl görsənizsiniz. Sizin ideallığınız, sizi böyük uğura gətirəcəkdir. Başqaları sizin təhsildə, işdə və münasibətlərdə çatacağınız uğurlar haqda ancaq xəyal edə bilər.

5. Panikacı

Siz çox vaxt qorxularınızla mübarizə edirsiniz. Siz bütün qapıların bağlı olduğunu və ya evinizdə ümumiyyətlə olmayan ütünün sönrdüyünüzü yoxlamaq üşün evə bir neçə dəfə qayıda bilərsiniz. Risk etməyi heç sevmirsiniz və ancaq sınanmış və etibarlı üsullardan istifadə edirsiniz. Sizin qohumlarınız və yaxınlarınız sizi çox sevirlər və sizə daima kömək etməyə çalışırlar, çünki bilirlər ki, əminsizliyinizin arxasında əla bir insan gizlənir.

6. Macərapərəst

Risk və adrenalini çox sevirsiniz. İncə xətt üstündə yeriməyi xoşlayırsınız, eyni zamanda hesab edirsiniz ki, həyatı maksimal sürətdə yaşamaq lazımdır. Siz hələ də paraşüt elə ya da banci ilə atlamamısınızsa, - bu ekstrim sizin çox xoşunuza gələcəkdir. Məhəbbət haqqında danışacaq olsaq, burada da siz özünüzü hisslərə buraxa hazırsınız. Əlbəttə ki, dostlarınız sizin tükənməz enerjinizə heyran qalırlar və hər zaman sizə qoşulmaya bilərlər. Ancaq sizin “həyatı tam yaşamaq” kredonuz onların gözlərində hörmətinizi artırır.

7. Boss

Siz anadangəlmə lidersiz. Situasiyanı ələ almaq, onu dəqiq və əmin idarə etmək qabiliyyətiniz var. Ətrafdakilər sizə kömək və məsləhət üçün müraciət edirlər. Sizin özünüzə əmin olduğunuzdan dolayı onlar da sizə etibar edirlər. Sizi tez-tez təşkilati və liderlik qabiliyyətinizə görə tərifləyirlər. Münasibətlərdə siz, ola bilsin, sizi tamamlayan insanı tapmaqda çətinlik çəkə bilərsiniz. Ancaq belə bir adamı tapandan sonra başa düşərsiniz ki, gözləməyə dəyərdi.

8. Etibarlı

İnsanlar sizi sevir. Siz — ailənizə və dostlarınızə həmişə çox böyük dəstək olursuz. Siz ürəksən başqaların uğurlarına sevinən və başqa insanlara heyranlığınızı gizlətməyən insansınız. Siz əla dinləyinisiniz, buna görə də sizə insanlar tez-tez məsləhət almaq üçün müraciət edir. Divarları aradan qaldıran tip deyilsini, arada inisiativi başların ələ almağa imkan yaradırsız. Onlar həyatın çətinlikləri ilə mücadilə edənə kimi siz, dünyanın səs-küyündən uzaq dincələrək həyatı olduğu kimi qəbul edirsiniz.

9. Pofigist

Sizin həyata qarşı olan baxışınıza paxıllıq etmək olar. Heç bir şey ilə başınızı ağrıtmırsınız və ətrafdakilər elə düşünə bilər ki, dünya vecinizə deyil. Həyatın ən çətin anlarında belə siz əminkil və təmkinliklə dolusunuz. Hər gün sizin üçün bayramdır. Dostlarınız və yaxınlarınız əylənməy istədikləri zaman sizə qoşulmağı arzulayırlar.

10. Tank

Siz hər zaman məşğulsunuz və qarşınıza çıxan maniyələrə vaxt itirməyə həvəsiniz yoxdur. Problemi incə yollarla həll etməkdənsə, divarları sındıraraq düm-düz keçməyi seçirsiz. Ətrafdakilər sizin düzlüyünüzü və əzminizə heyrandır. Dostlar sizə hər zaman hər bir vəziyyətdə etibar edirlər. Siz daim hərəkətdəsiniz və mütləq hər bir işdə müvəffəqiyyət qazanacaqsınız.

