Ağdaş Tarix Diyarşünaslıq Muzeyi

Ağdaş Tarix Diyarşünaslıq Muzeyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağdaş Tarix Diyarşünaslıq Muzeyi, Government Organization, Heydər parkı, Agdash.

08/11/2025
Ağdaş şəhər Nizami Gəncəvi adına 2 saylı məktəbin şagirdləri Zəfər günü münasibəti ilə Ağdaş Tarix Diyarşünaslıq Muzeyin...
07/11/2024

Ağdaş şəhər Nizami Gəncəvi adına 2 saylı məktəbin şagirdləri Zəfər günü münasibəti ilə Ağdaş Tarix Diyarşünaslıq Muzeyini ziyarət etdilər.

Uşaq Gənclər İnkişaf Mərkəzi bacarıqlı əllər dərnəyinin müəllim və şagirdləri Zəfər günü münasibətilə muzeyə ekskursiyay...
07/11/2024

Uşaq Gənclər İnkişaf Mərkəzi bacarıqlı əllər dərnəyinin müəllim və şagirdləri Zəfər günü münasibətilə muzeyə ekskursiyaya gəlmişdirlər.

06 noyabr 2024- çi il tarixdə Agdaş Tarix-Diyarsunasliq Muzeyinin və Ağdaş Dövlət Rəsm Qalereyasının birgə təşkilatcilig...
06/11/2024

06 noyabr 2024- çi il tarixdə Agdaş Tarix-Diyarsunasliq Muzeyinin və Ağdaş Dövlət Rəsm Qalereyasının birgə təşkilatciligi ilə Zəfər günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə M.Seyxzadə adına THT fənləri təmayullü gimnaziyanın şagirdləri də iştirak edirdilər.Oncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tarix- Diyarsunasliq Muzeyinin söbə müdiri Leyli Abdullayeva və Rəsm Qalereyasının direktoru Fidan Səfixanova Vətən müharibəsindəki qələbənin qazanılmasında Azərbaycan oğullarının göstərdiyi şücaətdən danişmislar. Sonda Qalereyanın rəssamı Taleh Salehovun rəsm əsərlərinə baxiş keçirilmisdir.

Bildiyimiz kimi,Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-c...
01/11/2024

Bildiyimiz kimi,Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.Sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.
Strategiyanın prioritet istiqamətləri arasında uşaq hüquqlarının təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların problemlərinin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə mütəxəssislərin hazırlanması, uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, çətin şəraitdə yaşayan uşaqların aşkarlanması və onlar barəsində təxirəsalınmaz sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu sərəncamın öhdəliklərini nəzərə alaraq Ağdaş Tarix Diyarşünaslıq Muzeyi də maarifləndirici tədbirlər keçirməyə davam edir.Növbəti tədbir Ağdaş şəhər B.Nəbiyev adına 3 nömrəli tam orta məktəbdə baş tutmuşdur.Muzeyimizin şöbə müdiri Fatimə Yusifova IX-sinif şagirdləri qarşısında “Uşaq Hüquqları Aylığı”elan olunması və bu sərəncamın mahiyyəti ilə bağlı geniş mühazirə ilə çıxış etmişdir.

Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin bu günkü ziyarətçiləri məktəblilər oldu.
29/10/2024

Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin bu günkü ziyarətçiləri məktəblilər oldu.

24.10.2024-cü il tarixdə Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları 44-günlük ll Qarabağ döyüşlərində haqqın dərgah...
24/10/2024

24.10.2024-cü il tarixdə Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları 44-günlük ll Qarabağ döyüşlərində haqqın dərgahına qovuşmuş şəhid Elvin Eldəniz oğlu Məmmədovun evində olmuşlar.Şəhidin valideynləri ilə görüşən əməkdaşlarımız onlara təsəlli vermiş,onun əziz xatirəsini yad etmişlər.
Biz şəhidlərimizi daim xatırlayacağıq!

Bu gün Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin qonaqları Ağdaş şəhər B.Nəbiyev adına 3 nömrəli tam orta məktəbin 4A sinfinin...
23/10/2024

Bu gün Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin qonaqları Ağdaş şəhər B.Nəbiyev adına 3 nömrəli tam orta məktəbin 4A sinfinin şağirdləri olmuşlar.”Tarixi mənbələr” mövzusunda açıq dərslərini muzeyimizdə təşkil edən şagirdlər tarixi eksponatlar haqqında məlumat toplamış,maraqlı bir gün keçirmişlər

18 oktyabr 2024-cü il tarixdə Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin qonaqları Ağdaş Uşaq və Gənclərin İnkişafı Mərkəzinin ...
18/10/2024

18 oktyabr 2024-cü il tarixdə Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin qonaqları Ağdaş Uşaq və Gənclərin İnkişafı Mərkəzinin nümayəndələri olmuşdurlar.

18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə Ağdaş Tarix Diyarşünaslıq Muzeyi və Ağdaş Dövlət Rəsm Qalereyasının b...
18/10/2024

18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə Ağdaş Tarix Diyarşünaslıq Muzeyi və Ağdaş Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ağdaş GİKM-nin nümayəndələri,Ağdaş Dövlət Rəsm Qalereyasının, Ağdaş Gənclər İdman İdarəsinin və Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin Ağdaş rayon Mədəniyyət mərkəzinin nümayəndələri iştirak etmişdirlər.Tədbiri muzeyimizin əməkdaşı K.Əhmədova”Müstəqilliyimiz əbədidir və daimidir”adlı məruzə ilə çıxış edərək açmışdır.Sonra Müstəqilliyin bərpası gününə həsr edilmiş rəsm sərgisinə baxış keçirildi və şağirdlər Fəxri fərmanla təltif edildilər.

Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində m...
18/10/2024

Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” Azərbaycan Respublikasında uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edir.
Bu öhdəliklər çərçivəsində Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin həyata keçirdiyi tədbirlər davam edir.17 oktyabr 2024-cü il tarixdə muzeyin əməkdaşı Pərvin Rüstəmova Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziyanın şağirdləri ilə görüşüb,onların qarşısında ,,Məkrəblilər arasında yayılmış narkomaniyayla mübarizə”mövzusunda marifləndirici mühazirə ilə çıxış edib.

16 oktyabr 2024-cü il tarixdə Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin ziyarətçiləri yenə məktəblilər oldu.Ağdaş şəhər M.Şeyx...
17/10/2024

16 oktyabr 2024-cü il tarixdə Ağdaş Tarix Diyarşünaslıq Muzeyinin ziyarətçiləri yenə məktəblilər oldu.Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziyanın 6-cı sinif şağirdləri,ekskursiyaçımız Sevda Məmmədova tərəfindən muzeyimizin eksponatları haqqında tam məlumatlandırıldılar.Şagirdlər bu maraqlı görüş üçün əməkdaşlarımıza təşəkkür etdilər.

Address

Heydər Parkı
Agdash

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdaş Tarix Diyarşünaslıq Muzeyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share