Agcabedi rayon MKS

Agcabedi rayon MKS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agcabedi rayon MKS, Government Organization, Fuzuli kucesi 39, Aghjabädi.

29 Avqust 2026-cı il tarixində  Ağcabədi şəhər Heydər Əliyevin adını daşıyan istirahət parkında  asudə vaxtın səmərəli t...
29/08/2026

29 Avqust 2026-cı il tarixində Ağcabədi şəhər Heydər Əliyevin adını daşıyan istirahət parkında asudə vaxtın səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunmuş və iştirakçılara xoş əhval-ruhiyyə bəxş edilmişdir. Tədbir çərçivəsində Ağcabədi rayon MKS-i əməkdaşları tərəfindən kitab sərgisi də təşkil olunaraq oxuculara müxtəlif ədəbiyyat nümunələri təqdim edilmişdir.

27 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən...
27/08/2026

27 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən Boyat kənd kitabxana filialı tərəfindən Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2026-cı il tarixli Sərəncamının icrası məqsədi ilə "Xaqani Şirvani -900" başlıqlı tədbir təşkil edilib.

26 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon Mərk...
26/08/2026

26 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon Mərkəzi kitabxanası tərəfindən "26 Avqust Azərbaycan Muğamı Günü" ilə bağlı "Muğam Azərbaycanın Milli Sərvətidir" başlıqlı sərgi təşkil edilib.

24 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən...
25/08/2026

24 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən Xocavənd kənd kitabxana filialı tərəfindən kənd əhalisinə səyyar kitabxana xidməti təşkil edilib.

25 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən...
25/08/2026

25 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən Xocavənd kənd kitabxana filialı tərəfindən 26 Avqust Laçın Şəhəri Günü ilə bağlı tədbir təşkil edilib.

25 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon Mərk...
25/08/2026

25 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon Mərkəzi kitabxanası tərəfindən "26 Avqust Laçın Şəhəri Günü" ilə bağlı Laçının tarixi, mədəni irsi və işğaldan azad olunmasından bəhs edən tədbir keçirilib.
Tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə Laçının dirçəlişi, qədim yurdumuzun zəngin irsi və xalqımız üçün tarixi əhəmiyyəti haqqında geniş məlumat verilib.

https://www.facebook.com/share/1Dons8Lrjc/
25/08/2026

https://www.facebook.com/share/1Dons8Lrjc/

Prezident İlham Əliyev avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata bəyanatla çıxış edib:

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.
Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik.
Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük.
Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir.
Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir.
Dostlarınız və qardaşlarınız olaraq, biz bundan səmimi-qəlbdən məmnunuq və əminəm ki, Sizin qeyd etdiyiniz bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq. Şavkat Miromonoviç, sonda Sizin üçün əlverişli vaxtda Sizi Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim.

24 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon MKS-...
24/08/2026

24 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanası tərəfindən asudə vaxtın səmərəli təşkili məqsədi ilə "Çox oxusan çox bilərsən" başlıqlı tədbir təşkil edilib.

24 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən...
24/08/2026

24 Avqust 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin tabeliyində fəaliyyət göstərən Boyat kənd kitabxana filialı tərəfindən 26 Avqust Laçın Şəhəri Günü ilə bağlı "Laçın sən azadsan" başlıqlı söhbət təşkil edilib.

https://www.facebook.com/share/p/1FA16BbSGp/
24/08/2026

https://www.facebook.com/share/p/1FA16BbSGp/

26 Avqust - Laçın şəhəri günüdür

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

Address

Fuzuli Kucesi 39
Aghjabädi

Alerts

Be the first to know and let us send you an email when Agcabedi rayon MKS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Agcabedi rayon MKS:

Shortcuts

Share