Ağdaş rayonu üzrə gənclər və idman sektoru

Ağdaş rayonu üzrə gənclər və idman sektoru Ağdaş rayonu üzrə gənclər və idman sektorunun rəsmi Facebook səhifəsi.

Ağdaş Rayon Gənclər İdman İdarəsi 1994-cü ildən fəaliyyət göstərir.Azərbaycan Respublikasının gənclər və idman siyasətini rayonumuzda yerinə yetirilməsini təmin edir.

03/09/2026

📢 “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun region mərhələsi keçiriləcək!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş, Mərkəzi Aran regionu üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyun keçiriləcək.

📍 Mingəçevir Gənclər Evi
📅 Tarix: 22 sentyabr 2026-cı il
🕙 Saat: 10:00

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini müsabiqədə iştirak etməyə dəvət edirik!

📝 İştirak üçün aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçə bilərsiniz:
🔗 https://forms.gle/cKYmVcvzxTUABegB7

31/08/2026
▶️26 avqust 2026-cı il tarixində Ağdaş rayonunda yerləşən “Sağlam məhəllə”də Ağdaş rayonu üzrə gənclər və idman sektorun...
26/08/2026

▶️26 avqust 2026-cı il tarixində Ağdaş rayonunda yerləşən “Sağlam məhəllə”də Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman həyətimdə” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilmişdir.
✅Tədbirin əsas məqsədi əhalinin, xüsusilə də uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, idmanın kütləviliyinin artırılması və fiziki fəallığın təbliğindən ibarət olmuşdur.

📌 Ağdaşda “Sağlam və yaradıcı gənclik” festivalı keçirilibAvqustun 20-də Ağdaş rayonu üzrə gənclər və idman sektoru, Ağd...
23/08/2026

📌 Ağdaşda “Sağlam və yaradıcı gənclik” festivalı keçirilib

Avqustun 20-də Ağdaş rayonu üzrə gənclər və idman sektoru, Ağdaş Dövlət Rəsm Qalereyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin Ağdaş bölməsinin birgə təşkilatçılığı ilə “Sağlam və yaradıcı gənclik” festivalı keçirilib.

Festivalın əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onların yaradıcılıq və idman bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği və gənclər arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsidir.

Heydər Əliyev adına parkda baş tutan festival çərçivəsində “Mən yay tətilimi necə keçirdim” adlı rəsm sərgisi də təşkil olunub.
Sərgidə gənclərin və uşaqların yay tətili ilə bağlı hazırladıqları yaradıcı əl işləri və rəsm əsərləri nümayiş olunub.

Tədbir zamanı iştirakçılar üçün “face art”, kətan üzərində rəsm çəkmə və müxtəlif əyləncəli-yaradıcı fəaliyyətlər təşkil olunub.

Bununla yanaşı, sağlam həyat tərzinin təbliği məqsədilə nümunəvi çıxışlar və müxtəlif idman yarışları da keçirilib.

Festival iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Bu kimi tədbirlər gənclərin həm yaradıcılıq potensialının üzə çıxarılmasına, həm də idmana və sağlam həyat tərzinə olan marağının artırılmasına xidmət edir.

📽️20 avqust 2026-cı il tarixində Ağdaş rayonunda yerləşən “Sağlam məhəllə”də Ağdaş Rayon İcra Hakimiyyəti, Ağdaş Rayon M...
23/08/2026

📽️20 avqust 2026-cı il tarixində Ağdaş rayonunda yerləşən “Sağlam məhəllə”də Ağdaş Rayon İcra Hakimiyyəti, Ağdaş Rayon Mədəniyyət Mərkəzi, Ağdaş rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sehrli xalat” adlı bədii film nümayişi təşkil olunmuşdur.
✅Film nümayişinin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların mədəni və estetik dünyagörüşünün zənginləşdirilməsi, ictimai fəallığının artırılması və sağlam sosial ünsiyyət mühitinin yaradılması olmuşdur.

⚽️19 avqust 2026-cı il tarixində Ağdaş şəhər Mərkəzi stadionda Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçıl...
20/08/2026

⚽️19 avqust 2026-cı il tarixində Ağdaş şəhər Mərkəzi stadionda Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Sağlam həyat tərzinin təbliği” məqsədilə uşaqlar arasında minifutbol idman növü üzrə rayon turniri keçirilmişdir.
✅Turnirin qalibləri:
I yer - “Ulduzordu” komandası;
II yer - “Ağdaş FK” komandası;
III yer - “Ərəş Sportinq” komandası.
▶️Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş diplom və medallarla mükafatlandırılmışlar.

🤩 Müsabiqə qalibləri mükafatlandırıldı.📍Ağdaş rayonu üzrə 4 - 12 avqust 2026-cı il tarixlərində həyata keçirilən “Obyekt...
19/08/2026

🤩 Müsabiqə qalibləri mükafatlandırıldı.

📍Ağdaş rayonu üzrə 4 - 12 avqust 2026-cı il tarixlərində həyata keçirilən “Obyektivdə gənclik” adlı onlayn fotomüsabiqənin qalibləri mükafatlandırıldı.
✅Qeyd edək ki, müsabiqədə ilk 3 yerin sahibinə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplomlar, 1-ci yerlərin sahiblərinə isə əlavə olaraq hədiyyələr təqdim edildi.

🏀15-16 avqust 2026-cı il tarixində Mərkəzi Aran regionuna daxil olan Ağdaş və Ucar rayonlarından olan basketbol komandal...
18/08/2026

🏀15-16 avqust 2026-cı il tarixində Mərkəzi Aran regionuna daxil olan Ağdaş və Ucar rayonlarından olan basketbol komandaları Bakı şəhərində yerləşən “Sea Breeze” istirahət mərkəzində “Sea Breeze Stop 2026” beynəlxalq bosketbol yarışında tamaşaçı qismində iştirak etmişlər.
✅Səfər çərçivəsində komandaların üzvləri beynəlxalq səviyyəli basketbol yarışlarını canlı izləyərək müxtəlif ölkələrdən olan idmançıların çıxışları ilə tanış olmuş, yarışların təşkili və keçirilməsi prosesini yaxından müşahidə etmişlər.
▶️Tədbir gənc basketbolçuların idman sahəsində dünyagörüşünün genişləndirilməsi, onların motivasiyasının artırılması və peşəkar idmana marağının gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.

18/08/2026

Dövlət Sərhəd Xidmətinin kollektivini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Vətənin keşiyində qürurla dayanan Azərbaycan sərhədçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq.

📌12 avqust 2026-cı il tarixində Ağdaş Heydər Əliyev Mərkəzində Ağdaş rayonu üzrə gənclər və idman sektoru, Ağdaş Heydər ...
14/08/2026

📌12 avqust 2026-cı il tarixində Ağdaş Heydər Əliyev Mərkəzində Ağdaş rayonu üzrə gənclər və idman sektoru, Ağdaş Heydər Əliyev Mərkəzi, GİKM-in Mərkəzi Aran Regional nümayəndəliyinin Ağdaş bölməsinin birgə təşkilatçılığı ilə “Gənclərimiz gələcəyimizdir” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyun keçirilmişdir.
✅Yarışın qalibləri:
1. Kvintel komandası;
2. White Stone-1 komandası;
3. White Stone-2 komandası.
▶️Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş diplomlarla mükafatlandırılmışdır.

Address

Agdash
AZ0300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ağdaş rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ağdaş rayonu üzrə gənclər və idman sektoru:

Shortcuts

Share