Öyrənməli olduğunuz ən faydalı ikinci dil hansıdır? Tutalım ki, bir xaric dil bilirsiniz, amma öyrənməli olduğunuz 2-ci ...
15/04/2020

Öyrənməli olduğunuz ən faydalı ikinci dil hansıdır?

Tutalım ki, bir xaric dil bilirsiniz, amma öyrənməli olduğunuz 2-ci Xarici dil hansı ola bilər? Yəqin ki, bir dili öyrənib, ona öyrəşdikdən sonra yeni bir dil öyrənmə istəyi sizdə də olub. Gəlin indi hansı dili öyrənmək faydalıdır, ona nəzər salaq.
Həyatınızdakı məqsədə görə dəyişə bilər.
– Həmişə ticarət ilə məşğulsunuzsa, Çin dilini öyrənmək Asiya bazarında çox işinizə yaraya bilər.
– Enerji sektorundasınızsa, ölkəmizdə də ən çox danışılan ikinci dil rus dilini öyrənə və ya təkmilləşdirə bilərsiniz.
– Dünyanın harasına gedirsinizsə, gedin ən az 2 insandan birinin mütləq bildiyi billərdən biri də ispan dilidir.
– Çox xüsusi insanların arasında yer almaq istəyirsinizsə, Skandinav dillərini öyrənin.
– Avtomobil sənayesində işləyirsinizsə, alman dilini öyrənin.
– Musiqi və incəsənətlə maraqlanırsınızsa, italiyan dilini öyrənmək sizə faydalı olacaq.
Dillərin aid olduğu ailələr
Məsələn, Azərbaycanda əgər siz fransız dili, ispan dili, italiyan dili, alman dili, ingilis dili, ərəb dili, ibranicə və farca bilirsinizsə, Azərbaycan dili ilə birlikdə 9 il bilmiş sayılırsınız. Amma bu dillərə Avropada başqa cür baxılır, yəni toplam 5 dil bilmiş sayılırsınız. İlk olaraq, fransız, ispan və italiyan dillərini bilirsinizsə, (hind-avropa/avropa/latın), ikinci alman və ingilis dili (hind-avropa/ alman) üçüncü ərəbcə və ibranicə, dördüncü farsca və beşinci azərbaycanca (türk dilləri).
Sizə həmçinin maraqlı gələ bilər: Xarici dil öyrənərkən nələrə diqqət etməliyik?
Yəni qısaca avroplalılar eyni dil ailəsinə aid olan dillərə bir dil olaraq baxırlar. Yəni siz fərqli bir dil öyrənmək istəyirsinizsə, bildiyiniz xarici dilin mənsub olduğu ailənin deyil, başqa dil ailəsindən dil öyrənməyə üstünlük verə bilərsiniz.
Əhali çoxluğuna görə seçilməməlidir
1.İlk olaraq yuxarıda qeyd etdiyimiz kimi seçdiyiniz işə uyğun olmalıdır.
2. Üçüncü dünya ölkələrinin dillərinə tələb çox azdır və çox nadir hallarda öyrənənlər olur.
3. İqtisadiyyatı güclü ölkələrin dillərini öyrənməyə çalışın.
4. İrəlidə yaşamağı planladığınız ölkənin dilini öyrənin. Məsələn, Rusiyaya getmək istəyisinizsə, rus dilini öyrənin. Hind dili filan öyrənməyinizə isə gərək yoxdur, hindlilərin çox ingilis dilini çox yaxşı bilir.

azedu.az

Etdiyin yaxşılıq yerdə qalmaz.. Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu varlı oğlan gənc bi...
08/04/2020

Etdiyin yaxşılıq yerdə qalmaz..

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu varlı oğlan gənc bir qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi. Onun bir əli şikəst idi. Bunu görən qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər.
Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir:
— İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver.
Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxt ilə çox adlı-sanlı adam idi. Lakın o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qaldı. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danışır.
— Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim. Bir dilənçi gəldi, məndə ona bir toyuq verdim, içinədə qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik şəhərdən qovub əlimi kəsdi.
Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda oğlan belə deyir:
— Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsiylə mən varlandım.

