Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Yeni yaradıcı istiqamətlər üzrə qəbul üçün müraciətlərin qəbul edilməsi 10 sentyabr 2026-cı il tarixinədək uzadıldı!
05/09/2026

Yeni yaradıcı istiqamətlər üzrə qəbul üçün müraciətlərin qəbul edilməsi 10 sentyabr 2026-cı il tarixinədək uzadıldı!

🎻 Sizə gözəl bir xəbərimiz var!Kamança tarixində ilk: Azərbaycanda yeni dövlət standartı qəbul edildi.Ölkəmizdə ilk dəfə...
05/09/2026

🎻 Sizə gözəl bir xəbərimiz var!

Kamança tarixində ilk: Azərbaycanda yeni dövlət standartı qəbul edildi.

Ölkəmizdə ilk dəfə olaraq kamança və kamança ailəsinə aid milli simli musiqi alətləri üçün vahid dövlət standartı müəyyənləşdirilib.

AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” standartı alətlərin konstruksiyası, əsas ölçüləri, istifadə olunan materiallar, texniki göstəriciləri, markalanması, qablaşdırılması və saxlanmasına dair tələbləri müəyyən edir.

Yeni standart kamançanın hazırlanması və keyfiyyətinin qiymətləndirilməsində vahid yanaşmanın tətbiqinə, milli musiqi alətimizin ənənəvi xüsusiyyətlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

Standart Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən, Mədəniyyət Nazirliyinin bazasında yaradılmış “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitəsinin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub.

Milli musiqi irsimizin qorunması və inkişafı istiqamətində daha bir mühüm addım. 🇦🇿

Ətraflı: https://competition.gov.az/az/post/1341/olkede-ilk-defe-kamancaya-dair-yeni-dovlet-standarti-qebul-edilib

Mədəniyyət naziri Adil KərimliNaxçıvanda vətəndaşları qəbul edəcək.Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə...
02/09/2026

Mədəniyyət naziri Adil Kərimli
Naxçıvanda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il sentyabrın 18-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib Mərkəzi icra hakimiyyəti orqanları ...
27/08/2026

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullar zamanı vətəndaşların müraciət və təklifləri dinlənilir, müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

27/08/2026
26 avqust — Laçın Şəhəri Günü çərçivəsində geniş konsert proqramı keçirilib.Həkəri çayının sahilində qurulmuş böyük səhn...
27/08/2026

26 avqust — Laçın Şəhəri Günü çərçivəsində geniş konsert proqramı keçirilib.

Həkəri çayının sahilində qurulmuş böyük səhnədə təqdim olunan konserti doğma yurda qayıtmış Laçın sakinləri, mədəniyyət nümayəndələri və şəhərin qonaqları izləyiblər.

Tanınmış incəsənət nümayəndələrinin ifasında “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar səsləndirilib.

Bayram konsertində həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Uzundərə”, “Vağzalı-Mirzəyi”, “Yallı” və digər milli rəqs nümunələri təqdim olunub.

Vətənpərvərlik ruhlu musiqi və rəqs nömrələri əsasında hazırlanan proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Laçında “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunubLaçın Şəhəri Günü çərçivəsində avqustun 26-da Həkəri...
26/08/2026

Laçında “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub

Laçın Şəhəri Günü çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində Füzuli Dövlət Dram Teatrının “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.

Obrazları Günay Çobanzadə (Ana keçi), Xurşud Babayeva (Şəngülüm), Püstə Əhmədova (Şüngülüm), Gülgəz Soltanova (Məngülüm), Vüsal Həsənov (Qoca Canavar), Vüqar Babayev (Canavar) və Sahilə Abbasova (Qaz, Dəmirçi) canlandırıblar.

Səhnə əsərinin əsas ideyası uşaqlara böyüklərin sözünü dinləməsi, ehtiyatlı və düşüncəli davranmasının vacibliyini aşılamaqdır. Düşünülməmiş addımlar və yadlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, tamaşa uşaqlarda məsuliyyət hissini gücləndirir və onları daha diqqətli olmağa çağırır. Birlik və həmrəylik kimi ideyaları da əks etdirən tamaşa böyük maraqla qarşılanıb.

“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri26 avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Naz...
26/08/2026

“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri

26 avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçiriləcək.

Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb.

Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir.

Peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir.

Layihənin əsas hədəfləri mədəni irsimizin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.

Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərinə («Dayanıqlı şəhərlər və icmalar», «Məsuliyyətli istehlak və istehsal», «İqlim üzrə fəaliyyət» istiqamətləri) də xidmət edir.

Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

26/08/2026
26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam...
26/08/2026

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam irsimizi qürurla yaşadırıq.

Address

Heyder Əliyev Prospekti 72
Agdash
0300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994202355619

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi:

Shortcuts

Share