Günəşin nağılı Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq ç...
06/04/2020

Günəşin nağılı

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri - adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:
- Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər. Dedilər:
- O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
Tovuzquşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu:
- Kimsən, nə istəyirsən?
- Mən Tovuzquşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx işlər çətinə düşüb.
- Kimin işidir, çətinə düşən?
- Lap elə mənim. Qaranlıqda Qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür.
Günəş hirsləndi.
- Deməli mən sənin quyruğuna lazımam. Rədd ol, burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm.
Tovuzquşu əliboş qayıtdı. Sonra Günəşin yanına Bülbülü göndərdilər. Hamı düşünürdü, onun qəşəng səsi var. Günəşi birtəhər razı salar.
Doğrudan da Günəş Bülbülün nəğməsini eşidəndə həyəcanlandı, köks oturdu, yuxulu-yuxulu dedi:
- Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa, söylə, səninçün hər şeyə hazıram.
- Xahiş edirəm, dünyanı işıqlandırın. Qoy gecə qurtarsın.
Günəş maraqla soruşdu:
- Məgər sən gecələr mahnı oxuya bilmirsən?
- Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gün də səhər açılmasa, səsim tutulacaq.
Günəş onun sözündən pərt oldu. Deməli mən yalnız ondan ötəri yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs, öz istirahətim necə olsun? Rədd ol, burdan. Bülbül də kor-peşiman geri qayıtdı.
Bu dəfə Günəşin yanına Tutuquşunu göndərdilər. O, dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı:
- Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm.
Günəş cavab vermədi. Qorxdu ki, Tutuquşu onun özünü də yamsılayar.
Tutuquşu da yerə əliboş qayıtdı. Elə bu vaxt Xoruz xahiş etdi ki, Günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmırdı. Deyirdilər ki, Xoruz gözəl deyil, sədi kobuddur. Amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səksənib ayıldı. Az qala yıxılacağdı. Yorğanı üstündən düşdü, bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdur qışqırdı: - Bu kimdir? Menim evimdə nə gəzirsən?
- Quqqulu qu, quqqulu qu, oyan, ay tənbəl, öz vəzifəni bilmirsən?
Günəş gərnəşdi.
- Nə vəzifə?
- Axı sənin vəzifən işıq saçmaq, yeri qızdırmaqdır. Sənsiz yer üzündü həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər.
Günəşin gözləri doldu.
- Mən onsuz da ömrüm boyu əbəs işləmişəm, heç kəs qədrimi bilmir. Mənə qiymət vermir. Tovuzquşu ancaq quyruğunu xidmət edir, Bülbül öz nəğmələrinə qulaq asır, Tutuquşu da ağılsızın biridir.
Xoruz onunla razılaşmadı. Dedi:
- Ey, tənbəl Günəş, sən adamları unutmusan. Axı onlar sənsiz yaşaya bilməz
Günəş təəccübləndi.
- Adamlar nəyimə gərəkdir? Guya onlar olmasa, işığım, hərarətim azalacaq.
- Bəs necə? Adamlar olmasa, rəngin solar. Səhər çağı sənin şuaların şehli otların, sünbüllərin, çəmənlərin üzərinə düşüb bərk vurur, çoxalır. Bəs, torpağı əkib becərən, yaşıllaşdıran kimdir?
Günəş dedi:
- Əlbəttə adamlar.
- De görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? - Adamlar qazıb. Bundan nə olsun ki?
- Sən məşhur bir məsəli unutmusan. Qulaq as, gör orda nə deyilir? Ayın əksi göllərə düşür, Ulduzlar sayrışır, hər quyuda Günəşin şəkli görünür.v Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi:
- Qadınlar bulaq başında toplaşanda sən onların kuzəsində (bardağ) əks edirsən. Yaxşı deyiblər, göydə bir Günəş var, yaxşı ev sahibinin isə kuzəsi bir Günəşdir.
Günəş onunla razılaşdi.
- Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir.
- Onda rəngin solacaq, sönüb gedəcəksən. Lap kotan kimi. Yadındadır kəndlinin kotanı da işsiz qaldıqından tamam pas atmışdı.
- Elədir, elədir, sən haqlısan.
- İndi gördün, adamlar olmasa, dünyaya zülmət çökər. Sən isə insan əli ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən.v Günəş fikrə getdi:
- Ay xoruzz, nəğmələrin çox şirindir, ancaq başa düş ki, mən özümçün yaşamaq, dincəlmək istəyirəm.
- E, e, e, tənbəl Günəş, yalnız özü üçün yaşayan hər kəs, başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər, yaxşı da dincəlir.
Günəş yataqdan qalxdı, var-qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri Xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O, əvvəlcə üzünü Günəşə tutub deyir:
- Quqqulu qu, quqqulu qu, oyan, işə başlamaq vaxtıdır. Sonra o, torpağa müraciət edir. Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver. Xoruz üçüncü mahnısını adamlar üçüm oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir, oyanın.

Dünyanın ən sürətli heyvanları Dünyada ən sürətli heyvan şahindir.Dünya texnoloji cəhətdən nə qədər inkişaf etsə də, həl...
26/03/2020

Dünyanın ən sürətli heyvanları

Dünyada ən sürətli heyvan şahindir.

Dünya texnoloji cəhətdən nə qədər inkişaf etsə də, hələ ki, şahinin sürətini tam dəqiqliklə ölçə biləcək texnologiyaya sahib deyil.

Ən sürətli heyvanların top ON-luğu:
10. Ceyran maksimum sürət: 80 km/saat
9. Aslan maksimum sürət: 87 km/saat
8. Antilop maksimum sürət: 88 km/saat
7. Atlantik Qılınc balığı maksimum sürət: 96 km/saat
6. Amerikan Antilopu maksimum sürət: 97.6 km/saat
5. Yaquar maksimum sürət: 100 km/saat
4. Qalxan balığı maksimum sürət:
108.8 km/saat
3. Çita maksimum sürət: 115.8 km/saat
2. Ebabil quşu maksimum sürət: 169.6 km/saat
1. Şahin maksimum sürət: 389 km/saat


agroexpert.az

Üz Şəklinizə Görə Xasiyyətinizi ÖyrəninAlın, burun, çənə, qaş, göz və dodaqlar xarakteriniz haqqında məlumat verir.Üz tə...
26/03/2020

Üz Şəklinizə Görə Xasiyyətinizi Öyrənin

Alın, burun, çənə, qaş, göz və dodaqlar xarakteriniz haqqında məlumat verir.
Üz tərziniz xarakterinizi ortaya qoyur!
Üz şəkiliniz əslində xarakteriniz haqqında bir çox ipucu verir.
Doqquz fərqli üz şəkli və bu üz şəkillərinə malik insanların xarakterik xüsusiyyətlərinin yer aldığı üz şəklinə görə xarakter analizinə baxıb xarakter təhlili edə bilərsiniz.
1- Uzun sifət şəklinə görə xarakter analizi
Uzun üzə sahib olan qadınlar ümumən bədən olaraq da uzun cizgiləri, atletik görünüşləri ilə diqqət çəkərlər. Çox işgüzar kimi ön plana çıxırlar.Özündən razılıq,lider olma istəyi vardır bu insanlarda və ailələri ilə ,həyatlarındakı insanlarla problemli münasibətlər yaşayırlar. Nizamsız bir ruh halı tez-tez görülən hallardandır. Bu nizamsızlıqları potensiallarını göstərə bilməmələrinə səbəb olur.
2- Oval üz formasına görə xarakter analizi
Ümumiyyətlə balanslı bir ruh halına sahib olan oval üzlü qadınlar, cazibələriylə ətraflarında tez diqqət çəkirlər.Demək olar ki olduqları mühitin ən diqqətçəkən adamı olurlar.Kənardan çox maraq görmələri onları tez zəif düşən obrazlara çevirir. Vərdiş olduqları münasibəti görmədikdə təhlükəli olurlar və özlərinə zərər verə bilirlər.
3- Girdə üz şəklinə görə xarakter analizi
Həssas və digər tənqidləri çox yüksək olan yumru sifət qadınlar arzulu və istəkli olaraq tanınırlar.Uzun və stabil bir münasibət üçün girdə üz xətlərinə malik qadınlar kəsilmiş uzun don kimidilər. Duyğuları incinirsə zərər görməmək üçün özlərinə sərt bir qabıq hörürlər.
4- Dördbucaqlı üz formasına görə xarakter analizi
Hökmran və sərt olan dördkünc sifətli qadınlar ümumiyyətlə siyasətə üz tuturlar, ya da iş həyatında istəkli obrazları ilə diqqət çəkirlər.Hissləri ilə hərəkət edirlərsə melanxoliyaya çatan davranışlar nümayiş etdirə bilirlər ancaq məntiqləri daha üstün olarsa sərt təbiətli bir rəhbərə çevrilirlər.
5- Kvadrat üz formasına görə xarakter analizi
Ağılları ilə digər qadınlardan çox fərqlənirlər.Analitik düşüncə quruluşları onlara istədiklərini qazanmaq yolunda üstünlük qazandırır.Əgər üstün ağıllarıyla istədiklərini əldə etməsələr dalaşqan olurlar.
6- Üçbucaq üz formasına görə xarakter analizi
Ümumilikdə intellektual xarakterləriylə önə çıxırlar. Yaradıcılıq məsələsində fərqlərini hiss etdirirlər və ümumiyyətlə boşluğu doldurulmayacaq tərzdə izlər buraxırlar.
7- Almaz üz şəklinə görə xarakter analizi
Almaz üzə sahib qadınlar tam bir sabitlik abidəsidir. Həyatları boyunca templi bir iş rejimini tərəddüd etmədən davam etdirə bilərlər.Duyğusal boşluqları, ya da özlərini məcbur etmə ambisiyaları yoxdur. Dözümlü və iradəli olmalarıyla tanınırlar.
8- Tərs üçbucaq üz formasına görə xarakter analizi
Xarakter olaraq kişilər üçün potensial təhdid olaraq görülürlər. İstədiklərini əldə etmək üçün kişiləri istifadə etmə məsələsində fitri qabiliyyətə malikdirlər və ümumilikdə həmcinsləri tərəfindən sevilməzlər.Böhran idarəçiliyində çox uğurlu olduqları kimi təhlükəli vəzifələrin altından qalxma potensialları vardır. Sanki agentlik, cəsusluq üçün yaradılıblar.
9- Qəlb üz formasına görə xarakter analizi
Alınlarındakı saçların quruluşu səbəbiylə üzləri bir qəlbi xatırladan qadınlar ümumiyyətlə dürüstlükləriylə ön plana çıxırlar. Saf və duru gözəlliyin təmsili olan bu qadınlar, içlərində də bir o qədər təmiz bir xarakter saxlayırlar. Zaman zaman saflıqları onları çətin vəziyyətə də sala bilər ancaq hər kəsin kürəyini asanlıqla dirəyə biləcəyi qədər güvənilən insanlardır.

TƏRCÜMƏ ETDİ: KAMİLLA BAYRAMLI

cazibe.info

Psixoloji taktikalar Bu üsullar instinktiv sfera və şüuraltı ilə baglı olduğu üçün əksəriyyət hallarda özünü dogruldur.(...
24/03/2020

Psixoloji taktikalar

Bu üsullar instinktiv sfera və şüuraltı ilə baglı olduğu üçün əksəriyyət hallarda özünü dogruldur.(Təcrübədə dəfələrlə sınaq olunub)
1.Adamlar qrup halında gülərkən, hər kəs bu qrupda daha çox simpatiya bəslədiyi adama nəzər salır.Yaxud, xoşuna gələn və yaxın münasibət qurmaq istədiyi adama.
2.Məsuliyyətli iş öncəsi əsəbi vəziyyət yaranıbsa,saqqız çeynəyin.Bu əsəb halını yüngüləşdirməyə kömək edəcək.Çünki orqanizm qida qəbulunu təhlükəsizlik hissi ilə asossasiya edir.
3.Tanışlardan kimsə əsəbləşib üstünüzə qışqırısa,ona adekvat tonla cavab verməyin.Sakit cavab verin,ya da heç cavab verməyin.Cavabsız qalan sonradan bu hərəkətinə görə peşman olur.Çox güman ki,etdiyi hərəkətə görə sonradan üzr istəyəcək.
4.Həmsöhbətin sizin suala verdiyi cavabın natamam,yaxud qeyri-dəqiq olduğunu hiss edirsizsə,sualı təkrar verməyin, sadəcə gözünün içinə baxın.Belə olan halda adam yüksək ehtimalla öz cavabını tamamlamağa,əlavələr etməyə başlayacaq.
5.Emosiyaların mimikalara təsiri birtərəfli deyil.Mimikalar da emosiyalara təsir edə bilir.O deməkdir ki,məsələn, məclisdə istəmədiyiniz halda üzünüzdə süni təbəssüm yaradırsızsa,bu halın bir neçə dəfə təkrarlanması sizin əhvalınızın yaxşılaşmasına səbəb olacaq.Başqa sözlə, təkrarlanan süni mimika onun bağlı olduğu emosiyanı oyadır.
6.Müəyyən bir adamla tez-tez görüşməli olursuzsa,və bu münasibəti saxlamaq sizin üçün əhəmiyyətlidirsə(amma həmin adamdan xoşunuz gəlmirsə), onunla hər görüşəndə süni mehribanlıq etsəz, bu hal bir neçə dəfə təkrarlandıqdan sonra əsl mehribanlığa çevriləcək.
7.Söhbət zamanı “məncə”, “mənə elə gəlir ki”, “mənim fikrimcə” və bu kimi digər ifadələrdən yersiz istifadə etməyin.Onsuz da başa düşülür ki, dedikləriniz sizin fikirlərinizdi. Belə ifadələr işlətməklə özündən müştəbeh adam təsiri yaradırsız.
8.Müsahibə verərkən,elə təsəvvür edin ki, müsahibə götürən adam sizin köhnə dostunuzdur, çoxdan görüşmürdüz, indi rastlaşmısız. Bununla şüuraltına təsir edə, həyəcandan qurtula, özünüzü sərbəst hiss edə bilərsiz.
9.Bir adam bundan öncə sizin nisbətən əhəmiyyətli bir xahişinizi yerinə yetirməkdən imtina edibsə (yaxud güzəşt etməyibsə), ikinci və daha az əhəmiyyətli xahişinizi də yerinə yetirməkdən (yaxud güzəşt etməkdən) imtinaya meyllidir. Halbuki, ondan ilk xahişiniz sonuncu dəfə xahiş etdiyiniş şey olsaydı, xırda əhəmiyyətli olduğuna görə çox güman ki bunu yerinə yetirərdi.
10.Stress yaradan halları özünüz üçün imtahan kimi qəbul edə bilsəz, stressin neqativ effekti azalacaq. Başqa sözlə, stressli şəraitdə bunun bir imtahan olduğunu özünüzə təlqin edin.
11.İnsanlar bir çox hallarda hansısa bir işə həqiqətən qadir olduqlarını başqaları üçün inamlı şəkildə nümayiş etdirə bilmirlər. Hansısa bir işə qadir olduğunuzu qəti şəkildə nümayiş etdirə bilsəz, adamları öz ətrafınıza cəzb edə biləcəksiz.
12.Adamlarla tez-tez görüşləriniz olursa (məsələn, idarənin qəbul otağında),arxa tərəfdə güzgü olması işə yarayır. Görüşdüyünüz adamlar özlərinə güzgüdə baxır, buna görə də, güzgüsüz halda ola biləcəyindən daha nəzakətli olmağa çalışırlar. Çünki normal adamlar güzgüdə özünü p*s sifətdə görmək istəməz.
13.İclas yaxud toplantı zamanı kimdənsə sərt tənqid gözləyirsizsə, həmin adamla yanaşı (yaxın) oturacaqda özünüzə yer seçsəz, onun gözlənilən aqressiyasını azaldacaqsız.
14.İlk görüşü həmişə elə yerlərə təyin edin ki, həmin yer daha çox müsbət emosiyalar yaratsın..Bununla həmin görüş yaddaşda daha canlı, unudulmaz, xoş xatirə kimi qalacaq.
15.İlk görüş zamanı adamın gözlərinin içinə baxmaqla, onun göz rəngini özünüz üçün təyin edin.Bu informasiya beyinin müvafiq şöbələrinə ötürülməklə, sizə yardım edə bilir. Daha doğrusu, həmin adam sizinlə uzun müddətli münasibətə layiq biridirsə,münasibətlərin qurulması sürətlənəcək, layiq deyilsə,bu adamla münasibətdən vaxtında vaz keçməyə yardım edəcək.


cazibe.info

Address

Agdam

Website

Alerts

Be the first to know and let us send you an email when Kitabxana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category